Fеnazepam (Phеnаzераmum).
0.5 və 1 mq dozalarda tablet şəklində və 3%-li məhlulu 1 ml-lik ampullarda buraxılır. Güclü trankvilizəedici təsirə malikdir. Nevrozların, yuxu pozğunluğu, qorxu, һəуəcan va narahatlıqla müşayiət olunan əsəb pozğunluqlarının müalicəsi üçün istifadə olunur.
Daxilə təyin edilir (gündə 2-3 dəfə, 0,5-1 mq dozalarda). Qaraciyərin və böyrəklərin funksional pozğunluqları zamanı preparatın təyin olunması aks göstərişdir.
Diazepam (Diazepamum). Sin.: Relanium, ibazon, Seduksen, Valium.
5 mq dozada tablet şəklində və 0,5%-li məhlulu 2 ml-lik ampullarda buraxılır. Fenazepam kimi, lakin nisbətən zəif təsir göstərir.
Tətbiqinə dair göstəriş və əks göstərişlər, həmçinin əlavə təsirləri (dərmandan asılılıq, başgicəllənməsi, yuxuya meyllik, miasteniya) fenazepamda olduğu kimidir.
Daxilə (gündə 2-3 dəfə) 5-10 mq dozalarda), əzələ daxilinə və venaya təyin edilir.
Dostları ilə paylaş: |