S. Gündə 2 dəfə, yeməkdən sonra 1 tablet qəbul etməli.
#
Rp.: Reserpini 0,0001
D.t.d. N40 in tab.
S. Gündə 2 dəfə, yeməkdən sonra 1 tablet qəbul etməli.
NARKOZ TÖRƏDƏN DƏRMAN MADDƏLƏRİ (ÜMUMİ ANESTEZİYAEDİCİ MADDƏLƏR)
Narkoz – mərkəzi sinir sistemi funksiyalarının dönər tormozlanmasıdır. Bu zaman şüur və hissiyat itir, əzələ tonusu aşağı düşür, ürək-damar sisteminin və tənəffüsün normal funksiyası isə saxlanır.
Narkozdan cərrahi əməliyyatlar zamanı ümumi ağrıkəsici vasitə kimi istifadə olunur.
Orqanizmə yeridilmə yollarından asılı olaraq narkotik maddələr iki qrupa bölünür: inhalyasion və qeyri-inhalyasion narkotik maddələr İnhalyasion narkotik maddələr orqanizmə tənəffüs yolları, qeyri-inhalyasion narkotiklər isə digər (əsasən venadaxili, bəzən əzələdaxili və rektal) yollarla yeridilir.