Cü il tarixində əlavə olunub. Şüa diaqnostikasının ümumi sualları


) Ağciyərdə dairəvi törəmənin strukturunu və konturlarını öyrənmək hansı müayinə effektlidir?



Yüklə 302,99 Kb.
səhifə3/18
tarix13.02.2017
ölçüsü302,99 Kb.
#8397
1   2   3   4   5   6   7   8   9   ...   18

123) Ağciyərdə dairəvi törəmənin strukturunu və konturlarını öyrənmək hansı müayinə effektlidir?

A) İki standart proyeksiyada rentgenoqrafiya

B) Rentgenoqrafiya və bronxoqrafiya

C) KT


D) Rentgenoqrafiya və xətli tomoqrafiya

E) Rentgenoskopiya

Ədəbiyyat: П.В.Власов «Лучевая диагностика заболеваний органов грудной полости». М. 2006. 311 с.
124) Ağciyər köklərinin strukturunun öyrənilməsində ən informativ üsul hansıdır?

A) Xətti tomoqrafiya

B) USM

C) Rentgenoskopiya



D) Rentgenoqrafiya

E) KT


Ədəbiyyat: П.В.Власов «Лучевая диагностика заболеваний органов грудной полости». М. 2006. 311 с.
125) Diafraqmanın kəskin travmatik yırtığında hansı müayinə seçilməlidir?

A) Rentgenoqrafiya

B) Mədə və yoğun bağırsağın kontrastlı müayinəsi

C) Rentgenoqrafiya və rentgenoskopiya

D) Pnevmoperitoneum

E) Rentgenoskopiya

Ədəbiyyat: П.В.Власов «Лучевая диагностика заболеваний органов грудной полости». М. 2006. 311 с.
126) Paratraxeal limfadenopatiyalarda hansı müayinə metodu daha effektlidir?

A) USM


B) KT

C) İki standart proyeksiyada rentgenoqrafiya

D) Rentgenoskopiya

E) İki standart proyeksiyada tomoqrafiya və rentgenoqrafiya

Ədəbiyyat: П.В.Власов «Лучевая диагностика заболеваний органов грудной полости». М. 2006. 311 с.
127) Məhdudlaşmış pnevmoniya sonrası sirroz zamanı ən çox rast gəlinən xarakterik bronxoqrafik simptomlar hansılardır?

A) İri bronxların obturasiyası

B) Bronxların boşluğunun daralması

C) Bronxların daralması, yaxınlaşması və deformasiyası

D) Bronx şaxələrinin daralması və yaxınlaşması

E) Ağciyər şəklinin deformasiyası

Ədəbiyyat: Л.Д.Линденбратен, И.П.Королюк «Медицинская радиология и рентгенология». М. Медицина. 1993. 556 с.
128) Drenajlaşan kəskin ağciyər absesi üçün daha çox nə xarakterikdir?

A) Kökə tərəf “yolcuğ”un olması

B) Havalı boşluq

C) “Sekvestr”ın olması

D) Formasının dəyişməsi

E) Mayenin horizontal səviyyəsi

Ədəbiyyat: Л.Д.Линденбратен, И.П.Королюк «Медицинская радиология и рентгенология». М. Медицина. 1993. 556 с.
129) Abses boşluğunda ağciyər sekvestrinin əsas skialoji əlaməti hansıdır?

A) Maye möhtəviyyatının böyük miqdarı

B) Düz horizontal səviyyəsi

C) Əlavə kölgəlik

D) Parçalama prosesi

E) Daxili divarın qeyri-bərabərliyi

Ədəbiyyat: Л.Д.Линденбратен, И.П.Королюк «Медицинская радиология и рентгенология». М. Медицина. 1993. 556 с.
130) Bronxoektazların diaqnostikasında daha əlverişli tədqiqat metodu hansıdır?

A) Rentgenoqrafiya

B) Anqiopulmonoqrafiya

C) Rentgenoskopiya

D) Tomoqrafiya

E) Bronxoqrafiya

Ədəbiyyat: Л.Д.Линденбратен, И.П.Королюк «Медицинская радиология и рентгенология». М. Медицина. 1993. 556 с.
131) Ağciyər retension sistalarını daha dəqiq nə xarakterizə edir?

A) İntensivliyi

B) Divarları

C) Lokalizasiyası

D) Forması

E) Ölçüləri

Ədəbiyyat: Л.Д.Линденбратен, И.П.Королюк «Медицинская радиология и рентгенология». М. Медицина. 1993. 556 с.
132) Ağciyər emfizemasının diaqnostikasında ən çox informativ metod hansıdır?

A) KT


B) Rentgenoskopiya

C) Bronxoqrafiya

D) Rentgenoqrafiya

E) USM


Ədəbiyyat: П.В.Власов «Лучевая диагностика заболеваний органов грудной полости». М. 2006. 311 с.
133) Ağciyər emfizemasında tənəffüs zamanı ağciyərin şəffaflığı necə dəyişir?

A) Aşağı nahiyələrdə artır

B) Bütün nahiyələrdə artır

C) Yuxarı nahiyələrdə artır

D) Dəyişmir,stabil olur

E) Aşağı nahiyələrdə azalır

Ədəbiyyat: П.В.Власов «Лучевая диагностика заболеваний органов грудной полости». М. 2006. 311 с.
134) Ağciyər emfizeması üçün daha çox nə xarakterikdir?

A) Divararalığı yerini dəyişməsi

B) Ağciyər kökünün genişlənməsi

C) Şəklin zəifləməsi və ağciyər sahələrinin şəffaflığının artması

D) Ağciyər şəklinin güclənməsi və deformasiyası

E) Ağciyər şəklinin və kökünün dəyişməsi

Ədəbiyyat: П.В.Власов «Лучевая диагностика заболеваний органов грудной полости». М. 2006. 311 с.
135) Arterial ağciyər hipertenziyası nə ilə xarakterizə olunur?

A) Ağciyər şəklinin deformasiyası ilə

B) Kök damarların pulsasiyası ilə

C) Kök damarların və ağciyər arteriyasının sütünunun genişlənməsi ilə

D) Ağciyərdə durğunluq dəyişikliklər ilə

E) Ağciyər şəklinin güclənməsi ilə

Ədəbiyyat: В.И.Бураковский , Л.А.Бокерия «Сердечно-сосудистая хирургия». М. Медицина. 1989. 752 с.
136) Proqressiv ağciyər distrofiyası üçün nə xarakterikdir?

A) Divararasının xəstə tərəfə yerdəyişməsi

B) Həcmin azalması

C) Ağciyər şəklin güclənməsi və deformasiyası

D) Plevra boşluğunda eksudat mayesinin olması

E) Ağciyər şəklin kasıblaşması və ağciyər hissəsinin şəffaflığının artması

Ədəbiyyat: Н.А.Белоконь, В.П.Подзолков «Врожденные пороки сердца» М. Медицина. 1991. 152 с.
137) Kəskinləşmə fazasında tuberkuloma kölgəliyin strukturu nə ilə xarakterizə olunur?

A) Homogen kölgəliyin olması və destruksiyası

B) Homogen kölgəliyin olması

C) Kirəcləşmə

D) Destrusiyanın olması

E) Kirəcləşmənin və destruksiyanın olması

Ədəbiyyat: Л.Д.Линденбратен, И.П.Королюк «Медицинская радиология и рентгенология». М. Медицина. 1993. 556 с.
138) Birincili vərəm kompleksi üçün nə xarakterdir?

A) Quru plevrit

B) İki tərəfli ocaqlı dəyişiklər

C) Payın kölgəliyi

D) Bir tərəfdə ağciyər fokusunu və ağciyər kökü ilə birgə genişlənməsi

E) Ağciyərin kavernası

Ədəbiyyat: Л.С.Розенштраух, Н.И.Рыбакова, М.Г.Виннер «Рентгенодиагностика заболеваний органов дыхания». М. Медицина. 1987. 640 с.
139) Vərəm infiltratı nə ilə xarakterizə olunur?

A) Mayenin səviyyəsi və dağılma ilə girdə fokuslu kölgəlik

B) Plevral boşluğunda maye ilə

C) Formasına görə seqmentin və ya ağciyər payının üçbucaqlı qeyri homogen kölgəliyi ilə

D) Seqmentin azalmış həcminin kölgəliyi ilə

E) Qeyri-dəqiq konturlu və səpələnmə ocaqların kölgəliyi ilə

Ədəbiyyat: Л.С.Розенштраух, Н.И.Рыбакова, М.Г.Виннер «Рентгенодиагностика заболеваний органов дыхания». М. Медицина. 1987. 640 с.
140) Kəskin bronxitin rentgenoloji simptomu hansıdır?

A) Köklərin durğunluğu və böyüməsi

B) Rentgenoloji əlamətlərin olmaması

C) Ağciyər şəklinin deformasiyası

D) Köklərinin quruluşunun itməsi

E) Ağciyər şəklinin güclənməsi

Ədəbiyyat: Л.С.Розенштраух, Н.И.Рыбакова, М.Г.Виннер «Рентгенодиагностика заболеваний органов дыхания». М. Медицина. 1987. 640 с.
141) Sarkoidozun rentgenoloji əlamətləri hansıdır?

A) Bütün cavablar düzdür

B) Köklərin limfadüyünlərin böyüməsi

C) Divararalığı limfadüyünlərin böyüməsi

D) Ağciyərlərdə interstisial dəyişikliklər

E) Xırda ocaqlı disseminasiya

Ədəbiyyat: Л.С.Розенштраух, Н.И.Рыбакова, М.Г.Виннер «Рентгенодиагностика заболеваний органов дыхания». М. Медицина. 1987. 640 с.
142) Pankost şişi (ağciyər zirvə xərçəngi) üçün nə xarakterikdir?

A) Boşluğunun dağılmış olması

B) Ağciyər zirvə nahiyəsində kölgənin yerləşməsi və kökə tərəf “yolcuğun” olması

C) Ağciyər periferik nahiyəsində kölgənin yerləşməsi

D) Qabırğa destruksiyası ilə birgə kölgənin ağciyərin zirvə nahiyəsində yerləşməsi

E) Kölgəliyin parçalanmış olması

Ədəbiyyat: Кац Д., Мас К. , Гроскин С. «Секреты рентгенологии». Пер. с анг.. М-СПб, 2003, 704 с.
143) Ölçüsü 2 sm-dən kiçik olan periferik ağciyər xərçənginin forması nə cür olur?

A) Şüalı


B) Poliqonal

C) Oval tipli

D) Düzgün dairəvi

E) Qeyri-düzgün dairəvi

Ədəbiyyat: П.В.Власов «Лучевая диагностика заболеваний органов грудной полости». М. 2006. 311 с.
144) Bronxdaxili adenom üçün xarakterik rentgenoloji simptom hansıdır?

A) Qeyri-dəqiq konturlu bronx güdülü yaranması

B) Bronxun konik güdülü yaranması

C) Payının və seqmentinin həcminin kiçilməsi

D) Dəqiq konturlu bronx güdülü

E) Payının və seqmentinin həcminin artması

Ədəbiyyat: П.В.Власов «Лучевая диагностика заболеваний органов грудной полости». М. 2006. 311 с.
145) Böyrək xərçənginin ağciyər metastazları üçün xarakterik olan hansıdır?

A) Limfangit

B) Ağciyər köklərinin genişlənməsi

C) Miliar karsinoz

D) Plevrit

E) Dairəvi çoxsaylı törəmələr

Ədəbiyyat: П.В.Власов «Лучевая диагностика заболеваний органов грудной полости». М. 2006. 311 с.
146) Ağciyərin hansı formalı metastazlarının diaqnostikası sadə sayılır?

A) Solitar metastaz

B) Miliar səpilmə

C) Limfanqit

D) Sadə formalı yoxdur

E) Çoxsaylı girdə kölgələr

Ədəbiyyat: П.В.Власов «Лучевая диагностика заболеваний органов грудной полости». М. 2006. 311 с.
147) Bronxial-alveol xərçəngi nədir?

A) Alveolyar epitelidən inkişaf edən xərçəng

B) Periferik xərçəng

C) Visseral plevradan inkişaf edən xərçəng

D) Subseqmentar bronxların seliyindən inkişaf edən xərçəng

E) Seqmentar bronxların seliyindən inkişaf edən xərçəng

Ədəbiyyat: П.В.Власов «Лучевая диагностика заболеваний органов грудной полости». М. 2006. 311 с.
148) Arteriovenoz anevrizmasının diaqnostikasında daha çox metodik məlumatı nə verir?

A) Çoxproyeksiyalı rentgenoskopiya

B) Kontrastlı KT

C) Rentgenoqrafiya

D) Funksional sınaq

E) Xətti tomoqrafiya

Ədəbiyyat: П.В.Власов «Лучевая диагностика заболеваний органов грудной полости». М. 2006. 311 с.
149) Ağciyərin aspergilloması hansı sahədə ola bilər?

A) Ağciyərin istənilən boşluğunda yerləşə bilər

B) Genişlənmiş bronxda

C) Ağciyər kökü nahiyəsində

D) Ağciyərin parenximində

E) Yeni yaranmış kavernada

Ədəbiyyat: П.В.Власов «Лучевая диагностика заболеваний органов грудной полости». М. 2006. 311 с.
150) Ölmüş exinokokkun rentgenoqrammada xarakterik əlaməti hansıdır?

A) Kapsulanın kirəcləşməsi

B) Ölçülərin kiçilməsi

C) Ölçülərin böyüməsi

D) Formanın və ölçülərin kiçilməsi

E) Formasının dəyişməsi

Ədəbiyyat: П.В.Власов «Лучевая диагностика заболеваний органов грудной полости». М. 2006. 311 с.
151) Döşdaxili zobun diaqnostikasında daha çox məlumat almaq üçün nədən istifadə olunur?

A) Tomoqrafiya və rentgenoqrafiya

B) USM, KT və radioizotop müayinə

C) USM


D) Polipozision rentgenoskopiya

E) Radioizotop müayinə

Ədəbiyyat: П.В.Власов «Лучевая диагностика заболеваний органов грудной полости». М. 2006. 311 с.
152) Plevral şişlərin diaqnostikasında daha dəqiq metod hansıdır?

A) Poliproyeksiaylı rentgenoskopiya

B) KT

C) Bronxoqrafiya



D) İki standart proyeksiyada rentgenoqrafiya

E) USM


Ədəbiyyat: П.В.Власов «Лучевая диагностика заболеваний органов грудной полости». М. 2006. 311 с.
153) Döş qəfəsi travmasında mütləq rentgenloji müayinələr hansılardır?

A) Tomoqrafiya

B) Rentgenoqrafiya

C) Rentgenoqrafiya və rentgenoskopiya

D) Hamısı bir yerdə

E) Rentgenoskopiya

Ədəbiyyat: П.В.Власов «Лучевая диагностика заболеваний органов грудной полости». М. 2006. 311 с.
Həzm və qarın boşluğu orqanların xəstəliklərinin şüa diaqnostikası
154) Qida borusunun distal hissəsinin şaquli vəziyyətdə öyrənilməsinin optimal rentgenoloji proyeksiyası hansıdır?

A) Ikinci çəp proyeksiya

B) Birincili çəp proyeksiyadır

C) Hamısı doğrudur

D) Düz proyeksiya

E) Yan proyeksiya

Ədəbiyyat: Власов П.В. Рентгено-диагностика заболеваний органов пищеварения. М.Видар. 2008. 280 с.
155) Udlaq və qida borusunun boyun nahiyyəsinin yan proyeksiyada kontrastsız rentgenoqrafiyada hansı xəstəliyin diaqnostikasında tətbiq olunur?

A) Qalxanabənzər vəzinin şişləri

B) Udma aktının pozulması

C) Qida borusunun yad cisimlərində

D) Udlaq şişləri

E) Qida borusunun şişləri

Ədəbiyyat: Власов П.В. Рентгено-диагностика заболеваний органов пищеварения. М.Видар. 2008. 280 с.
156) Qonşu orqanların xəstəlikləri zamanı onikibarmaq bağırsaqda baş verən dəyişikliklərin müəyyən edən rentgenoloji metodika hansıdır?

A) Relaksasiyalı duodenoqrafiya

B) Vena daxili xoleqrafiya

C) Pnevmoperitoneum

D) Barium məhlulu ilə mədə-bağırsağın müayinəsi

E) Hamısı düzgündür

Ədəbiyyat: Власов П.В. Рентгено-диагностика заболеваний органов пищеварения. М.Видар. 2008. 280 с.
157) Qida ilə nazik bağırsağın rentgenoloji müayinəsinin üstünlüyü nədir?

A) Poliplərin diaqnostikasının mümkünlüyü

B) Divertikulların diaqnostikasının mümkünlüyü

C) Xəstənin az şüalandırılması

D) Müayinənin sürətli keçməsi

E) Fiziolojilik, funksional dəyişikliklərin diaqnostikasının, müayinənin sürətli keçməsi

Ədəbiyyat: Власов П.В. Рентгено-диагностика заболеваний органов пищеварения. М.Видар. 2008. 280 с.
158) Çəmbər bağırsağın rentgenoloji müayinəsinin əsas metodikası nədir?

A) Sulu imalə

B) Şarijye metodikası

C) İrriqoskopiya

D) Peroral dolması

E) Yüksək voltlu rentgenoqrafiya

Ədəbiyyat: Власов П.В. Рентгено-диагностика заболеваний органов пищеварения. М.Видар. 2008. 280 с.
159) Barium məhlulunun “per os”qəbulundan 24 saat sonra rentgenoloji müayinə hansı hallarda istifadə olunur?

A) Yoğun bağırsağın patologiyalarının öyrənilməsində

B) Mədə-bağırsaq traktında barium məhlulunun yayılma müddətinin kontrolu və çəmbər bağırsağın vəziyyətinin öyrənilməsi üçün

C) İleosekal hissənin öyrənilməsində

D) Düz bağırsağın patologiyalarının öyrənilməsində

E) Nazik bağırsağın patologiyalarının öyrənilməsində

Ədəbiyyat: Власов П.В. Рентгено-диагностика заболеваний органов пищеварения. М.Видар. 2008. 280 с.
160) Öd yollarının əməliyyatından sonra xoledox drenajından uzunmüddətli öd axması zamanı hansı müayinə aparılmalıdır?

A) Daxili xoleqrafiya

B) Fistuloqrafiya

C) Laparoskopiya

D) Endoskopiya

E) Peroral xolesistoqrafiya

Ədəbiyyat: Власов П.В. Рентгено-диагностика заболеваний органов пищеварения. М.Видар. 2008. 280 с.
161) Kontrastlaşmış qida borusunun normal yolunu nə dəyişmir?

A) Sol əsas bronx və qulaqcıq

B) Aorta

C) Sol əsas bronx

D) Sol qulaqcıq

E) Tək vena

Ədəbiyyat: Власов П.В. Рентгено-диагностика заболеваний органов пищеварения. М.Видар. 2008. 280 с.
162) Normada nazik bağırsaqda barium pasajının müddəti neçə saatdır?

A) 7 saat

B) 5 saat

C) 1 saat

D) 3 saat

E) 6 saat

Ədəbiyyat: Власов П.В. Рентгено-диагностика заболеваний органов пищеварения. М.Видар. 2008. 280 с.
163) Selikli qişanın büküşləri hansı bağırsaqda daha aydın izlənilir?

A) Acı və onikibarmaq bağırsaqlarda

B) Onikibarmaq bağırsaqda

C) Nazik bağırsaqda

D) Qalça bağırsaqda

E) Acı bağırsaqda

Ədəbiyyat: Власов П.В. Рентгено-диагностика заболеваний органов пищеварения. М.Видар. 2008. 280 с.
164) İleosekal qapağın funksiyaları hansılardır?

A) Yoğun bağırsağın florasının nazik bağırsağa düşməsi

B) Qidanın daha yaxşı qarışdırılması üçün

C) Həzm olunmadan maddənin nazik bağırsaqdan kor bağırsağa düşməsi

D) Həzm olunmadan maddənin nazik bağırsaqdan kor bağırsağa düşməməsi və yoğun bağırsağın florasının nazik bağırsağa keçməməsi

E) Neç biri düzgün deyil

Ədəbiyyat: Власов П.В. Рентгено-диагностика заболеваний органов пищеварения. М.Видар. 2008. 280 с.
165) Bağırsağın hansı hissəsinin mezenteriumu yoxdur?

A) Qalça bağırsaq

B) Kor bağırsaq

C) S-vari bağırsaq

D) Onikibarmaq bağırsaq

E) Acı bağırsaq

Ədəbiyyat: Власов П.В. Рентгено-диагностика заболеваний органов пищеварения. М.Видар. 2008. 280 с.
166) Treyts bağın daxilində mezenterial damarlar harada yerləşir?

A) Onikibarmaq bağırsaqdan aşağıda

B) Onikibarmaq bağırsağın enən hissəsində

C) Duodeno-acı bağırsaq keçəcəyinin sol tərəfində

D) Onikibarmaq bağırsağın arxasında

E) Onikibarmaq bağırsağın aşağı horizontal hissəsinin önündə

Ədəbiyyat: Власов П.В. Рентгено-диагностика заболеваний органов пищеварения. М.Видар. 2008. 280 с.
167) Diafraqmanın sol qübbəsi sağa nisbətən harada yerləşir?

A) Eyni səviyyədədir

B) Nəfəsvermə zamanı yuxarı qalxır

C) Bir qabırğa aşağı

D) Nəfəsalma zamanı aşağı enir

E) Bir qabırğa yuxarı

Ədəbiyyat: Власов П.В. Рентгено-диагностика заболеваний органов пищеварения. М.Видар. 2008. 280 с.
168) USM zamanı uşaqlarda qida borusunun abdominal hissəsi dəliyinin eni nə qədərdir?

A) 3 mm


B) 6 mm

C) Ölçülmür

D) 2 mm

E) 4 mm


Ədəbiyyat: Секреты ультразвуковой диагностики. Под ред. В.Догра. Д.Рубенс. Пер. с анг. М. 2005. 456 с. (c.338)
169) Mədə-bağırsaq traktının müxtəlif şöbələrindəki selikaltı fibroz toxumasının inkişafı və əzələnin hamar atrofiyası ilə şərtləndirilmiş dəyişikliklər hansı xəstəliyə xarakterikdir?

A) İltihabi proseslərin nəticəsi kimi

B) Sklerodermiya

C) Düyünlü periartriit

D) Qızılca

E) Qırmızı qurdeşənəyi

Ədəbiyyat: Власов П.В. Рентгено-диагностика заболеваний органов пищеварения. М.Видар. 2008. 280 с.
170) Hişbrunq xəstəliyi (anadangəlmə meqakolon) nədən əmələ gəlir?

A) Selikli qişasının inkişaf etməməsi

B) Əzələ qatın inkişaf etməməsi

C) Bağırsağın əzələ qatında qanqlional hüceyrələrin olmaması

D) Bağırsağın seqmentar atreziyası

E) Bağırsağın əzələ qatında qanqlional hüceyrələrin çoxluğu

Ədəbiyyat: Бахшиев Б.А. Лучевая диагностика. Баку, 2001. 522 c.
171) Siçan quyruğu şəklində qida borusunun abdominal hissəsi nəyin əlamətidir?

A) Kardioezofaqial xərçəng

B) Epifrenal divertikul

C) Qida borusunun diafraqma dəliyinin yırtığı

D) Sklerodermiya

E) Qida borusunun axalaziyası

Ədəbiyyat: Власов П.В. Рентгено-диагностика заболеваний органов пищеварения. М.Видар. 2008. 280 с.
172) Kontrast maddənin traxeyaya aspirasiyası və udlağın funksiyasının pozulması hansı xəstəlikdə müşahidə olunur?

A) Qida borusunun divertikulu

B) Udlağın iflicində

C) Qida borusunun yanığı

D) Qida borusunun diafraqma dəliyinin yırtığı

E) Ezofagit

Ədəbiyyat: Власов П.В. Рентгено-диагностика заболеваний органов пищеварения. М.Видар. 2008. 280 с.
173) Qida borusunun kimyəvi yanıqlarından sonra daralmış çapıqlar adətən harada yerləşir?

A) Distal 1/3

B) Yuxarı 1/3

C) Orta 1/3

D) Fizioloji daralma yerlərində

E) Abdominal

Ədəbiyyat: Власов П.В. Рентгено-диагностика заболеваний органов пищеварения. М.Видар. 2008. 280 с.
174) Qida borusunun peptik xoraları adətən hansı səviyyədə olur?

A) Yuxarı 1/3

B) Aşağı 1/3

C) Orta 1/3

D) Boyun nahiyəsində

E) Hər yerində

Ədəbiyyat: Власов П.В. Рентгено-диагностика заболеваний органов пищеварения. М.Видар. 2008. 280 с.
175) Qida borusunun diafraqma dəliyi yırtığının fəsadı nədir?

A) Reflyuks-ezofagit

B) Qanaxma

C) Qıcqırma

D) Yırtıq kisəsində xora

E) Bütün cavablar doğrudur

Ədəbiyyat: Власов П.В. Рентгено-диагностика заболеваний органов пищеварения. М.Видар. 2008. 280 с.
176) Qida borusu mənfəzinin 5 sm-dək məsafədə nahamar olması, rigid divarın davamlı daralması, qida borusunun kontrastla keçiriciliyinin pozulması və selikli qişa relyefinin qırılması hansı xəstəliyə aiddir?

A) Ezofaqospazm

B) Xroniki mediastinit zamanı qida borusunun ikincili dəyişiklikləri

C) Sklerodermiya

D) Çapıq striktura

E) Endofit xərçəng

Ədəbiyyat: Е.М.Каган «Рентгенодиагностика заболеваний пищевода». М. 1968. 225 с.
177) Qida borusunun traksiyon divertikulları adətən hansı sahədə yerləşir?

A) Qida borusunun boyun nahiyəsində

B) Aorta qövsü hissəsində

C) Traxeyanın bifurkasiyası səviyyəsində

D) Abdominal hissədə

E) Qida borusunun ampulyar nahiyəsində

Ədəbiyyat: Власов П.В. Рентгено-диагностика заболеваний органов пищеварения. М.Видар. 2008. 280 с.
178) Senker divertikulu qida borusunun yuxarı hissəsinin hansı divarinda yaranır?

A) Arxa və yan divarlarda

B) Yan divarlarda

C) Ön divarda

D) Ön və yan divarlarda

E) Arxa divarında

Ədəbiyyat: Власов П.В. Рентгено-диагностика заболеваний органов пищеварения. М.Видар. 2008. 280 с.
179) Udlağın parezi hansı xəstəlik üçün xarakterikdir?

A) Ağciyərin mərkəzi xərçəngi

B) Ürək qüsurları

C) Aorta qövsünün sağda yerləşməsi

D) Qalxanabənzər vəzin şişi üçün

E) Ağciyərin periferik xərçəngi

Ədəbiyyat: Власов П.В. Рентгено-диагностика заболеваний органов пищеварения. М.Видар. 2008. 280 с.

180) Ezofagobronxial fistulalar adətən harada yerləşir?

A) Traxeyanın bifurkasiya səviyyəsində

B) Qida borusunun distal hissəsi

C) Aortalı seqmentdə

D) Retrokardial seqmentdə

E) Qida borusunun yuxarı hissəsi

Ədəbiyyat: Власов П.В. Рентгено-диагностика заболеваний органов пищеварения. М.Видар. 2008. 280 с.
181) Qida borusunun axalaziyası, kardiospazm, kardioezofagial xərçəng və sklerodermiyasının ümumi rentgenoloji əlaməti hansıdır?

A) Qida borusunun yerdəyişməsi

B) Qida borusunun qısalması

C) Qida borusunun genişlənməsi

D) Qida borusunun uzanması

E) Qida borusunun daralması

Ədəbiyyat: Власов П.В. Рентгено-диагностика заболеваний органов пищеварения. М.Видар. 2008. 280 с.
182) Piloroduodenal sahənin çapıqlı-xoralı stenozu adətən hansı hissədə yerləşir?

A) Post bulbar hissə

B) Mədənin prepilorik hissə

C) Mədənin antral hissə

D) Çıxacaq hissə

E) Onikibarmaq bağırsağın soğanağında

Ədəbiyyat: Власов П.В. Рентгено-диагностика заболеваний органов пищеварения. М.Видар. 2008. 280 с.
183) Mədənin dolmasının çoxsaylı deffekti, diametrdə 0.5-1 sm düz dairəvi forması, dəqiq konturlu və hamar səth ilə dəyişilməyən seliyin fonu nəyin əlamətləridir?

A) Bezoar

B) Poliplər

C) Seliyin çoxalması

D) Venaların varikoz genişlənməsi

E) Polipoz qastrit

Ədəbiyyat: Власов П.В. Рентгено-диагностика заболеваний органов пищеварения. М.Видар. 2008. 280 с.


Yüklə 302,99 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin