9) Uşağın azadlığa meyli ilə şərait arasındakı uyğunsuzluqlar.
- Uşaq azadlığa, müstəqil davranışa meyl edir ona şərait yaradılmır;
- Uşağın azad davranışı sferasında bir sıra fəaliyyət formaları dayanır. Uşaq şəkil çəkmək istəyir, ona şərait yaradılmır. Uşaq əmək alətlərilə məşğul 219
olmağa maraq göstərir, şərait yaradılmır. Uşaq incəsənətə meyl edir, şərait yaradılmır. Uşaq xalçaçılığa, heykəl formaları, müxtəlif fiqurlar düzəltmək istəyir, şərait yaradılmır və s. Beləliklə uyğunsuzluqlar özünü göstərir. İstər qeyd olunan zahiri ziddiyyətlərin, istərsə də sadalanan daxili ziddiyyətlərin vaxtında, zamanında aradan qaldırılması yollarının düzgün müəyyənləşdirilməsi tərbiyə prosesinin səviyyəsini artırır və sistemə salır.
Həm tərbiyənin, həm də pedaqoji prosesin ziddiyyətlərinin aşkar edilməsi və araşdırılması yollarının müəyyənləşdirilərək ləğv edilməsinin qanunauyğunluqlar olduğunu milli pedaqogika sistemə salmışdı
Dostları ilə paylaş: |