D I l ç İ L i K: q r a m m a t I k a türk dillərinin tarixi sintaksisi



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə3/7
tarix05.06.2023
ölçüsü0,7 Mb.
#124880
növüXülasə
1   2   3   4   5   6   7
№ 2 - Meqale 6

 
 
KEYWORDS
syntax, linguistics
M.Kashgari, the Turkish 
languages 
 
ARTICLE HISTORY
 
Received: 06.04.2021 
Accepted: 16.04.2021 
 


Ramil Zeynalov 
Türk dillərinin tarixi sintaksisi 
91 
Giriş / Introduction 
Türk dillərinin tarixi sintaksisi digər sahələrlə müqayisədə az öyrənilsə də, son 
illərdə bu sahə ilə bağlı müəyyən tədqiqatlar aparılmışdır. Xüsusən də N.Hacıyeva və 
B.Serebrennikovun həmmüəllif olduqları “Türk dillərinin müqayisəli-tarixi 
qrammatikası (sintaksis)” [Сравнительно-историческая грамматика тюркских 
языков (синтаксис], Ə.Rəcəblinin “Göytürk dilinin sintaksisi”, Q.Kazımovun 
“Azərbaycan dilində tabeli mürəkkəb cümlənin inkişaf tarixi”, M.Musayevin “Türk 
ədəbi dillərində mürəkkəb cümlə sintaksisi” və yazılan digər kitabları bu sahədəki 
sanballı işlər sırasında saymaq olar. Bununla belə, tarixi sintaksis türkologiyada ən az 
tədqiq olunan sahələrdən sayılır. Bu mənada M.Kaşğarinin “Divanü lüğat-it-türk” 
əsərində işlənən atalar sözləri və məsəllərin sintaktik xüsusiyyətlərinin tədqiqi bu 
sahədə aparılan digər işlər üçün də təkan ola bilər. Qeyd edək ki, indiyə qədər 
dilçiliyimizdə bu istiqamətdə – M.Kaşğarinin “Divan”ında işlənən atalar sözləri və 
məsəllərin qrammatik xüsusiyyətlərinin öyrənilməsi istiqamətində, demək olar ki, heç 
bir iş görülməmişdir. Doğrudur, müstəqillik illərində bir çox sahələrdə olduğu kimi, 
dil tarixi istiqamətində də görülən işlərin sayı xeyli artmış və bu mənada M.Kaşğari 
ilə bağlı kifayət qədər tədqiqat işləri aparılmışdır. Görülən işlərdən biri professor 
R.Əsgərin “Divan”ın azərbaycanca nəşr edilməsidir. Məhz bu əsərin nəşrindən sonra 
Azərbaycan dilçiliyində M.Kaşğariyə olan maraq artdı və bu sahədə bir sıra tədqiqat 
işləri meydana gəldi. Fikrimizcə, bu mövzuda yazılan tədqiqat işlərinin sayı daha da 
artacaq və bu dəyərli əsərə dilçiliyimizdə dönə-dönə müraciət ediləcəkdir. Çünki 
Mahmud Kaşğari və onun bu dəyərli əsəri nəinki Azərbaycan dilinin, eyni zamanda 
bütövlükdə türk dillərinin tarixinin araşdırılması üçün ən qədim və dəyərli 
mənbələrdən biridir. Professor T.Hacıyev bu barədə danışarkən haqlı olaraq yazır: 
“Divanü lüğat-it-türk” min il bundan əvvəlki dilimizin, tarix və mədəniyyətimizin ən 
dəyərli, ən başlıca mənbəyi və məxəzi kimi elmimizdə tamamilə yeni üfüqlər və 
istiqamətlər açmağa, daha geniş, daha əhatəli və daha dərin araşdırmalar aparmağa 
kömək edəcəkdir” [4, s.7]. Bu fikirlər şübhəsiz ki, deyilənləri bir daha təsdiqləyir. 
“Divanü lüğat-it-türk” əsərinin tədqiqi dilçiliyimizin inkişafı, o cümlədən, türkoloji 
dilçiliyin inkişafı üçün yeni bir səhifə açır.
Türk dillərinin tarixi sintaksisinin tanınmış tədqiqatçılarından olan dilçi-alimlər 
N.Hacıyeva və B.Serebrennikov türk dillərinin tarixindən danışarkən yazırlar: “Bir 
çox türkoloqlar sintaksisi tipoloji bütöv kimi nəzərdən keçirir, amma müasir türk 
dillərində ən azı üç sintaktik tip vardır: qədim türk, keçici və Hind-Avropa və ya, 
daha dəqiq desək, türk Hind-Avropa”. Bu kontekstdən M.Kaşğarinin dövründəki 


D İ L Ç İ L İ K: Q R A M M A T İ K A 
92
AZƏRBAYCAN DİLİ və ƏDƏBİYYAT TƏDRİSİ, 2021, №2 
ümumtürk dilinin sintaksisinin tədqiqi, həm də türk dillərinin qrammatik quruluşunun 
tarixən inkişafını izləmək üçün əhəmiyyətli material verir. Professor N.Xudiyev 
T.Hacıyevə istinadən yazır: “...ümumiyyətlə belə bir mülahizə mövcuddur ki, ədəbi 
dilin sintaksisinin inkişaf səviyyəsi ən çox xalqın intellektual tərəqqisi, danışıq dili, 
sintaksisinin inkişafı isə, hər şeydən əvvəl, kollektivin adət-ənənələri, etnik təkamülü 
ilə mütənasibdir” [2, s.145]. Nəzərə alsaq ki, M.Kaşğarinin əsərlərində işlənən atalar 
sözləri və məsəllər xalq danışığından götürülüb, deməli, bu misallarda etnik təkamülü 
görə bilərik. Etnik təkamül isə heç şübhəsiz, dilin də təkamülü deməkdir. Deməli, dil 
tarixinin tədqiqi həmçinin dilin tarixi tərəqqisinin də tədqiqidir. Baxmayaraq ki, türk 
dillərinin tarixi tədqiqi onun lap qədimdən artıq formalaşdığını deməyə əsas verir. Bu 
özünü sintaktik quruluşda da göstərir. “Kitabi Dədə Qorqud” dastanının sintaktik 
quruluşundan bəhs edərkən dilçi-alim Q.Kazımov yazır: “Dədə Qorqud” dilinin 
sintaksisi elə kamil formadır ki, keçən 1500 ilin ərzində söz birləşməsi və cümlə 
strukturunda əsaslı bir dəyişiklik baş verməmişdir. Bütün yeniliklər təkmilləşmə, 
zənginləşmə və səlisləşmə istiqamətində olmuşdur. Sözlərin söz birləşməsi və cümlə 
şəklində, cümlələrin mətn şəklində əlaqələndirilməsi texnikası yalnız təkmilləşmə, 
zənginləşmə istiqamətində irəliləmişdir. Sintaktik əlaqələr, ismi və feili birləşmələr, 
sadə cümlələr, genişlənmiş sadə cümlələr, sadə quruluşlu mürəkkəb cümlələr müasir 
dildə olduğu kimidir. Sonralar, təbii olaraq, söz birləşməsi və cümlə modelləri 
zənginləşmiş, yönlük, yerlik, çıxışlıq halların qrammatik mənaları xeyli sabitləşmiş
feili tərkiblər inkişaf etmiş, qarışıq tipli mürəkkəb cümlə modelləri və mətnin 
sintaktik-semantik bağlılığını təşmin edən vasitə və üsullar çoxalmışdır [3, s.255]. 
M.Kaşğarinin “Divan”ında işlənən atalar sözləri və məsəlləri tədqiq edərkən biz bu 
mülahizənin bir daha şahidi oluruq. Belə ki, bu atalar sözlərinin bəziləri günümüzdə 
olduğu kimi işlənir və demək olar ki, heç bir dəyişikliyə uğramamışdır. 
M.Kaşğarinin əsərinin bu xüsusiyyətlərindən danışarkən, ədəbiyyatşünas 
R.Əsgər yazır: “Ortaq türk ədəbiyyatı qədim dövrdə Orxon-Yenisey abidələrinin, orta 
dövrdə isə dörd fundamental, möhtəşəm klassik əsərin üzərində yüksəlir. Bunlar türk 
və dünya ədəbiyyatının ən nadir incilərindən biri sayılan “Dədə Qorqud” dastanı, 
bəşər tarixinin və mədəniyyətinin həcm etibarilə ən böyük əsəri olan “Manas” 
dastanı, böyük türk mütəfəkkiri, şairi və dövlət xadimi Yusif Has Hacib 
Balasaqunlunun “Qutadqu Bilik” poeması və ilk türk ensiklopedisti, dahi dilçi, 
filoloq, etnoqraf, mədəniyyətşünas Mahmud Kaşğarinin “Divanü lüğat-it-türk” 
əsəridir. Ümumtürk ədəbiyyatının təməl sütunları olan bu dörd şah əsərdən üçü türk 
dillərinin ayrı-ayrı qruplarına, məsələn, “Dədə Qorqud” oğuz qrupuna, “Manas” 
qıpçaq qrupuna, “Qutadqu Bilik” qarluq qrupuna məxsusdur. “Divanü lüğat-it-türk” 


Ramil Zeynalov 

Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin