Daş yuxular 1 Әkrәm Әylisli Daş yuxular



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə41/128
tarix02.01.2022
ölçüsü0,61 Mb.
#1058
1   ...   37   38   39   40   41   42   43   44   ...   128
DAŞ YUXULAR 
44
axışırdı. Siz Aydını oynayanda görsәydiniz. O qәdәr 
qәşәng oynayırdı, hәtta kişilәr dözmәyib ağlayırdılar. - 
Doluxsunmuş tibb bacısı göz yaşlarını zorla saxlayırdı. - 
Görürsünüz, sifәti nur saçır, elә-belә  işıq deyil, çәkdiyi 
әzabların odudu, üzünә  çıxıb. Oturmuşam yanında, 
baxmaq istәyirәm üzünә, baxa bilmirәm. 
- Hә, möhkәm kişidi, - doktor razılaşdı, xәstәnin 
yatağından aralandı, bir müddәt pәncәrәnin qabağında 
dayandı. Sonra qayıdıb Münәvvәr xanımın böyründәki 
kresloda әylәşdi. 
- Ancaq, doktor, - tibb bacısı asta sәslә dedi, - gәrәk 
siz baş  hәkimә heç olmasa nәzakәt xatirinә  tәzә  xәstәni 
bu palataya yerlәşdirmәyinizi deyәydiniz. 
- Dedim bu barәdә - doktor hәvәssiz cavab verdi
kreslodan qalxdı, yenә pәncәrәyә yaxınlaşdı. 
Elә bil tibb bacısının üstündәn dağ götürüldü. O, 
ayağa qalxıb qapıya tәrәf tәlәsdi. 
- Mәn getdim kabinetinizi yığışdırmağa - dedi, 
qapıdan çıxarkәn bir dә palataya sarı boylandı, - sizә çayı 
bura gәtirim? 
- Gәtir. Amma baş hәkimdәn icazә almağı unutma. 
Tibb bacısı gedәndәn sonra doktor tәkrarәn 
pәncәrәnin qarşısına  keçdi.  Bu  adәt - gecәlәr pәncәrә 
önündә dayanıb bomboş küçәyә baxmaq şakәri son 
macallarda peyda olmuşdu. Qәribәdir, gör neçә aydır, 
Bakı küçәlәrindә  nәinki gecә, hәtta gündüzlәr dә  tәk, 
yaxud qoşa gedәn adamlar gözә  dәymir.  İndi adamlar 
sürü olublar, kütlә olublar. Ağzına gәlәni danışmaq 
hakimiyyәti, qışqırmaq, mәdh etmәk ixtiyarı kütlәyә 
mәxsusdur.  Әn qәribәsi dә bu idi ki, bu qışqıran, mәdh 


DAŞ YUXULAR 
45
elәyәn adamların dilindәn qopan sözün sayı yarımvәhşi 
insanların ov mәrasimlәrindә  işlәtdiklәri sözün sayından 
çox deyildi. 
Azadlıq! 
İstefa! 
Qarabağ! 
Son vaxtlar bu adamlar bәsit lüğәt tәrkibini daha üç 
kәlmә ilә zәnginlәşdirmişdilәr. 
Ermәnisәn! 
Ölmәlisәn! 
Vәssalam! 
- Vәssalam! Vәssalam! - Doktor Fәrzani öz-özünә 
danışıb pәncәrәdәn aralandı. 
Vә bu vaxt o, bir damla göz yaşının işıldaq iz sala-
sala xәstәnin saralmış sifәtindәn boğazına tәrәf 
süzüldüyünü gördü. 
 



Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin