3(5)
£ с ,/ге я ,< ı
/=1
Burada: Cm - hövzənin hesbalama aparılan yerində zərəliyin
limit göstəricisində, i - maddəsinin qatılığı, BQHt - i maddə
sinin buraxıla bilinən qatılıq həddi.
Birinci kateqoriya hövzələr üçün üç, ikinci kateqoriya
hövzələr üçün isə beş (5) qeyri-bərabərlik şərtlərinin ödənilməsi
yoxlanılmalıdır.
Birinci kateqoriya üzrə hövzələr üçün 400-dən çox, ikinci
kateqoriya su hövzələri üçün 100-maddənin buraxıla bilinən
qatılıq hədləri müəyyən edilmişdir. Aşağıdakı cədvəldə birinci
və ikinci kateqoriya su hövzələri üçün bəzi maddələrin buraxıla
bilinən qatılıq hədləri göstərilmişdir.
Cədvəl 12
Maddələr
Birinci kateqoriya hövzələr.
İkinci
kateqoriya
üzrə
hövzələr
Zərərliliyin limit
göztəricisi (ZLG)
BQH
q/m3
Zərərliliyin limit
göztəricisi (ZLG)
BQH
q/m3
Benzol
Toksikoloji_0,5_Fenol_Orqanoleptik_0,001_Toksikoloji_0,001'>Sanitar-toksikoloji
0,5
Toksikoloji
0,5
Fenol
Orqanoleptik
0,001
Toksikoloji
0,001
Benzin,neft
Orqanoleptik
0,1
Balıq təsərrüfatı
norması
0,05
Kadium
Sanitar-toksikoloji
0,01
Toksikoloji
0,005
Sianidlər
Sanitar-toksikoloji
0,1
Toksikoloji
0,05
Mis
Orqanoleptik
1,0
Toksikoloji
0,01
Sink
Ümumi-sanitar
1,0
Toksikoloji
0,01
Xrom
Orqanoleptik
0,1
-
-
DDT
Sanitar-toksikoloji
0,1
Toksikoloji
-
Xlorofos
Orqanoleptik
0,05
Toksikoloji
-
Məlum olduğu kimi, dünya miqyasında su hövzələri
şiddətli çirklənir. Müasir şəraitdə sənayenin, kənd təsərrüfatı
nın, nəqliyyatın sürətlə inkişafı, şəhərlərin böyüməsi və artması
127
su hövzələrinin çirkab sularla çirklənməsini daim artırır. Bir
ləşmiş Millətlər təşkilatının məlumatına əsasən təmiz su və
elementar gigiyenanın olmaması səbəbindən Asiya, Afrika və
Latın Amerikası ölkələrində milyonlarla insan mədə-bağırsaq
xəstəliyinə tutulur və hər il
1 0 milyondan çox adam ölür.
Təbii su ehtiyatlarının təmiz saxlanması və istifadədən
çıxmaması məqsədilə sənaye və kommunal çirkab sulan tə
mizlənməli, dövri su təchizatı inkişaf etdirilməli, az sulu, susuz
və tullantısız istehsalat texnologiyası tətbiq olunmalı, kənd
təsərrüfatında gübrələrdən pestisidlərdən səmərəli istifadə
etməli, atmosfer havasını çirklənmədən mühafizə etməli və s.
ciddi tədbirlər görülməlidir.
Ümumi halda çirkab suların təmizlənmə üsullanm re-
generativ və destruktiv qruplara ayırmaq olar. Regenerativ qrup
təmizlənmə üsulları ilə sudakı çirkləndirici maddələr çıxarılır
və istifadə edilir.Bu üsullarla suyu çox vaxt lazımı dərəcəyə
qədər təmizləmək olmur. Buna görə də çirkab sulan rege
nerativ üsullarla təmizlədikdən sonra su hövzələrindən öncə bir
daha destruktiv üsullarla təmizlənir. Destruktiv qrup üsulları
vasitəsilə çirkab suyun tərkibindəki çirkləndirici maddələr
müxtəlif üsullarla parçalanır və su hövzələri üçün təhlükəsiz
vəziyyətə salınır.
Çirkab sular termiki, mexaniki, fiziki-kimyəvi , bioloji
üsullarla təmizlənir. Çirkab sulann bakterial çirklənməsi zərər
sizləşdirmə - dezinfeksiya ilə yox edilir. Su hövzələrinin çirk
lənməsinin qarşısını almaq üçün həyata keçirilən çirkab sulann
təmizlənməsini aşağıdakı kimi təsnifatlaşdırmaq olar:
Aşağıdakı sxemdə çirkab sulann təmizlənməsinin üsul
ları göstərilmişdir.
Mexaniki təmizlənmə üsulunda sudakı əriməmiş vəziyyətdə
olan mexaniki qarışıqlar xaric edilir. Bu qarışıqların xaric edil
məsi süzdürülmə, duruldulma, sızdırılma yolları və hidroksik-
lonlar vasitəsilə həyata keçirilir.
128
Sxem 2.Su hövzələrinnin tullantı çirkab sularından
mühafizəsi üsullarının təsnifatı
Suyun süzdürülməsi vasitəsilə müxtəlif hərəkətli və hərə
kətsiz torlardan istifadə olunur. Torlardan tutulan mexaniki qa-
129
rışıqlar daşqıran maşınlar vasitəsilə xırdalanır. Süzdürülmə
yolla sudakı iri qarışıqlar ( ölçüləri 15-20 mm-n çox) tutulur.
Süzdürüldükdən və iri hissəciklərdən azad olunduqdan
sonra su xüsusi qum tutucuya ötürülür. Burada 0, 25 mm-n çox
olan hissəciklər çökür. Çökən hissəciklər xüsusi bunkerlərə yı
ğılaraq qum meydançalarına ötürülür. Burada onlar zərərsiz-
ləşdirildikdən sonra müxtəlif məqsədlər üçün istifadə olunur.
Daha kiçik hissəciklərin çökdürülməsi üçün durulducu-
lardan istifadə olunur. Burada xüsusi çəkisi vahiddən az olan
hissəciklər çökür, yüngül hissəciklər isə suyun səthinə yığılır.
Durulducudakı su axınının sürəti qumtutucudakından xeyli az
dır. Durulducular konstruksiyasına görə üfüqi, şaquli və radial
tikilirlər. Üfüqi durulducuda suyun hərəkəti üfüqidir. Onların
en kəsiyi adətən düzbucaq şəklində qəbul olunur.
Şaquli durulducuda suyun axım şaqulidir. Burada üzən
çöküntülər suyun hərəkətinə əks istiqamətdə çökür. Radial du
rulducuda suyun axını radialdır. Burada su mərkəzdən kənara
hərəkət edərkən sudakı üzən hissəciklər durulducunun dibinə
çökür. Bəzi hallarda su sanitar cəhətdən yararlı olduğundan
onun içərisindən yalnız mexaniki qarışıqların xaric olunması ki-
fayətləndirici hesab olunur. Belə hallarda durulducular müstəqil
təmizləyici kimi istifadə olunur.
Suyun içərisindəki çox kiçik hissəciklərin xaric edilməsi
üçün sızan qum laylarından və sızan layları olan xüsusi tor
lardan istifadə olunur. Bu cəhətdən diatomit süzgəclər daha sə
mərəlidir, onlar suyun yüksək dərəcədə təmizlənməsini təmin
edir.
Suyun mexaniki qarışıqlardan təmizlənmək üçün hidro-
siklonlardan da istifadə olunur. Hidrosiklonda su dairəvi hərə
kət etdirilir və onun içərisindəki çöküntülər mərkəzdənqaçma
qüvvəsi nəticəsində ayrılır.
Suyun səthindəki yüngül çirkləndirici maddələr (yağ,
neft, qatran və s.) xüsusi yağtutan, nefttutan və s. qurğular va
sitəsilə tutulurlar.
130
Mexaniki təmizləmə üsulu ilə suda olan əriməmiş mad
dələrin 60-90% -nə qədəri təmizlənir. Burada oksigenə bioloji
tələbatı 20-%-ə qədər azaltmaq mümkündür. Çirkab sular du-
rulduculardan əvvəl aerasiyaya uğradıldıqda ( hava ilə qarış
dırıldıqda) sudakı oksigenə bioloji tələbatı 40-45%-ə qədər
azaltmaq olar. Çirkab suların mexaniki təmizlənmə qurğusu
nun sxemi aşağıda göstərilən quruluşda həyata keçirilir.
Şəkil S. Çirkab suların mexaniki təmizlənməsi
1-tor; 2-daşqırıcı; 3-qumtutan; 4-qum m eydançası; 5- durul-
ducu; 6-metantek; 7-lil meydançası; 8-qarışdırıcı; 9- xlorator;
10-kontakt çəni; 11-gübrə m əqsədilə istifadə; 12- suyun su hövzəsinə
ötürülməsi; 13-m əqsədyönlü istifadə üçün;
131
Şəkildə göründüyü kimi durulducudan sonra su qanşdı-
ncıya verilir. Burada su xloratdan xlorianaraq kontakt çəninə
ötürülür, buradan da su hövzəsinə axıdılır. Durulducudan çirk-
ləndirici üzvi çökmələr metantekə yönəldilir. Oraya həm də
daşqıncıdan çıxan qarışıqlar ötürülür. Metantek böyük çəndən
ibarətdir, burada üzvi çökmələr bakteriya və s. mikroorqanizm-
lər vasitəsilə bioloji emala uğrayır. Metantekdəki lil xüsusi lil
meydançalarına ötürülür və kənd təsərrüfatında gübrə kimi
istifadə olunur.
Mexaniki təmizləmə üsulu çirkab suların ilkin təmiz
lənmə üsuludur. Bu üsulla təmizlənmiş sular sonradan başqa
üsullarla da təmizlənir.
Kimyəvi təmizlənmə üsulu çirkab suları çox kiçik hissə
ciklərdən (kolloid hissəciklər) və ərimiş maddələrdən azad et
mək məqsədi ilə aparılır. Kimyəvi təmizlənmə üsuluna koaqul-
yantlama (pıxtalaşdırma), neytrallaşdırma və oksidləşdirmə
üsulları da aid edilir. Çirkab sulara müxtəlif kimyəvi reagentlər
(koaqulyantlar) daxil edildikdə kolloid və ərimiş maddələr tez
liklə xaric olunur. Koaqulyant kimi alüminium, dəmir duzları,
poliakrilamid və s. maddələr istifadə olunur. Bundan əlavə ad-
sorbsiya xassələri (öz səthinə hopdurma qabiliyyəti olan mad
dələr) güclü olan maddələr ( kül, gil, şlak, kömür və s.) koaqul
yant adlanır. Kimyəvi koaqulyantlar ən çox hamamların , cama-
şırxanaların, kimya, neft, neft emalı, toxuculuq və s. sənaye
müəssisələri çirkab sularının təmizlənməsində istifadə olunur.
Tərkibində çoxlu turşu və qələvilər olan çirkab sularının təmiz
lənməsi üçün neytrallaşdırıcı kimyəvi maddələrdən istifadə
olunur. Turşu və qələvilər, kimya, maşınqayırma, metallurgiya
və s. sənaye sahələrinin çirkab sularında müşahidə olunur.
Neytrallaşdırıcı reagent müəyyən miqdarda bilavasitə çirkab
suya daxil edilir, bu məqsədlə çirkab su həm də neytrallaşdırım
süzgəcdən keçirilir. Çox hallarda çirkab suya müəyyən nisbətdə
turşu və yaxud qələvi daxil edilir.
132
Kimyəvi təmizləmə üsulu ilə sudakı həll olmuş çirklən-
dirici maddələri tam təmizləmək mümkün deyildir. Bu məq
sədlə fıziki-kimyəvi təmizləmə üsullarından istifadə olunur.
Suyun fıziki-kimyəvi təmizlənməsində sorbsiya, ekstrak
siya, flotasiya, evaperasiya, kristallaşma, deminerallaşma, elek-
troliz, ion mübadilə və yandırma üsullarından istifadə olunur.
Sorbsiya üsulu çirkab suların daxilindəki çirkləndirici
qazlar, buxarlar və ərimiş maddələrin hər hansı cisimlə (sor-
bentlə) hopdurulması ilə əlaqədardır. Absorbsiyada çirkləndi
rici maddələr sorbentin səthinə hopur. Baha başa gəlməsinə
baxmayaraq, sorbsiya üsulu ilə çirkab sulan tam təmizləmək
mümkündür.
Flotasiya üsulu - çirkab su daxilindəki çirkləndirici mad
dələrin suyun səthinə qaldırılması ilə əlaqədardır. Bu məqsədlə
çirkab suyun daxilinə kiçik hava qabarcıqlan verilir. Həmin
hava qabarcıqlan aşağıdan yuxanya doğru hərəkət edərək çirk
ləndirici maddələri özü ilə bərabər suyun səthinə çıxanr. Bu
radan isə həmin maddələr xaric olunur. Bəzi hallarda çirkab
suya hava qabarcıqlan ilə yanaşı həm də koaqulyantlar (pıxta-
laşdırıcılar) daxil edilir. Bu da daha yaxşı təmizlənməni təmin
edir.
Evoperasiya çirkab suları buxarlanan maddələrdən təmiz
ləmək məqsədilə aparılır. Bu məqsədlə qızdırılmış çirkab su
içərisindən buxar buraxılır, proses xüsusi aparat daxilində apa
rılır. Misal üçün, fenolun çirkab su içərisindən buraxılmasını
göstərmək olar. Bu üsulla çirkab suların üzvi turşulardan tə
mizlənməsində istifadə olunur.
Kristallaşma suyun təbii və ya süni şəkildə buxarlanma-
sının sürətlənməsi nəticəsində çirkləndirici maddələrin kristal
larının xaric edilməsi ilə həyata keçirilir.
Minerallaşdırma təmizlənmiş çirkab sulardan duzlann
çıxarılmasını həyata keçirən prosesdir. Bunun üçün bir sıra
üsullar vardır. Elektrodializ prosesini misal çəkmək olar: bu
üsulla elektrik cərəyanı təsiri altında çirkab sulardan duz ionları
133
xaric olur. Təmizlənmiş çirkab suyun dövri və təkrar su təc
hizatı sistemində istifadə edilməsi ilə əlaqədar olaraq demine-
rallaşma daha böyük əhəmiyyət kəsb edir.
İon mübadilə üsulunda ionitlər vasitəsilə çirkab suları
daxilindəki ərimiş çirkləndirici maddələrin anion və kationlan
xaric olunur. Bu üsulda ifraz olunan maddələr dağılmır , bir
yerə yığılır. Ona görə də həmin maddələrin istifadəsi asandır.
İon mübadilə üsulu baha başa gələn üsuldur.
İçərisində çoxlu zərərli maddələr olduqda və başqa üsul
larla həmin maddələrin təmizlənməsi mümkün olmadıqda çir
kab sular yandırılır. Yandırılma iki üsulla - alovsuz və alovlu
olmaqla həyata keçirilir. Zəhərli (toksik) çirkab sular adətən
alovsuz yandırılır.
Biokimyəvi təmizləmə üsulunun əsasını bəzi mikroor-
qanizmlər tərəfindən çirkab suların tərkibindəki kolloid və əri
miş üzvi maddələri öz inkişafı üçün istifadə etmə qabiliyyəti
təşkil edir. Biokimyəvi təmizləmədən əvvəl çirkab sular birinci
durulducuda mineral və əriməmiş üzvi maddələrdən azad olur.
Çirkab suların biokimyəvi təmizlənməsi həm təbii şəraitdə,
həm də süni şəraitdə aparılır.Təbii şəraitdə çirkab suların tə
mizlənməsi suvarma sahələri, sızma sahələri və bioloji hovuz
larda aparılır. Süni şəraitdə isə çirkab suların təmizlənməsi
aerotenklərdə və bioloji süzgəclərdə yerinə yetirilir.
Çirkab suların biokimyəvi təmizlənməsi sızma sahələrində
aparıldıqda, həmin ərazi istifadədən çıxır. Burada yalnız təmiz
ləmə aparılır və sızma sahələri üçün sızma qabiliyyəti yaxşı
olan torpaqlardan istifadə olur. Ona görə də çirkab suların bio
kimyəvi təmizlənməsi üçün sızma sahələri əvəzinə suvarma
sahələrindən istifadə olunur.
Suvarma sahələrində çirkab suların biokimyəvi təmizlən
məsi bilavasitə sahələrdə aparılır, bu torpağın məhsuldarlığını
artırır. Təcrübələr göstərir ki, çirkab suların biokimyəvi təmiz
lənməsi istifadə olunan suvarma sahələri yüksək məhsuldarlığa
134
malik olur, bunun səbəbi çirkab suların təmizlənməsinin yüksək
olmasıdır.
Çirkab suların bilavasitə suvarma sahələrində biokimyə
vi təmizlənməsi su ehtiyatlarının kompleks istifadəsinə və mü
hafizəsinə əyani misaldır. Burada çirkab sular təmizlənməklə
bərabər bilavasitə kənd təsərrüfatı bitkilərinin suvarılmasında
istifadə olunur - suya qənaət olunur. Çirkab sularm tərkibində
qida maddələri çox olduğundan kənd təsərrüfatı istehsalının
sürətlənməsini təmin edir və çirkab sular su hövzələrinə ötürül
mür. Biokimyəvi təmizlənmədən sonra çirkab suların tərkibin
dəki xəstəlik törədən bakteriyalar 90-99%-ə qədər azalır, ancaq
bununla bərabər bu sular su hövzələrinə atılmadan öncə zərər
sizləşdirilir. Zərərsizləşdirmə müxtəlif üsullarla həyata keçirilə
bilər. Ən çox yayılmış üsullara xlorlama, elektroliz, ozonlama,
ultrasəs, ultra bənövşəyi şüalarla emalı göstərmək olar.
Bunlardan ən çox yayılmışı sularm xlorlanmasıdır. Xlor
lama xlor qazı və ya xlor əhəngi ilə aparılır. Əksər hallarda
zərərsizləşdirmə üçün xlor qazından istifadə olunur. Xlorlama
xüsusi qurğularda həyata keçirilir. Əgər qurğunun sutkalıq
məhsuldarlığı
1 0 0 0 m3-ə qədər olarsa xlor əhəngindən istifadə
olunur.
İsti sular su hövzələrinin çirklənmə mənbələrindən biri
dir. Bu termiki çirklənmə adlanır. İstilik və atom elektrik stansi
yalarının sürətli inkişafı təbii suların isti sularla çirklənməsini
artırır. Həmin stansiyalarda su soyuducu kimi istifadə olunur.
Müasir dünyada istilik və atom stansiyalarında soyutma məqsə
di ilə çox böyük həcmdə sudan (saniyədə
1 0 0 - 2 0 0 m3) istifadə
edilir. Həmin sular soyuducu kimi istifadə olunduqdan sonra
yenidən su hövzələrinə qaytarılır. Burada suyun temperaturu
yüksək olduğundan hidrobioloji və hidrokimyəvi proses pozu
lur, buxarlanma çoxalır, suyun minerallaşması artır, oksigeni
isə azalır, orada bitgi və heyvanat aləminin vəziyyəti pisləşir.
Bütün bunların qarşısım almaq üçün müasir elektrik stansiya
larında susoyuducu qurğulardan istifadə olunur.
135
Yuxarıda göstərildiyi kimi su hövzələrinin çirklənmə
sində sənaye çirkab sularının rolu çoxdur. Buna gorə də həmin
suların su hövzələrinə ötürmədən öncə, təmizləyici qurğular
vasitəsi ilə təmizlənməsinin böyük əhəmiyyəti vardır. Belə ki,
belə olan halda su hövzələri çirklənmədən mühafizə olunur və
təmizlənmiş sudan müəssisələrdə istifadə olunur.
Müasir təmizləyici qurğuların tikintisinə, müəssisənin
ümumi kapital qoyuluşuna xərclənən vəsaitin 10-15%-i bəzən
də 30%-nə qədər vəsaiti xərclənir. Buna baxmayaraq alman tə
miz suların müəssisədə təkrar həm istehsalat, həm də kommu
nal məişət sistemində istifadə olunması iqtisadi cəhətdən
səmərəli və əlverişli hesab olunur. Bu texnologiya ekosistemin
ümumi ekoloji pozulmasının qarşısım almaqla yanaşı, təmiz
sulara yüksək dərəcədə qənaət edilməsinə şərait yaradır. Buna
tullantısız istehsalat texnologiyası deyilir və ən qabaqcıl təkmil
ləşmiş texnologiyalar ilə proseslər həyata keçirilir. Hal-hazırda,
ölkəmizdə bir çox sənaye müəssisələrində sudan tullantısız
texnologiyadan istifadəyə keçmək üçün hazırlıq işləri görülür.
Bakı şəhərində tikilməsi nəzərdə tutulan neft emalı zavodla
rında və sumqayıtda yaradılacaq neft-kimya sənaye məhsulları
istehsalı müəssisələrində tətbiqi nəzərdə tutulur.
1970-ci ildə YUNESKO-nun təşəbbüsü ilə təbiətin və tə
bii ehtiyatların mühafizəsi Beynəlxalq İttifaqı yarandı (MSOP).
Onun vəzifəsi canlı təbiətin qorunması üzrə elmi məsləhətlər,
müasir təbiəti mühafizə ideyasının yaranması və təbliğ edilmə
sidir.
1991-ci ilin iyununda Rio-de-Janeyroda BMT-in ətraf
mühit və inkişaf üzrə keçirilən konfransında, bizim nəsil, ola
bilsin gələcək nəsil üçün əlamətdar hadisə hesab olunur. Bu
konfransda dövlət başçıları ilə birlikdə dünyanın 179 hökumət
nümayədələrinin, BMT- idarələrinin, beynəlxalq təşkilatları və
bir sıra qeyri-hökumət nümayəndələri bir yerə toplandı. Kon
fransın nəticəsində Beynəlxalq sazişlər bağlandı. Burada nəzər
də tutulan prinsiplərdən biri də hər bir ölkənin öz əhalisinin
136
yüksək keyfiyyətli içməli su ilə təmin etməsidir. Dünyanın bir
çox ölkələri öz əhalisini yüksək keyfiyyətli su ilə təmin etmək
üçün külli miqdarda vəsait xərcləyir. ABŞ kimi böyük bir
dövlət il ərzində ətraf mühitin mühafizəsi üçün ayrılan
10 0
mlrd, dolların 48%-ni əhalini yüksək keyfiyyətli su ilə təmin
etmək üçün xərcləyir.
Mütəxəssislər belə hesab edir ki, əgər dövlətlər tərəfindən
ümumi milli məhsulun
2 %-i təbiəti mühafizəyə ayrılarsa
təbiətin mühafizəsinin pisləşməsi dayanar, əgər bu məbləği
6 %
olarsa ətraf mühitin vəziyyətinin stabilləşməsinə imkan yaranar,
əgər məbləğ ümumi milli məhsulun (ÜMM) 8-10% qədər
olarsa təbii mühitin keyfiyyətini bərpa etmək olar. Hal-hazırda
dövlətlər tərəfindən ayrılan vəsait heç ÜMM-in 1%-nə çatmır.
Dünya ölkələrində əhalinin keyfiyyətli su ilə təmin
edilməsi aşağıdakı sxem üzrə həyata keçirilməlidir.
Şəkil 6. Əhalinin içməli su ilə təchizatı
Su hövzələrində, suyu çirkləndirən maddələrin tərkibini
müəyyən etmək üçün hövzələrin müxtəlif yerlərindən sudan
nümumələr götürülür və kimyəvi analiz edilir. Həmin analiz
nəticəsində suyun keyfiyyətini təyin edən əsas parametrlər
müəyyənləşdirilir.
Suyun keyfiyyətinin əsas göstəriciləri aşağıdakılardır:
1 ) temperaturu;
2 ) orqanoleptik xassələri (iyi, dadı, rəngi, şəffaflığı);
Suyun orqanoleptik xassələri balla qiymətləndirilir. Suda
əmələ gələn iyin şiddətliliyinə görə altı bal (0-5) müəyyən edil
mişdir. Sıfır balda sudan heç bir iy gəlmir, beş balda isə sudan
elə güclü iy gəlir ki, onu içmək mümkün olmur, bir, iki, üç,
137
dörd ballarda suda müvafiq olaraq iy hiss olunmur; diqqətlə
iylədikdə suda iy hiss olunur; iy azca hiss olunur; - su içiləndə
xoşagəlməz ola bilər; iy diqqəti cəlb edir, su içiləndə xoşa gəl
məzdir.
3) turşuluğu - pH;
4) mineral qalığı;
5) oksigenin miqdarı;
6 ) suyun oksigenə olan biokimyəvi tələbatı, (OBKT);
7) zərərli maddələrin miqdarı;
8 ) xəstəlik törədən bakteriyaların miqdarı;
9) üzvi maddələrin konsentrasiyası (qatılığı);
Suyun keyfiyyətinə olan tələblər su tələbatçıları tərəfin
dən müxtəlifdir. Sənayedə istifadə olunan su istehsal edilən
məhsulun keyfiyyətinə mənfi təsir göstərməməli; boru kəmərini
korroziyaya uğratmamalı, müxtəlif tikintilər, qurğular və apa
ratlarda duz çöküntüləri əmələ gətirməməlidirlər. Bundan əlavə
sənayedə istifadə olunan su burada işləyən işçilərin səhhəti
üçün təhlükəli olmamalıdır.
Kənd təsərrüfatında istifadə olunan suyun keyfiyyəti məh
sulun keyfiyyətini pisləşdirilməməli torpağı şoranlaşdırmamalı
və bitkilər üçün zərərsiz olmalıdır.
İçməli və mədəni-məişət məqsədi üçün istifadə olunan
suyun keyfiyyəti ən yüksək tələbatlara cavab verməlidir. Bu tə
ləblər Azərbaycan Səhiyyə Nazirliyi tərəfindən qəbul və təsdiq
olunmuş qərarlarla təsbit edilmişdir.
Yerüstü sulann çirkab suları
çirklənmədən mühafizə
qaydalarına uyğun təyin edilir. Həmin qaydalara əsasən suyun
keyfiyyətinə tələblər aşağıdakılardır:
1 ) çirkab sular su hövzələrinə atılarkən, hövzədəki suyun
temperaturu yaydakı maksimal temperaturdan 3°C-dən çox art
mamalıdır; balıqçılıq təsərrüfatı üçün suyun temperaturu təbii
temperaturdan 5°C-dən çox artmamalıdır;
138
2 ) sudan gələn iyin və dadın şiddətliliyi 2 baldan artıq
olmamalıdır, bundan əlavə həmin iy və dad balığa keç
məməlidir;
3) turşuluğu 6,5 < pH < 8,5 həddində olmalıdır;
4) mineral qalığı 1000 mq/l-də çox olmamalıdır;
5) çirkab sular atılarkən sudakı oksigenin miqdarı 4 mq/1-
dən az olmamalıdır (ilin hər vaxtı gündüz saat
1 2 -yə qədər
götürülən su nümunəsində); balıqçılıq təsərrüfatında istifadə
edilən sudakı oksigenin miqdarı
6 mq/l-dən az olmamalıdır;
Dostları ilə paylaş: |