4.4İlkin Faza
Giriş fazasında hesabat ölkə koordinatoru tərəfindən hazırlanır. Buraya (i) meyarların təhlili üçün məlumatların əldə edilə bilməsi və eləcə də ölkə şəraitlərinə uyğunlaşdırmanın (kastomizasiya) ehtiyac duyulduğu hər hansı sahələrin aşkar edilməsi üçün LGAF Proqramınin baxışdan keçirilməsi; (ii) resursların planlaşdırılması, eləcə də ekspert tədqiqatçıların və vaxt planının müəyyələnləşdirilməsi; və hökumətin maraqlı olması üçün təklif olunan addımlar; (iii) ölkədə sahibliyin əsas tiplərini təsvir edən sahiblik tipologiyası; və torpaq qurumlarının institusional xəritəsi və torpaq idarəçiliyinin təkamülünün təsviri, ən yaxşı praktikalar və çətinliklər daxildir.
Proqramnin baxışdan keçirilməsi və adaptasiya
Ölkə Koordinatoruölkənin situasiyası kontekstində (alt-ölkə) LGAF-ın göstəriciləri və meyarlarını baxışdan keçirir.
.
İstifadə olunan Terminlərin Baxışdan keçirilməsi:Texniki terminlərin lüğəti Əlavə 1-də verilmişdir. Iakin bu konsepsiyaların ölkələr boyu müəyyənləşdirilməsi fərqli ola bildiyi üçün lüğətdən istifadı olunur.
Ölkə Koordinatoru buna görə də LGAF Proqramındə istifadə olunan terminləri yaxşı aydınlaşdırmaq üçün terminləri baxışdan keçirir və adaptasiyalar təklif edir.Bu dəyişikliklər ilk əvvəl Dünya Bankı ilə müzakirə ediləcəkdir.
Proqramnin baxışdan keçirilməsi:Ölkə Koordinatoru Proqramni aşağıdakılar baxımından baxışdan keçirəcəkdir:
-
Lüzumsuz Meyarlar–Ölkə kontekstindən asılı olaraq, az sayda meyarlar aidiyyatı olmaya bilər.
-
Ölkə kontekstindən asılı olaraq, az meyarlar aidiyyatı olmaya bilər. Bal verilməmə səbəbinin əsaslandırılması Ölkə Koordinatoru tərəfindən təmin ediləcək və Dünya Bankı ilə müzakirə ediləcəkdir.
-
Bal verilməsi coğrafi areala uyğun olaraq (yəni, kənd, şəhər, müəyyən sahələr boyu) əhəmiyyətli dərəcədə dəyişdiyinə görə coğrafi xüsusiyyətin müəyyənləşdirilməsinə ehtiyac vardır.
-
Bal verilməsi siyasətin icrası baxımından müxtəlif iştirakçı qrupları (yəni, gender, etnik qruplar, torpaqdan istifadə qrupları-ferma sahibləri(pastoralistlər və s.) üçün əhəmiyyətli dərəcədə dəyişdiyinə görə iştirakçı/qrup xüsusiyyətin müəyyənləşdirilməsinə ehtiyac vardır.
-
Nəzərə alınmalıdır ki, spesifik meyarın çoxdəfəli qiymətləndirilməsi üçün panellər müstəqildirlər.
-
Meyarlarda çatışmayan məsələlər: Mümkündür ki,Daşınmaz Əmlakın idarəçiliyində əsas çətinliklər Proqram ilə əhatə olunmamışdır. Üstünlük verilən yanaşma ümumi təhlili dərinləşdirmək və fərqli balvermə imkanlarının araşdırmaqdır.
Verilən meyara ölkə üzrə spesifik meyarları və ya çoxdəfəli qiymətləndirmələri əlavə etmək üçün təkliflər icradan əvvəl Dünya Bankı ilə müzakirə edilməlidir.
Dəyişikliklərin Proqramyə inteqrasiya edilməsiTerminlərdə və meyarlarda istifadə olunan terminlərdə razılaşdırılmış dəyişikliklər Proqramnin göstəricilərində və meyarlarında inteqrasiya oluna bilər. Lakin A/B/C/D balının heç birində ifadə və say dəyişikliyi edilə bilməz. Terminlərə razılaşdırılmış dəyişikliklər yekun hesabatda daxil edilı bilər.Bal vermə qlobal müqayisənin mümkünlüyü baxımından universal qalmalıdır.
Alt-qiymətləndirmələr üçün qeydlər sistematik olmalıdır. (Göstərici 1, Meyar 1 alt-kateqoriya a…; göstərici 1, Meyar 1 alt-kateqoriya b… )
Meyarların Təhlili üçün Məlumatın Əldə edilə bilinməsi:Ölkə Koordinatoruməlumat, tədqiqat və digər araşdırmalarınmümkün mənbələrinin, və ya meyarların təhlili üçün məlumatın digər mənbələrinin inventarını hazırlayır. Bu “məlumat vərəqi” giriş hesabatına daxil ediləcəkdir.
Resorların Planlaşdırılması (ekspert tədqiqatçı, panelistlər və resurslar)
Dərəcələmə üzrə, konsensusun qurulması üçün zəruri olan ümumi məlumat bazasının təmin edilməsi üçün iki topluda yazılı tədqiqatlara ehtiyac duyulur; giriş hesabatı və panel brifinq.
Yüksək etibarlı və geniş sayda ekspertlərim və digər torpaq üzrə peşəkarların iştirakı LGAF-ın uğurlu icrası üçün mühüm əhəmiyyətə malikdir.Əsas təşkilatları, rəsmiləri və ekspertləri müəyyənləşdirmək Ölkə Koordinatoru üçün prioritetdir və onlar ekspert tədqiqatçı və ya panellərə dəvət olunanlar kimi iştirak edə bilərlər.
Ölkə Koordinatoru həmçinin panellərin təşkil edilməsinə kömək edən və redaktə dəstəyinin təmin edilməsi üçün köməkçi işə götürə bilər.
Ekspert Tədqiqatçıların Seçilməsi:Ekspert tədqiqatçılar mövzular və panellər üçün giriş hesabatları hazırlayırlar. Tapşırıq bir neçə gündən ibarət olmaqla bir neçə meyarların təhlil ediləcəkdir.Aşağıdakı cədvəl tələb olunan müxtəlif ekspert tədqiqatçıları təsvir edir.
Ekspert tədqiqatçıları yerlidirlər və əhəmiyyətli dərəcədə təcrübə və mütəxəsis biliyinə malik olmalıdır.Onlara məlumat və informasiya təmin edilməli və yaxşı-strukturlu analitik hesabat tərtib etmək bacarığında olmalıdır.
Əgər fərdi ekspertin yüksək səviyyəli kvalifikasiyaları vardırsa onda o birdən artıq təhlillər apara bilər.Bu da mümkündür ki, tapşırıqlar bir neçə ekspertlər arasında bölüşdürülsün və işlər yaxşı koordinasiya olunsun.
Ölkə Koordinatoru başlanğıc hesabatı təsdiq olunan kimi ekspert tədqiqatçıları kontraktla işə götürür.
Cədvəl. Ekspert Tədqiqatçıların Tələbatları
Ekspertizasahəsi
|
Kvalifikasiya
(min 10 il peşə təcrübəsi)
|
Torpağa Sahiblik
|
Sahiblik, (şəhər/kənd, hüquqların kontiniumu) və əlaqədar məsələlərin strateji/institusional aspektləri sahəsində əsaslı təcrübəyə malik olmaqla hüquq və sosiologiya sahələrində biliyi olmalı
|
Kənd Torpaqlarının İstifadə / İdarə olunması
|
Torpağın idarə olunması və torpaqdan istifadənin planlaşdırılması, vergiqoyma məsələləri
|
Şəhər Torpaqlarının İstifadə / İdarə olunması
|
Torpağın idarə olunması və torpaqdan istifadənin planlaşdırılması, vergiqoyma məsələləri
|
Ümumi Torpaqlar / Meşə Torpaqları
|
Ümumi torpaqlar və meşəçilik;
|
DövlətDaşınmaz Əmlakının İdarə olunması
|
Özgəninkiləşdirmə halları və dövlət lizinqi tədbirləri, investorlara böyük miqyasda dövlət torpaqlarının transferi
|
Torpağın İnzibati-idarəsi
|
Torpağın inzibati-idarə praktikası, sahibliyin həm kənd həm də şəhər yerlərində tənzimlənməsi, İKT, qeydiyyatların idarə olunması
|
Mübahisələrin Həlli
|
Qalmaqda olan münaqişələr barədə, həm mübahisələrin alternativ həlli həm də məhkəmə sistemi barədə biliyinin olması
|
Ekspert tədqiqatçının texniki tapşırıqları:
Ölkə Koordinatorugiriş hesabatıın bir hissəsi olan TT hazırlayır: Əlavə XX TT-ın təqdimatını təqdim edir və Əlavə XXX göstəricilərin təhlili üçün təlimatlar olan izahlı Proqramdir.
Ekspert Tədqiqatçı üçün TT altı hissədən ibarətdir: 1) Təqdimat (LGAF + tapşırığa yanaşma üsulu); 2) tədqiqatların və məlumat toplularının (və electron nüsxələrin) toplanması üçün təlimatlar 3) ümumi təhlil üçün təlimatlar 4: təhlil və dərəcələmə üçün meyarlar və göstərişlərə malik müəyyənləşdirilən göstəricilər 5) strateji tövsiyyələr üçün təlimatlar (hər bir meyar üçün) və 6) hər bir göstərici və ya panel mövzusu üçün ən yaxşı praktikaya dair təlimatlar,
Ölkə Koordinatoru bütün göstəriciləri (əlaqədar meyarlarla birlikdə) ekspert tədqiqatçılara təyin edir (aÖlkə Koordinatoru da həmçinin öz ixtisasından asılı olaraq göstərici qiymətləndirməsinin bir hissəsini icra edir).
Panelin Tərkibi:Panelistlərdövlət və ya özəl sektordan olmaqla, panellərin tematik sahələri üzrə mövcud texniki biliklərə, təcrübəyə və ekspertizaya malik mövzular üzrə mütəxəsislərdir. Bu fərdlərə baş texniki əməkdaşlar, QHT nümayəndələri, vətəndaş cəmiyyəti və akademiklər daxil ola bilər. Şəraitdən asılı olaraq, üstünlük yüksək siyasi vəzifə sahibləri və ya qərarvermə üzrə səlahiyyəti olanlara deyil texniki iş biliyinə malik rəsmilərə verilir.
Tərkibin ehtiyyatla seçilməsi üçün dövlət və və özəl sektordan (könüllü və ya kommersiya əsasında) və akademiyadan nisbətən kvalifikasiyalı və hesabatlı qrupun təşkil edilməsi tələb olunur.Hər bir paneldə ən azından 5 və maksium 10 üzv olur.Panelistlər zəruri hallar istisna olmaqla, birdən artıq paneldə iştirak edə bilməzlər. CC gender balansını nəzərdə saxlamalı və güclü praktiki biliyi olan ekspertləri panelə daxil etməlidir.
Panelistər “konsultantlar” kimi cəlb olunmurlar və ödəniş almırlar.Şəraitlərdən asılı olaraq, müvafiq kompensasiya kompensasiya təmin edilə bilər. (yemək, nəqliyyat və s. üçün).
Panel 9 isə fərqlidir.Nəzərə alınmalıdır ki, bütün ekspert tədqiqatçılar panel doqquz üçün işə cəlb olunurlar.Bu panel sahibliyin tipologiyası və institusional xəritə işini yekunlaşdırac və strateji matrisin birinci layihəsi hazırlayacaqdır.
Vaxt Proqramı:Fəaliyyətlərin qrafiki və təklif olunan vaxt Proqramı Şəkil 2-də verilmişdir. Bəzi fəaliyyətlər sinxron koordinasiyanın olmasını tələb edir.
Şəkil 2.Ehtimal olunan vaxt qrafiki
Dostları ilə paylaş: |