Protokolun məqsədləri:
►
Müasir metodlardan istifadə etməklə ilkin səhiyyə səviyyəsində
dəmir defisitli anemiyanın diaqnostika, müalicə
və
profilaktikasının təkmilləşdirilməsi
►
DDA-nın erkən aşkar edilmə səviyyəsinin yüksəldilməsi
►
DDA ilə xəstələnmə hallarının azaldılması
►
DDA-lı xəstələrin həyat keyfiyyətinin yaxşılaşdırılması
ÜMUMİ MÜDDƏALAR
Dəmir defisitli anemiya (DDA) – orqanizmdə dəmirin daxil
olmasının, mənimsənilməsinin pozulması və ya patoloji itirilməsi
nəticəsində hemoqlobinin miqdarının azalması ilə xarakterizə olunan
patoloji vəziyyətdir.
Epidemiologiya
DDA dünyanın bütün ölkələrində yayılmışdır. O daha çox
əhalinin ətlə normal qidalanma imkanı olmayan zəif inkişaf etmiş
ölkələrdə rast gəlinir. Dünya əhalisinin təxminən üçdə birində dəmir
defisiti var. ÜST-nin məlumatlarına görə inkişaf etməkdə olan
ölkələrdə DDA-nın yayılması 55-60% arasındadır, inkişaf etmiş
ölkələrdə isə 18% təşkil edir. Hər il dünyada ana ölümlərinin 20-
40%-i DDA ilə əlaqələndirilir.
Bütövlükdə qadınlar kişilərə nisbətən bu xəstəlikdən daha çox
əziyyət çəkir. DDA əsasən uşaqlarda, yeniyetmələrdə, fertil yaşında
olan qadınlarda rast gəlinir.
DDA Azərbaycan səhiyyəsinin ən vacib problemlərindən biridir.
Belə ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi 15-49 yaş
arasında olan hamilə olmayan qadınlarda 36%, 5 yaşdan aşağı
uşaqlar arasında 66% anemiya halları haqqında məlumat vermişdir.
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
|