Dərs vəsaiti ali məktəblərin 050608 "Elektroenergetika mühəndisliyi" ixtisası üzrə



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə13/30
tarix02.01.2022
ölçüsü0,99 Mb.
#48657
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   30
Kontakt shebekesi ve elektrik verilish xetleri fenninden elektron muhazireler

12. Kontakt naqilinin əndazələri 

 

Kontakt  naqilindən  rels  başlığına  qədər olan 

məsafə  naqilin  əndazəsi  adlanır.  Onun  ölçüləri 

texniki  istismar  qaydalarına  əsasən  aşağıdakı  kimi 

qəbul edilmişdir: 

1.  Keçidlərdə  kontakt  naqilindən  rels 

başlığına  qədər  olan  məsafə  6000  mm-dən  az 

olmamalıdır. 

2.  Dəmir  yol  sahələrində  yəni  2  stansiya 

arasında  kontakt  naqilindən  rels  başlığına  qədər 

olan  minimal  məsafə  5750  mm  qəbul  edilmişdir. 

Müstəsna  hallarda  bu  məsafənin  5550  mm-ə  qədər 

azalmasına  icazə verilir. 

3.  Dəmir  yol  sahələrində  yəni  stansiyalar 

arasındakı  məsafədə  kontakt  naqilindən  rels 

başlığına  qədər  olan  maksimal  məsafə  6250  mm 

qəbul edilmişdir. 

4.  Stansiyalarda  kontakt  naqilindən  rels 

başlığına qədər olan normal məsafə 6600 mm qəbul 

edilmişdir. 

5.  Stansiyalarda  kontakt  naqilindən  rels 

başlığına  qədər  olan  minimal  məsafə  6250  mm 

qəbul edilmişdir. 

6.  Stansiyalarda  kontakt  naqilindən  rels 

başlığına  qədər  olan  maksimal  məsafə  6800  mm-

dən çox olmamalıdır. 

7.  Stansiyalarda  və  dəmiryolu  sahələrində 

kənar  yolun  oxundan  kontakt  şəbəkəsi  dayağının 




35

 

daxili hissəsinə qədər olan məsafə 3100 mm-dən az 



olmamalıdır. 

8.  Hərəkət  vasitələrinin  T  əndazəsinin  təmin 

olunması  üçün  rels  başlığından  kontakt  naqilinə 

qədər  olan  məsafə  dəqiq  yuxarıda  qeyd  olunan 

normalara  uyğun  olmalıdır. 

9. 


Hərəkət 

zamanı 


lokomotivin 

cərəyanqəbuledici-sinin kontakt naqilinə toxunması 

və  etibarlı  cərəyan  qəbulu  üçün  küləyin  maksimal 

təzyiqi  zamanı  kontakt  naqilinin  üfüqi  istiqamətdə 

yolun  oxundan  uzaqlaşma  məsafəsi  450-500mm-

dən çox olmamalıdır. 

 

 


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin