a. Təvilin şərtləri İslam alimlərinin əksəriyyətinə görə ayənin zahiri mənası başa
düşülürsə təvilə heç bir ehtiyac yoxdur. Ancaq müşkil və mütaşa-
beh ayələrin izahında təvildən qaçmaq mümkün deyildir. Bir ayəni
təvil edərkən aşağıda verilən xüsusiyyətlərə diqqət etmək lazımdır:
1. Təvil edilən kəlmənin mənası, məcaz yolu ilə də olsa o
kəlmənin özünə dəlalət edən mənalardan biri olmalıdır.
2. Təvil olunan kəlmə və ya ifadə təvil edilərkən şəri bir dəlilə
əsaslanmalıdır.
3. Təvilin şətlərindən biri də təvil edilən kəlmənin mənasının
açıq bir nəssə zidd olmamasıdır.
Bu şərtləri diqqətə almadan edilən təvillər doğru deyildir.