Daşınmaz Əmlak İdarəçiliyinin Qiymətləndirilməsi Proqramı: Daşınmaz Əmlak Sektorunda İdarəçiliyin Qiymətləndirilməsi üzrə İcra Təlimatı



Yüklə 0,58 Mb.
səhifə4/14
tarix21.04.2017
ölçüsü0,58 Mb.
#15042
1   2   3   4   5   6   7   8   9   ...   14

4.LGAF-ın İCRA PROSESİ

LGAF mövcud inzibati məlumat, təftişlər, tədqiqat və digər məlumatdan istifadə etməklə yerli ekspertlər tərəfindən bir neçə ay ərzində aparılmalı olan qısa müddətli fəaliyyətdir. LGAF-a ilkin məlumat toplaması daxil deyildir lakin məlumat boşluqları və tədqiqat tələbatlarını müəyyənləşdirə bilər.

Yerli torpaq ekspertləri arasında dialoq və əməkdaşlığın təşviq edilməsi qiymətləndirmənin keyfiyyəti və nəticələrin əldə edilməsi üçün həlledici rola malikdir.

4.1Ölkə Koordinatoru


LGAF-ın icrası verilən ölkədə və ya Ştatda ya bir fərd ya da bir təşkiat vasitəsilə koordinasiya olunur (“Ölkə Koordinatoru” və ya ÖK). Bu tam-ştatlı iş deyildir.

Ölkə Koordinatoru torpaq idarəçiliyi məsələləri barəsində ekstensiv biliyə malik olan və sektorda yaxşı şəbəkəsi olan hörmət olunan və qərəzsiz şəxs olmalıdır.Ölkə Koordinatoru koordinasiya qrupları ilə iş təcrübəsinə, ekspertlər və yüksək səviyyəli dövlət rəsmilərindən ibarət fokus qrupları ilə dəyirmi masa aparmaq səriştəsinə və yazılı hesabat qabiliyyətinə malik olmalıdır.

Ölkə Koordinatoru torpaq idarəçiliyi göstəricilərinin spesifik toplusunun hər birinin üzərində işləyən yerli torpaq ekspertləri (ekspert tədqiqatçılar) seçməli və qrup təşkil etməlidir.Onlar müvafiq giriş tədqiqatları (göstəricilərin mövzusuna uyğun olaraq) toplamalı və göstəriciləri dərəcələyən panelistlərə təmin etməlidirlər.Ölkə Koordinatoru torpaq mütəxəsisləri qrupunun işə götürülməsi və qrupa nəzarət edilməsi üçün məsuldur.

Diaqnostik vasitənin müstəqil ekspert fikri vasitəsilə əldə edilməsini təmin etmək üçün Ölkə Koordinatoru bütün icra prosesi zamanı neytrallığını saxlayır və panel müzakirələrə və dərəcələməyə nüfuz etməkdən kənarda qalır.

Ölkə Koordinatoru LGAF qiymətləndirilməsinə başlayan təşkilat tərəfindən kontraktla işə götürülür.Texniki rəhbərlik Dünya Bankı və ya LGAF-ın regional koordinatorları tərəfindən təmin edilə bilər.Ölkə Koordinatoru üçün LGAF-ın icrası üçün birdəfəlik ödəniş nəzərdə tutulur.Ölkə Koordinatoru bu vəsaitdən sərf etdiyi vaxta görə; ekspert tədqiqatçıların məvacibi üçün; panellərin təşkili üçün; səfər, çap və tərcümə xərcləri kimi digər məsrəflər üçün istifadə edir.

      1. Hökumətin rolu


LGAF-ın məqsədi legitim proses və həmçinin lazım gələrsə icra üçün pilot proqramların müəyyən edilməsi və spesifik islahatların təklif edilməsi vasitəsilə torpaq siyasəti məsələlərinin müəyyən edilməsidir. Buna görə də, hökumətin və digər maraq sahiblərinin prosesdə effektiv iştirakı vacibdir.

Hökumətin iştirakı məlumatın əldə edilməsi, panel sessiyalarda dövlət rəsmilərinin töhfəsinin təmin edilməsi, və seminarlarda və strateji dialoqda iştirakın təmin edilməsindən ibarətdir.

Ölkə Koordinatoru Dünya Bankının və onun tərəfdaşlarının dəstəyi ilə tədqiqata hökumətin öhdəliyinin əldə edilməsi və əks olunması üçün məsuldur.Mümkün olduğu qədər, bu Anlaşma Memorandumu (AM) ilə təsbit edilməli və müvafiq hökumət qurumunda müvafiq səviyyədə hökumətin fəal iştirakının asanlaşdırılması və təşviq edilməsi üçün məsul olan əlaqələndirici şəxs təyin edilməlidir. Prosesin başlanğıcında LGAF-ın izahını vermək üçün görüşün keçirilməsi də yardımçı ola bilərdi.

4.2KEYFİYYƏT TƏMİNATI


Ölkə Koordinatorlarına Qlobal və ya regional LGAF Koordinatoru dəstək və yardım edəcək və aşağıdakı məsələlər üzrə istiqamət verəcəkdir (i) ümumi yanaşma, (ii) giriş materiallarının toplanması, təşkili və sintezi; (iii) panelin tərkibi və işinin aparılması; (iv)hesabat layihəsinin baxışdan keçirilməsinin təşkili; (v) və LGAF-ın icrası zamanı ortaya çıxa bilən hər hansı digər məsələlər.

Qlobal və regional Koordinatorlar həmçininLGAF-ın uyğunluğunun təminatı və müqayisə edilə bilməsi üçün standart yolla icra olunmasını təmin edir.Onlar həmçinin başlanğıc hesabatının, giriş hesabatının, yaddaş qeydinin və hesabat layihəsinin müxtəlif sahələrinin keyfiyyət qiymətləndirilməsinə cəlb olunacaqlar.


4.3İcra addımları


İcra prosesinə nəzarət Ölkə Koordinatoru/Ştat koordinatoru (CC)tərəfindən aparılır və bir sıra ayrıca müəyyən edilmiş addımlardan ibarətdir (baxŞəkil), və aşağıdakı qaydada yekunlaşdırılmışdır.

  1. Başlanğın Mərhələsi (ölkə koordinatoru)

    • Proqramnin baxışdan keçirilməsi və adaptasiya(göstəricilər/meyarlar)və məlumat mənbələri

    • Resursların planlaşdırılması; ekspert tədqiqatçıların müəyyən edilməsi və panelin tərkibi

    • Torpağa sahiblik tipologiyasının hazırlanması.



  1. Ekspert tədqiqatçılar və ölkə koordinatoru tərəfindən Giriş hesabatları

    • Hər bir mövzu/panel mövzu üzrə kəmiyyət və keyfiyyət xarakterli giriş məlumatının toplanması

    • Ekspert təhlili

    • Meyarın qiymətləndirilməsi və təklif olunan balla qymətləndirmə sistemi

  1. Brifinq Qeydləri

  1. Panellər(ölkə koordinatoru)

  • Bu meyarları dərəcələyən müxtəlif təcrübələrə malikmütəxəsislərlə panel sessiyalar;

  • Yaddaş qeydləri hər bir paneldən sonra hazırlanmışdır.



  1. Hesabat Layhiəsi



  1. Hesabat layihəsinin baxışdan keçirilməsi



  1. Texniki İstifadə üçün Hazırlıq Seminarı və Strateji Dialoq (ölkə koordinatoru)

    • Tədqiqatların, dərəcələrin, strateji matrisin texniki istifadə üçün yararlılığının təmin edilməsi

    • Icra edilə bilən siyasətin müzakirə edilməsi

    • Tədbirlərin icrasını yoxlamaq üçün fəaliyyət planı



  1. Yekun LGAFHesabatı

Şəkil 1.LGAF-ın İcra Prosesinin Sxematik Təsviri

(Şəkilin tərcüməsi əlavə faylda əlavə olunur)


Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin