Daxili ziddiyyətlər


) Şagirddə sərbəstliyə meylin güclənməsilə ona himayədarlıq göstərilməsi arasında uyğunsuzluqlar



Yüklə 55,5 Kb.
səhifə12/15
tarix02.01.2022
ölçüsü55,5 Kb.
#42640
1   ...   7   8   9   10   11   12   13   14   15
Daxili ziddiyyətlər

7) Şagirddə sərbəstliyə meylin güclənməsilə ona himayədarlıq göstərilməsi arasında uyğunsuzluqlar.
Şagirdlərin müxtəlif yaş dövrlərində valideynlərin və tərbiyəçilərin himayədarlıqlarına ehtiyacları olur. Bəzən bu ehtiyaclar ödənildikdə uyğunsuzluqlar özünü biruzə verir.

Məsələn körpəlik yaş dövründə özünü daha tez-tez biruzə verən uyğunsuzluqlara diqqət edək: 217

- Uşaq ağlayanda ona göstərilən himayədən imtina edir. Ana yaxud tərbiyəçi ona “yemək ye”, “üstünü ört”, “yumşaq yerdə əyləş”, “gəl uzan” deyə himayə göstərib ona qayğılar bəxş edəndə o, imtina edir. “Yemirəm”, “eləmə” kimi sözlərlə yovuşmazlıq göstərir, ram olmaq istəmir.

- Kiçik məktəb yaşı dövründə onlara himayə göstərənlərin “bu paltarı gey”, “qalın geyin”, “başını ört“, “səliqəli ol”, “sənə hekayə oxuyum”, “sənə mahnı oxuyum”, “səni gəzməyə aparım” kimi göstərdikləri himayə səciyyəsi daşıyan qayğılara qarşı çıxırlar.

- Yeniyetməlik dövründə onlara “vaxtında yeməyini ye”, “vaxtında evə gəl”, “geyiminə fikir ver”, “saçlarını dara”, “saçı uzun oğlanlarla yoldaşlıq eləmə”, “deyinməyə adət etmə”, “səni çimizdirim” kimi öyüdlərdən, nəsihətlərdən, qayğılardan imtina edirlər.
Bu kimi uyğunsuzluqlar məqsədyönlü və planlı şəkildə aradan qaldırılmadıqda uşaqlarda tərslik, sözəbaxmazlıq, səliqəsizlik, pintilik, cavabqaytarmaq, özbaşınalıq, söyüşkənlik kimi qeyri əxlaqi əlamətlər özünü göstərir. Əksər hallarda bu əlamətləri əsəbilik müşaiyət edir. Bütün bunlar isə intizamsızlığa yol açan amillərdir. Bu ziddiyyətlər aradan qaldırıldıqda tərbiyə işinin səmərə verəcəyi şübhə doğurmur.


Yüklə 55,5 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin