Daxili ziddiyyətlər


) Şəxsin hissləri arasında uyğunsuzluq



Yüklə 55,5 Kb.
səhifə11/15
tarix02.01.2022
ölçüsü55,5 Kb.
#42640
1   ...   7   8   9   10   11   12   13   14   15
Daxili ziddiyyətlər

6) Şəxsin hissləri arasında uyğunsuzluq.
Bu uyğunsuzluqlar şagirdlərin psixologiyasına bir başa dəxli olan uyğunsuzluqlar olub, tərbiyə işinin səmərəsini azaltmağa daha çox təsir göstərən uyğunsuzluqlardır.

Hisslər psixologiyada varlığın əsas inikası kimi öyrənilir və onun bütün növlərini, təzahür formalarını və digər çalarlarını öyrənir. Pedaqogika elmi isə 216


əsasən ali hisslərə istinad edir. Çünki ali hisslər insanın (şagirdin, tələbənin) mənəvi aləmini ifadə edir və onun bir şəxsiyyət kimi formalaşmasını üzə çıxarır. Ali hisslərin içərisində isə əxlaqi hisslər xüsusi yer tutur. Çünki əxlaqi hisslər cəmiyyət və ətraf mühit tərəfindən insana (şagirdə, tələbəyə) təlqin olunan mənəvi normalar əsasında gerçəklik hadisələrinin əxlaqi tələbləri baxımından qavranılması və qiymətləndirilməsi zamanı onların keçirdikləri hisslərdir.

Valideynlərin, müəllimlərin, tərbiyəçilərin şagirdin hisslərinin nəzəri və praktik əsaslarını yaxşı öyrənmədikləri səbəbindən onlara düzgün yanaşa bilmirlər.

Elə şagird olur ki, hər gün inkişaf edir. Mənəvi, əxlaqi, estetik, fiziki, işgüzarlıq, şüurlu intizamı baxımından özünü yaxşı cəhətdən göstərir. Bir sıra hallarda valideynlər bunları görə bilmir, qiymətləndirməyi isə unudurlar. Şagirdə adi gözlə baxırlar. N. Kazımovun təbirincə desək, “valideyn də müəllim də, bəzən uşağa dünənki gözlə baxır, dünənki ölçü ilə yanaşır; uşağın başqalaşdığını, onda əmələ gələn keyfiyyətləri vaxtında sezə bilmir”. Məhz belə bir şəraitdə uşağın inkişaf səviyyəsilə ona olan münasibətlər arasında uyğunsuzluqlar özünü biruzə verir. Bu zaman şagirdin ikili hissləri (ambivalent) peyda olur. Yəni şagirdin razılığı və narazılığı arasında ziddiyyətlər baş verir. Hətta uşaqda narazılığı görən yoldaşları yəni ətrafda ona normal münasibət bəsləyənlər onun narazılıqlarından narahat olurlar. Çünki, uşaqdakı hiddətlənmə hissi özünü daha qabarıq göstərir. Belə bir məqamda şagird öz psixoloji halətini nizamlamağı bacarmalı və mövcud ziddiyyətlərin aradan qaldırılmasına qarşı özünü psixoloji cəhətdən hazırlamalıdır.

Bunun üçün valideynlərin və pedaqoji kollektivin ona düzgün yanaşması və köməklik göstərməsi lazımdır. N.Kazımovun göstərdiyi kimi “hər kəs, hər şagird öz həyatında dönə-dönə razılıq və narazılıq, inam və şübhə, şadlıq və kədər kimi qütbləşən hisslər keçirir. Şəraitdən asılı olaraq razılıq narazılığa və əksinə şadlıq kədərə və əksinə çevrilə bilər. Pedaqoji proses mənfi hisslərdən müsbət hisslərə keçirilməsində və bu bu hisslərin davamlılığını artırmaqda uşaqlara köməklik göstərilməlidir.” (Bax. N.M.Kazımov. Məktəb pedaqogikası. Çaşıoğlu, 2005, səh. 56)




Yüklə 55,5 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin