66
Copyright protected – Management Pocketbooks Ltd
ŞƏXSLƏRARASI DAVRANIŞ
HƏRARƏTİ NƏZARƏTDƏ SAXLAYIN
Ən effektiv danışıqları yalnız təmkinli, düşünülmüş yanaşma tətbiq etdiyiniz zaman apara
bilirsiniz.
Danışıqların nəticəsini riskə atmayın:
●
Hansısa məsələnin üstünə getməyin, xüsusilə danışıqların əvvəlində (çox təkid etmək
sizi çıxılmaz vəziyyətə sala bilər).
●
Bir sıra məsələləri nəzərdə saxlayın.
●
Çətin məqamları daha sonra yekunlaşdırmaq üçün bir kənara qoyun.
Ümumiyyətlə, əvvəlcə ən sadə məsələləri razılaşdırmağa çalışın. Qalan məsələlərin bəziləri
ümumi razılaşmaya yaxınlaşdıqca sadələşəcək.
67
Copyright protected – Management Pocketbooks Ltd
ŞƏXSLƏRARASI DAVRANIŞ
DAVRANIŞ FƏNDLƏRİ
GİZLİ MOTİVLƏR
Buz dağlarının 9/10-u suyun altında gizlidir. Bənzər qaydada, siz də nəsə deyirsiniz, ola
bilsin ki, nəsə soruşursunuz, lakin birbaşa cavab almırsınız. Səbəb isə budur ki, qarşı tərəf
suallarınızın arxasında gizli motivlər olduğuna inanır və bu motivləri müəyyənləşdirməyə
çalışırlar. Buna görə də razılaşma əbəs yerə yubanır.
Gizli qalanların böyük hissəsini aydınlaşdırmaq üçün nəyi nə üçün dediyinizi, müəyyən
sualları nə üçün verdiyinizi, müəyyən mövqeyə niyə sadiq qaldığınızı izah etmək məqsədə-
uyğun olar.
Əlbəttə, gizli qalmasını istədiyiniz motivləriniz ola bilər (ən azı, hələlik). Bu, normaldır. Lakin
insanlar sizi əslində olduğunuzdan hiyləgər hesab etsələr, bunun sizə faydası olmayacaq.
68
Copyright protected – Management Pocketbooks Ltd
ŞƏXSLƏRARASI DAVRANIŞ
Dostları ilə paylaş: |