ŞƏXSLƏRARASI DAVRANIŞ
DAVRANIŞ FƏNDLƏRİ
PSİXOLOJİ HÜCUM
Bəzi söz və ya hərəkətlər arqumentin bir hissəsi olmaq üçün deyil, qarşı
tərəfi psixoloji
olaraq əlverişsiz vəziyyətə gətirmək, "həyəcanlandırmaq" üçün deyilir və ya edilir. Bunun
üçün bir sıra taktikalardan istifadə edə bilərsiniz:
●
vaxt qazanmaq (nəyisə hesablamaq və ya zəng etmək);
●
tələblərdən "tüstü pərdəsi" yaratmaq (yalnız vacib olandan istifadə etməklə);
●
eqo oxşamaq və
psixi məcburiyyət tətbiq etmək;
●
qəzəb və ya emosiyanı üzə çıxarmaq;
●
faktlara tam yiyələnmək (və ya özünü elə göstərmək) (heyrətamiz hesablama
bacarıqları əvvəlcədən məşq edilə və ya təxmin yürüdülə bilər ki, bu da hökmranlıq
təəssüratı yaradır);
●
fiziki diskomfort yaratmaq (narahat oturacaq və ya əyləşmək
üçün narahat yer təmin
etmək, yaxud qarşı tərəfi qeyd aparmağa çalışarkən qəhvə fincanını taraz saxlamağa
çalışmağa vadar etmək);
●
maliyyə məhdudiyyətlərinin qarşısıalınmaz olacağını təlqin etmək;
●
özünü başa düşmürmüş kimi göstərmək.
72
Copyright protected – Management Pocketbooks Ltd
ŞƏXSLƏRARASI DAVRANIŞ
DAVRANIŞ FƏNDLƏRİ
MÜDAFİƏ/HÜCUM METODLARI
İnsanlar kimisə xəbərdarlıq etmədən vurmağı düzgün hesab etmədiklərinə görə fikir
ayrılıqları çox vaxt mülayimcəsinə başlayır.
Siz "Buna əmin deyiləm" və ya "Məncə, bundan daha yaxşı
hədəf
seçmək daha yaxşı olar", – deyib, sonra ciddi bir neqativ amili irəli
çəkə bilərsiniz. Qarşı tərəf isə nə baş verdiyini hiss edərək əks
arqument hazırlamağa başlayar.
Ona
bunun üçün vaxt
verməyin.
Yaxşı nümayəndələr
xəbərdarlıq etmirlər.
Hücum məqsədə-
uyğundursa,
xəbərdarlıqsız
hücuma keçin.
Dostları ilə paylaş: