Daşınmaz Əmlak İdarəçiliyinin Qiymətləndirilməsi Proqramı: Daşınmaz Əmlak Sektorunda İdarəçiliyin Qiymətləndirilməsi üzrə İcra Təlimatı



Yüklə 0,58 Mb.
səhifə2/14
tarix21.04.2017
ölçüsü0,58 Mb.
#15042
1   2   3   4   5   6   7   8   9   ...   14

1.2Təlimatın Məqsədi

Bu təlimat Daşınmaz Əmlakın idarəçiliyinin qiymətləndirilməsi Proqramınin (LGAF)yanaşmasını və metodologiyasını təsvir edir və koordinatora və ya ölkə və alt-ölkə (stat, vilayət, şəhər) səviyyəsində koordinasiyaya icra üçün təlimat verir.Bu həmçinin LGAF-a cəlb olunan digər iştirakçıların məlumatlandırılması üçün də istifadə edilə bilər.Təlimat LGAF-ın məqsədi, strukturu və prosesi barədə izah verir və hər bir addım üçün müfəssəl təlimat təmin etməklə koordinatora hazırlıq, koordinasiya, keyfiyyətə nəzarət və hesabatvermədə yardım edir.Dəstək materialları əlavələrdə və LGAF-ın internet səhifəsində (http://econ.worldbank.org/lgaf) təqdim edilmişdir.Bu internet səhifəsi müntəzəm yenilənir və LGAF-ın müxtəlif addımları üçün nümunələri və tamamlanmış LGAF-ların hesabatları vardır,


1.3Təlimatın yeni variantının hazırlanması prosesi


LGAF-ın İcra Təlimatının bu üçüncü variantının hazırlanması xüsusilə LGAF Ölkə Koordinatorlarının rəyləri və 2012-2013-cü illərdə 25 ölkədə LGAF_ların icrasından öyrənilmiş dərslərə əsaslanır.

Bu redaktəyə ehiyac həmçinin 2012-ci ilin may ayındaDaşınmaz Əmlakın idarəçiliyi üçün qlobal səviyyədə meyar rolunu oynayan və torpaq məsələlərinə böyük diqqət verən Ərzaq Təhlükəsizliyi Komitəsi (CFS) tərəfindən Torpağa Sahiblik, Balıq Sənayesi və Meşələrin Məsul İdarəçiliyinə dair Könüllü Təlimatların (VGGT) təsdiq edilməsindən sonra yaranmışdır. Bundan əvvəl Afrika Dövlət Rəhbərlərinin Birliyi tərəfindən Afrikada Torpaq Məsələləri və Çətinliklərinə dair Bəyannamə eləcə də Afrikada Torpaq Siyasətinə dair Afrika Birliyi Proqramı və Təlimatları 2009-cu ildə təsdiq edilmişdir.Ölkə səviyyəsində qiymətləndirmələr, prioritetlərin müəyyənləşdirilməsi və monitorinq üçün instrumentlər bu təlimatların praktikaya qoyulması üçün vacibdir.LGAF Proqramı Torpaq, Meşə və Balıq Sənayesi üçün Məsul olan Könüllü Təlimatlarda və Afrika Birliyinin Torpaq Siyasəti Təşəbbüsündə təsbit edilən prinsipləri nəzərdə tutur.

İnkişafın İdarəçiliyi Mexanizmi vasitəsilə LGAF-ın icrasını dəstəkləyən FAO, GLTN, IFAD, IFPRI və UN Habitat da mühüm rəylər təmin etmişlər. Biz həmçinin Afrika İttifaqının Torpaq Siyasəti Təşəbbüsü (LPİ), Afrika İqtisadi Komissiyası və Afrika İnkişaf Bankı, OXFAM, Dünya Bankından olan həmkarlarımıza və 2013-cü ildə Torpaq və Yoxsulluq üzrə Dünya Bankının İllik Konfransında və digər beynəlxalq konfranslar və təlim proqramlarına edilmiş təqdimatların rəylərinə görə minnətdarlığımızı bildiririk.

1.4Təlimatın üçüncü variantında dəyişikliklər


Mahiyyət etibarı ilə edilmiş əhəmiyyətli dəyişikliklər bunlardır:

  1. İnsan hüquqları, bərabərlik, gender, və yerli əhali məhfumları meyarların və balların yeni tərtibatı ilə daha aydın verilmişdir.

  2. Seçimli modellər (böyük miqyasda torpaq hüquqlarının və meşələrin əldə edilməsi) Proqramyə təmamilə inteqrasiya olunmuşdur və iki yeni panellərlə nəticələnmişdir:“Meşə Torpaqları, Ümumi Hövzə Resursları və Kənd Torpaqlarının İstifadəsi” və “Özəl İnvestorlara Böyük Sahəyə malik Dövlət Torpaqlarının (Dövlət/Ənənəyə əsaslanan torpaqlar/İctimai torpaqlar) Transferi”.

  3. İctimai Torpaqlar” məsələləri yeni modul əlavə edilməklə daha aydın verilmişdir (“Meşə torpağı, Ümumi Hövzə Resursları və Kənd torpaqlarından İstifadə”).

  4. Mədən/yer-altı məsələlər və torpaq idarəçiliyinə təsir edən əsas infrastruktur işləri aydın surətdə daxil edilmişdir.

  5. Köçürmələrə dair meyarların daxil edilməsi

  6. Risklərin aradan qaldırılması və fəlakətlərə hazırlıq meyarlarının daxil edilməsi

  7. Strateji və institusional məsələlər üzrə panel əlavə edilmişdir. Bu panel həmçinin sahibliyin tipologiyasını müzakirə edəcək və strateji matris üçün konturlar hazırlayacaqdır.

LGAF-ın icrasını asanlaşdırmaq üçün metodologiya baxışdan keçirilmişdir:

  1. Giriş hesabatından panel brifinqlərə və panellərə addımların ardıcıllığı düzənlənmişdir.

  2. Giriş hesabatları birbaşa bir panelə əlaqələndirilir.

  3. Panellərin daxili uyğunluğu artırılmışdır.

  4. Yekun hesabat üçün təlimatlar bütün ölkə hesabatları arasında uyğunluğu təmin etmək və qlobal müqayisələrin aparılması üçün aydınlaşdırılmışdır..

  5. Göstəricilər və meyarların baxışdan keçirilməsi və panellərin yenidən təşkili ölkə səviyyəsində bal göstəricilərinin təqdimi və illər arasında müqayisələrin aparılmasına təsiri vardır. Bu internet səhifəsində yenilənəcəkdir.


1.5Tərcümə

İcra Təlimatının yeni variantı ingilis və fransiz və mümkün digər dillərdə Dünya Bankı vasitəsilə təmin ediləcəkdir. Mövcud tərcümələr LGAF-ın internet səhifəsində yerləşdiriləcəkdir.


Əgər tələb olunan dil LGAF-ın internet səhifəsində mövcud deyilsə Ölkə Koordinatoru təlimatın və Proqramnin tərcüməsini təşkil edəcək və tərcümə prosesinə nəzarət edəcəkdir.

2.Yanaşma və LGAF-ın STRUKTURU




2.1Yanaşma




Konsensus və prioritetlərin müəyyənləşdirilməsi


LGAF Daşınmaz Əmlak idarəçiləri peşəkarları, ekspertləri/mütəxəsisləri və aparıcı iştirakçıları arasında ölkə və alt-ölkə səviyyəsində müəyyən vaxtda torpaq idarəçiliyinin statusu barəsində konsensusa gəlmək üçün tərtib edilmişdir. Qiymətləndirmə bu sahələrdə prioritet tədbirlərin müəyyən edilməsi üçün istifadə edilir: (i) mövcud dəlillərdə boşluqlar; (ii) tənzimləyici və institusional dəyişiklik üçün sahələr, (iii) geniş miqyasdaDaşınmaz Əmlakın idarəçiliyinin təkmilləşdirilməsi üçün yeni yanaşmaların və müdaxilələrin pilot surətdə icrası (yəni, torpaq hüquqlarının gücləndirilməsi və onların icrasının təkmilləşdirilməsi); və (iv) bu tədbirlərin effektivliyinin qiymətləndirilməsi üçün kriteriya.

Monitorinq


LGAF Daşınmaz Əmlakın idarəçiliyi göstəriciləri üçün bal cədvəlinə malikdir ki, bu iştirakçı monitorinq üçün baza təmin edir və başlanğıc nöqtəsidir. Bal cədvəli həmçinin ölkələr boyu yaxşı praktikanın yayılmasını asanlaşdırır. LGAF bununla torpaq siyasətinin icrası və torpaq idarəçiliyinin təkmilləşdirilməsində proqresi sistematik surətdə izləmək üçün struktur və proses təmin edir. LGAF-ın nəticələri qlobal və regionalar-arası müqayisələr üçün istifadə oluna bilir.


Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin