4) Şagirdin qarşısına qoyduğu məqsədlə öz imkanları arasındakı uyğunsuzluqlar. Tutaq ki, şagird incəsənət universitetinin rejissorluq, yaxud bəstəkarlıq və ya aktyorluq fakültəsinə qəbul olmağı qarşısına məqsəd kimi qoyur və bədii istedadı olduğu üçün qabiliyyət imtahanlarından əla qiymət alır. Lakin test imtahanının proqramlarındakı dəqiq elmləri və digər fənləri qavramaq imkanları az olduğu üçün o, özünü bu işə psixoloji cəhətdən hazırlaya bilmir. Beləliklə, şagirdin bədii mədəniyyət (estetik tərbiyə) sahəsinə can atmaq marağı ilə psixoloji hazırlığı arasındakı uyğunsuzluq onun estetik tərəqqisinə mane olur. Məqsədyönlü, planlı, mütəşəkkil pedaqoji təsirlərin kompleks imkanları bu uyğunsuzluqların aradan qaldırılmasını təmin edir.