Cü il tarixində əlavə olunmuşdur 1 Boynun daxili və xarici üçbucaqlarının sərhədi hansı sayılır?


) Anadangəlmə mekonial bağırsaq keçməzliyinin səbəbi hansıdır?



Yüklə 1,03 Mb.
səhifə2/18
tarix14.01.2017
ölçüsü1,03 Mb.
#5582
1   2   3   4   5   6   7   8   9   ...   18

69) Anadangəlmə mekonial bağırsaq keçməzliyinin səbəbi hansıdır?
A) Onikibarmaq bağırsağın stenozu

B) Bağırsağın sistlərlə sıxılması

C) Nazik bağırsağın atreziyası

D) Mədəaltı vəzin ifraz etdiyi tripsin fermentinin deffekti

E) Onikibarmaq bağırsağın nalvari mədəaltı vəz vasitəsi ilə sıxılması
Ədəbiyyat : Ç.Quliyev “Uşaq cərrahlığı” 2008 səh 404
70) Anadangəlmə aşağı bağırsaq keçməzliyini aşağıdakı xəstəliklərdən hansı ilə diferensasiya etmirlər?
A) Mekonial ileus

B) Yemək borusunun atreziyası

C) Paralitik bağırsaq keçməzliyi

D) Hirşprunq xəstəliyinin kəskin forması

E) Yoğun bağırsağın ikiləşməsi
Ədəbiyyat : Ç.Quliyev “Uşaq cərrahlığı” 2008səh 405
71) Q. Mondora görə düzgün toplanmış anamnezə və klassik klinik əlamətlərə əsasən hansı xəstəliyin diaqnozunu “telefonla” müəyyən etmək olar?
A) Kəskin appendisit

B) Mədə xorası

C) Kəskin invaginasiya

D) Xaya burulması

E) Kəskin dizenteriya
Ədəbiyyat : Ç.Quliyev “Uşaq cərrahlığı” 2008 səh 414
72) Kəskin invaginasiyanın erkən dövründə çox vaxt invaginat harada əllənir?
A) Qarının sol tərəfində göbək nahiyəsində

B) Sol qabırğaaltı nahiyədə

C) Sağ qabırğaaltı nahiyədə

D) Qarının sağ tərəfində göbək nahiyəsində

E) Sol qalça çuxurunda
Ədəbiyyat : Ç.Quliyev “Uşaq cərrahlığı” 2008 səh 414
73) Bağırsaq invaginasiyasına görə aparılmış əməliyyatdan sonrakı müalicənin əsas şərtlərindən biri hansıdır?
A) Hemostatik müalicə

B) Dehidrasion müalicə

C) Hormonal müalicə

D) Bağırsaq parezinə qarşı müalicə

E) Disbakterioza qarşı müalicə
Ədəbiyyat : Ç.Quliyev “Uşaq cərrahlığı” 2008 səh 424
74) Həzm sistemi orqanlarının ikiləşməsi ən çox hansı nahiyədə rast gəlinir?
A) Mədədə

B) Kor bağırsaqda

C) Çənbər bağırsaqda

D) Nazik bağırsaqda

E) Soxulcanabənzər çıxıntıda
Ədəbiyyat : Ç.Quliyev “Uşaq cərrahlığı” 2008 səh 433

75) Aşağıdakılardan hansının diaqnostikasında barium horrası ilə aparılan irriqoqrafiya metodundan istifadə olunur?

A) Orta bağırsağın burulması

B) Appendiksin atipik yerləşməsi

C) Hirşprunq xəstəliyi

D) Yenidoğulmuşlarda xoralı-nekrotik enterokolit

E) Bağırsağın invaginasiyası


Ədəbiyyat : Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
76) Artroqrafiya zamanı oynaqlardakı anatomik nisbətlərin düzgünlüyünün əsas göstəricisi hansıdır?

A) Birləşən oynaq səthlərinin kənarlarının ciddi uyğunluğu

B) Rentgenoloji oynaq yarığının bərabər hündürlüyü

C) Belə göstərici yoxdur

D) Oynaqdakı hərəkət oxunun ətrafın oxuna uyğunluğu

E) Bütün sadalananlar


Ədəbiyyat : Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
77) Bel punksiyasına mütləq əks-göstərişlər hansıdır?

A) Beyinin orta strukturlarının yerdəyişməsi

B) Meningit

C) Meninqoensefalit

D) Doğuş mənşəli kəllə-beyin travması

E) Ağ ciyərlərin stafilokokk mənşəli destruksiyası


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
78) Öd kisəsində kontrastlaşmanın olmaması aşağıdakılardan hansı üçün daha xarakterikdir?

A) Öd ifrazı sisteminin anadangəlmə hipoplaziyası üçün

B) Xroniki kalkulyoz xolesistit üçün

C) Ümumi öd axarının sisti üçün

D) Xroniki hepatit üçün

E) Xroniki daşsız xolesistit üçün


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
79) Splenoportoqrafiya necə həyata keçirilir?

A) Oturaq vəziyyətində

B) Yerli anesteziya altında

C) Ümumi anesteziya altında mioreleksantlardan istifadə etməklə

D) Qarnın ön divarından daxil olmaqla

E) Laparotomiyadan sonra


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
80) Qaraciyər qapısında normal anatomik strukturların olmaması aşağıdakılardan hansı üçün daha xarakterikdir?

A) Qaraciyərin sirrozu üçün

B) Qaraciyərin anadangəlmə fibrozu üçün

C) Xroniki hepatit üçün

D) Portal hipertenziyanın qaraciyərdən kənar formaları üçün

E) Qaraciyərin exinokokku üçün


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
81) Qaraciyərin punksion biopsiyası necə həyata keçirilir?

A) Yerli anesteziya altında

B) Laparotomiyadan sonra

C) Ümumi anesteziya altında

D) Qarnın ön divarından daxil olmaqla

E) Oturaq vəziyyətində


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
82) Hepatologiyada funksional müayinələrin aparılmasına göstəriş hansıdır?

A) Hepatomeqaliya

B) Assit

C) Tez-tez burun qanaxması ilə müşayiət olunan anemiya

D) Qida borusu venalarının varikoz genəlməsi ilə gedən splenomeqaliya

E) Hiperbilirubinemiya


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
83) Sümüyün struktur rentgenoqrammasını almaq üçün mərkəzi şüa kasset müstəvisinə münasibətdə hansı bucaq altında olmalıdır?

A) 30 dərəcə bucaq altında

B) 10 dərəcə bucaq altında

C) 20 dərəcə bucaq altında

D) 40 dərəcə bucaq altında

E) Perpendikulyar istiqamətlənməlidir


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
84) Arxa uretral qapaq çatışmazlığının əsas diaqnostika üsulu hansıdır?

A) Uretroskopiya

B) Qalxan uretroqrafiya

C) İnfuzion uroqrafiya

D) Urofloumetriya

E) Sistometriya


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
85) Rəng sınağı (metilen abısının sidik kisəsinə yeridilməsi) aşağıdakılardan hansının aşkar edilməsində daha informativdir?

A) Əlavə sidik axarı dəliyinin sidik kisəsi sfinkterindən aşağı ektopiyası

B) Gecə sidik saxlaya bilməmək (enurez)

C) İkiləşmiş böyrəyin bir yarısının ureterohidronefrozu

D) Yuxarı sidik yollarının ikiləşməsi və ureterosele

E) İkiləşmiş böyrəyin yuxarı yarısının sidik axarına reflüks


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
86) Hemoqlobinuriya simptomu aşağıdakılardan hansının nəticəsi ola bilər?

A) Nekrotik papillitin

B) Anilinlə zəhərlənmənin

C) Paranefritin

D) Kəskin pielonefritin

E) Kəskin qlomerulonefritin


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
87) Anuriyalı xəstəyə aşağıdakılardan hansı əks-göstərişdir?

A) Sistoureteroqrafiya

B) Ekskretor uroqrafiya

C) Sistoskopiya

D) Qarın boşluğu orqanlarının obzor rentgenoqrafiyası

E) Retroqrad pieloqrafiya


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
88) Rentgenoloji «ağ böyrək» fenomeni (ekskresiyanın kəskin ləngiməsi ilə müşayiət olunan nefroqrammanın davamlı fazası) aşağıdakılardan hansının nəticəsidir?

A) Böyrək şişinin

B) İkincili büzüşmüş böyrəyin

C) Sidik axarının daşla obturasiyasının

D) Kəskin qeyri-obstruktiv pielonefritin

E) Böyrək travmasının


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
89) Kəskin appendisit diaqnozunun qoyulması üçün hansı müayinələr həlledici əhəmiyyətə malikdir?
A) USM

B) Rentgenoloji müayinə

C) Laborator müayinə

D) KT


E) Klinik müayinə
Ədəbiyyat : Kəskin appendisitin diaqnostika və mualicəsi üzrə kliniki protokol.
90) Kəskin appendisitin USM əlamətləri hansıdır?

1. Aperistaltik bagırsaq seqmenti

2. Periappendikulyar maye

3. Qalın divarlı və içərisində mayesi olan həlqəvari kutlə(hədəf simptomu)

4. Bağırsağın pnevmotozu

5. Mədədəki mayenin səviyyəsi
A) 3, 4

B) 2, 3, 4

C) 4, 5

D) 1, 2, 3



E) 1, 4, 5
Ədəbiyyat : Kəskin appendisitin diaqnostika və mualicəsi üzrə kliniki protokol
91) Qeyri - spesifik xoralı kolitə şübhəli qanaxmada hansı müayinə aparılmır?
A) Koprologiya

B) Həzm traktinin kontrastlı rentgenoqrafiyası

C) USM müayinəsi

D) İmmunoloji müayinə

E) Fibrokolonoskopiya
Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни 2004.c-414
92) Portal hipertenziya sindromuna şübhəli qanaxmada hansı müayinə aparılır?

1. FEQDS( Fibroezofaqoqastroskopiya)

2. Anğroqrafiya

3. USM və qapı venaları damar sisteminin doppleroqrafiyası

4. Kolonoskopiya

5. KT(Kompyuter tomoqrafiyası)
A) 4, 5

B) 2, 4, 5

C) 3, 4

D) 1, 4, 5



E) 1, 2, 3
Ədəbiyyat : Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 531
93) Düz bağırsağın polipinin diaqnostikasında hansı müayinə aparılmır?
A) Rektoromonoskopiya

B) Fibiokilonoskopiya

C) USM

D) Baxış


E) Düz bağırsağın barmaqla müayinəsi
Ədəbiyyat : Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 469
94) 3 aylıq qız uşağında qasıq dəbəliyi boğulmuşdur. Boğulmadan 14 saat keçmişdir. Uşaqda 2 - ci dərəcəli hipotrofiya vardır. Sizin taktikanız:
A) Xəstənin yaşını və 2 - ci dərəcəli hipotrofiyası olmasını nəzərə alaraq cərrahi müdaxilə əks - göstərişdir

B) İsti vanna etmək

C) Qasıq nahiyəsinə soyuq qoymaq

D) Təcili cərrahi müdaxilə göstərişdir

E) 2 - ci dərəcəli hipotrofiya olduğu üçün ağrı kəsicilər vurduqdan sonra əllə boğulmanı aradan qaldırmağa çalışmaq
Ədəbiyyat : Исаков Ю. Ф. Хирургические болезни детского возраста 2004 səh 511
95) Yemək borusunun hansı xəstəliyinin diaqnozunda Elefant sınağından istifadə olunur?
A) Yemək borusunun axalaziyasında

B) Yemək borusunun anadangəlmə stenozu zamanı

C) Kardiyanın xalaziyasında

D) Yemək borusunun anadangəlmə qısa olması zamanı

E) Yemək borusunun atreziyasında
Ədəbiyyat : Ç.Quliyev “Uşaq cərrahlığı” 2008 səh 314
96) Doğumdan 2 – 3 həftə sonra fontanla qusma, oliquriya, qəbizlik, bədən çəkisinin azalması. Ac qarına mədədə mayenin olması. Barium horrasının mədədə 24 – 72 saat qalması. Bu kliniki və rentgenoloji əlamətlər hansı xəstəlik üçün xarakterikdir?
A) Pilorostenoz

B) Pilorospazm

C) 12 - barmaq bağırsağın atreziyası

D) Diafraqmanın yemək borusu dəliyinin dəbəliyi

E) Yemək borusunun axalaziyası
Ədəbiyyat : Ç.Quliyev “Uşaq cərrahlığı” 2008 səh 391
97) Dərin venaların inkişaf qüsurunda diaqnozu dəqiqləşdirmək və qanın hərəkətinə mane olan yeri müəyyən etmək üçün hansı müayinə aparılır?
A) Venoz təzyiqin ölçülməsi

B) Ətrafların obzor rentgenoqrafiyası

C) Venoqrafiya

D) Arteroqrafiya

E) USM
Ədəbiyyat : Ç.Quliyev “Uşaq cərrahlığı” 2008 səh 341
98) Dərin venaların inkişaf qüsurunda müalicə necə aparılır?
A) Elastiki corab geymək

B) Krioterapiya

C) Fizioterapiya

D) Sklerozlaşdırıcı terapiya

E) Cərrahi üsul
Ədəbiyyat : Ç.Quliyev “Uşaq cərrahlığı” 2008 səh 341
99) Limfa damarlarının inkişaf qüsurlarında diaqnozu dəqiqləşdirmək üçün hansı müayinə aparılır?
A) USM

B) Limfoqrafiya

C) Rentgen müayinəsi

D) Laborator müayinə

E) Venoqrafiya
Ədəbiyyat : Ç.Quliyev “Uşaq cərrahlığı” 2008 səh 343
100) Mədə və onikibarmaq bağırsaq xorası xəstəliyində əsas diaqnostik üsul hansıdır?
A) Laborator müayinə

B) Rentgenoloji müayinə

C) USM

D) Fibroqastroduedenoskopiya



E) Anamnestik məlumat
Ədəbiyyat : Quliyev Ç. “Uşaq cərrahlığı” 2008səh 397
101) Aşağıdakılardan hansı kəskin invaginasiyada əlavə diaqnostik üsullara daxil deyil?
A) İrriqoqrafiya

B) USM


C) Qarının narkoz altında palpasiyası

D) EKQ


E) Laparaskopiya
Ədəbiyyat : Ç.Quliyev “Uşaq cərrahlığı” 2008 səh 415
102) İnvaginasiyanın diaqnozunun qoyulmasında qısamüddətli verilən narkozdan sonra qarının əllənməsi vasitəsi ilə invaginatın aşkar edilməsi hansı halda məqsədəuyğundur?
A) Rentgen, USM, laparaskopiya imkan olmayan hallarda

B) Yoğun bağırsaq invaginasiyasında

C) Nazik bağırsaq invaginasiyasında

D) Böyük yaşlı uşaqlarda

E) Kiçik yaşlı uşaqlarda
Ədəbiyyat: Quliyev Ç. “Uşaq cərrahlığı” 2008səh 416
103) Aşağıdakı hansı üsul vasitəsi ilə invaginasya zamanı bağırsaq divarında baş verən sirkulyator dəyişikliyi və onun həyat qabiliyyətinə malik olmasını daha dəqiq təyin etmək olar?
A) Transilyuminasion angiotenzimetriya üsulu

B) Müsariqə qan damarlarının nəbz vurğusuna görə

C) Bağırsağın rənginə görə

D) Xəstəliyin başlanğıcından keçən vaxta görə

E) İsidicilərin və müsariqəyə vurulan Sol. Novokain 0, 25% - li tətbiqindən sonra bağırsağın divarında baş verən dəyişikliyə görə
Ədəbiyyat: Ç.Quliyev “Uşaq cərrahlığı” 2008 səh 422
104) Exinokokkoz zamanı orqanizmin parazitə qarşı olan ümumi reaksiyasını müəyyənləşdirən üsul hansıdır?
A) Rentgen müayinəsi

B) Kassoni sınağı

C) Kompleks kliniki - laborator müayinə

D) USM


E) KT
Ədəbiyyat: Ç.Quliyev “Uşaq cərrahlığı” 2008 səh 523
105) Exinokokkun diaqnostikası üçün aparılan immunoloji müayinə üsulu hansıdır?
A) Qanda leykositlərin təyini

B) Mantu sınağı

C) Kassoni sınağı

D) EÇS - təyini

E) Qanda eozinofillərin təyini
Ədəbiyyat : Ç.Quliyev “Uşaq cərrahlığı” 2008 səh 523
106) Qida borusunun çapıq daralmasının diaqnozunu dəqiqləşdirmək üçün hansı müayinələr əsasdır?

1. Döş qəfəsinin obzor rentgenoqrafiyası

2. Qida borusunun kontrast rentgenoqrafiyası

3. Ezofaqoskopiya

4. KT

5. USM
A) 2, 3

B) 1, 4


C) 1, 5

D) 5, 4


E) 1, 4, 5
Ədəbiyyat : Ç. Quliyev:”Uşaq cərrahlığı”2008 səh 329

Uşaqlarda planlı və plastik carrahiyyə

107) Boynun dərin fleqmonasını (adenofleqmonalar) drenaj edərkən dəri kəsiyinin proyeksiya xətti hansına uyğundur?

A) Döş – körpücük – məməciyəbənzər əzələnin arxa kənarı boyu

B) Boynun orta xətti boyu

C) Boynun damar – sinir kələfinə doğru

D) Dəri büküşünə doğru

E) Körpücükaltı arteriyaya doğru


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
108) Boynun orta sistləri və fistulasının əmələ gəlməsi aşağıdakılardan hansı ilə əlaqədardır?

A) Qalxanabənzər - dil axacağının geriyə inkişafının pozulması

B) Qalxanabənzər - udlaq axacağının geriyə inkişafının pozulması

C) Qəlsəmə qövsləri qalıqlarının bitişməməsi

D) Ağız boşluğu dibinin epitelinin ektopiyası

E) Xromosom aberrasiyaları


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
109) Boynun orta sisti üçün xarakterik simptom hansıdır?

A) Vidaci çuxurdan yuxarıda yerləşməsi

B) Udqunma zamanı sistin yerini dəyişməsi

C) Bərk konsistensiyaya malik olması

D) Udqunma zamanı ağrı

E) Dövri olaraq itməsi


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
110) Boynun orta fistulasının ən informativ təyin edilmə metodu hansıdır?

A) Obzor rentgenoqrafiya

B) Kompüter tomoqrafiya

C) Fistuloqrafiya

D) Fistulanın zondlanması

E) Ultrasəs müayinəsi


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
111) Boyun nahiyəsindəki limfangioma üçün hansı xarakterikdir?

A) Ortada yerləşməsi

B) Dilaltı sümüyə gedən möhkəm atma

C) Ölçülərinin 1-2 sm olması

D) Törəmə üzərində dərinin nazikləşməsi

E) Udqunma zamanı hərəkətli olması


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
112) Boyun limfadeniti üçün hansı xarakterikdir?

A) Konsistensiyasının yumşaq olması

B) Ortada yerləşməsi

C) Udqunma zamanı hərəkətli olması

D) Palpasiya zamanı ağrının olmaması

E) Infeksiyanın giriş qapısının və ağrının olması


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
113) Boynun orta sistini aşağıdakılardan hansı ilə differensasiya etmək məsləhət görülmür?

A) Vidaci venanın flebektaziyası ilə

B) Anadangəlmə əzələvi əyriboyunluqla

C) Limfadenitlə

D) Dermoid sistlə

E) Lipoma ilə


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
114) Boynun orta sistlərinin operativ müalicəsi zamanı optimal müddət hansı yaş hesab olunur?

A) 1-2 il

B) 3 - 5 yaş

C) 6 aylıqdan 1 yaşa qədər

D) 10 yaşdan yuxarı

E) 5 - 10 yaş


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
115) Boynun ön sistinin residivinin qarşısını almaq üçün əməliyyat zamanı aşağıdakılardan hansını həyata keçirmək lazımdır?

A) Sanasiyadan sonra fistul dəliyinin tikilməsi

B) Xarici vidaci venanın bağlanması

C) Dilaltı sümüyün rezeksiyası

D) Fistulun fassiyanın səthinə qədər ayrılması

E) Fistul yolunun sklerozlaşdırıcı preparatlarla işlənməsi


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
116) Boynun fistuluna görə aparılan əməliyyatdan sonra ən çox rast gəlinən ağırlaşma hansıdır?

A) Qanaxma

B) Hipersalivasiya

C) Udma aktının pozulması

D) Fistulun residivi

E) Tikişlərin qopması


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
117) Boynun yan sisti üçün hansı xarakterikdir?

A) Törəmə üzərində dərinin nazilməsi

B) Bərk konsistensiyalı olması

C) Vidaci venanın üzərində yerləşməsi

D) Palpasiya zamanı ağrının olması

E) Döş - körpücük - məməyəbənzər əzələnin daxili kənarında yerləşməsi


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
118) Boynun yan sisti zamanı daha informativ müayinə metodu hansıdır?

A) Kompüter tomoqrafiya

B) Fistuloqrafiya

C) Ultrasəs müayinəsi

D) Obzor rentgenoqrafiya

E) Venoqrafiya


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
119) Boynun yan sistini aşağıdakılardan hansı ilə differensasiya etmək vacib deyil?

A) Vidaci venanın flebektaziyası ilə

B) Dermoid sistlə

C) Limfadenitlə

D) Alt çənənin periostiti ilə

E) Limfangioma ilə


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
120) Boynun yan sistlərinin operativ müalicəsi zamanı optimal müddət hansı yaş hesab olunur?

A) 1 yaşa qədər

B) 10 yaşdan yuxarı

C) 3 yaşa qədər

D) 5 - 7 yaş

E) 3 - 5 yaş


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
121) Boynun yan fistulası zamanı əməliyyatın vacib elementi hansıdır?

A) Fistulun kəsilib çıxarılması və dəridəki dəliyin tikilməsi

B) Fistulun udlağın yan divarına qədər ayrılması

C) Qəlsəmə yarıqlarının tikilməsi

D) Damar-sinir dəstəsinin bağlanması

E) Dilaltı sümüyün rezeksiyası


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
122) Boynun yan sistinə görə aparılmış əməliyyatdan sonrakı dövrdə nə göstərişdir?

A) Başın fiksə edilməsi

B) Fizioterapiya

C) Ağızdan qidalanmanı dayandırmaq

D) Yataq rejimi

E) Infuzion terapiya


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
123) Boynun yan sistinə görə əməliyyatdan sonrakı residivlər hansı ilə əlaqədardır?

A) Dilaltı sümüyün rezeksiyasından imtina edilməsi

B) Fistulun yan şaxələrinin tam xaric edilməməsi

C) Tikişlərin aralanması

D) Yaranın əməliyyatdan sonrakı dövrdə irinləməsi

E) Adekvat hemostazın olmaması


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
124) Qasıq yırtığı nə vaxt formalaşır?

A) Embrional inkişafın 7-8-ci ayında

B) Embrional inkişafın 7-8-ci həftəsində

C) Embrional inkişafın 5-6-cı ayında

D) Embrional inkişafın 2-3-cü həftəsində

E) Istənilən mərhələdə formalaşa bilər


Ədəbiyyat : Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
125) Anadangəlmə qasıq yırtığının əmələ gəlməsinin əsas etioloji səbəbi hansıdır?

A) Peritonun yataq çıxıntısının obliterasiya olunmaması

B) Həddən artıq fiziki gərginlik

C) Qarnın xarici çəp əzələ aponevrozunun zəifliyi

D) Köndələn fassiyanın zəifliyi

E) Qarındaxili təzyiqin artması


Ədəbiyyat : Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
126) Qasıq yırtığı üçün ən xarakterik simptom hansıdır?

A) Iştahanın pis olması

B) Hərarətin yüksəlməsi

C) Qasıq nahiyyəsində elastik şişkinlik

D) Qarında ağrılar

E) Ürəkbulanma və qusma


Ədəbiyyat : Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
127) Əksər hallarda ağırlaşmamış qasıq-xayalıq yırtığının differensial-diaqnostikasını aşağıdakılardan hansı ilə aparmaq lazımdır?

A) Hidatidin burulması ilə

B) Orxoepididimitlə

C) Varikosele ilə

D) Xaya qişalarının hidropsu ilə

E) Orxitlə


Ədəbiyyat : Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
128) Qasıq kanalının ön divarının açılması kimlərdə mütləq lazımdır?

A) Qızlarda

B) Oğlanlarda

C) 5 yaşdan böyük xəstələrdə

D) 2 yaşdan böyük xəstələrdə

E) Südəmər uşaqlarda


Ədəbiyyat : Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
129) Qasıq yırtığına görə əməliyyatdan sonrakı dövrdə nə göstərişdir?

A) 2 həftəlik gözləməli rejim

B) Masaj

C) Fizioterapiya

D) 1 il ərzində fiziki yüklənmənin məhdudlaşdırılması

E) 1 həftəlik yataq rejimi


Ədəbiyyat : Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
130) Yırtığın ləğv edilməsinin ağırlaşmaları hansı ilə əlaqədardır?

A) Uşağın yaşı ilə

B) Yanaşı rast gəlinən qüsurlarla

C) Displastik dəyişikliklərin dərəcəsi ilə

D) Təcili göstərişə görə əməliyyatla

E) Texniki kobudluqla


Ədəbiyyat : Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
131) Yırtığın ləğv edilməsi zamanı proqnoz aşağıdakılardan hansı ilə əlaqədar olaraq əlverişlidir?

A) Yanaşı rast gəlinən qüsurlarla

B) Planlı və ya təcili qaydada aparılmış əməliyyatla

C) Cərrahın təcrübəsi ilə

D) Uşağın yaşı ilə

E) Uşağın cinsi ilə


Ədəbiyyat : Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
132) Vinkelman əməliyyatına göstərişlər hansıdır?

A) Bulanıq hidrops mayesi

B) Bütün sadalananlar

C) Xaya qişasının dəyişilməsi

D) Obliterasiya olunmuş vaginal çıxıntı

E) Yuxarı yaşlı uşaqlarda ilk dəfə meydana çıxmış hidrops


Ədəbiyyat : Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
133) Peritonun yataq çıxıntısının tam obliterasiyası nə vaxt başa çatır?

A) 1 yaşa qədər

B) Bətndaxili dövrün 28 - 32 - ci həftəsinə qədər

C) 2-3 yaşa qədər

D) Doğulana qədər

E) Doğuşdan dərhal sonra


Ədəbiyyat : Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
134) Toxum ciyəsi elementlərinin sistinin daha xarakterik əlaməti hansıdır?

A) Xarici qasıq həlqəsinin genişlənməsi

B) Kəskin ağrının olması

C) Qasıq nahiyyəsində ödem

D) Qasıq nahiyyəsində xayadan dartarkən yerini dəyişən elastiki şişkinlik

E) Qasıq nahiyyəsində hiperemiya


Ədəbiyyat : Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin