Dərs deyən müəllimlərin şəbəkəsi yaradılır



Yüklə 8,67 Mb.
Pdf görüntüsü
səhifə2/4
tarix29.12.2016
ölçüsü8,67 Mb.
#3879
növüDərs
1   2   3   4

Qabil ABDULLAYEV

 

 Mayın-ın 17-də Macarıstanın 

ölkəmizdəki fövqəladə və 

səlahiyyətli səfiri Imre Laslotski 

Azərbaycan Tibb Universitetinin 

qonağı olub. Səfir universitetin 

rektoru, professor Gəray Gəray-

bəy 

li ilə görüşüb, həmçinin 

ATU-da yaradılan təhsil-tədris 

şəraiti ilə yaxından tanış olub.

G

örüşdə  rektor  G.Gəray-



bəyli  macar  diplomata  

ATU-nun keçdiyi inkişaf 

tarixi,  müasir fəaliyyəti, mad-

di-texniki  bazası,  potensial  imkanla-

rı  və  həmçinin  bu  təhsil  müəssisəsinin  

Azərbaycanda  səhiyyənin  inkişafında 

tutduğu önəmli rolu haqqında məlumat 

verib.  Qeyd  olunub  ki,  respublikada 

yeganə  ali  tibb  təhsil  ocağı  olan  ATU-

nun  ölkəmiz  üçün  peşəkar  həkim  və 

tibb işçilərinin hazırlanmasında əvəzsiz 

xidmətləri var.

  ATU-nun    beynəlxalq  əlaqələrindən 

söhbət açan rektor bildirib ki,  universite-

timiz dünyanın  bir sıra tanınmış ali təhsil 

və tədqiqat ocaqları ilə geniş əməkdaşlıq 

edir.  Bu  universitetlərin  sırasında    Maca-

rıstanın  Zemvelveys  Universiteti  də  var 

ki,  onunla  da  qarşılıqlı  saziş  əsasında 

müştərək  tədbirlər  təşkil  olunub.    Gö-

rüş  zamanı  professor  Gəray  Gəraybəyli  

gələcəkdə  universitetlər  arasında  tələbə 

mübadiləsinin  daha  da  çoxalmasını,  Ma-

carıstandan  da  Azərbaycana  tələbələr 

göndərilməsini arzuladığını bildirib.

  Səmimi  qəbula  görə    minnətdarlığını 

bildirən  cənab  Laslotski  ilk  olaraq    pro-

fessor  G.Gəraybəylini    ATU-nun  rektoru 

vəzifəsinə  seçilməsi  münasibətilə  təbrik 

edib, ona  bu şərəfli işində uğurlar arzu-

layıb. Sözünə davam edən səfir  vurğula-

yıb ki, Azərbaycan və Macarıstan arasında 

bütün  sahələrdə,  o  cümlədən  elm-təhsil, 

mədəniyyət və səhiyyə  sahəsində səmərəli   

münasibətlər    formalaşıb.  Ölkələrimiz 

arasında mövcud olan ikitərəfli əlaqələrin 

əhəmiyyətindən danışan  səfir gələcəkdə 

bu  əlaqələrin  daha  da  gücləndirilməsinin 

zərurililiyinə toxunub.

 ATU-nun beynəlxalq əlaqələr üzrə pro-

rektoru, dosent Rəhimə Qabulovanın da iş-

tirak etdiyi bu işgüzar görüşdə Azərbaycan 

və  Macarıstanın  tibb  universitetləri  ara-

sında əlaqələrin möhkəmələnməsi və qar-

şılıqlı əməkdaşlıq haqqında bağlanmış sa-

zişin yenilənməsi barədə ilkin razılıq əldə 

olunub.

• 

 ATU-nun Tədris Cərrahiyyə 



Klinikasında Azərbaycan Tibb 

Assosasiyasının Patologiya 

Dərnəyinin “Tiroid düyünlərinə 

multidistiplinar yanaşma” möv-

zusunda seminarı keçirilib.   

Seminarda  Tədris  Cərrahiyyə 

Klinikasının  direktoru,  professor 

Nuru  Bayramov,  Tibb  Assosasi-

yasının sədri Nəriman Səfərli, Me-

diStyle Hospitalın endokrinoloqu 

dr.  Fərhad  Burzlu,  Milli  Onkolo-

giya Mərkəzindən dr.Anar Əliyev, 

dr. Bahadur Abbasov, Azərbaycan 

Tibb  Universitetindən  dr.Camal 

Musayev, 

Qulaq-burun-boğaz 

cərrahı  uzman  dr.Yusif  Hacıyev 

və  klinikanın  rezidentləri  iştirak 

ediblər.

Seminarı  açıq  elan  edən  pro-

fessor  Nuru  Bayramov  bu  cür 

tədbirlərin  ümumi  müzakirələrin 

aparılması 

baxımından 

çox 

əhəmiyyətli  olduğunu  vurğula-



dı.  “Peşəkar  insanların  bir  ara-

ya  gələrək  müəyyən  məsələləri 

müzakirə  etməsi  təqdirəlayiqdir. 

Dövlət 


qurumu 

və 


tədris 

müəssisəsi  olaraq  borcumuzdur 

ki, belə mütərəqqi hadisələrə qa-

pımızı açaq və dəstək olaq”.

Azərbaycan  Tibb  Assosiasi-

yasının  sədri  Nəriman  Səfərli 

rəhbərlik  etdiyi  qurum  haqqın-

da  iştirakçıları  məlumatlandırdı. 

Qeyd  etdi  ki,  təşkilat  əsasən  üç 

istiqamət üzrə fəaliyyət göstərir: 

“İşimiz  ilk  öncə  həkimlərin  hü-

quqlarını 

qorumaq, 

ikincisi 

həkimlərin peşəkarlığını artırmaq 

və  həkimlər  tərəfindən  əhalinin 

tibbi sahədə maarifləndirilməsini 

gücləndirməkdən ibarətdir. Son 3 

ildə assosasiyanın fəaliyyəti daha 

sürətlə  inkişaf  edib.  30  ixtisas 

üzrə  dərnəklər  təsis  olunub  ki, 

burada hər bir həkim iştirak edə 

bilər”.

N.Səfərli  tədbirin  məhz  Tibb 



Universitetinin Tədris Cərrahiyyə 

Klinikasında 

keçirilməsindən 

məm nun  olduğunu  bildirdi  və 

müştərək toplantıların gələcəkdə 

də davam etdiriləcəyini qeyd etdi. 

Tədbirdə iştirak edən dr. Camal 

Musayev  patoloji  müayinələrin 

əhəmiyyətindən,  tiroid  patolo-

giyalarının 

diaqnostikasından 

danışdı.  MediStyle  Hospitalın 

endokrinoloqu dr. Fərhad Burzlu 

tiroid düyünü olan xəstələrə kli-

niki  yanaşma  ilə  bağlı  məlumat 

verdi: “Endokrinoloq olaraq deyə 

bilərəm ki, son zamanlar ən çox 

inkişaf  edən  sahələrdən  biri  də 

məhz  tiroidologiyadır.  Qalxan-

vari  vəz  idarəedici  olmasa  da, 

funksiyaverici  bir  orqandır  və 

ən  böyük  endokrin  vəzdir.  Bü-

tün  yaş  dövrlərində  qalxanvari 

vəzin  əhəmiyyəti  çox  böyük-

dür. Qalxanvari vəzin bədxassəli 

düyünləri  daha  çox  gənclərdə 

müşahidə  olunur.  Əgər  yaşlı 

nəsillərdə belə hallara 4 faiz rast 

gəlinirsə,  gənclərdə  bu  göstərici 

40  faizdir.  Qalxanvari  vəzin 

fəaliyyəti ana bətnində olan uşa-

ğın  3-cü  həftəsindən  fəaliyyətə 

başlayır.”

Daha  sonra  toplantıda  tiroid 

düyünlərinin  postoperativ  his-

topatoloji  diaqnostikası,  tiroid 

düyünlərində  cərrahi  taktikanın 

seçilməsi, tiroid düyünlərinin di-

aqnostikasında radioloji müayinə 

üsullarının rolu və digər mövzu-

larla bağlı müzakirələr aparıldı. 

ATU Macarıstan universitetləri 

ilə əlaqələrini genişləndirir

“Tiroid düyünlərinə multidistiplinar 

yanaşma” mövzusunda seminar

Xarici tələbələrə dərs deyən 

müəllimlərin şəbəkəsi yaradılır

ATU-nun mətbuat xidməti


http://www.amu.edu.az

31 may  2016-cı il

4

Mayın 26-da Azərbaycan Tibb 



Universitetin də yay sessiyası imtahanlarına 

hazırlıqla bağlı müzakirə aparılıb. Universite-

tin rektoru, professor Gəray Gəraybəyli imta-

han nəzarətçiləri ilə görüşərək sınaq prosesinə 

hazırlıq işləri ilə tanış olub, imtahanların 

yüksək səviyyədə təşkili üçün qarşıda duran 

məqsədlər haqqında danışıb.  

Rektor qeyd edib ki, iyun ayının 1-dən 

21-dək  ATU-da  attestasiya,  yekun 

dövlət imtahanları və buraxılış işlərinin 

müdafiəsi keçiriləcək: “Hər tədris ilinin 

sonunda bu proseduralar verilir. Lakin 

bu il Tibb Universiteti dövlət imtahanları 

ilə bağlı xeyli yeniliklər tətbiq edib. Bun-

lardan  biri  də  beynəlxalq  standartlara 

uyğun olaraq Obyektiv Strukturlaşdırıl-

mış Klinik İmtahan sistemi ilə imtahan-

ların keçirilməsidir. Artıq yeni sistemin 

tətbiqi  ilə  bağlı  treyninqlər  keçirilib. 

İstənilən  halda,  OSKİ  bizim  üçün  yeni 

üsuldur  və  prosesin  təkmilləşdirilməsi 

davam etməlidir”.

Professor  Gəray  Gəraybəyli  bildirib 

ki,  həmişə  olduğu  kimi  qarşıda  duran 

əsas məsələlərdən biri tələbələrə qarşı 

xoşməramlı münasibətin qorunub sax-

lanmasına nail olmaqdır: “Bununla bağ-

lı  universitetimizin  xüsusi  dəsti-xətti 

olub, belə də davam edəcək. İmtahan-

lar  tam  obyektiv  şəraitdə  keçirilməli, 

tələbələrə qayğı göstəril mə lidir. Biz bu 

strategiyamıza sadiq olmalıyıq”.

Daha  sonra  ATU-nun  tədris  hissə 

müdiri,  dosent  Nəsimi  Qasımov  çıxış 

edərək  imtahanlara  hazırlıq  işlərinin 

gedişi ilə bağlı  müvafiq sənədləri işti-

rakçıların  diqqətinə  çatdırdı.  ATU-nun 

metodik  innovasiya  şöbəsinin  müdi-

ri,  professor  Akif  Qurbanov    Obyektiv 

Strukturlaşdırılmış Klinik İmtahan (OSKİ) 

haqqında  görüş  iştirakçılarına  ətraflı 

məlumat  verdi.  ATU-nun  tədris  işləri 

üzrə prorektoru, professor Sabir Əliyev 

imtahana  mövcud  hazırlığın  vəziyyəti 

haqqında danışdı. Sonda prosesin daha 

da  təkmilləşdirilməsi  ilə  bağlı  imtahan 

nəzarətçilərinin təklifləri dinlənildi.

Tələbələr tərəfindən III cərrahi 

xəstəliklər  kafedrasının  do-

senti  Sabir  Hacıyev  haqqında  

Azərbaycan  Tibb  Universite-

tinin  rektoru,  professor  Gəray 

Gəraybəyliyə  şikayət  məktubu 

göndərilib.  Həmkarlar  İttifa-

qı  Komitəsinin  Rəyasət  Heyəti 

həmin 


məktubu 

müzakirə 

edərək  adı  şəkilən  dosentin 

cəzalandırılmasına  razılıq verib. 

24  may  2016-cı  il  tarixində 

universitetin  rektoru  III  cərrahi 

xəstəliklər  kafedrasının  dosenti 

Sabir Hacıyevə töhmət verilməsi 

haqqında əmr imzalayıb.

 

Tədbirin  məqsədi  elekt-



ron  səhiyyənin  formalaşdırıl-

masına  elmi  dəstək  verilməsi 

və 

prioritetlərin 



müəy-

yən  ləşdirilməsi,  bu  sahə-

də  aparılan  elmi  tədqiqat

 

la-



rın  əla qə lən diril məsi,  eləcə 

də  xarici  ölkələrin  müvafiq 

elmi  mərkəzləri  ilə  davamlı 

əməkdaşlıq  əlaqələrinin  təş-

kilindən ibarət idi.

AMEA-nın  Əsas  binasın-

da  keçirilən  tədbirdə  ölkənin 

müvafiq  dövlət  qurumla-

rının  rəhbərləri,  ali  təhsil 

müəssisələri  və  AMEA-nın 

elmi-tədqiqat  institutlarının 

informasiya  texnologiyaları 

və  tibb  sahələri  üzrə  aparı-

cı alim və mütəxəssisləri, KİV 

nümayəndələri iştirak edirdi.

Konfransı  giriş  nitqi  ilə 

açan  AMEA  prezidenti,  aka-

demik  Akif  Əlizadə  e-tibbin 

formalaşması  problemlərinin 

müxtəlif aspektləri ilə məşğul 

olan  alim  və  mütəxəssislərin 

bir  araya  gəlməsi  və  gələcək 

əməkdaşlıq  perspektivlərinin 

müəyyənləşdirilməsi  baxı-

mından  konfransın  böyük 

əhəmiyyətə  malik  olduğunu 

bildirdi. 

AMEA prezidenti akademi-

yada bu istiqamətdə aparılan 

elmi  tədqiqatlardan  söz  aça-

raq  bildirdi  ki,  prioritet  elmi 

istiqamətlər  sırasında  biolo-

giya  və  tibb  sahəsində  dün-

yanın  yeni  çağırışlarına  uy-

ğun araşdırmaların aparılması 

əsas hədəflərdəndir.

Səhiyyə  nazirinin  müa-

vini  Elsevər  Ağayev  ölkədə 

e-tibbin 

formalaşma-

sı  ilə  bağlı  həyata  keçirilən 

tədbirlər və əldə olunan uğur-

lardan  danışdı.  Bildirdi  ki, 

bu  istiqamətdə  “Azərbaycan 

Respublikasında 

informa-


siya  cəmiyyətinin  inkişafına 

dair  2014-2020-ci  illər  üçün 

Milli  Strategiya”  çərçivəsində 

kompleks  tədbirlər  həyata 

keçirilir. 

Milli  Məclisin  Səhiyyə 

Komitəsinin  sədri,  AMEA 

Biologiya  və  Tibb  Elmləri 

Bölməsinin 

akademik-ka-

tibi, 

akademik 



Əhliman 

Əmiraslanov  ölkədə  səhiyyə 

və  tibb  elminin  inkişafına 

göstərilən qayğıdan söz açdı. 

O,  bütün  regionlarda  yeni 

səhiyyə  obyektlərinin  tikilib 

istifadəyə  verildiyini,  tibb  el-

minin ən son yenilikləri, tex-

noloji  innovasiyalar,  müasir 

müalicə  üsullarının  klinika 

və  sağlamlıq  mərkəzlərində 

uğurla 


tətbiq 

edildiyi-

ni,  həkimlərin  peşəkarlıq 

səviyyəsinin  artırılması  üçün 

səmərəli  işlərin  görüldüyü-

nü  söylədi.  Səhiyyə  Nazirli-

yinin  elmi  müəssisələrində, 

o  cümlədən  Milli  Onkologiya 

Mərkəzinin  nəzdindəki  Nüvə 

Təbabət  Mərkəzində  ən  son 

texnologiyaların  tətbiq  edil-

diyini qeyd etdi.

Tədbirdə  AMEA-nın  aka-

demik  katibi,  İnformasiya 

Texnologiyaları 

İnstitutu-

nun direktoru, akademik Ra-

sim  Əliquliyev  “Elektron  tib-

bin  formalaşmasının  aktual 

elmi-nəzəri  problemləri 

və  həlli  perspektivləri” 

mövzusunda 

məruzə 

ilə  çıxış  etdi.  Akademik 



e-tibbin 

e-hökumətin 

tərkib  hissəsi  olduğunu 

qeyd  edərək  bu  sahədə 

mövcud 

problemlərin 



multidissiplinar  xarakter 

daşıdığını  nəzərə  çatdır-

dı.  E-tibbin  texnoloji,  iq-

tisadi,  demoqrafik,  psi-

xoloji,  hüquqi,  etik  və  s. 

aspektlərinə xüsusi diqqət 

yetirilməsinin  vacibliyini 

qeyd  etdi.  R.Əliquliyev  İnfor-

masiya  cəmiyyəti  məsələləri 

üzrə  Tunis  Dünya  Sammiti, 

“Azərbaycan  2020:  gələcəyə 

baxış”  İnkişaf  Konsepsiyası, 

“Azərbaycan  Respublikasın-

da  informasiya  cəmiyyətinin 

inkişafına  dair  2014-2020-

ci  illər  üçün  Milli  Strategi-

ya”,  Ümumdünya  Səhiyyə 

Təşkilatının  e-səhiyyəyə  dair 

sənədlərində  e-tibbin  çoxas-

pektli  problemlərinə  xüsusi 

yer verildiyini diqqətə çatdır-

dı.


Tədbirdə 

həmçinin  

Fövqəladə  Hallar  Nazirliyi-

nin  əməkdaşı  Vurğun  Hacı-

yev “Azərbaycan Respublikası 

Fövqəladə  Hallar  Nazirliyində 

mövcud  tibbi  informasiya 

sistemlərinin  imkanları  haq-

qında”, Azərbaycan Tibb Uni-

versitetinin  rektoru,  profes-

sor  Gəray  Gəraybəyli  “Tibbi 

təhsildə  kompyuter  texno-

logiyaları”,  AMEA  İdarəetmə 

Sistemləri  İnstitutunun  di-

rektoru,  akademik  Telman 

Əliyev  “Azərbaycan  Respubli-

kasında  tibbi  informatikanın 

təşəkkülü  və  perspektivləri”, 

Respublika Elmi Tədqiqatların 

Əlaqələndirilməsi 

Şurası-

nın  Tibb  elmləri  üzrə  elmi 



şurasının  sədri,  AMEA-nın 

müxbir  üzvü  Nuru  Bayra-

mov  “Təbabətdə  informasi-

ya  texnologiyaları  və  ölkədə 

həllini  gözləyən  problemlər” 

mövzusunda 

məruzələrlə 

çıxış  etdilər.  Elektron  tib-

bin  elmi-nəzəri  və  prak-

tiki  problemlərindən  bəhs 

edilərək,  onların  həlli  üçün 

yeni  imkanların  yaranması 

baxımından  konfransın  mü-

hüm  əhəmiyyət  kəsb  etdiyi 

bildirildi.

Konfrans  öz  işini  AMEA 

İnformasiya  Texnologiyaları 

İnstitutunda  üç  paralel  sek-

siya  iclasında  davam  etdirib. 

“Tibdə  İKT-nin  elmi-nəzəri 

problemləri”,  “Tibdə  İKT-

nin  praktiki  problemləri”  və 

“İKT-nin  tibbi  problemləri” 

seksiyaları üzrə elektron tib-

bin  formalaşmasının  kon-

septual  əsasları,  texnoloji 

təminatı, 

təşkilati-hüquqi, 

təhlükəsizlik, 

terminolo-

ji  problemləri,  sosial-iqtisadi 

aspektləri  və  s.  mövzularda 

75 məruzə təqdim olunub.

M

ayın 24-də AMEA 

Rəyasət Heyəti, AR 

Səhiyyə Nazirliyi, Azərbaycan 

Tibb Universiteti və 

Informasiya Texnologiyaları 

Institutunun birgə təşkilatçılığı 

ilə “Elektron tibbin 

multidissiplinar problemləri” 

I Respublika elmi-praktik 

konfransı baş tutub.

“Elektron tibbin multidistiplinar problemləri” 

I Respublika elmi-praktik konfransı

“Elektron tibbin multidistiplinar problemləri” 

I Respublika elmi-praktik konfransı

ATU-nun mətbuat xidməti

Rektor imtahanla bağlı göstərişlər verdi



31 may      2016-cı il

http://www.amu.edu.az

5

Simpozium öncəsi rəhbərlik arasında görüş 



keçirildi.  Görüşdə  ATU-dan  elmi  işlər  üzrə 

prorektor İbrahim İsayev, Beynəlxalq Əlaqələr 

üzrə  prorektor  Rəhimə  Qabulova,  Tədris 

Cərrahiyyə Klinikasının direktoru Nuru Bayra-

mov, klinikanın baş həkimi Asiman Həsənov, 

mama-ginekologiya  şöbəsinin  müdiri  Turab 

Canbaxışov iştirak etdilər. Türkiyədən isə pro-

fessor  Dr.Bülent  Gülekli,  professor  Dr.Uğur 

Saygılı,  professor  Dr.Sabahattin  Altunyurt, 

professor Dr.Cemal Posacı görüşə qatılaraq, 

ATU  və  Dokuz  Eylül  Üniversitesi  arasında 

əlaqələrdən danışıblar. Türkiyəli professorlar 

ATU-da  təhsilin  yüksək  səviyyədə  olmasını 

qeyd etdilər və iki universitet arasındakı işgü-

zar əlaqələrdən məmnunluqlarını bildirdilər.

Daha  sonra  simpozium  öz  işinə  başladı. 

Tədbiri giriş sözü ilə açan ATU-nun prorekto-

ru İbrahim İsayev qonaqları salamladı və konf-

ransa işində uğurlar dilədi. Daha sonra Dokuz 

Eylül  Üniversitesinin  rektoru  Bülent  Gülekli 

çıxış  edərək,  problemli  hamiləliklər  barədə 

danışdı. O, hamiləlik zamanı qadın bətnində 

yaranan  infeksiyalar,  sonsuzluq  və  bunun 

müalicəsi barədə məlumat verdi.

Üç  hissədən  ibarət  simpoziumun  1-ci 

hissəsində  riskli  hamiləliklərə,  2-ci  hissəsin-

də  ginekoloji  onkologiya,  3-cü  hissədə  isə 

sonsuzluq probleminə həsr olunan məruzələr 

dinlənildi. 

Simpozium  mövzuların  müzakirəsi  ilə  da-

vam etdi.

  Rəsmi  hissəni  Bakı  Şəhəri  üzrə 

Təhsil  İdarəsinin  müdiri  Məhəbbət 

xanım  Vəliyeva  açaraq  müsabiqə 

iştirakçılarına yaratdığı şəraitə görə 

rektor  Gəray  Gəraybəyli  başda  ol-

maqla universitet rəhbərliyinə dərin 

təşəkkürünü  bildirib.  Ölkəmizin 

qədim  tarixə,  zəngin  mədəni 

irsə  malik  olduğunu  vurğula-

yan  Məhəbbət  xanım  dövlətimizin 

bu  istiqamətdə  apardığı  təbliğatı 

Azərbaycanın  dünyada  tanınması-

nın başlıca səbəblərindən biri kimi 

xarakterizə  edib.  Eyni  zamanda 

mütərəqqi  bir  dövrdə  yaşadığımı-

zı, əvvəlki dövrlərdən fərqli olaraq 

dəqiq  elmlərə  diqqətin  artırıldığını 

söyləyib. 

Uzun illərdir ki, IX-XI sinif şagird-

ləri  arasında  fənn  olimpiadalarının 

keçirildiyini  də  diqqətə  çatdıran 

xanım Vəliyeva əvvəllər olimpiada-

ların məzmununu mürəkkəb tapşı-

rıqların əhatə etdiyini deyib. Onu da 

qeyd edib ki, artıq I-II mərhələlərdə 

şagirdlər məktəblərdə tədris olunan 

proqramlar  üzrə  dərin  biliklər  nü-

mayiş  etdirir,  ancaq  III  respublika 

mərhələsində iştirak hüququ qaza-

nanlar  daha  mürəkkəb  tapşırıqları 

yerinə yetirirlər. 

  Artıq  5-ci  ildir  ki,  ölkəmizdə 

keçirilən  “Sabahın  alimləri”  adlı 

fənn müsabiqələri barədə də tədbir 

iştirakçılarını 

məlumatlandıran 

Məhəbbət  xanım  bu  günkü  final 

müsabiqəsinin  tarixçəsinə  də  to-

xunub. Analoji olaraq eyni format-

da  kimya  və  fizika  fənləri  üzrə  də 

keçirilən  müsabiqələrin  müxtəlif 

sahələr  üzrə  yaradıcı  qabiliyyətə 

malik uşaqların potensialını, xüsu-

si istedadını üzə çıxarmaq məqsədi 

daşıdığını vurğulayıb. 

Sevdiyi  ixtixasa  hazırlaşan  hər 

bir  şagirdin  gələcək  hədəflərini 

müəyyənləşdirməsi, 

universitet 

həyatı ilə yaxından tanış olması baxı-

mından yekun müsabiqələrinin orta 

məktəblərdə deyil, ali məktəblərdə 

keçirilməsinin  əhəmiyyətini  xü-

susi  vurğulayan  Məhəbbət  xa-

nım  bu  mərhələyə  qədər  zəhməti 

olan  müəllimlərin,  valideynlərin  və 

məktəb rəhbərlərinin fəaliyyətini də 

yüksək qiymətləndirib. 

Tədbir  iştirakçılarını  Azərbaycan 

Tibb Universitetinin rektoru, profes-

sor Gəray Gəraybəylinin, professor-

müəllim heyətinin adından salamla-

yan tədris işləri üzrə prorektor, pro-

fessor Sabir Əliyev  respublikamızın 

yeganə ali tibbi təhsil ocağının tarixi 

inkişaf yolundan ətraflı söhbət açıb. 

Hazırda  universitetimizdə  1300 

nəfərdən  ibarət  pedaqoji  heyətin, 

o  cümlədən    160  professorun  ça-

lışdığını xatırladan prorektor bildi-

rib ki,  onların bir çoxu Azərbaycan 

Milli  Elmlər  Akademiyasının  həqiqi 

və  müxbir  üzvüdür.  SSRİ  dövlət 

mükafatı  alan  alimlərimiz  var.  27 

ölkədən gələn tələbələrin də təhsil 

aldığı universitetdə dərslər 3 dildə - 

Azərbaycan, ingilis və rus dillərində 

aparılır. 

Yeni  yaradılan  universitet  kli-

nikaları,  tibbi  təhsilin  rezidentura 

pilləsi  haqqında  da  qonaqlara  ge-

niş  məlumat  verən  prorektor  bio-

logiyanın təbabətin əsasında duran 

təməl fənni olduğunu bildirərək bu 

müsabiqədə iştirak edən,  gələcəkdə 

Tibb Universitetinində təhsil almaq 

arzusunda olan şagirdlərə istedad-

lı  tələbələrimizi  nümunə  göstərib, 

gənc tədqiqatçılara uğurlar diləyib. 

Biologiya  fənninin  təbabətdəki 

rolundan danışan ATU-nun tibbi bi-

ologiya kafedrasının müdiri, profes-

sor Canbaxış Nəcəfov müsabiqənin 

demokratik  şəraitdə  keçəcəyinə 

inamını ifadə edib.

Rəsmi hissədən sonra start verilən 

müsabiqənin final mərhələsinə  24 

komanda qatılıb.

Bakı şəhəri ümumtəhsil məktəb-

lərinin  VIII-X  sinif    şagird lərinin 

iştirak  etdiyi  müsa biqənin  final 

mərhələsində  tərkibi  3  nəfərdən 

ibarət  olan  komandalar  2  akade-

mik saat  ərzində  ümumtəhsil  və  

məktəbdənkənar      təhsil  müəssi-

sələrinin proqramlarına uyğun  ola-

raq   biologiya  fənni  üzrə  30 su-

aldan  ibarət  testi, 5 məsələni və 1 

təcrübə  işini  yerinə  yetirib. 

Qaliblər ekspert qrupu tərəfindən 

5 bal sistemi ilə müəyyənləşdirilib. 

Çox bal toplayan   komandalar qalib 

hesab  olunub.  Final  mərhələsində 

qalib  komandaların  rəhbərləri  ilə 

yanaşı, həmin  məktəblərin  direk-

torları,  tərbiyə işləri üzrə direktor 

müavinləri və uşaq birliyi rəhbərləri 

də iştirak ediblər. 

Arif MƏMMƏDLI

M

ayın 19-da Azərbaycan 

Tibb Universitetində 

gənc bioloqların yaradıcılıq 


Yüklə 8,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin