Davamiyyət və punktuallıq Şagirdlər


Öyrənmə prosesində davranış və qarşılıqlı münasibətlərin tənzimlənməsi



Yüklə 18,49 Kb.
səhifə2/3
tarix19.04.2023
ölçüsü18,49 Kb.
#100415
növüQaydalar
1   2   3
yeni qaydalari

Öyrənmə prosesində davranış və qarşılıqlı münasibətlərin tənzimlənməsi
Şagirdlər:
4.1. dərslərə vaxtında gəlməli, dərslik, dərs vəsaitləri və digər zəruri ləvazimatları gətirməli;
4.2. məktəb daxilində yüksək səslə danışmamalı;

4.3. cinsindən, irqindən, dinindən, dilindən, etnik mənsubiyyətindən və şəxsi xüsusiyyətlərindən asılı olmayaraq şagird yoldaşlarına və böyüklərə hörmət etməli;


4.4. başqalarının “şəxsi zonasına” hörmət etməli, digər şagird və ya böyüklərin fiziki və ya mənəvi təhlükəsizliyi üçün narahatlığa səbəb olacaq davranışlara yol verməməli;
4.5. dərs müddətində öyrənməni dəstəkləmək üçün aktiv dinləməli, müəllim sinfə müraciət edərkən danışmaq üçün əlini qaldırmalı, səs tonu və bədən dilinə diqqət etməli;
4.6. müəllimin təlimatlarına əməl etməli və səylə çalışmalı;
4.7. tənəffüs zəngi vurulduğu halda belə, tədris məkanını yalnız müəllimin icazəsi ilə tərk etməli;
4.8. tələb olunan ev tapşırığını yerinə yetirməli;
4.9. dürüst olmalı, qeyri-etik və ya uyğun olmayan davranışı düzəltməli və lazım gəldikdə üzr istəməlidirlər.

Qeyri-etik və təhqiramiz ifadələr, fiziki zorakılıq və ya dava-dalaş, qısnama (verbal, fiziki, cinsi, sosial və kiber) və digər antisosial davranış formaları yolverilməzdir və hüquqi məsuliyyət yarada bilər.




Ümumi təhsil müəssisəsinin əmlakı və şəxsi əşyalara qayğı
Şagirdlər:
5.1. geyim daxil olmaqla özünün və başqalarının əşyalarının qeydinə qalmalı, başqalarının əşyalarını icazəsiz istifadə etməməli;
5.2. ümumi təhsil müəssisəsi əmlakının və sinif avadanlıqlarının qeydinə qalmalı;
5.3. sinif otaqları, şəxsi dolablar, oyun meydançaları və digər tədris yerlərini təmiz və səliqəli saxlamalı, tullantıları zibil qutularına atmalı;
5.4. ağıllı saat və telefonları, həmçinin digər elektron cihazları məktəbə gətirməməli və dərs zamanı istifadə etməməli2;
5.5. sinif otağını və digər tədris məkanlarını növbəti dərs üçün uyğun vəziyyətə gətirməlidirlər (mebellər və sinif avadanlıqları səliqəli olmalıdır).
Aşağıdakı əşyaları ümumi təhsil müəssisəsinə gətirmək qadağandır: kəsici və deşici alətlər, təhlükəli, zəhərli və ya tez alışan maddələr, kibrit və alışqanlar, siqaret (elektron siqaret), saqqız, spirtli içkilər, təsbeh və zinət əşyaları kimi aksesuarlar, qanunla istifadəsi və dövriyyəsi qadağan olunmuş maddələr.
Məsuliyyətsiz davranış nəticəsində məktəb əmlakına və başqalarının şəxsi əşyalarına vurulan zərərə görə valideyn/qanuni nümayəndə maddi məsuliyyət daşıyır. Maddi ziyanın ödənilməsi qanuna əsasən müəyyənləşdirilir.

Yüklə 18,49 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin