D-cab r əHMƏdov


“Final”  (Olive  oil)  və  “Zeytun  ba



Yüklə 1,44 Mb.
Pdf görüntüsü
səhifə11/14
tarix05.03.2017
ölçüsü1,44 Mb.
#10316
1   ...   6   7   8   9   10   11   12   13   14

“Final”  (Olive  oil)  və  “Zeytun  bağları”  (Pure 

olive oil)

 markalı zeytun yağları  TS-EN- SO-9001, S.No 

KY-1370-03-KG-00/10-R  və    TS-EN- SO-22000  S.No 

GY-534/11 

standartlarına 

uyğun 


sənədləşdirilmiş 

müəssisələrdə istehsal edilir. 

Апaрдыьымыз  арашдырмалар  бир  даща  sübut 

etmişdir  ки,  “Bakы  Qida  və  Yağ  Fabriki”  MMC-də   

истещсал олунан  “Zeytun bağları” тижарят нишанлы зейтун  

йаьынын  kimyəvi  tərkibi  və  кейфиййяти    стандарт 

эюстярижилярдян  гат-гат  цстцндцр  вя  ондан  эцндялик 

гидамызда  истифадя  олунмасыны  бир  мцтяхясsис  олараг 

мяслящят эюрцрцк.  

Qeyd etməklazımdır ki, bитки йаьлары билаваситя 

гида  цчцн  сярф  олунмагла  йанашы  техникада, 

щидроэенляшдирилмиш  йаьларын  вя  маргарин  йаьы 

истещсалында  хаммал  кими  истифадя  олунур.  Мящз  буна 

эюря  дя  битки  йаьларынын  сахланылмасы  дцзэцн  тяшкил 

едилмялидир.  Сахланылма  заманы  битки  йаьларында  харижи 

амиллярин  тясириндян  дяйишиклик  олур.  Бу  амилляря 

щаванын  оксиэени,  температурун  йцксялмяси,  ишыьын  вя 

суйун тясири аиддир. 

Йаьы  узун  мцддят  сахламаг  цчцн  ону 

мцтляг  деаерасийа  едиб  артыг  оксиэендян  азад  едир  вя 

филтрдян кечириб асылы щиссяжиклярдян тямизляйирляр. Чцнки 

асылы  щиссяжикляр  ферментлярин  мянбяйи  вя  йа 

микроорганизмляр  цчцн  гида  мцщити  ола  биляр. 

Мялумдур  ки,  йаьларын  хараб  олмасына  сябяб 

ферментлярин вя микроорганизмлярин фяалиййятидир. 

Битки  йаьларыны  сахламаг  цчцн  хцсуси  метал 

систернлярдян вя резервуарлардан истифадя едилир. Бунлар 

суйa  давамлы  вя  ишыьы  якс  етдирян  бойа  иля 



__________________________________________Əhməd-Cabir Əhmədov 

 

 



131

рянэлянмялидир.  Дахили  щиссядян  ися  щямин  систернляр  вя 

резервуарлар  галайланмалы  вя  йа  лакла  юртцлмялидир. 

Йаьларын  сахланылма  заманы  тяркибиндя  баш  верян 

просесляр ашаьыда изащ едилир. 

Йаьларын  истещсалы  вя  сахланылмасы  заманы 

харижи  мцщитин  тясириндян  мцхтялиф  просесляр  баш  веря 

биляр.  Йаьлар  мцхтялиф  амиллярин  тясириндян  щидролиз, 

гахсыма вя оксидляшмя просесляриня уьрайа билярляр. Бу 

просесляр  йейинти  йаьларынын  кейфиййятинин  ашаьы 

дцшмясиня, бязян ися там йарарсыз олмасына сябяб олур. 

Бу просесляр ашаьыдакылардан ибарятдир: 

-

 

йаьларын щидролизи; 



-

 

йаьларын оксидляшмяси; 



-

 

йаьларын гахсымасы (ажылашмасы); 



-

 

йаьларын бирляшмяси. 



Бу просеслярин баш вермяси нятижясиндя йейинти 

йаьларынын  тяркиби  вя  кейфиййяти  дяйишир.  Бу  просесляр 

ядябиййатларда (5, 6, 8, 25, 26, 51) эениш верилдийи цчцн 

биз онлары бурада тякrар олараг йазмырыг. 

 

3.8. Zeytun yağının müalicəvi əhəmiyyəti 

 

Zeytun yağının sağlamlıq baxımından müalicəvi 



faydalarını aşağıdakı ardıcıllıqla izah etmək olar. 

 

3.8.1.



 Zeytun yağının ürək və qan-

damar sağlamlığına faydası 

 

Zeytun və zeytun yağındakı yağ turşularının ək-

səriyyəti  doymamış  yağ  turşularıdır.  Belə  yağlarda 

xolesterin  olmur.  Buna  görə  də  zeytun  yağı  qandakı 

xolesterin  səviyyəsini  qaldırmır,  əksinə,  onu  nəzarətdə 

saxlayır.  Bundan  başqa,  zeytun  yağının  tərkibində  bədən 

üçün  zəruri  olan  (EFA:  essential  fatty  asit)  omeqa-6  yağ 

Zeytun və zeytun yağı_________________________________ 

 

132



turşusu  (linolen  turşu)  var.  Buna  görə  də  səhiyyə 

təşkilatları  (Dünya  Səhiyyə  Təşkilatı  WHO)  damar 

kirəcləşməsi,  şəkər  xəstəliyi  faizinin  çox  olduğu  cəmiy-

yətlərdə  istifadə  edilən  yağlardakı  yağ  turşusunun  ən  az 

30%-nin  omeqa-6  yağ  turşusu  olmasını  tövsiyə  edir.  Bu 

da zeytunun dəyərini yüksək səviyyədə artırır. 

Bu  sahədə  aparılan  tədqiqatlar  1  həftə  boyunca 

hər  gün  25  ml  –  təxminən  2  xörək  qaşığı  –  təbii  zeytun 

yağı  qəbul  edən  insanların  daha  az  LDL  (pis  xolesterin) 

və  daha  yuxarı  antioksidant  səviyyələri  göstərdiyini 

təsdiqləyib.  Antioksidantlar  bədənimizdəki  «sərbəst 

radikallar»  adlı zərərli maddələrin zərərsizləşdirilməsi və 

hüceyrəyə  zərər  verilməsinin  qarşısının  alınması 

baxımından  çox  zəruridir.  Zeytun  yağından  istifadənin 

xolesterinin  səviyyəsini  aşağı  salması  və  ürək 

xəstəliklərinin  qarşısını  alması  bir  çox  araşdırmalarla  da 

təsdiq edilib. 

Zeytun  yağı  qanda  dövr  edən  LDL  adlı  zərərli 

xolesterinin səviyyəsini aşağı saldığı, HDL adlı xolesterin 

səviyyəsini  isə  yüksəltdiyi  üçün  ürək  və  qan-damar 

xəstələrinə  dərman  kimi  tövsiyə  edilir.  Ürək-damar 

xəstəliklərinə  çox  rast  gəlinən  ölkələrdə  əksərən  yüksək 

xolesterin  səviyyəsinə  malik  doymuş  yağlar  işlədilir. 

Bununla  yanaşı,  zeytun  yağı  bədəndəki  omeqa-6 

turşusunun  omeqa-3  yağ  turşusuna  nisbətini  də  pozur. 

Omeqa-3  və  omeqa-6  yağ  turşularının  müəyyən 

səviyyədə qəbul edilməsi çox vacibdir. Çünki bu nisbətin 

pozulması  immunitet  və  ürək  xəstəlikləri,  o  cümlədən 

xərçəng  xəstəliyi  kimi  bir  çox  xəstəliklərin  inkişafına 

gətirib çıxarır. Məhz buna görə də bir çox insanlar zeytun 

yağı  ilə  şəfa  tapırlar.  Amerika  Ürək  Cəmiyyəti  ürək 

xəstəlikləri  riskini  azaltmaq  üçün  doymamış  turşulu  yağ 

pəhrizinin  30%-ni  az  yağlı  pəhrizə  alternativ  ola 

biləcəyini bildirir. 



__________________________________________Əhməd-Cabir Əhmədov 

 

 



133

 

3.8.2._Zeytun_ya_ğı_x_ərç_əng_x_əst_əliyinin__qar_şısını_alır'>3.8.2. Zeytun yağı xəəng xəstəliyinin 



qarşısını alır 

 

«The Archives of  nternal Medicine» jurnalında 

dərc olunan bir tədqiqat əsəri yüksək nisbətdə doymamış 

yağ istifadə edən qadınların döş xərçənginə düçar olması 

riskinin az olduğunu göstərmişdir.  

Nyu-Yorkda 

Buffalo 

Universiteti 

tədqiqatçılarının  apardığı  başqa  bir  çalışmada  isə  bitki 

yağlarından  biri  kimi  zeytun  yağının  B-sitosterolun 

prostat  xərçəng  hüceyrələrinin  yaranmasının  qarşısını 

almaqda  kömək  etdiyi  bildirilir.  Tədqiqatçılar  B-

sitosterolun  hüceyrələrin  bölünməməsi  əmrini  verən 

hüceyrədaxili 

xəbərləşmə 

sistemini 

gücləndirdiyi, 

bununla  da  hüceyrə  böyüməsi  nəzarətdən  çıxmadan 

xərçəngin qarşısının alına biləcəyi nəticəsinə gəliblər. 

Oksford  Universitetinin  həkimləri  tərəfindən 

aparılan  sonuncu  araşdırmada  da  zeytun  yağının  bağırsaq 

xərçənginə qarşı qoruyucu xüsusiyyətə malik olduğu aşkar 

edilib.  Həkimlər  zeytun  yağının  bağırsaq  xərçənginin 

başlamasının  qarşısını  almaq  üçün  mədədəki  turşu  ilə 

reaksiyaya  girdiyini  kəşf  ediblər.  Oksford  tədqiqatçıları 

zeytun  yağının  öd  turşusu  miqdarını  azaldaraq  və  DAO 

(diamin  oksidaz  adlı  ferment)  səviyyəsini  yüksəldərək 

anormal  hüceyrə  artımına  və  xərçəngə  qarşı  qoruyucu 

olduğunu da üzə çıxarıblar. 

 

3.8.2.



 Zeytun yağı sümüyün  

inkişafına kömək edir 

 

Tədqiqatçıların hesabatlarına görə, bol miqdarda 

zeytun  yağı  və  bişmiş  tərəvəz  yeyən  insanların  oynaqla-

Zeytun və zeytun yağı_________________________________ 

 

134



rındakı  şişmə,  qızartı  və  ağrıya  (xroniki  iltihablanmaya) 

səbəb olan revmatizmal artrit keçirmək riski azalır. 

Zeytun  yağının tərkibindəki E, A, D və K vita-

minləri uşaqların və yeniyetmələrin sümüyünün inkişafına 

kömək  etməsi,  kalsium  miqdarını  sabitləşdirərək 

sümükləri  gücləndirməsi  baxımından  çox  vacibdir.  Bu 

yağlar  yaşlılara  da  xüsusi  tövsiyə  edilir,  çünki  həzm 

olunması  asandır  və  minerallarla  bədəndə  istifadəsinə 

kömək  edir.  Həmçinin  sümük  mineralizasiyasını  (mine-

ralların sümüklərdə çökməsi) hərəkətə keçirərək, kalsium 

itkisinə  əngəl  olur.  Sümüklər  orqanizmin  mineral 

quruluşunun  anbarını  yaradır  və  sümüklərdə  mineral 

yığımı olmayanda sümük yumşalması kimi ciddi problem 

ə

mələ  gəlir.  Bu  baxımdan  zeytun  yağının  skelet 



quruluşuna çox müsbət təsiri var. 

 

3.8.4. Zeytun yağı qocalmağın  



qarşısını alır 

 

Tədqiqatçıların hesabatlarına görə, bol miqdarda 

zeytun  yağı  və  bişmiş  tərəvəz  yeyən  insanların  oynaqla-

rındakı  şişmə,  qızartı  və  ağrıya  (xroniki  iltihablanmaya) 

səbəb olan revmatizmal artrit keçirmək riski azalır. 

Zeytun 


yağının 

tərkibindəki 

vitaminlər 

hüceyrələri  təzələmək  xüsusiyyətinə  malik  olduğu  üçün 

ondan  qocalığın  qarşısının  alınmasında  da  istifadə  edilir, 

çünki zeytun yağı dərini qidalandırır və qoruyur. Qidalar 

bədənimizdə  enerjiyə  çevrilərək  oksidant  adlı  bəzi 

maddələr  ortaya  çıxır.  Zeytun  yağı  özündə  ehtiva  etdiyi 

çoxsaylı  antioksidant  maddələrlə  bədənin  zərərli 

maddələrlə  zədələnməsinin  qarşısını  alır,  hüceyrələrimizi 

təzələyir,  toxuma  və  orqanlarımızın  yağlanmasını 

ləngidir.  Zeytun  yağı  bədənimizdəki  hüceyrələrə  zərər 

verən, onları qocaldan «sərbəst radikallara» təzyiq edən E 


__________________________________________Əhməd-Cabir Əhmədov 

 

 



135

vitamini baxımından da zəngindir. 

 

3.8.5. Zeytun yağı uşaqların inkişafına 

müsbət təsir göstərir 

 

Zeytun  və  zeytun  yağı  tərkibində  olan  linolen 

turşusuna  (omeqa-6  yağ  turşusu)  görə  təzə  doğulmuş 

körpələr,  inkişaf  mərhələsində  olan  uşaqlar  üçün  çox 

faydalı  bir  qidadır.  Linolen  turşusunun  az  olması  uşağın 

inkişafının  ləngiməsinə  və  bəzi  dəri  problemlərinin 

yaranmasına səbəb ola bilər. Zeytun yağında bədənimizdə 

olan  zərərli  maddələrin  təsirinin  qarşısını  alan 

antioksidant  elementlər  və  insan  üçün  böyük  əhəmiyyət 

kəsb edən yağ turşuları var. Bunlar da hormonlara dəstək 

olur  və  hüceyrə  zərinin  əmələ  gəlməsinə  kömək  edir. 

Zeytun yağı ana südündəki yağ turşusu nisbətinə oxşayır, 

bununla bərabər bir çox doymamış tərkiblərə də malikdir. 

Zeytun  yağı  insan  bədəni  tərəfindən  əldə  edilə 

bilməyən, həmçinin bədənin zəruri ehtiyac duyduğu əsas 

yağlı  turşular  baxımından  kifayət  edəcək  bir  mənbədir. 

Bu amillər zeytun yağını təzə doğulan körpələr üçün çox 

faydalı maddəyə çevirir. Doğuşdan əvvəl və sonra körpə 

beyninin və sinir sisteminin təbii inkişafına müsbət təsiri 

olduğuna görə, mütəxəssislər tərəfindən analara məsləhət 

görülən  yeganə  yağ  yenə  zeytun  yağıdır.  Bu  yağ  ana 

südündəkinə  yaxın  miqdarda  linolen  turşusu  ehtiva  edir. 

Bununla  yanaşı,  yağsız  inək  südünə  zeytun  yağı  əlavə 

ediləndə,  o  ana  südü  qədər  təbii  bir  qida  xüsusiyyəti 

qazanır. 

3.8.6. Zeytun yağı təzyiqi aşağı salır 

 

«The  Archives  of  nternal  Medicine»  jurnalının 

2000-ci  il  27  mart  tarixli  sayında  dərc  olunan  bir 

Zeytun və zeytun yağı_________________________________ 

 

136



araşdırma  zeytun  yağının  yuxarı  qan  təzyiqinə  müsbət 

təsirini  bir  daha  vurğulamışdır.  Bundan  başqa,  zeytun 

yağının  yarpağından  təzyiqi  aşağı  salan  dərmanlar 

hazırlanır. 

 

3.8.7. Zeytun yağının daxili  

orqanlara faydası 

 

sti  və  ya  soyuq  halda  qəbul  edilməsindən  asılı 

olmayaraq zeytun yağı mədə turşusunu azaldaraq mədəni 

qastrit  və  xora  kimi  xəstəliklərdən  qoruyur.  Bununla 

yanaşı,  öd  ifrazatını  sürətləndirərək  onun  ən  mükəmməl 

hala  gəlməsini  təmin  edir.  Öd  kisəsinin  boşalma 

fəaliyyətini  nizamlayır  və  öd  daşı  riskini  azaldır. 

Tərkibindəki  xlor  sayəsində  də  qaraciyərin  çalışmasına 

kömək  edir.  Bununla  da  bədənin  tullantılardan  xilas 

olmasını  asanlaşdırır.  Bunlardan  başqa,  beyin,  aorta 

damarlarının da sağlamlığına müsbət təsir göstərir. 

Zeytun  yağı bütün bu xüsusiyyətlərinə görə son 

dövrlərdə 

mütəxəssislərin 

diqqətini 

cəlb 


edir. 

Mütəxəssislərin izahlarından bir qismi ilə tanış olaq. 

Sağlamlıq və qidalanma sahəsində nüfuzlu şəxs-

lərdən  biri  sayılan,  «Qida  əczaxanası»  («The  Food 

Pharmacy»)  və  «Qidalar  –  möcüzəli  dərmanlarımız» 

(«Food  –  Your  Miracle  Medicine»)  kitablarının  müəllifi, 

SNN  telekanalının  mükafatlı  müxbiri,  beynəlxalq  köşə 

yazarı olan Jan Karper:  

« taliyada  aparılan  yeni  tədqiqatlar  nəticəsində 

zeytun  yağının  özündə  LDL  xolesterinin  arteriya 

damarlarına  tıxac  yaratmaq  xüsusiyyəti  də  daxil  olmaqla 

bəzi  xəstəlik  mərhələləri  ilə  döyüşən  …  antioksidantlar 

ehtiva etdiyini aşkarlayıb». 

Pəhriz və qidalanma mütəxəssisi Pet Beird:  

«Zeytun  yağının  hərtərəfliliyi…onun  bədənin 


__________________________________________Əhməd-Cabir Əhmədov 

 

 



137

sağlamlığına  olan  faydası  haqqında  öyrənəcəyimiz  daha 

çox şey var». 

Harvard Universitetinin xalq sağlamlığı məktəbi 

epidemiologiya bölümü başqanı dr. Dimitrios Triçopulos:  

«Amerikalı  qadınlar  doymuş  yağların  əvəzinə 

daha  çox  zeytun  yağı  istifadə  etsəydilər,  döş  xərçəngi 

riskində 50% qədər azalma baş verə bilərdi… Zeytun yağı 

bəzi  bədxassəli  şiş  növlərinə  –  prostat,  döş,  onurğa, 

pulcuqlu hüceyrə və qida borusu şişlərinə qarşı qoruyucu 

təsirə malikdir». 

Mayami 


Universitetinin 

(ABŞ) 


tibb 

fakültəsindən D.Pek:  

«Zeytun  yağının  siçovullardakı  immunitet 

sistemini gücləndirdiyi sübut olunmuşdur…». 

Milan Universiteti əczaçılıq fakültəsindən Bruno 

Berra:  


«Təbii yolla süzülmüş zeytun yağının tərkibində 

olan  LDL  oksidasiona  olan  müqavimətini  aydın  şəkildə 

artırır». 

II 


Federiko 

Universitetinin 

daxili 

və 


metabolizma  xəstəlikləri  kafedrasından  A.A.Rivelles, 

G.Rikardi, M.Mançini:  

«Zeytun  yağı  insulin  müqavimətinin  qarşısını 

alır  və  qandakı  qlükozanın  daha  yaxşı  nəzarətini  təmin 

edir». 

Neapolitan  Universiteti  tibb  və  kimya  fakültə-



sindən Patrisia Qaletti:  

«Zeytun  yağı  polifenollarının  qida  kimi  qəbul 

edilməsi  reaktiv  oksigen  metabolitlərlə  bağlı  xəstəlik 

riskini  azalda  bilər  –  mədə-bağırsaqla  bağlı  bəzi 

xəstəliklər  və  damarların  tıxanması  kimi.  Zeytun  yağı 

insan eritrositlərini oksidativ təhlükədən qoruyur». 

Harvard 

Universitetinin 

Xalq 

Səhiyyəsi 



kafedrasından Frank Saks:  

Zeytun və zeytun yağı_________________________________ 

 

138



«Zeytun  yağından  ibarət  olan  zəngin  qida 

rasionlu  pəhriz  ifrat  kökəlməyi  nəzarətdə  saxlamaqda  və 

müalicə  etməkdə  az  yağlı  qida  rasionundan  ibarət 

pəhrizdən  daha  təsirlidir.  O  uzunmüddətli  artıq  çəki 

itkisinə  də  səbəb  olur,  bu  halda  çəkini  qorumaq  daha 

asandır…». 

Göründüyü kimi, bu gün bir çox alimlər zeytun 

yağını  əsas  qəbul  edən  qidalanma  modelinin  ən  ideal 

forma  olduğunu  düşünür.  Bu  xüsusiyyətlərinə  görə 

gündəlik  qida  rasionunda  olması  zəruri  olan  ən  əsas 

qidaların zeytun və zeytun yağı olduğu bildirilir. Allahın 

bir  çox  ayədə  diqqətimizə  çatdırdığı  zeytun  bitkisinin 

faydası  tibbi  bilgilərin  artması  ilə  paralel  olaraq  kəşf 

edilmişdir. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 


__________________________________________Əhməd-Cabir Əhmədov 

 

 



139

 

DÖRDÜNCÜ FƏS L. 



ZEYTUN  YAĞININ KEYF YYƏT N N 

EKSPERT ZASI 

 

4.1. Ekspertizanın obyekti, məqsədi və 

üsulları 

 

Müasir  dövrdə  dövlətlər  arasında  iqtisadi  əlaqələr 

qurulduğu halda ticarət əlaqələri də genişlənir və inkişaf edir. 

Belə  əlaqələrdən  biri  kimi  tarixi  pək  yolunun  bərpası 

keyfiyyətcə  yüksək  olan  və  Beynəlxalq  standartlara  cavab 

verən  məhsulların  dünya  bazarına  çıxarılmasını  da  qeyd 

etmək  lazımdır.  Belə  bir  şəraitdə  xarici  ölkələrdən 

respublikamıza  çoxlu  miqdarda  ərzaq  məhsulları  daxil  olur. 

Bu məhsullar içərisində zeytun yağlarını da misal göstərmək 

olar.  Bitki  yağları  pərakəndə  ticarət  şəbəkəsində  xüsusi 

çəkiyə  malikdir.  Respublikamıza  gətirilən  zeytun  yağlarını 

yoxlamaq  və  keyfiyyətini  qiymətləndirmək  müasir  dövrdə  

istehlak  mallarının  ekspertizası  ilə  məşğul  olan  alimlərin 

qarşısında  duran  əsas  vəzifələrdən  biridir.  Zeytun  yağları 

ə

sasən  Respublikamıza  Yunanıstan,  spaniya,  taliya  və 



Türkiyədən  gətirilir.  Zeytun  yağları  müxtəlif  markalarda  və 

adlarda istehsal olunur. Bunlara misal olaraq   Extra Virgin, 

Riviera, 

Pomace 


markalı 

zeytun 


yağlarını 

və 


Respublikamızda  istehsal  olunan  “Final”  və  “Zeytun 

bağları”  markalı  zeytun  йаьларыnı  göstərmək  olar.  Bu 

yağların  müxtəlif  markalara  və  ticarət  sortlarına  ayrılması 

onların  ekspertizasını  və  keyfiyyətinin  qiymətləndirilməsini 

zəruri hesab edir.  

dqiqat  aparmaqda  məqsəd  Bakı  ticarətində 

satılan müxtəlif markalı zeytun yağlarının keyfiyyətini tədqiq 

etməkdir. Zeytun yağlarının keyfiyyətinin tədqiqində məqsəd 

Zeytun və zeytun yağı_________________________________ 

 

140



onların  keyfiyyətinin  həm  hiss  üzvləri  ilə  təyin  olunan 

göstəricilər  (orqanoleptiki  göstəricilər)  və  həm  də  fiziki-

kimyəvi göstəricilər üzrə normativ-texniki sənədlərin tələbinə 

uyğunluğunu müəyyən etməkdir. 

dqiqat  obyekti.  Tədqiqat  aparmaq  üçün 

“Azersun  Holdinq”  şirkətlər  qrupunun  nəzdində  fəaliyyət 

göstərən  “Bakı  Yağ  və  Qida  Fabriki”  MMC-də  istehsal 

olunan Olive Oil  markalı “Final”  zeytun yağı, saflaşdırılmış  

“Zeytun bağları” yağı və  spaniyadan idxal olunan Pomace 

markalı zeytun yağı götürülmüşdür. 



Tədqiqatın  əsas  vəzifələri  və  məqsədi.  Tədqiqat 

aparmaqda  məqsəd  “Bakı  Yağ  və  Qida  Fabriki”  MMC-də 

istehsal  olunan  zeytun  yağlarının  çeşidini,  keyfiyyət 

göstəricilərini  və  ekoloji  təmizliyini  öyrənməkdir.  Eyni 

zamanda  xaricdən  gətirilən  Pomace  markalı  zeytun  yağının 

keyfiyyətini  öyrənib  onu  vətənimizdə  istehsal  olunan  zeytun 

yağları ilə müqayisə etməkdir. 

Tədqiqatın  informasiya  bazası  və  işlənməsi 

metodikası. Monoqrafiyanın yazılmasında Azərbaycan və rus 

dillərində  53  adda  ədəbiyyatdan,  80  adda    normativ-texniki 

sənədlərdən    və  “Bakı  Yağ  və  Qida  Fabriki”  MMC-  nin 

materiallarından  istifadə  olunmuşdur.  “Bakı  Yağ  və  Qida 



Fabriki”  MMC-  də  istehsal  olunan  zeytun  yağlarının 

orqanoleptiki  və  fiziki-kimyəvi  göstəriciləri  qüvvədə  olan 

standartlara  müvafiq  olaraq  müasir  tədqiqat  üsulları  ilə 

öyrənilmişdir.  Tədqiqat  üsulları  istifadə  olunan  dərsliklərdə 

(8),  dərs  vəsaitlərində  (30)  və  metodiki  vəsaitlərdə  (7,  50) 

geniş  verilmişdir.  Biz  öz  işimizdə  onlardan  yaradıcı  surətdə 

istifadə etdiyimizdən burada tədqiqat üsullarının metodikaları 

verilmir. 

Monoqrafiyanın 

yazılmasında 

həmin 

ə

dəbiyyatlardan  informasiya  bazası  və  metodika  üçün 



hərtərəfli istifadə edilmişdir. 

Tədqiqatın elmi yeniliyi. Tədqiqatın nəticəsi olaraq 

tərəfimizdən  ilk  dəfə  “Bakı  Yağ  və  Qida  Fabriki”  MMC- 



__________________________________________Əhməd-Cabir Əhmədov 

 

 



141

də  istehsal  olunan  və  Bakı  ticarətində  realizə  olunan  zeytun 

yağlarının keyfiyyət göstəricilərinin ekspertizası aparılmışdır. 

Zeytun  yağlarının  orqanoleptiki  göstəricilərindən  xarici 

görünüşü,  iyi,  dadı,  rəngi,  şəffaflığı  və  digər  göstəricilər 

müəyyən  edilmişdir.  Fiziki-kimyəvi  göstəricilərdən  xalis  

çəkisi,  nəmliyi  və  tez    buxarlanan  maddələrin  kütlə  payı, 

xüsusi  çəkisi,  şüasındırma  əmsalı,  turşuluq  və  yod  ədədləri 

müəyyən  edilmişdir.  Alınan  nəticələr  standart  göstəricilərlə 

müqayisə edilmişdir. 



Tədqiqatın praktiki əhəmiyyəti. Aparılan tədqiqat 

işlərinin  nəticəsi  olaraq  elmi-praktiki  əhəmiyyəti  olan  nəticə 

yazılmış,  Azərbaycanda  becərilən  zeytun  meyvəsindən 

səmərəli  istifadə  edilməsi  tövsiyə  olunmuş  və  zeytundan 

hazırlanan  məhsulların  çeşidinin  artırılması  və  keyfiyyətinin 

yaxşılaşdırılması üçün əsaslandırılmış təkliflər verilmişdir. 

Bitki  yağlarının,  o  cümlədən  zeytun  yağının 

keyfiyyəti standarta əsasən aşağıdakı göstəricilər üzrə tədqiq 

olunur. 

1.  Bitki  yağlarının  orqanoleptiki  göstəricilərinin 

tədqiqi (QOST 5472-90); 

2. Yağların nisbi sıxlığının (xüsusi çəkisinin) təyini 

– piknometr üsulu ilə; 

3.  Yağların  şüasındırma  əmsalının  təyini  (QOST 

5482-90); 

4. Yağların rənginin təyini (QOST 5477-89); 

5.  Suyun  və  uçucu  maddələrin  faizlə  miqdarının 

təyini (QOST 5478-81); 

6. Turşuluq ədədi, mq KOH miqdarına görə (QOST 

5476-81);  

7. Yod ədədi – 100 qr yağa birləşən yod q-la (QOST 

5479-81);  

8. Kütləyə görə faizlə çöküntü (QOST 5481-89);  

9. Fosforlu maddələrin miqdarı, faizlə (QOST 5424-

80);  

Zeytun və zeytun yağı_________________________________ 

 

142



10.    Sabunlaşmayan  maddələrin  miqdarı,  faizlə 

(QOST 5482-90);  

 


Yüklə 1,44 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin