2 + NO3 + СО* + СпШп+х + • • •
Fotokimyəvi smoq isə avtomobilin tullantısı olan
işlənmiş qazların tərkibindəki N
2O (azot 2 oksidin) və СО
(dəm qazının) -nın günəş şüalarının təsiri ilə fotokimyəvi
reaksiyaya daxil olaraq çox aktiv zəhərləyici peroksia-
setilnitrat (PAN) və O
3 (ozon) qazının əmələ gəlməsidir.
N 20 + CO —
P AN + 0 3
Bu smoq adi smoqdan şəffaflığı ilə fərqlənir. Ona görə
də bəzən adi hallarda fotokimyəvi smoqu müşahidə etmək
mümkün olmur. Burada hv - günəş şüalarının enerjisidir.
84
Qaz qarışıqları ardıcıl reaksiyaya daxil olaraq daha zə
hərli birləşmələr əmələ gətirir. Reaksiyalar aşağıdakı şəkildə
gedir.
NO
2 + hv —►
N 0 + O
O + O
2 —►
O
3
O
3 + NO + hv —►
N O
2 + O2
Bu reaksiyanın ən təhlükəli komponentləri O
3, NO,
NO
2 - dir.
Fotokimyəvi smoqun çox təhlükəli növlərindən biri
fosgen adlanır. Qaz qarışıqlarının tərkibində СО və CI
2 bir
ləşmələri olduqda günəş şüalarının təsirindən СОСЬ
(fosgen) almır, yəni
co + ci
—
»
СОСЬ (fosgen)
Fosgen canlı aləm üçün daha təhlükəli fəsadlar ya
radır. Smoq aşağıdakı əlamətlərə malikdir:
Fotokimyəvi duman pis qoxuya malik olub, insanların
gözləri, burnu və boğaz qişalarını xəstələndirir, boğulma,
ağciyər və bronxial astma xəstəliyini kəskinləşdirir.
Fotokimyəvi duman bitkiləri zədələyir, əvvəlcə yarpaq
lar gümüşü və ya miss rəngini alır, sonra isə solur.
Fotokimyəvi dumanlar metalları korroziyaya uğradır,
rezin və sintetik rənglərin çatlamasına səbəb olur, paltarı
korlayır.
Səhər saatlarında havada çoxlu miqdarda işlənmiş
qazlar toplanır, günortaya yaxın adi smoq əmələ gəlir. Gü
nün ikinci yarsında istiliyin artması nəticəsində inversiya
zəifləyir, «Smoq» yuxarıya doğru qalxır. Hazırda dünyanın
bir sıra şəhərlərində - Nyu-York, Çikaqo, Boston, Tokio,
Milan və başqalarında fotokimyəvi duman əmələ gəlir. Bu
əsasən şəhərlərdə avtomobillərin həddən çox olması ilə bağ
lıdır.
Fotokimyəvi dumanın əmələ gəlməsinin qarşısını al
maq üçün atmosferin avtomobil nəqliyyatı tərəfindən çirk
lənməsinin qarşısını almaqdır.
85
Ətraf mühitin keyfiyyətcə qiymətləndirilməsinə təsir
göstərən amillərdən biri də səs-küydür. Əgər səs-küyü
«arzuolunmaz səslər» kimi qəbul etsək onda onu səs-küy
çirklənməsi kimi qəbul etmək olar. Müəyyən olunmuşdur
ki, istehsal qurğuları və təyyarələr vasitəsilə yaranan səs-küy
nəinki insanları narahat edir, hətta onların sağlamlığına da
təsirsiz ötüşmür. Həmçinin tədricən eşitmə qabiliyyətini aşa
ğı salır. Bununla əlaqədar olaraq səs-küyə ətraf mühiti çirk-
ləndirən bir amil kimi baxılmalıdır. Ona görə də səs-küylə
çirkləndirilməyə qarşı mübarizə aparılmalı və onun səviy
yəsinə nəzarət olunmalıdır.
Səsin gurluğunun ölçü vahidi detsibeldir (dB). Səsin
verilən intensivliyinin (J) minimum səviyyədə hiss olunan
intensivliyə (Jo) nisbətinin loqarifmasma səsin qurluğu
deyilir ( lg ^ - ) .
Jo
Hiss olunan intensivlik səviyyəsi dedikdə səs təzyiqinin
qiyməti 0,0002 mkbar başa düşülür ki, bu da 1016 Vt-a
uyğundur. Bu qiymətdə səs təzyiqi insan qulağı tərəfindən
qəbul edilir.
İnsan tezliyi 20 Hersdən 20000 Hersə kimi olan səsləri
qəbul edə bilər. Qəbul olunan səsin siqnalının intensivliyi 0-
120 dB-ə kimi ola bilər. 120 dB insan qulağında ağrılar
yaradır. Adi danışıq 250-10000 Hs tezliyində aparılır.
İntensivlik isə 30-40 dB təşkil edir. Yerdən qalxan reaktiv
təyyarələrin səsi 160 dB-dən yuxarı ola bilər. Səsin insan
orqanizminə təsiri onun tezliyindən və gurluğundan asılıdır.
İnsan tərəfindən qəbul edilən səs gurluğunun vahidi
fondur. 1 fon səs-qurluğu intensivliyi 40 dB, tezliyi isə 1000
Hs olan siqnala uyğundur. İntensivliyi 40 dB olan tezliyi
5000 Hs olan səsin gurluğu 2 fon qəbul edilir. Bu şkala üzrə
50 fondan yuxarı istənilən tezlikli səslər orqanizm üçün zə
rərli hesab olunur. Adətən insanlar səsin gurluğu 35-40 dB-
dən yuxarı olduqda şikayətlənirlər. Bu qiymət 50dB-ə
86
çatdıqda isə inzibati orqanlar tərəfindən tədbirlər görülmə
lidir.
Müəyyən olunmuşdur ki, iri şəhərlərdə səs-küyün miq
darını azaltmaq üçün əsas vasitə yaşıllıqların artırılmasıdır.
Yolların kənarlarında əkilmiş ağaclar səsin gurluğunu 10
dəfəyə kimi azaldır. Ağaclar bir tərəfdən səsi udurlar, digər
tərəfdən isə onun istiqamətini dəyişib səpələyirlər.
Başqa sahələrdə olduğu kimi burada da səsin buraxıla
bilən həddən artıq qiyməti zərərlidir. Bunun qarşısının alın
masında və həlli yollarında hal-hazırda iki mühüm maneə
mövcuddur.
1)
Əhalinin mövcud təhlükə barəsində məlumatının
olmaması
2)
İqtisadi gəlir götürmək üzündən lazımi əməliyyat
ların ləng surətdə həyata keçirilməsi, yaxud ümumiyyətlə
keçirilməməsi. Məsələn, təyyarə gurultularından qorunmaq
üçün iki əsas şərt yerinə yetirilməlidir:
1)
Texniki imkanlar həddində səs mənbələrinin gücünü
zəiflətmək. Bu sahədə Qərbi Avropa və ABŞ-da ciddi işlər
aparılmış və təyyarə mühərriklərinin yaratdığı gurultunun
intensivliyi xeyli azaldılmış və müəyyən normativlər müəy
yənləşdirilmişdir. Bu ölkələr bu normativlərə cavab verə bil
məyən digər ölkələrin təyyarələrini öz hava məkanına bu
raxmırlar. Məsələn, 2002-ci il apreldən etibarən Rusiyada
istifadə olunan əksər tip təyyarələrin bu ölkələrə buraxıl-
maması haqqında verilən qərarı göstərmək olar.
2)
Aeroportlar ətrafında 15 km-lik zonada yaşayış evlə
rinin və sənaye müəssisələrinin tikintisinin qəti surətdə qa
dağan olunması.
Aeroportlar ətrafında yaşıl zolaq və meşələrin salın
ması nəinki səs-küyün udulmasma şərait yaradar və eyni
zamanda bunun nəticəsində havanın tənzimlənməsinə də
şərait yaradardı.
87
Məlumdur ki, atmosferi çirkləndirən mənbələr və on
ların ətraf mühitə zərərli təsiri müxtəlifdir. Qaz halında olan
tullantılar ilk növbədə atmosferi daha çox çirkləndirir. Bu
tullantıların əsas mənbələrindən biri də nəqliyyatdan ayrılan
zəhərli qazlardır. Tullantı qazların tərkibinə azot və oksi
gendən başqa karbon 2-oksid, kükürd oksidləri, zəhərli
karbohidrogenlər, müxtəlif azot oksidləri və bərk hissəciklər
də daxildir. Havanın belə çirkləndiricilərlə çirklənməsi ciyər,
şiş, dəri, bronxit və başqa xəstəliklərin artmasına səbəb olur.
Hal-hazırda avtomobil nəqliyyatından atmosferə ö tü
rülən zəhərli qazlar ətraf mühiti daha çox çirkləndirir. Ən
çox zəhərli maddələr buraxan karbüratorla işləyən daxili
yanma mühərrikləridir (DYM). Benzin və dizel yanacaqları
ilə işləyən bu mühərriklər iş müddətində atmosferə his, ben-
zopren, dəm qazı (СО) aldehidlər və başqa zəhərli maddələr
tullayır. Atmosferə tullanan zəhərli maddələrin miqdarı
avtomobillərin texniki sazlığından asılıdır.
Tərkibində qurğuşun birləşmələri olan etil benzinindən
istifadə olunması atmosferə çox zəhərli qurğuşun birləş
mələrinin tullanmasma səbəb olur. Benzinin etilləşdirilməsi
ona bromlu qurğuşun və yaxud yanmayan etilli qurğuşunun
əlavə olunması prosesində yaradılır. Bu isə çox zəhərli ma
yedir. Belə benzindən istifadə olunması mühərrikin iş reji
mini yaxşılaşdırmaqla yanaşı, yanacağa xeyli qənaət olun
masına şərait yaradır, lakin ətraf mühiti qurğuşunla zə
hərləyir. Benzinə əlavə edilmiş etil mayesinin 70% qədəri,
yəni qurğuşunlu birləşmələr işlənmiş qazlarla birlikdə a t
mosferə tullanır. Bunun 30%-i torpağa hopur, 40%-i isə at
mosferdə qalır. Orta yükdaşıyıcı yük avtomobili ildə 2,5-3
kq-a qədər qurğuşunlu birləşmələri atmosferə tullayır. Qərbi
Avropa ölkələrində havaya qurğuşunlu birləşmələrin daxil
olmaması üçün etilsiz benzinlərdən istifadə olunmağa
başlanmışdır. Dünyada DYM-nə malik avtomobillər
tərəfindən ildə havaya 300 min ton qurğuşun, 260 mln. ton
88
СО (dəm qazı), 20 mln. ton azot oksidləri, 40 mln , ton
karbohidrogenlər tullanır.
Ətraf mühiti zəhərli maddələrlə çirkləndirən nəqliyyat
növlərindən biri də təyyarələrdir. Tədqiqatlar göstərir ki,
təyyarələrin mühərriklərinin havaya tulladığı zəhərli qarı
şıqların miqdarı onun işləmə rejimindən asılıdır. Təyyarənin
aşağı rejimində (düşmə və qalxma rejimində) havaya СО və
CnHm, sürət çoxaldıqda isə havaya tullanan azot oksid-
lərinin (NO, NO
2, N 2O 5) miqdarı xeyli çoxalır. Təyyarələr
tərəfindən atmosferin çirklənməsi nəqliyyat çirklənməsinin
5%-i təşkil edir.
Hal-hazırda avtomobil nəqliyyatından atmosferə
ötürülən zəhərli qazlar ətraf mühiti sənaye müəssisələrindən
daha çox çirkləndirir. Bunun qarşısını almaq üçün aşağıdakı
tədbirlərin həyata keçirilməsi vacib sayılır.
1 .Avtomobillərin saz işləməsini təmin etmək
2. İstifadə edilən yanacağın keyfiyyətini yüksəltmək
3.
Avtomobillərdən ayrılan zəhərli qazların tərkibinə
nəzarət. Bu iş Dövlət avtomobil müfəttişliyi tərəfindən
həyata keçirilir.
4. Maye yanacaqların qaz yanacaqları ilə əvəz etmək
5.
Benzin yanacaqlarının dizel yanacaqları ilə əvəz
edilməsi Dizel yanacaqlarından yaranan tullantı qazların
tərkibində zəhərli qazların miqdarı az olur. Dizel yanacaq
ları tam yanır və ona qurğuşunlu etil mayesi əlavə olunmur
ö.Daxiliyanma mühərriklərinin təkmilləşdirilməsi
7.Neytralizatorlardan istifadə edilməsi. Metal kamera
içərisində xüsusi katalizator boruları yerləşdirilir. Boruların
içərisinə katalizator doldurulur. Katalizator kimi üzərinə
platin, yaxud poladium metalların dənəcikləri hopdurulmuş
aktiv səth götürülür. Bu metal kamera tullantı qaz borusun
da yerləşdirilir, tullantı qazla kameradan keçərək təmizlənir.
Zəhərli qazlardan təmizlənmiş qazlar atmosferə buraxılır.
89
Bu qurğu eyni zamanda avtomobilin səsini də xeyli azaltmış
olur
8.Elektromobil problemi: Məlumdur ki, atmosferi
çirkləndirən benzinlə işləyən nəqliyyat vasitələridir. Ona
görə alimlər qarşısında yeni bir problem durur - benzinlə
işləməyən maşınlar yaratmaq. Artıq belə maşınlar vardır.
Onlar elektromobil adlanır. Ona «təmiz maşınlar»da deyilir.
Belə tip maşınlar artıq dünyanın bir sıra ölkələrində kütləvi
istehsal olunmağa başlanmışdır.
Atmosferin çirklənməsinin qarşısını almaq və çirklən
məni zərərsizləşdirmədə yaşıllıqların xüsusi əhəmiyyəti var
dır. Ağac, kol və ot bitkiləri havaya daxil olan toz, his, müx
təlif qazları tutur, karbon qazını udaraq fotosintezlə ətraf
mühitə oksigen buraxır. Sənaye şəhərlərinin havasmdakı toz
hissəciklərinin 72%-i, kükürd qazının 60%-ə qədəri bitkilər
tərəfindən tutulur, hətta balaca bir bağça və ya xiyaban
tozların miqdarını açıq sahələrdəkinə nisbətən 30% azaldır.
Atmosferin Ozon qatının vəziyyətinin dəyişməsi də mühüm
amillərdən biri hesab olunur.
Ozon təbəqəsi günəşin ultrabənövşəyi radiasiyasının
böyük bir qismini udaraq, yer kürəsində canlı orqanizmləri
radiasiyanın məhvedici təsirindən qoruyur. Ozon (Оз)
yunanca iy saçıram deməkdir. Ozon ilk dəfə Holland alimi
Marum tərəfindən kəşf edilmişdir. 1939-cu ildə Şonbeyn
tərəfindən laboratoriya şəraitində alınmışdır. Təbii şəraitdə
havadan elektrik qığılcımı keçdikdə, şimşək çaxdıqda Оз
yaranır. Ozonun əsas kütləsi atmosferin 10-15 km hündür
lüyündə toplanmışdır, lakin onun ən sıx qatı yer səthindən
20-25 km hündürlükdədir. Və bu ozonosfera adlanır. Öz
həcminə görə yer atmosfer havasının təxminən yüz mində
bir hissəsinə bərabər olan ozon təbəqəsi olduqca zəif və na
zikdir. Normal təzyiq və temperatur şəraitində atmosferdəki
ozonu bir yerə toplamaq mümkün olarsa, onda ozon
təbəqəsinin qalınlığı 3 mm-dən artıq olmaz. Müqayisə üçün
90
göstərmək olar ki, eyni ölçüyə görə atmosfer havasının qa
lınlığı kilometrlərə bərabərdir.
Ozon atmosferdə aşağıdakı mexanizm üzrə əmələ gəlir.
Mexanizmin mahiyyəti ondan ibarətdir ki, 20-45 km hün
dürlükdə günəşin ultrabənövşəyi şüaları təsirindən mo-
lekulyar oksigen atomlara parçalanır, yəni
Ö
2
+ h o ^ O + O
Parçalanmış atomlar dərhal ətrafdakı başqa oksigen
molekullarına yapışaraq ozon molekuluna çevrilir.
O+O
2
+ M -> O
3
+M
*
Bu zaman ayrılan rabitə enerjisi istənilən kənar
molekul tərəfindən udula bilər (məs. N
2, yaxud O2, yəni M
ayrılan rabitə enerjisini udaraq M* çevrilir).
Yaranmış ozon molekulu oksigen atomları ilə reak
siyaya daxil olaraq 2 oksigen molekulu əmələ gətirir.
O+O5 —>2 0 2
Bu o vaxta qədər davam edir ki, ozonun sənaye tul
lantılarının atmosferə düşməsi nəticəsində azotlu-oksidli,
haloidli birləşmələrin iştirakı ilə dağılmasının zəncirvari
proseslərinin yaranması başlasın. Təbəqənin taleyi barədə
narahatlıq 70-ci illərdən bəllidir. Onun nazilməsi və yarıq
ların əmələ gəlməsi Antarktida üzərində müşahidə edilmiş
dir. Müəyyən edilmişdir ki, təbəqənin qalınlığı bahar fəs
lində 2 dəfə azalmış və ozon yarıqları əmələ gəlmişdir. Ozon
üçün təhlükə yaradan əsas səbəblər atmosferi çirkləndirən
maddələrdən xlorftor üzvi sintez maddələrdir ki, onlardan
freonu göstərmək olar. Xlorflor üzvi sintez maddələr süni
yolla çox asan sintez olunur və sənayenin bir çox sahə
lərində, o cümlədən də məişətdə geniş istifadə edilir. Belə ki,
soyuducularda, kondisionerlərdə, lakların, rəng-boyaları
nın, aerozol qablamalarında məhz freonlardan istifadə edi
lir. Atmosferin yerin səthinə yaxın olan sahəsində kənar tə
sirlərə davamlı və uzunömürlü olan xlorftor maddəsi hava
cərəyanı ilə atmosferə paylanır. Ozon qatına çatdıqda ultra
91
bənövşəyi şüaların təsirindən parçalanaraq sərbəst xlora
çevrilir və öz ətrafındakı ozonu dağıdır.
CI2 + ho
->2
Cl
а+ о3-^ сю
+
o
2
CIO
+
o - > c ı + o
2
Bir xlor atomu 10000 ozon molekulunu məhv etməyə
kifayət edir.
Bundan əlavə atmosferdə nəmliyin artması stratosfer-
də ozonun azalmasına səbəb olur. Nəmlik, su molekulları
fotokimyəvi təsirdən parçalanır, sərbəst hidrogen yaranır. O
isə öz növbəsində müvafiq həcmdə ozonu azaldır.
Stratosfer ozonunun azalmasına atmosferdə ildən ilə
artan N, S, C - oksidləri və başqa maddələr də təsir göstərir.
Digər tərəfdən ozonun azalmasına reaktiv təyyarələrin
uçuşları, kosmosa minlərlə peyk daşıyan raketlər, nüvə sı
naqları, atmosferdə hidrooksil birləşmələrinin artması və s.
səbəb olur. Nəticədə stratosfer, ozon qatında qazların bir-
birinə nisbəti pozulur. Bu səbəbdən də ozonun təbii yolla
parçalanması və bərpaolunma intensivliyi dəyişir. Lakin
parçalanma prosesi üstünlük təşkil edən zaman mənfi ba
lans yaranır və bərpaolunan ozon itirilən ozonun yerini dol
dura bilmir. Mənfi ozon balansının əmələ gəlməsini dayan
dırmaq üçün tədqiqat işləri aparılır.
1987-ci ildə 56 ölkənin hökumətləri Monreal (Kanada)
protokolunu imzaladılar. Bu protokola əsasən yaxın
onillikdə ozon qatını dağıdan flor-flüor üzvi birləşmələrin və
digər ozon dağıdıcı maddələrin (ODM) istehsalını 2 dəfə
azaltmağı öhdələrinə götürdülər. Sonrakı razılaşmalar, yəni
1990-cı ildə Londonda, 1992-ci ildə Kopenhagendə ODM-in
istehsalının tədricən və 1997-ci ildə Monrealda dayandırıl
ması haqqında protokolu irəli sürüldü.
1996-cı ildə sənaye cəhətdən inkişaf etmiş ölkələr
freonların istehsalını tamamilə dayandırdı. İnkişaf etməkdə
92
olan ölkələrə, o cümlədən Rusiyaya bu addımı 2010-cu ilə
qədər atmağı xahiş etdilər.
1990-1996-cı ildə Rusiyada ODM-ın istehsalı 10 dəfə
azaldılaraq 205.000 tondan 13.000 tona endirilmişdir. 1997-ci
ildə İsveç hökuməti Ümumdünya bankından Rusiyanın 7
fabrikinə freonların istehsalının dayandırılması üçün 1 mln.
dollar ayırmışdır.
1997-ci ildə Monreal protokolunun təsdiqindən 10 il
keçmişdir. Həmin dövr ərzində ozon təbəqəsinin mühafizəsi
üzrə geniş beynəlxalq əməkdaşlıq yerinə yetirilmişdir. Bey
nəlxalq cəmiyyətlərin razılaşdırılmış gücü ilə həmin illər
ərzində ozon qatı üçün təhlükəli olan maddələrin istehsalı və
istifadəsi 2 dəfədən çox azalmışdır. Alimlərin fikrincə yaxın
illərdə ozon qatının bərpa olunması prosesi başlanacaq və
XXI əsrin ortalarına qədər öz təbii hahna düşəcək.
Azərbaycan Respublikası 1996-cı ildə ozondağıdıcı
maddələrin istifadəsindən mərhələlər üzrə çıxarılmasına dair
Vyana konvensiyasım, Monreal protokolunu və müvafiq
düzəlişləri ratifikasiya etmişdir.
Atmosferdə karbon qazının çoxalması iqlimdə ciddi
dəyişikliklər yarada bilər. Məlum olduğu kimi yer - at
mosfer sistemi günəşlə nisbi tarazlıqdadır, yəni yer tərə
findən kosmik fəzaya şüalandırılan enerji günəşdən gələn
enerjisi tarazlaşdırır. Hesablamalar göstərir ki, yer səthinin
şüalanma temperaturu 20°C-ə yaxındır. Tədqiqatlar nəticə
sində müəyyən olunmuşdur ki, atmosferdə karbon qazının
çoxalması qlobal iqlimin dəyişməsinə təsir göstərir. Hələ
1896-cı ildə məşhur İsveç alimi Arrenius hesablamışdır ki,
atmosferdə karbon qazının 3 dəfə artması yer səthində
havanın orta temperaturunu 9° C qaldırır.
Plass (1959-cu ildə) ilk dəfə olaraq atmosferdə karbon
qazının artmasının nəticələrini qiymətləndirmişdir. O,
müəyyən etmişdir ki, atmosferdə karbon qazının konsentra-
siyasının iki dəfə artması, qlobal temperaturu 3,6°C
93
qaldırdığı halda, СОг-in 50% azalması isə temperaturun
3,8°C aşağı düşməsinə şərait yaradır. Hər iki halda yer
üzərində iqlimin ciddi surətdə dəyişməsi baş verir. Belə ki,
yer səthindəki havanm temperaturunun 3,6°C artması qütb
lərdə buzların əriməsinə, bu isə dünya okeanının səviy
yəsinin qalxmasına, temperaturun 3,8°C aşağı düşməsi isə
yeni buzlaşma dövrünün başlanmasına səbəb ola bilər.
Plass buzlaşma dövrlərinin yeni nəzəriyyəsini vermiş
dir. O göstərir ki, buzlaşma dövründə ümumi hidrosferanın
10%-i buzlaşır ki, bu da onun tərkibində karbon qazının
miqdarının azalmasına səbəb olur. Beləliklə, həcmi azalmış
okeanlar tədricən atmosferə suda həll olmuş karbon qazı
ayırır və istixana effekti tədricən yüksəlir və buzlaşma dövrü
sona çatır. Yer səthinin qızması prosesi başlayır, buzlar
əriyərək dünya okeanının səviyyəsini artırır və o havada
olan karbon qazını udmağa başlayaraq infraqırmızı udmanı
tədricən aşağı salır və müəyyən dövrlər ərzində bu proseslər
təkrar olunur. Hadisənin təsirlik xarakteri göstərir ki, sistem
heç bir vaxt tarazlıq halını ala bilmir.
Başqa müəlliflərin hesablamalarına görə isə atmosfer
də karbon qazının miqdarının 10% artması, qlobal tempe
raturun 0,15°C yüksəlməsinə səbəb olur. Karbon qazının
ikiqat artımı isə temperaturun orta hesabla 1°C artmasına
səbəb ola bilər.
Okeanlar sənaye mənşəli karbon qazının udulmasında
əsas rol oynayırlar. Lakin canlı materiya da bu prosesdə
tənzimləyici rolunu oynayır. O, çalışır ki, artıq karbon qazı
atmosferdə azalsın, çünku fotosintezin intensivliyi СОг-nin
havadakı miqdarından asılı olaraq yüksəlir.
Karbonun okeandakı dövranı, onun atmosferdə və
quru ekosistemlərdəki dövranından asılı deyil. Doğrudan da
biosferada olan СОг-nin çox hissəsi həll olmuş şəkildə hid-
rosferada toplanmışdır. Atmosferdə СОг-nin miqdarı
7-101 't, hidrosferdə isə 4-10,2t-dur. Göründüyü kimi hid
94
rosferdə СОг-nin miqdarı atmosferə nisbətən təqribən 6 dəfə
çoxdur. Okeanlarda olan fıtoplauktonlar suda olan karbon
qazını udaraq onu oksigenə çevirir və o da suda həll olur.
Lakin bu o demək deyildir ki, okeanlarda olan karbon
qazı ilə atmosferdə olan karbon qazı arasında heç bir asılılıq
yoxdur. Okeanla atmosferin sərhədləri arasında daimi qaz
mübadiləsi gedir.
Alim Bolinin apardığı təqribi hesablamalar əsasında
müəyyən olunub ki, sənaye mənşəli 5,08-109 ton kütlə at
mosferdə qalıb ki, bunun da təsirindən СОг-nin miqdarı 0,7
m ln 1 qədər artıb. Yerdə qalanın 10% CO
2 biokütlənin tərki
binə daxil olur. Biosenozda toplanan üzvi maddələrin miq
darı havada СОг-nin konsentrasiyası artdıqda yüksəlir. Mə
lumdur ki, məhdudlaşdırıcı amillər olmadıqda СОг-nin 10%
artımı fotosintezin intensivliyini artırır və nəticədə ilkin
məhsuldarlıq 5-8% artmış olur. Bolinə görə axırıncı yüz ildə
planetin bitki biokütləsi l,5T010t artmışdır. Beləliklə, insan
kömür və nefti yandırmaqla özü də bilmədən çöl və meşə
lərin məhsuldarlığını artırır.
Karbon qazının miqdarının atmosferdə artması tem
peraturun yüksəlməsinə şərait yaratdığı halda, sənaye qarı
şıqlarının atmosferə buraxılması əks effekt yaradır. Atmo
sferdə qarışıqların miqdarının 4 dəfə artması yer səthinin
yaxınlığında temperaturun 3,5°C aşağı düşməsinə şərait
yaradır. Temperaturun bu intensivlikdə aşağı düşməsi yeni
buzlaşma dövrünün başlanmasının əsasını qoya bilər.
Temperaturun dəyişməsinə karbon qazının təsiri ilə
yanaşı atmosferdə sənaye tullantılarının təsir dərəcəsini də
qiymətləndirmək lazımdır. Müəyyən olunmuşdur ki, əgər
atmosferdə karbon qazının iki dəfə artması üçün tələb
olunan vaxt 23 il, sənaye qarışıqlarının 2 dəfə artması üçün
tələb olunan vaxt 10 il olarsa, bu iki amilin temperatura tə
siri tarazlaşar və yer üzərində temperatur çox cüzi dərəcədə
aşağı düşər. İnsan bilavasitə və dolayı yollarla havanm
95
rütubətinə də təsir göstərir. Müasir texnologiya nəticəsində
yer səthinə və atmosferə düşən günəş radiasiyası dəyişilir.
Əgər troposferin aşağı sərhədində süni yollarla alınmış su
buxarlarının miqdarı, təbii yolla formalaşmış su buxarla
rının miqdarından azdırsa, troposferin yuxarı qatlarında xü
susən statosferdə su buxarlarının qiyməti müqayisə olu
nandır.
Reaktiv təyyarələrin uçuşu atmosferin su tutumunun
lokal dəyişməsinə təsir göstərir. Bunun nəticəsində həmin
hündürlükdə buludların sayı artır ki, bu da yer səthində
insolyasiya prosesini dəyişdirir.
Son illərdə isə aviasiyada səsdən sürətli təyyarələrdən
istifadə olunması bu problemi daha da mürəkkəbləşdirmiş
dir. Nəzəri hesablamalar göstərir ki, bu ahulin təsirindən
stratosferdə su buxarlarının miqdarı kütləyə görə 0,2 mln.'1-
ə qədər arta bilər. Belə təyyarələrdən geniş istifadə aşağıdakı
mənfi nəticələrə gətirə bilər:
1. Su buxarı infraqırmızı diapazonda güclü udulma
yaratdığından istixana effekti yüksəlir.
2.
Su
buxarlarının
kondensasiyası
nəticəsində
stratosferdə buludluluq şəraiti dəyişir.
3. Stratosferdə ozonun konsentrasiyasını aşağı salır.
İnsan fəaliyyəti nəticəsində hələ ki, oksigenin döv
ranında dəyişikliklər qeydə alınmayıb. Hal-hazırda təbiətdə
fotosintez nəticəsində alman oksigenin miqdarı ilə, tənəffüs
zamanı udulan oksigenin miqdarı arasında dayanıqlı ta
razlıq mövcuddur.
Atmosferdə olan oksigenin illik artımı ümumi oksi
genin 1,5* 10'5 hissəsini təşkil edir. Oksigenin artığı müxtəlif
geokimyəvi proseslərdə karbon, dəmir və kükürdün oksid-
ləşməsinə sərf olunur.
İstifadə olunan yanacaqların miqdarının artması və
uyğun olaraq onların yandırılmasından yaranan tullantı
qazların atmosferə yayılması oksigenin azalması barədə
96
müəyyən fərziyyələr irəli sürür. Son illər ərzində sənaye
mənşəli karbon qazının artımı onun atmosferdəki ümumi
miqdarının 18%-ni təşkil etmişdir ki, buna da atmosferdə
olan oksigenin 7/ıoooo hissəsi sərf olunmuşdur. Hesablama
lara görə litosferdə olan bütün karbon ehtiyatları yara
dılarsa, atmosferdə olan oksigenin miqdarı ancaq 3% aşağı
düşə bilər, başqa sözlə desək orta hesabla havada olan
oksigenin miqdarı 20,95-dən 20,8-ə kimi azalır.
Müasir sivilizasiyanın dənizə buraxdığı tullantılar də
niz suyunda oksigenin miqdanna necə təsir göstərər? Dəniz
suyunda İm2 sahədə vertikal istiqamətdə 250 mol oksigen
həll olmuşdur. Hesablamalar nəticəsində müəyyən olun
muşdur ki, əgər bəşəriyyət bütün istehsal etdiyi məhsulların
tullantılarının hamısını dənizə buraxarsa, təqribən 50 ildən
sonra sudakı bütün oksigen məhv ola bilər.
Əgər yer kürəsinin əhalisinin hər biri il ərzində okeana
100 kq tullantı atarsa, 2500 ildən sonra okeanlarda oksige
nin ehtiyatı tükənə bilər. İnsanın azotun dövriyyəsinə təsiri
çox mürəkkəb xarakter daşıyır. Azotun dövranında
atmosfer çirklənmələri həlledici rol oynamasalar da bu
amillər bir sıra proseslərə təsir göstərir ki, bu da bu və ya di
gər dərəcədə azotun dövranını səciyyələndirir. Müəyyən
olunmuşdur ki, orta hesabla hər bir avtomobil il ərzində at
mosferə 60 kq azot oksidləri buraxır. Müəyyən olunmuşdur
ki, sərf olunmuş benzinin miqdarı ilə yağış suyunda mineral-
laşmış azotun miqdarı arasında korrelyasiya mövcuddur.
Lakin gübrə sənayesində atmosfer azotundan istifadə olun
ması azotun dövranına təsir göstərən əsas amil hesab
olunur.
Kükürd öz-özlüyündə litosferdə çox az təsadüf olunan
elementlərdir. Analizlər göstərir ki, qaya süxurlarında bu
elementin miqdarı çox azdır. Əgər onun miqdarı mövcud
qiymətdən üç dəfə artıq olardısa, fərz etmək olardı ki, onlar
çaylara torpağın eroziyası nəticəsində düşür. Həqiqətdə isə
97
kontinental sularda olan kükürdün 3A atmosferdən daxil
olur. Atmosferdə isə bunun səbəbi kükürdün uçucu birləş
mələri olan kükürd hidroksid və kükürd qazlarının oksid-
ləşməsi nəticəsində yaranan aerozollardır.
Müəyyən olunmuşdur ki, torpağın eroziyası nəticə
sində çaylara 14-106 ton sulfatlar şəklində kükürd töküldüyü
halda, yağıntılar nəticəsində onun miqdarı 48-106 ton miq
darında olur. Buna əlavə olaraq insan özü torpağa ildə
mineral gübrə kimi 11 • 106 ton kükürd daxil edir.
Nəhayət, kükürdün mənbələrindən biri də yanacaqdan
istifadə olunmasıdır. Yanacağın hesabına hər il atmosferə
kükürd qazı şəklində 70* 106 ton kükürd buraxılır. Bu qazın
çox hissəsi troposferdə və stratosferdə sulfata, az bir hissəsi
isə sulfat turşusuna çevrilir. Həm birinci, həm də ikinci
halda kükürd yağıntılar vəsaitəsilə yer səthinə qayıdır. Bu
yağıntılar artıq «turşulu yağışlar» kimi bir çox ölkələrin
leksikonuna daxil edilib. Deyilənlərdən belə nəticə çıxarmaq
olar ki, insanın kükürdün biogeokimyəvi dövranına təsiri
ildən ilə böyük həyəcan doğurur. Artıq inkişaf etmiş cəmiy
yət yanacaqdan istifadə olunma texnikasına yenidən bax
maq və kükürdün ayrılmasının təhlükəsiz üsullarını işləyib
hazırlamalıdır.
Biosferin tərkib hissəsi kimi canlı varlıqlardan kasıb
olan atmosferdə antropogen təsirlərdən törənən qlobal miq
yaslı ekoloji təzadlar atmosferin çirklənməsi ilə bilavasitə
bağlıdır.
Məlumdur ki, atmosferi çirkləndirən əsas mənbələr
istehsal proseslərindən və nəqliyyatdan ayrılan zəhərli qaz
lardır. İstehsalın intensivləşməsi və nəqliyyatın sayının art
ması atmosferin daha da çirklənməsinə səbəb olduğundan
iri sənaye şəhərlərində atmosferin mühafizəsi üzrə bir sıra
tədbirlər həyata keçirilir ki, bunlar da əsasən üç istiqamətdə
aparılır.
98
1.
Atmosferə buraxılan maddələrin (çırkləndiricilərin)
ümumi miqdarının azaldılması və zərərsizləşdirilməsi
2.
Çirkləndiricilərin neytrallaşdırılması və zərərsizləş
dirilməsi
3.
Çirkləndirici müəssisələrin təbii şəraiti nəzərə alaraq
şəhər ətrafında plana uyğun yerləşdirilməsi
Bu vasitələrlə zərərli nəticələri nisbətən aradan qal
dırmaq mümkün olur.
Ətraf mühitin mühafizə olunub saxlanılmasına bütün
dövlətlər çoxlu vəsaitlər ayırırlar. Ümumiyyətlə, ekoloji
problemlərin həllini iki əsas yolla həyata keçirmək olar.
1.Sənayedə istehsal tullantılarının qarşısını alan
texnoloji proseslərin yaradılması. Bu, tullantısız və az
tullantılı texnologiyaların tətbiqini nəzərdə tutur.
2.Yaranan sənaye tullantılarının zəhərləyici və çirklən-
dirici maddələrdən təmizlənməsi. Bu proses üç istiqamətdə
aparılır: 1) istehsal prosesindən alınan çirkab suların təmiz
lənməsi. 2) bərk tullantıların təmizlənməsi və onlardan ye
nidən xammal kimi istifadə edilməsi. 3) qaz halında olan
tullantıların təmizlənməsi və onlardan istifadə.
Tullantı qazların atmosferi çirkləndirməsinin, yəni
ətraf mühitin ekologiyasının pozulmasının qarşısım almaq
üçün göstərilən bu tədbirlərin həyata keçirilməsi vacib
sayılır.
Qaz halında olan sənaye tullantılarını zərərli qarışıq
lardan təmizləmək sənaye müəssisələrinin əsas prob
lemlərindən biridir. Tullantı qazlarda olan zəhərli maddələr
ekoloji şərait üçün daha təhlükəlidir. Zəhərli qazlar geniş
sahədə bitkiləri, heyvanları və insanları zəhərləyərək ətraf
mühiti daha çox korlayır. Ona görə də tullantı qazların tə
mizlənmədən və zərərsizləşmədən atmosferə ötürülməsi
yeni-yeni problemlər yaradır. Bunun qarşısını qismən də
olsa almaq üçün bir sıra təmizlənmə üsulları hazırlanmışdır.
99
Bu üsullar əsasən iki qrupa bölünür: fiziki və kimyəvi
təmizləmə üsulları.
Fiziki üsul: Bu üsulla çirkli qazlar təmizləndikdə heç
bir kimyəvi proses getmir. Zərərli qazlar müxtəlif yollarla
tutulur. Fiziki üsulun ən çox yayılanları aşağıdakılardır:
quru mexaniki toztutucularda tozların təmizlənməsi, filtrdə
qazın təmizlənməsi, yaş toztutucularda qazın tutulması,
elektrik filtrlərində qazın təmizlənməsi.
Quru mexaniki toztutucularda tozların təmizlənməsi
«qravitasiya», «ətalət», «mərkəzdənqaçma» prinsipinə əsas
lanan toztutucularla təmizlənir. Bu üsullarla işləyən apa
ratlarda tozun tutulması əksər hallarda kifayət qədər olmur.
Bu üsullardan qazların ilkin təmizlənməsi üçün istifadə
olunur. «Ətalət» prinsipi toztutucularda ölçüləri 25-30 mkm
olan hissəciklərin çökməsi 65-80% olur. «Filtrdə qazın
tutulması» toztutucularında ölçüləri 10-15 mkm, sıxlıqları
0,5 - 50 m4/m3 dispers halında olan tozlar tutulur. Tozları
tutmaq üçün məsaməli arakəsmələrdən istifadə edilir. Odur
ki, qaz axını məsaməli arakəsmələrdən keçən zaman qazm
tərkibindəki hissəciklər bu məsamələrdə ilişib qalır. Adətən
filtrləyici arakəsmələr lifli və dənəli elementlərdən ibarət
olur. Dənəli filtrlər bir qayda olaraq, yüksək təzyiq və
temperatur şəraitində aqressiv mühitdə işlədilir.
«Yaş toztutumlarda» isladıcı maye olaraq su götürü
lür. Suyun qazm axınına təsir üsullarından asılı olaraq belə
tutucularm 8 növü vardır. Qaz axını maye ilə görüşdükdə,
fazalararası toxunma səthləri yaranır və bu səthlər qaz qa-
barcıqlarından, qaz və maye şırnağından, damcı və maye
pərdəsindən ibarət olur.
Elektrik filtrlərində qazların təmizlənməsi, elektrik
qüvvəsi təsirindən baş verir. Bu tutucular vasitəsilə böyük
həcmdə olan toz və yağ dumanlarını təmizləmək üçün
istifadə edilir. Elektrik filtrləri ölçüsü 0.001-100 mkm olan
100
hissəcikləri 400-450°S temperatur şəraitində güclü qaz
axınından ayırmaq qabiliyyətinə malikdir.
Kimyəvi metodlar: Tullantı qazların tərkibində zərərli
qazların konsentrasiyası az olduqda kimyəvi təmizləmə
metodlarından istifadə olunur. Bu metodun absorbsiya və
katalitik təmizləmə kimi üsullarından daha geniş istifadə
edilir.
Kimyəvi absorbsiya zamanı absorbsiya olunan qaz
molekulları absorbentin aktiv komponentləri ilə reaksiyaya
daxil olur. Baş verən kimyəvi proseslər nəticəsində tullantı
qazlar zəhərli qazlardan azad olur.
Absorbsiya üsulu ilə təmizləmədə məsaməli adsorbent-
lərdən istifadə olunur. Absorbent olaraq aktivləşdirilmiş kö
mürdən, selikageldən, seolitdən istifadə olunur. Bu absor-
bentlər zəhərli qarışıqları aşağı təzyiqlərdə udmaqla onlarla
reaksiyaya daxil olur və tullantı zəhərli qazlardan azad olur.
Absobsiya prosesi həm fasiləli, həm də fasiləsiz gedir.
Fasiləli prosesdə işlənmiş absorbent ya yenisi ilə əvəz edilir,
yaxud da su buxarı ilə yuyularaq aktivliyini bərpa edir.
Fasiləsiz prosesdə bəzən təmizlənəcək qaz qarışığı aparatda
adsorbent ilə əks axm üzrə hərəkət edirlər.
Katalitik təmizləmə üsullarında tullantı qaz qarışığın-
dakı komponentlərdən biri katalizatorun iştirakı ilə digər
komponent ilə qarşılıqlı təsirdə olur. Bu zaman yeni mad
dələr yaranır. Katalizator bu prosesdə elə seçilir ki, yeni
əmələ gələn maddələr zərərsiz olsun və qarışıqdan asanlıqla
ayrılsın. Əksər hallarda tullantı qazlarda olan faydalı
qazları ayırmaq üçün katalitik oksidləşmə metodundan isti
fadə edilir. Prosesdə tətbiq olunan katalizator müxtəlif amil
lər nəzərə alınmaqla seçilir. Tullantı qazlarda karbohidro
genlər olduqda tətbiq olunan katalizatorları üç qrupa
bölmək olar:
1)
odadavamlı daşıyıcı üzərinə hopdurulmuş metal
katalizatorlar (platin, polladium, nikel, mis, gümüş)
101
2) yarımkeçirici katalizatorlar (daşıyıcı üzərinə hopdu
rulmuş kobalt, manqan, vanadium oksidləri, manqan 4-
oksid, mis 2-oksid)
3) duzlar - sink - xlorid, bismut, qalay, kobalt. Tullan
tı qazların tərkibi çoxkomponentli olduğuna görə kataliza
toru seçmək çətin olur. Oksidləşdirici katalizatorun aktivliyi
əvvəlcədən təyin edilir.
Hazırda təkmilləşmiş təmizləmə metodları tətbiq et
məklə katalizatorun miqdarını azaltmaq mümkün ol
muşdur. Katalitik təmizləmə prosesinin gedişinə bir sıra
amillər təsir edir. Bunlardan katalizatorun təbiətini, tullantı
qazların tərkibini və temperaturu göstərmək olar. Tempera
turun artması katalizatorun aktivliyini artırır, təmizləmə
prosesi daha dərin gedir.
102
MÖVZU 4. HİDROSFERİ ÇİRKLƏNDİRƏN
MƏNBƏLƏR, ONLARIN ƏTRAF MÜHİTƏ ZƏRƏRLİ
TƏSİRİ VƏ MÜHAFİZƏ TƏDBİRLƏRİ
Hidrosfer - okeanlar, dənizlər, çaylar, göllər, yeraltı su
lar, buzlaqlar, qar örtüyü və atmosfer də su buxarı şəklində Ye
rin su örtüyüdür.
Yerin su örtüyünün 94%-i okeanlarm, dənizlərin duzlu su
larından və bütün şirin suların 75%-ni təşkil edən Arktika və
Antarktidada konservləşdirilmiş içməli sular təşkil edir. Aşağı
dakı cədvəldə yerin hidrosferi təşkil edən su kütləsinin paylan
masını görmək olar.
Cədvəl 8
Dostları ilə paylaş: |