Danışıqların aparılması


Copyright protected – Management Pocketbooks Ltd ŞƏXSLƏRARASI DAVRANIŞ



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə30/45
tarix30.08.2023
ölçüsü2,72 Mb.
#141028
1   ...   26   27   28   29   30   31   32   33   ...   45
dansqlarn-idareedilmesi

73
Copyright protected – Management Pocketbooks Ltd


ŞƏXSLƏRARASI DAVRANIŞ 
DAVRANIŞ FƏNDLƏRİ 
ƏKS TƏKLİFLƏR 
Təsəvvür edək ki, siz X təklifini, qarşı tərəf isə Y təklifini irəli sürür. Avtomatik olaraq qarşı 
tərəfin razılaşmadığını düşünsəniz, yeni fikirləri qəbul etməyə və alternativi lazımınca 
nəzərə almaya bilərsiniz. Avtomatik olaraq etiraz etmək mövqelərin səmərəsizcə təkrar 
edilməsinə, hər iki tərəfin bir-birini qeyri-konstruktiv və laqeyd hesab etməsinə gətirib 
çıxaracaq. 
İki təklif bir-birindən o qədər də uzaq deyilsə, müzakirəni razılaşma ehtimalı üzərində 
kökləyin və neqativ mövqe nümayiş etdirməyin. Bu yalnız qarşılıqlı razılaşdırılmış güzəştin 
yolunu bağlaya bilər.
74
Copyright protected – Management Pocketbooks Ltd


ŞƏXSLƏRARASI DAVRANIŞ 
DAVRANIŞ FƏNDLƏRİ 
"ƏNƏNƏ"NİN DƏSTƏKLƏNMƏSİ 
Danışıqların aparılması öz-özlüyündə elə bir vacib prosesdir ki, tərəflər "oyun"u lazımi 
qaydada və sonadək oynamayanda bəzi nümayəndələr özlərini aldadılmış hiss edirlər. Ona 
görə də: 

heç vaxt ilk təklifi qəbul etməyin

tamamilə qəbuledilməz şərtlər irəli sürməyin; 

qarşı tərəfin tələsmək məcburiyyətində qalmaması üçün lazımi qədər vaxt ayırın 
(hərçənd təcililik də bir taktika ola bilər). 
Prosesi qısaltmağa çalışmaqdansa, tam prosesdən istifadə edin.
75
Copyright protected – Management Pocketbooks Ltd


ŞƏXSLƏRARASI DAVRANIŞ 
DAVRANIŞ FƏNDLƏRİ 
GƏLƏCƏK MÜNASİBƏTLƏR 
Hər zaman danışıqları müsbət notlarla yekunlaşdırmağa çalışın, bunun üçün son addımı 
planlaşdırın. Unutmayın: 

danışıqlar sərt keçə bilər

danışıqlar çəkişməli prosesdir; 

əlverişsiz sövdələşmələrlə razılaşmalı ola bilərsiniz

bəzən uzunmüddətli münasibətdən söhbət gedə bilər, ona görə də indiki danışıqların 
sonunun növbəti danışıqlar üçün zəmin yaratmasını təmin edin.

Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin