233) Mitral qapağın üzvi çatışmazlığının səbəbi hansıdır?
A) Kəskin miokard infarktı
B) Miokardiodistrofiya
C) Revmatik qızdırma
D) Arterial hipertoniya
E) Kəskin və xroniki ürək çatışmazlığı
Ədəbiyyat: V. X. Vasilenko. “Qazanılmış ürək qüsurları” 1972 il.
234) Ürək çatışmazlığı olan xəstələrdə ürək qlükozidlərini təyin etmək üçün göstəriş hansıdır?
A) Hiperkaliemiya
B) Sinus taxikardiyası
C) Hiperkalsiemiya
D) Taxisistolik səyrici aritmiya
E) Hipokaliemiya
Ədəbiyyat: N. M. Şevçenko. “Kardiologiya” 2004 il.
235) Tardus, parvus nəbzi hansı xəstəlik üçün xarakterikdir?
A) Üçtaylı qapağın çatışmazlığı
B) Aortal qapağın çatışmazlığı
C) Mitral stenoz
D) Mitral qapağın çatışmazlığı
E) Aortal stenoz
Ədəbiyyat: А. Л. Гребенев. «Пропедевтика внутренних болезней» 2001г.
236) Ürəyin zirvəsində “pişik mırıltısı” hansı ürək qüsuru üçün xarakterikdir?
A) Aorta qövsünün stenozu
B) Aortal qapağın çatışmazlığı
C) Mitral qapağın çatışmazlığı
D) Üçtaylı qapağın çatışmazlığı
E) Mitral stenoz
Ədəbiyyat: А. Н. Окороков. «Диагностика болезней внутренних органов» 2001г.
Dostları ilə paylaş: |