81
Folklor, Mifologiya, Etnoqrafiya
Xalq sufizmi türk şaman (qam) və İs-
lam mədəniyyətinin sintezi kimi meydana
çıxmışdır. Xalq sufiləri şaman (qam) eti-
qadlarını təsəvvüflə birləşdirərək İslam
tarixində yeni bir səhifə açmışlar. Belə
ki, şamanlığın birbaşa və transformasi-
ya edilmiş qalıqları xalq sufizmində, xalq
sufizmindən isə eşq dastanlarında özünü
göstərməkdədir.
Türk xalq sufizmində dərvişin mənəvi
kamillik yolunda çəkdiyi fiziki əzablar,
ruhlar tərəfindən seçilmiş adamın şaman
(qam) olmaq naminə ruhların ona verdiyi
əzablara qatlaşması, müqəddəs övliyadan
buta alan dastan qəhrəmanının qarşılaşdı-
ğı çətiliklər eyni bir detalın müxtəlif for-
malarıdır. Demək, şaman (qam) etiqadları
ölçüyə gəlməz məsafəni qət edən günəş şü-
aları kimi, uzanıb nazilsə də öz parlaqlığı-
nı itirməyərək müxtəlif folklor janrlarının
tərkibində şölələnməkdədir.
Məlum olduğu kimi, eşq dastanlarının
süjetində aparıcı yeri buta məsələsi tutur
Rəyçi: prof. R.Qafarlı
Dostları ilə paylaş: