ŞƏXSLƏRARASI DAVRANIŞ
DAVRANIŞ FƏNDLƏRİ
FƏAL DİNLƏMƏ
Yaxşı nümayəndələr diqqətlə qulaq asırlar: ən yaxşı nümayəndələrin
isə diqqətindən heç
nə yayınmır.
ETMƏYİN
✘
Diqqətinizi yayındırmayın.
✘
Növbəti addımınızı düşünərək hazırkı vəziyyəti anlamağınıza mane olmayın.
✘
Emosiyalarınızın sizə mane olmasına icazə verməyin (bəlkə də, qarşı tərəf sizi
qəzəbləndirməyə
çalışır
).
EDİN
✔
Lazım gələrsə, iki dəfə dəqiqləşdirin.
✔
Yeri
gəldikcə, suallar verin.
✔
Məsələyə tam diqqətlə qulaq asdığınızı nümayiş etdirin.
Qarşı tərəfin mesajını yalnız 100 % anladıqda effektiv iş görə bilərsiniz.
"İnsanın iki qulağı, bir ağzı var, onlardan istifadə nisbəti də eyni olmalıdır".
77
Copyright protected – Management Pocketbooks Ltd
ŞƏXSLƏRARASI DAVRANIŞ
DAVRANIŞ FƏNDLƏRİ
FƏAL DİNLƏMƏ (davamı)
Eşitmək istədiyinizi eşitməkdən ehtiyatlı olun.
Fərziyyələr yürütməyin. Qərbdə belə bir
deyim var:
"Heç vaxt bir şey barədə fərziyyə yürütmə,
çünki fərziyyə səni də axmaq yerinə
qoyar, məni də".
78
Copyright protected – Management Pocketbooks Ltd
ŞƏXSLƏRARASI DAVRANIŞ
DAVRANIŞ FƏNDLƏRİ
SUALLARIN VERİLMƏSİ
Həddən çox sual verə bilməzsiniz.
QAYDA 1
– suallarınızı ehtiyatla qurun.
QAYDA 2
– açıq suallardan istifadə edin.
Sual verməyin 2 yolu mövcuddur. Bunlardan biri "bəli" və ya "xeyr" cavablarına
imkan
verməyən açıq suallardır (məsələn, "Şərtləri aydınlaşdırmağa necə baxırsınız?").
Digər daha təhlükəli yol isə qapalı və ya "bəli/xeyr" sualları verməkdir (məsələn: "Danışıqlara
açıqsınızmı?"). Burada "xeyr" cavabı ilə çıxılmaz vəziyyətə girmək riski mövcuddur. Qapalı
suallarla az məlumat əldə edilir. Daha az məlumatla davam etmək riski ilə üz-üzə qalırsınız.
Açıq suallara daha çox üstünlük verilir. Belə suallar qarşı tərəfə yalnız sözlərinizi təsdiq və ya
rədd
etmək deyil, öz cavablarını inkişaf etdirmək imkanı yaradır. Açıq suallar həmçinin qarşı
tərəfi danışmağa təşviq edir, bu isə xüsusilə də söhbətin başlanğıcında çox vacibdir.
Dostları ilə paylaş: