2 ixrac edilir. Hər 1000 t mis piriti
emalından atmosferə 600 t sulfid anhidridi tullanır.
Qara metallurgiyada sənaye qəzaları zamanı region
da ekoloji vəziyyət daha da kəskinləşir.
253
Git - torpaq, alüminium oksid, alüminium, mis.
qurğuşun, qalay, sink, nikel və digər metalların peçdə əri
dilməsi zamanı, materialın yüklənməsi, boşaldılmsı zamanı
quruducu aqreqatlarda, açıq anbarlarda zərərli maddələr
əmələ gəlir. Əlvan metallurgiya atmosfer havasını əsasən
kükürd anhidridi (75%), karbon qazı (10,5%) və tozla çirk-
ləndirir.
Elektroenergetika sənayesinin də özünəməxsus eko
loji problemləri mövcuddur. Bu problemlər əsasən müxtəlif
üsullarla elektrik enerjisinin istehsalı zamanı özünü büruzə
verir.
Bildiyimiz kimi, Azərbaycanda istehsal olunan
elektrik enerjisinin təxminən 88%-i - istilik elektrik stan
siyalarının (İES), 12%-i isə su-elektrik stansiyalarının (SES)
payına düşür. Bunlardan ətraf mühiti ən çox çirkləndirən
İES-lərdir.
İES-lərin ətrafı həmişə ziyanlı aerozolla daha zəngin
olur. Pirogen
mənşəli aerozolların miqdarı sərf olunan
yanacaq növündən asılı olaraq həm keyfiyyət, həm də kə
miyyətcə dəyişir. Azərbaycanın böyük İES-ləri Abşeron
iqtisadi rayonunda, Mingəçevir şəhəri yaxınlığında və Şirvan
şəhərinin 10-15 km-do yerləşir. Azərbaycanın bütün İES-ri
yanacaqla işləyir. Mazutun kükürdlülük dərəcəsi 2% təşkil
edir. Tüstü borularından atmosferə sutkada 700-1000 t
kükürd və azot oksidləri atılır. Azərbaycan İES-i ətrafında
3-5 km radiusunda havada CCh-in qatılığı yüksək həddə
çataraq 0,4-0,6 mq/m3 təşkil edir.
Məlumdur ki, kükürd qazının, azot 2-oksidin və to
zun qatılığınm zonal yayılması qanunauyğun olaraq stan
siyanın yerləşdiyi mənbədən 2,5-3 km məsafədə maksimum
çirklənmə müşahidə edilir. Azərbaycan İES-də qaz işlə
dilərsə, adambaşına ildə təqribən 250-300 kq his düşər,
mazutdan istifadə zamanı bu rəqəm 5 dəfə yüksək olar.
254
Azərbaycan İES-də əsas yanacaq kimi qazdan (80-
87%), ehtiyat yanacaq şəklində mazutdan istifadə (13-20%)
nəzərdə tutulur. Təəssüf ki, 1986-cı ildən bəri yüksək
kükürdlü mazutdan istifadə edilir.
Müasir energetika atmosferdə istixana qazlarının
toplanmasında mühüm faktor sayılır və iqlimin antropro-
gen dəyişməsində əsas rol oynayır.
Atom elektrik stansiyalarının qəzası nəticəsində
ekosfer təbəqəsinə radioaktiv izotoplar ayrılaraq böyük
fəlakətlər törədir. Çernobıl AES-nin yalnız bir atom reak
torunun partlaması nəticəsində insanların ölümünə, sağal
mayan xəstəliklərinə səbəb olmuş, təbii və aqroekoloji sis
temləri zəhərləmiş, Belarus, Rusiya və Ukraynanın geniş
ərazilərinin normal istifadəsini dayandırmışdır.
Atom energetikasında AES-lərin fəaliyyətinin radio
aktiv tullantılarının saxlanması və təkrar işlənməsi həll
olunmamış problem kimi qalır. İlk elektrik stansiyaların
işlənmə müddəti qurtardığına baxmayaraq hələ də istismar
olunur. Bu stansiyalar konservasiya olunmalıdır, işin təhlü
kəsiz və effektli həyata keçirilməsi hələ də öz həllini tap
mamışdır.
Energetikanın ekoloji problemlərini azaltmaq strate
giyasının əsas istiqaməti - bərpa olunan və ekoloji baxım
dan daha təmiz enerji mənbələrinin rolunu artırmaqdır.
Lakin mütləq zərərsiz mənbələr praktik olaraq yoxdur.
Yuxanda qeyd edildiyi kimi, SES-lər də özünəməxsus
ekoloji problemlər yaradır: subasar qiymətli torpaq sahələ
rinin itirilməsi, yaşayış məntəqələrinin subasar ərazidən kö
çürülməsi, su və yerüstü ekosistemlərin və onların mün
bitliyinin dəyişməsi, tropik və ekvatorial rayonlarda həm də
su ilə əlaqədar bir çox ciddi xəstəliklərin güclənməsinə səbəb
olur.
Günəş enerjisindən bilavasitə istifadə edilməsi də
ekoloji baxımdan tam özünü doğrultmağa qadir deyil:
255
müxtəlif tipli günəş enerjisi akkumlyatorları çox vaxt geniş
ərazi tutur. Günəş enerjisini toplamaq meteroloji, deməli,
fiziki-coğrafi amillərdən asılıdır. Odur ki, o əksərən günəş
şüası uzunmüddətli olan tropik rayonları üçün effektli
sayılır.
Enerji almaq üçün külək, dalğa, qabarmadan istifadə
etdikdə belə ekoloji problemlərdən yan keçilmir. Məsələn,
külək elektrik stansiyaları qəbul olunmayan səs effekti yara
dır, ona görə yaşayış məntəqələrindən uzaqda yerləşdirilmə
lidir; dəniz dalğalarının enerjisi böyükdür, lakin ondan
elektrik enerjisi istehsal etmək üçün konsentrasiyası məsələsi
texniki cəhətdən sadə deyildir.
Geotermal enerjidən istifadə etdikdə su, hava və tor
paq xeyli çirklənir. 1000 mVt gücü olan geotermal elcktro-
stansiyalar atmosferə il ərzində 104-1051 qaz buraxır. 105-10x
m3 suyu çirkləndirir və böyük sahə tələb edir.
Enerji sistemlərinin texniki xüsusiyyətləri və ya kifa
yət dərəcədə səmərəli
olmayan insan fəaliyyətinin nəti
cəsində gündəlik istehsal olunan enerjinin yarıdan çoxu itir.
Vahid məhsula sərf olunan enerjiyə qənaət olunması ener
jiyə qənaətin strategiyasının bir hissəsi olmalıdır, lakin bu
zaman əhalinin sosial - iqtisadi inkişafı, yaxud ilkin yaşayış
tərzi pisləşməməlidir. 1970-ci ildə iki dəfə enerji böhranın
dan sonra inkişaf etmiş ölkələrdə enerjidən istifadə səmə
rəliliyi xeyli yüksəlmişdir. Məsələn, 83% idxal yanacağından
asılı olan Yaponiya öz təsərrüfatında enerji həcmini 50%
azaltmış və enerjiyə qənaət iqtisadiyyatında dünya lideri
olmuşdur.
Sement və digər bərkidici materiallar, azbest, sement
tikinti keramika və saxsı materialları, istilik və səs izoləedici
materialları, tikinti və texniki şüşələr istehsalında atmosferə
atılan tullantıların 57,1%-ni toz və asılı maddələr, 21,4%-ni
karbon qazı, 10,8%-ni kükürd anhidridi və 9%-ni azot
oksidi təşkil edir. Bundan başqa, tullantılarda hidrogen
256
sulfid (0,03 %), formaldehid (0,02 %), toluol (0,02 %),
benzol (0,01 %), vanadium 5-oksid (0,01 %), ksilol (0,01 %)
da olur. Seient, azbest və digər tikinti materialları istehsal
edən zavodların ətrafında havada benzopirin, toz və digər
zərərli maddələrin yüksək tərkibi müşahidə olunur.
Dağ - mədən sənayesinin özünə məxsus mürəkkəb
ekoloji problemləri və bunları yaradan obyektiv səbəbləri
vardır. Bunlardan ən çox diqqəti cəlb edəni dağ-mədən iş
lərinin yerinə yetirilməsində bərk tullantıların yaratdığı eko
loji problemlərdir. Avropa ərazilərinin 7 %-i lazımsız dağ-
mədən tullantıları ilə zəbt edilib. Bərk tullantılar yer sət
hində daha çox yer tutur. Bunlar üçün qazılan xəndəklər
münbit torpaq sahəsini azaldır. Hesablanmışdır ki, hər il
faydalı qazıntıların istismarı və emalı zamanı ətraf mühitə
8,5 mlrd t bərk tullantı maddələr atılır. Bu qədər tullantının,
təxminən 10%-i istifadə edilir və çox böyük torpaq sahə
lərini yararsız hala salır. Digər tərəfdən, həmin tullantıların
tərkibində olan qiymətli komponentlər fayda vermədən
tullantıya çevrilir.
Məlumdur ki, bərk tullantılar, bir qayda olaraq,
geoloji kəşfiyyat işlərində və ən çox faydalı qazıntıların
istismarı zamanı əmələ gəlir. Bunun nəticəsində də külli
miqdarda torpaq fondu istifadəsiz qalır və ətraf mühit
tullantılarla korlanır, bu da, öz növbəsində, ekoloji sistemdə
müxtəlif pozulmaların baş verməsinə səbəb olur.
Geoloji - kəşfiyyat işlərinin aparılması nəticəsində
yaranan xəndəklər, bir tərəfdən torpaq fondunu azaldır,
digər tərəfdən həmin xəndəkləri doldurmadıqda əmələ gələn
yarğanlar torpaq erroziyasına səbəb olur, xəndəklərin dərin
qazılması yeraltı suların səviyyəsinə də təsir edir. Xəndəkləri
doldurmadıqda və təhlükəsizlik texnikası qaydalarına düz
gün əməl etmədikdə onlar insan və heyvanlar üçün təhlükəli
quyulara çevrilir.
257
Bərk tullantıların digər mənbələrindən sement, gips
və əhəng zavodlarını göstərmək olar. Məsələn, Qaradağ
Sement zavodunda bərk tullantı sement tozu, Bakı Gips
Məmulatı zavodunda isə gips tozudur. Texniki hesablama
lara görə, normal iş zamanı itki hesab edilən sement tozu
nun miqdarı, orta hesabla hər il 49 min t, gips tozunun
miqdarı isə 1,5 mlrd t təşkil edir.
Təəssüflə qeyd etmək lazımdır ki, dağ-mədən səna
yesinin digər sahələrində də çox qiymətli xammal itkisi baş
verir. Məsələn, hesablanmışdır ki, ahəngdar iş zamanı
Daşkəsən Mərmər zavodunda mərmər itkisi hər il orta he
sabla 3,7 min m3, Xankəndi İnşaat Materialları Kombina
tında 8,7 min m3, əhəng itkisi 57,4 min m3, qranit itkisi 0,5
min m3-dən çox olmuşdu.
Məlum olmuşdur ki, qara metallurgiya şlamlarınm
tərkibindəki dəmir, təzə dəmir filiz xammalında olan dəmir
dən çoxdur. Bu, belə bir nəticəyə gəlməyə imkan vermişdir
ki, yeni faydalı qazıntılar axtarmaq, külli miqdarda vəsait
qoymaq, ətraf mühiti korlamaq əvəzinə, həmin tullantı
lardan istifadə etmək iqtisadi cəhətdən daha sərfəlidir. Sü
but olunmuşdur ki, tullantıdan istifadə olunma xərci, yeni
xammal əldə edilməsi xərcindən 2-3 dəfə azdır.
Belə olan halda metallurgiya zavodları, filiz zəngin
ləşdirmə kombinatları, istilik elektrik stansiyaları və digər
müəssisələr öz işlərini tullantılardan təkrar istifadə etmək
istiqamətində deyil, yeni tullantı yataqları yaratmaq isti
qamətində qurmaları yalnız təəssüf doğurur. Belə vəziyyət
müəssisələrə həm iqtisadi, həm də ekoloji cəhətdən böyük
zərbə vurur, tullantıları müəssisələrdən nəqliyyat vasitəsilə
zibilxanalara daşımaq üçün əlavə vəsait tələb edilir və s.
Yuxarıda qeyd olunan misallardan aydın olur ki,
artıq sənaye tullantılarından təkrar xammal kimi istifadə
etmək məsələsi iqtisadi və ekoloji cəhətdən öz səmərəsini
göstərmişdir. Beləliklə, bərk tullantı maddələri və onlardan
258
səmərəli istifadə sahələri kifayət qədərdir. Bu da, öz
növbəsində, dağ-mədən sənayesinin ekoloji problemlərinin
həllində mühüm rol oynamalıdır.
Qeyd edək ki, Azərbaycan Respublikasında neft və
qazdan başqa 450-dən artıq qara, əlvan metal filizləri, qeyri-
filiz xammalı, tikinti materialları, yeraltı mineral, termal və
yodlu-bromlu sənaye suları və s. yataqları vardır. Qara
metallurgiyanın mineral xammal bazası, Daşkəsən dəmir
filizi yataqları, Daş-Salahlı bentonit gilli və Xoşbulaq flyuz
əhəngdaşı yataqları olub, dəyərlərinə görə respublikanın
potensial ehtiyatının 10,4 %-ni təşkil edir. Əlvan metallur
giyanın mineral-xammal bazası əsasən alunit, mis, qur
ğuşun, sink, molibden, kobalt, civə, sürmə, qızıl və s. ya
taqları kəşf edilmiş ümumi ehtiyatların dəyərinə görə res
publikanın mineral-xammal bazasının əsasını (43,7 %) təşkil
edir.
1991-ci ildən sonra başqa ölkələrlə əlaqələr zəiflə
diyindən respublikamızda filiz üzrə dağ-mədən sənayesi tə
nəzzülə uğramışdır. Lakin yeni sənaye sahələrinin yaran
ması ilə əlaqədar mülki və sənaye obyektlərinin tikintiləri
üçün vacib olan qeyri-filiz və inşaat materiallarına tələbat
artdığından belə yataqların geniş istismarına başlanmışdır.
Hazırda bu yataqlarda 300-ə yaxın təşkilat və firmalar
istismar işləri aparır.
Əvvəllər geniş həcmli, istismar işləri aparılan Daş
kəsən rayonunda istismar sahələrində və filiz saflaşdırma
kombinatı yerləşən ərazidə, həmçinin Zəylik alunit yata
ğının istismarı sahəsində və Gəncə Gil-Torpaq Kombinatı
ərazilərində 100 mln m3~lə ölçülən istehsalat tullantılarının
ətraf mühitə neqativ təsiri davam etməkdədir.
Dağ-mədən sənayesinin ətraf mühitdə yaratdığı
problemləri aşağıdakı kimi qruplaşdırmaq olar:
a)
ətraf mühitdə baş verən dəyişmələr, torpaq və
bitki deqradasiyası və çirklənməsi, atmosfer havasının, səth
259
sularının, yeraltı suların çirklənməsi, əsaslı landşaft dəyiş
mələri;
b) geoloji mühitdə baş verən dəyişmələr: təbii-texniki
şəraitin, hidroloji rejimin və tektonik rejimin pozulması,
geokimyəvi dəyişmələr;
c) törəmə problemlər: tədrici landşafı dəyişiklikləri, ek
zogen geoloji proseslərin aktivləşməsi, seysmik aktivləşmə və s.
Müşahidələr göstiərir ki, ətraf mühiti çirkləndirən
sənaye binalarının arasındakı məsafə normaya uyğun olma-
dıqda çirkləndirici maddələr binalararası boşluğa hopur və
oradan yayılar. Ona görə də bu binalararası məsafə bina
hündürlüyündən 8-10 dəfə çox olmalıdır.
Sənaye müəssisələrinin layihələndirilməsinə olan tələ
bata əsasən zərərli və iyli müəssisələrlə yaşayış binaları ara
sında sanitar-müdafiə zonaları dövlət standartlarına uyğun
gəlməlidir. Bu zonaların ölçüləri istehsal müəssisələrinin
gücündən, atmosferə atılan tullantıların xarakterindən
asılıdır.
Maddi istehsalın sənayedən sonra ikinci mühüm
sahəsi kənd təsərrüfatıdır. Bu sahə əhalini ən zəruri ərzaq
məhsulları və sənayenin bir sıra sahələrini xammalla təmin
edir. Sənayedən fərqli olaraq kənd təsərrüfatı istehsalı
bütünlüklə təbii mühitlə bağlıdır. Bu səbəbdən də kənd
təsərrüfatının inkişafının özünə məxsus ekoloji problemləri
vardır. Bu baxımdan, əsas yeri bitkiçilik tutur.
Bitkiçiliyin inkişafı üçün müəyyən miqdarda biogen
maddələrə (üzvi maddələr) ehtiyac vardır və bu maddələr,
adətən torpaqdan mənimsənilir. Təbii ekosistemlərdə bitki
tərəfindən assimilyasiya olan biogenlər, toxumlar, bitki
töküntüləri, ölmüş tumurcuqlar, köklər və s. maddələrin
mübadiləsində destruksiya prosesləri nəticəsində torpağa
qayıdır.
Azot birləşmələrinin bir hissəsi bakteriyalar vasitəsilə
atmosferdən fiksasiya olunur. Biogenlərin bir hissəsi yağın
260
tılar vasitəsilə torpağa düşür. Balansın mənfi tərəfləri infil-
trasiya həll olmuş biogenlərin səthi axını, onların eroziya
prosesi zamanı torpaq hissəcikləri ilə aparılması, həmçinin
azot birləşmələrinin qaz şəklinə düşərək atmosferə keçməsi
hesab olunur.
Dünyada dənli bitkilərin məhsulu vasitəsilə ildə 40
mln t-a qədər, yaxud 1 ha dənli bitki sahəsindən 63 kq azot
mənimsənilir.
Buna görə torpağın münbitliyini saxlamaq və
məhsuldarlığı yüksəltmək üçün gübrələrdən istifadə etmək
lazım gəlir. İntensiv əkinçilikdə gübrəsiz torpağın münbitliyi
elə sonrakı ildə aşağı düşür. Yerli şəraitdən asılı olaraq,
adətən azot, fosfor və kalium gübrələrindən müxtəlif
formada və birləşmələr şəklində istifadə edilir.
Qeyd edək ki, dünyanın bütün torpaqlarının tərki
bində 150 mld t azot vardır. Hətta ən kasıb torpaq sayılan
çimli-podzol torpaqlar tərkibində 20 sm-lik şum qatında
hektarda 2-41 azot saxlayır. Qaratorpaqda isə bu rəqəm 20-
30 t-a çatır.
Tarlaya azot gübrələri verildikdə onun miqdarı elə
hesablanmalıdır ki, gübrələr məhz bitki tərəfindən mənim
sənilsin, ətraf mühitə və insanlara ziyan yetirməsin. Çünki
biogen maddələrin çoxluğu ətraf mühiti, saf suları çirk-
ləndirir, hətta atmosferin ozon qatını təhlükə altma alır.
Nitratlar normadan artıq yalnız suda deyil, həm də
ərzaq və yem bitkilərində toplamr. Öz-özlüyündə insan və
heyvanların sağlamlığına təhlükə yaratmasa da, onlardan
asanlıqla əmələ gələn nitritlər yüksək dərəcədə zəhərli olub
qanda ağır xəstəliklər törədir. Nitritlərdən nitroaminlər
əmələ gələ bilir.
Müasir əkinçiliyi aqrokimyəvi vasitələrsiz təsəvvür
etmək mümkün deyildir. Bitkiçilikdən alman məhsulların
yarısı aqrokimyəvi vasitələrin hesabına əldə edilir. Bəzi he
sablamalara görə məhsulun 50-60, bəzən isə 70%-ni xəstəlik
261
və zərərvericilərdən qoruyur. Digər hesablamalara görə Yer
kürəsi əhalisinin 30%-i, yəni dörddə birdən də bir qədər
çoxu mineral gübrələrin hesabına ərzaqla təmin edilir.
Hazırda dünyada 300 mln t-dan artıq gübrə istehsal olunur.
Bununla belə, yenə də dünyanın bir çox ölkələrində, əsasən
də Afrikada bir çox səbəblərdən, o cümlədən, qeyri-üzvi və
üzvi mineral gübrə qıtlığı səbəbindən kənd təsərrüfatı bit
kilərinin məhsuldarlığı olduqca aşağıdır.
YUNESKO-nun məlumatına görə hər il Yer k ü rə
sində milyonlarla insan aclıqdan ölür, on milyonlarla insan
isə ərzaq qıtlığından daim əziyyət çəkir. Bu ona görə baş
verir ki, planetimizin əhalisi durmadan artır. Adambaşına
düşən kənd təsərrüfatına yararlı torpaqların sahəsi isə ildən-
ilə azalmaqda davam edir. Yaşayış məskənlərinin daim ge
nişlənməsi, torpaqların eroziyası, şorlaşma və bataqlıq-
laşması dünyanın hər yerində müşahidə edilir.
Mineral gübrələri, həmçinin mikrogübrələri tətbiq
etmədən əkinçilikdə qida maddələrinin müsbət balansını
yaratmaq mümkün deyildir. Mineral və mikrogübrələr əkin
çilikdə biogen elementlərin davranışını yaxınlaşdırmaqla
yanaşı, ətraf mühitdə də bu maddələrin müvazinətini q o
ruyub saxlayır. Əkinçilikdə qida elementlərinin balansının
pozulması nəticəsində torpaq, bitki və təbii su hövzələrinin
kimyəvi tərkibinin pisləşməsi baş verir, bu isə, öz növbə
sində, kənd təsərrüfatı və yem bitkilərinin keyfiyyətinə mənfi
təsir göstərməklə insanların və ev heyvanlarının xəstələn
məsinə gətirib çıxarır.
Respublikamızda kənd təsərrüfatında aqrokimyəvi
vasitələrindən geniş miqyasda istifadəyə XX əsrin 50-ci
illərində başlanmışdır. Həmin əsrin 90-cı illərinə kimi bu
artım yüksələn xətt üzrə getmişdir. Əgər 1957-ci ildə bütün
respublika üzrə 133,9 min t, 1971-ci ildə 495,5 min t, 1973-
cü ildə 662,9 min t, 1975-ci ildə 963,3 min t, 1976-cı ildə
1074,2 min t, 1979-cu ildə 1210 min t, 1986-cı ildə 1800 min
262
t olmuşdur. 90-cı illərdə bu göstərici respublikamızda
yaranmış ağır iqtisadi çətinliklərlə əlaqədar azalmağa doğru
getmişdir. Azərbaycanda mineral gübrələrdən intensiv şəkil
də istifadə edilən dövrlərdə onların hektar üzrə göstəricisi
200-250 kq-dan çox olmamışdır. Halbuki həmin dövrdə bu
göstərici Böyük Britaniyada 376 kq, Fransada301 kq,
Yaponiyada 386 kq, Almaniyada 420 kq olmuşdur. Həmin
ölkələrdə 1,5 - 2,0 dəfədən də çox mineral gübrə tətbiq edil
məsinə baxmayaraq, kəskin fəsadlar törətməmişdir. Bura
dan belə görünür ki. mineral gübrələrdən istifadənin tö
rətdiyi fəsadlar onların miqdarı ilə deyil, onlardan istifadə
mədəniyyəti və ya ekoetikası ilə bağlıdır.
Gübrələrdən istifadə torpağın deqradasiyasına səbəb
olur, təbii münbitlik əsasən kimyəvi maddələrə əsaslanan
münbitliklə əvəz olunur.
Gübrələrdən istifadə müsbət effekti ilə yanaşı ekoloji
problemlər də yaradır.
Gübrələrdən çox miqdarda və uzun müddət istifadə
etdikdə səthi və yeraltı sulara daha çox nitratlar daxil olaraq
onu içmək üçün yararsız edir. Əgər azot gübrəsi 1 ha-a ildə
150 kq-a qədər istifadə edilərsə, onun həcminin 10%-i təbii
sulara daxil olur və ciddi problemlər yaradır.
Onu da qeyd edək ki, gübrələrlə torpağa verilən fos
for praktiki olaraq torpaqdan yuyulmur. Su hövzələrinin
fosforla çirklənməsinin əsas mənbəyi kənd təsərrüfatı deyil,
sənaye və məişət suları sayılır. Suların fosforla kənd tə
sərrüfatı vasitəsilə çirklənməsinin payına 10-15% düşür. Son
vaxtlar fosforla çirklənmənin böyük mənbəyi tərkibində
polifosforlar olan yuyucu vasitələrdir.
Fosfor gübrələrinin spesifik xüsusiyyətlərindən biri
də onların böyük dozalarla istifadəsinin torpaqda digər
arzuolunmaz elementlərin toplanmasıdır: stabil stronsium,
ftor, uranın təbii radioaktiv birləşmələri, radium, torium.
263
Bitkinin üçüncü əsas qida elementi sayılan kalium
ətraf mühitə əhəmiyyətli dərəcədə təsir göstərmir. Lakin
kalium gübrəsi ilə bərabər çoxlu xlor da verilir, onun qrunt
sularına daxil olması arzu olunmazdır.
Bütün bitki əkinlərinin məhsuldarlığının gübrədən
istifadədən asılılığı bir-birinə oxşardır: gübrələrin təsirindən
ilk illər bitkinin məhsuldarlığı artır, sonrakı illər məhsul
artımı azalır, sonra isə artım müşahidə olunmur, bəzən hətta
azalmağa doğru da gedir.
Bitkiçilik məhsullarının çox hissəsi tarlada və ya
sonra anbarlarda zərərvericilər tərəfindən və xəstəliklər nəti
cəsində məhv olur. Kənd təsərrüfatı zərərvericilərlə, həşərat,
gəmiricilər, göbələk, alaq otları ilə əsas mübarizə istiqa
mətindən biri pestisidlər adlanan kimyəvi maddələrdən
istifadə etməkdir. Pestisidlər təbitə də ciddi təsir göstərir.
Adətən, istifadə olunan pestisidlərin yalnız bir faizindən
istənilən məqsəd əldə etmək olur, qalan 99%-i ətraf mühitə
düşərək torpağı, havanı çirkləndirirərək çox vaxt göz
lənilməz nəticələr verir. Hesablanmışdır ki, əsasən istifadə
olunan pestisidlərin çoxu həşaratları məhv etməyə sərf
olunur. Məsələn, son 25 ildə dünyada istehsal olunmuş 4,5
mln t DDT-nin 1 mln t-u Yer kürəsində parçalanmadan
paylanmışdır. Pestisidlərdən istifadə olunmayan ərazilərdə
də hətta ona rast gəlinir, məsələn, Antarktidada morjların
piy qatında.
Atmosfer havasından torpağın səthinə DDT-nin çök
məsi üçün 4 il lazımdır. Torpaqda isə o, 20 ilə qədər qala
bilir. Bu, DDT-nin suda pis həll olması, yüksək temperatura
davamlılığı, yağlarda və lipidlərdə yaxşı həll olması ilə əla
qədardır.
Respublikamızda 1980-ci ilin ortalarına qədər pesti
sidlərdən istifadə olunmuşdur, hələ indiyə kimi Göyçay və
Türyançay hövzəsində torpaqlarda qalıq pestisidlərə rast
gəlinir. DDT-nin 1945-ci ildən tətbiqindən sonra əvvəllər
264
pambıq bitkisində müşahidə olunmayan digər pambıq biti,
pambıq sovkası, gənə, mənənə və s. cücülərin çoxalması baş
verdi.
Yüksək və sabit məhsul əldə etmək məqsədilə suvar
madan çox qədimdən istifadə olunur. Dünyada suvarılan
torpaqların sahəsi 250 mln ha-a çatır. Bu əkin sahələrinin
yalnız 17%-ni təşkil etməsinə baxmayaraq əkinçiliyin bütün
məhsulunun '/з-ni təmin edir.
Qədim sivilizasiyanın əksəriyyəti suvarılan əkinçiliyə
əsaslanmışdır. Lakin irriqasiya işləri XX əsrdə genişlənmiş
və suvarılan torpaqların sahəsi 5-6 dəfə çoxalmışdır.
Təcrübələr göstərir ki, suvarma təsiri altında olan
bütün ərazilərə - su hövzəsi, suvarma sistemi və ya tarlalar
deqradasiyaya məruz qalır, ona görə daim onların davam
lılığına yönəldilən tədbirlərin aparılması nəzarət tələb edir.
Sudan effektsiz istifadənin bir çox səbəbləri var.
Onlardan ən əsası sudan istifadə qiymətinin onun sosial
qiymətindən çox aşağı olmasıdır. Bir çox ölkələrdə suvarma
üçün istifadə olunan su pulsuzdur və ya suvarma sistemini
saxlamaq üçün sərf olunan dəyərdən dəfələrlə azdır. Bunun
nəticəsində su resursu qorunmur və dünyanın bir çox
suvarma sistemində sudan hədsiz istifadə edilir.
Bitki üçün sudan tələb olunan qədər deyil, qeyri-
mütənasib yüksək istifadə olunması əlverişsiz ekoloji prob
lemlər yaradır. Bunun əsas səbəbi drenajın kifayət qədər
effektli olmaması və ya yoxluğu şəraitində həddən artıq
suyun verilməsi nəticəsində qrunt suyunun səviyyəsinin
qalxmasıdır. Bu isə ərazini su basmasına və ya bataqlaş-
maya səbəb olur. Bundan başqa, torpaqdan yuyulub aşağı
qatlara aparılan duzlar qrunt suyunun tərkibindəki duzlarla
birlikdə torpaq profili boyu qalxaraq əkinçilik üçün olduqja
əlverişsiz proses sayılan - torpağın təkrar şorlaşmasına
gətirib çıxarır.
265
Azərbaycanda suvarma çox qədim tarixə malikdir.
Yunan coğrafiyaşünası Strabon yazırdı ki, Albaniyada
suvarma Mesopotamiya ıə Misirə nisbətən yüksək inkişaf
etmişdir. Şirvan düzündə suvarma işləri Girdiman döv
lətinin vaxtında daha geniş ərazilərdə aparılırdı.
Dünyanın torpaq resurslarından son min illikdə is
tifadə olunmasının əsas xarakterik cəhəti əhalinin və ərzağa
olan tələbatın artımı ilə əlaqədar əkin sahəsinin artmasıdır.
Dünya əhalisinin artması insanların yerləşməsi və
onların xidmət sahələri ilə təmin olunması, məsələn, zibilxa
nalar və onların işlənməsi yerləri, yollar, avtomobil daya
nacaqları, kollektiv nəqliyyat yerləri və s.-nin sahələrinin
artırılması lazım gəlir. Bir qayda olaraq, şəhər kateqoriyası
üçün yaşayış məntəqələri salmaq daha əlverişli olan ən yaxşı
kənd təsərrüfatı sahələri, o cümlədən əkin yerləri ayrılır.
Torpaq eroziyası təbii geomorfoloji proses olub yer
relyefinin əmələ gəlməsində böyük rol oynayır. Təbii su
eroziyası, adətən torpağın bütöv bitki örtüyü ilə mühafizə
olunduğu landşaft zonalarında müşahidə olunur. Dünyada
torpağın təbii su eroziyasının yayılması coğrafi zonallıq
qanununa tabedir.
Təbii külək eroziyası əsasən arid zonalarda (yarım
səhra və səhra) baş verir. Təbii eroziya prosesi zəif getdiyi
üçün müşahidə olunmur, belə ərazilərdə torpaqəmələgəlmə
prosesi nəticəsində torpaq bərpa olunur.
Eroziya prosesinin əmələ gəlməsinin və inkişafının
əsas səbəbi kənd təsərrüfatı hesab olunur. İnsanın təsərrüfat
fəaliyyətilə əlaqədar olaraq yamacların kənd təsərrüfatı
bitkiləri altında istifadə olunması otlaq və örüşlərin intensiv
otarılması, meşələrin məhv edilməsi torpağın yamac boyu
şumlanması eroziya prosesinin güclənməsinə səbəb olur.
Eroziya prosesi dedikdə torpağın üst münbit qatının
yağış və qar suları vasitəsilə yuyulub aparılması, həmçinin
külək tərəfindən sovrulub dağılması başa düşülür. Deməli,
266
torpaq eroziyasının əsas iki tipi ayrılır - su və külək ero
ziyası. Su eroziyası da, öz növbəsində, səthi və xətti ero
ziyasına bölünür. Torpaq eroziyası zamanı torpaqda azot,
fosfor və kaliumun mənimsənilən formaları bir çox mik-
roelementlər (yod, mis, sink, kobalt, marqans, nikel, mo-
libden) də azalır. Bununla da həm məhsuldarlıq, həm də
kənd təsərrüfatı məhsulunun keyfiyyəti aşağı düşür.
Eroziya zamanı yağmurların çox hissəsi yamaclardan
axıb getdiyindən, həm də eroziyaya uğramış torpaqların
fiziki xassələri pisləşdiyindən torpaq səthindən buxar
lanmaya və transpirasiyaya çox su sərf olunur, bununla da
torpaqda quraqlıq yaranır. Çox vaxt eroziya gedən rayon
larda baş verən quraqlığı «eroziya quraqlığı» adlandırırlar.
Eroziya prosesi intensiv getdikdə şırımlar, yarğanlar
əmələ gələrək kənd təsərrüfatı sahələrini əlverişsiz hala salır,
torpağa qulluq işləri çətinləşir.
ABŞ-da son 200 il ərzində torpaq örtüyünün */з
hissəsi yuyularaq təbii məhsuldarlıq 10-15% aşağı düşmüş
və ABŞ-da əkin sahələrinin yarısının eroziyaya qarşı təd
birlərə ehtiyacı vardır.
Bütün dünyada torpağın eroziyası böyük bədbəxt
hadisə hesab olunur. Onun qarşısının alınması üçün müx
təlif tədbirlər həyata keçirilsə də istənilən nəticə əldə edilmir.
Lakin eroziya prosesinin qabaqcadan qarşısının alınması
onunla mübarizə aparmaqdan və törətdiyi nəticələri aradan
qaldırmaqdan asandır.
Torpaqdan düzgün istifadə edilmədikdə arid iqlim
olan rayonlarda səhralaşma prosesi də baş verir. Bu rayon
larda səhralaşma əsasən suvarma ilə əlaqədardır. Dünyada
suvarılan torpaqların 30%-ə qədəri şorlaşmaya və şorakət
ləşməyə məruz qalmasıdır. Dünyada hər ilə suvarılan tor
paqların 1,5 mln h-ı şorlaşaraq sıradan çıxır. Şimali Ameri
kada deqradasiyaya uğrayan suvarılan torpaqlar 28%, Av
ropada 16%, Avstraliyada 13% təşkil edir. Rusiyada deqra
267
dasiyaya uğrayan suvarılan torpaqların sahəsi inkişaf etmiş
ölkələrdən çox olub 35%-ə çatır.
Səhralaşma prosesi Kür-Araz ovalığı üçün daha sə
ciyyəvidir. Burada son illər əhalinin artması ərazidə qaçqın
və köçkünlərin məskunlaşması, kənd təsərrüfatı, o cümlədən
heyvandarlığa olan tələbatın çoxalması, həmçinin təbii qaz
və elektrik enerjisinin çatışmazlığı ilə əlaqədar torpaq və
bitki örtüyünün ekstensiv istifadəsi nəticəsində antropogen
səhralaşma prosesi güclənmişdir.
Azərbaycanda səhralaşma prosesi, əsasən dağətəyi,
düzənlik və ovalıq ərazilərdə təbii, xüsusən antropogen
amillərin təsiri nəticəsində baş verir. Bu ərazilərdə yağın
tıların orta illik miqdarı 150-300 mm arasında tərəddüd
edir, səthi buxarlanma yağıntının miqdarından 3-4 dəfə ar
tıqdır. İqlim yarımsəhra və quru bozqır у arım tipinə aiddir.
Müasir texnikanın, mineral gübrələr, pestisidlər, her-
bisidlərin tətbiqi şəraitində insanların torpağa təsiri çoxsa
həlidir. Bir tərəfdən torpağın əkin, çoxillik bitkilər altında
uzun müddət istifadəsi xüsusilə suvarma əkinçiliyi zona
larında monokultura şəraitində onların məhsuldarlığına
mənfi təsir göstərir, şorlaşmanı, su və külək eroziyasını
qüvvətləndirir, digər tərəfdən əvvəldə deyildiyi kimi, kənd
təsərrüfatına yararlı torpaqların başqa məqsədlər üçün
ayrılması, onları geniş sahələrdə məhsul istehsalı mübadi
ləsindən çıxarır.
Uzun müddət fasiləsiz olaraq üzüm, pambıq, tərəvəz,
taxıl altında istifadə edilən bu torpaqların 65-70%-i müxtəlif
dərəcədə şorlaşmaya məruz qalmışdır. Kənd təsərrüfatında
iş prosesinin mexanikləşdirilməsi, əkinçiliyin intensivləşdiril-
məsi, torpaqların kimyalaşdırılması, onların məhsuldar
lığının artırılması aşağıdakı tədbirlərin həyata keçirilməsini
tələb edir: ilk növbədə, istifadədə olan torpaqların aqrotex
niki üsullarla becərilməsi, torpaq eroziyasına qarşı təd
birlərin həyata keçirilməsi, torpaqəmələgətirici orqanizm
268
lərin normal inkişafına şərait yaradılması, müxtəlif mülkiy
yət formalarında özəlləşdirilmiş, kiçik əraziyə malik sahə
lərdə müvafiq texnikanın tətbiqi, əkinə yararlı torpaq fon
dundan səmərəli istifadəsi onun quruluşunun təkmil
ləşdirilməsi, müxtəlif səbəblər üzündən korlanmış, zibillən
miş, mazuta batmış torpaqların məhsuldarlığının təbii və sü
ni yollarla bərpası, qazılmış, korlanmış torpaqların rekul
tivasiyası, torpaq-iqlim şəraitinə uyğun növbəti əkin sis
teminin geniş tətbiq, eləcə də torpaq israfçılığının aradan
qaldırılması ən zəruri tədbirlər kimi həyata keçirilməlidir.
Suvarma əkinçiliyi şəraitində inkişaf etdirilən pam
bıqçılıqda və üzümçülükdə aqrotexniki qaydalara tam ria
yət edilməməsi mühəndis - suvarma qurğularının çatış
mazlığı və narazılığı, strukturundan, rütubət tutumundan
asılı olmayaraq torpağın dərin şumlanması, əkin sahələ
rində, bağlarda ağır maşınların, traktorların tətbiqi suvarma
kanalları divarlarının və diblərinin bərkidilməsi torpağa
çoxlu miqdarda su hopmasına şərait yaradır, torpağın ero
ziyasını, şorlaşmasını sürətləndirir, faydah su əmsalım aşağı
salır. Başqa mənfiliklərlə yanaşı bütün bunların nəticəsində
respublikada kənd təsərrüfatına yararlı torpaqların geniş
sahəsi müxtəlif dərəcədə torpaq, su eroziyasına, şorlaşmaya
məruz qalmışdır.
Uzun müddət gübrələnən əkin və çoxillik əkmə sa
hələrindən yuyulan torpaqların tərkibində sink, qurğuşun,
kobalt, molibden, mis və s. metallarla zəngin olan torpaqlar
su mənbələrini korlayır, su heyvanlarına zərər yetirir. Pam
bıqçılıq, üzümçülük, tütünçülük rayonlarında ətraf təbii
mühitin, xüsusilə torpağın və suyun çirklənməsi üzündən
meydana çıxan iqtisadi zərər bilavasitə mineral gübrələrin,
zərərli kimyəvi maddələrin torpaqda toplanmasından, su
mənbələrinə daxil olmasından irəli gəlir.
Şorlaşma və şorakətləşmə torpaqda gedən təbii
proseslər olsa da, vaxtında lazımi tədbirlər görülməyəndə, o,
269
arealım genişləndirərək, həm kənd təsərrüfatı məhsullarının
istehsalına, həm də təbii biosenozlara, o cümlədən düzən
ərazilər üçün səciyyəvi olan qış otlaq formasiyalarına və dü
zən meşələrinə mənfi təsir göstərir. Odur ki, belə torpaqlar
həm mellioraitiv, həm də ekoloji cəhətdən əlverişsiz sahələr
hesab edilir, onların mənfi dinamikasının xəbərdarlıq edil
məsi, qarşısının alınması və onların yararlı hala salınması
üçün müvafiq ekoloji tədbirlərin (drenaj tətbiqi, yuma aparıl
ması, kimyəvi meliorasiya, müəyyən inzibati və hüquqi və s.)
görülməsi zəruridir.
2010-cı ildə ölkənin təbii su mənbələrindən 11425,0
mln m3 su götürülmüşdür. Onun 1742 mln m3-i istehsal
ehtiyacları üçün istifadə edilmişdir.
Ölkədə istehlak edilən 7715 mln m3 suyun, 51,0 %-i
istehsalın ehtiyaclarına yönəlmişdir.
Sənaye müəssisələri tərəfindən əraf mühitə atılan
çirkab sularının miqdarı onların istifadə etdiyi şirin suyun
miqdarından çoxdur. Belə ki, 2010-ci ildə kənara atılan
çirkli suların həcmi 6037 mln m3 təşkil etmişdir .
Kənd təsərrüfatı sudan istifadə edilməsində əhəmiy
yətli yer tutur. Ölkədə təbii mənbələrdən götürülən suyun
əsas hissəsi kənd təsərrüfatının payına düşür.Ölkənin dü
zənlik və dağətəyi zonalarında kənd təsərrüfatı məhsul
larının becərilməsi yalnız suvarma şəraitində mümkündür.
Ona görə bu ərazilərdən axan Kür və Araz çayları, onlara
tökülən qollar şirin su mənbəyi kimi istifadə edilir. Bu çay
lar üzərində qurulan su anbarları, onlardan çəkilən kanallar
vasitəsilə torpaq sahələri suvarılır. Əkin sahələrinə gətirilən
sular torpaqlara verilən mineral gübrələr, ziyanvericilərə
qarşı mübarizə vasitələrilə ciddi şəkildə çirklənir.
Kür-Araz ovalığında suvarma nəticəsində yaranmış
şor sular Mil-Muğan və Baş Şirvan kollektorları vasitəsilə
Xəzər dənizinə axıdılır. Onlar Xəzərin çirklənməsinə ciddi
təsir göstərir.
270
Kənd təsərrüfatında sudan istifadə edilməsi zamanı
mövcud olan problemlərdən biri də suyun nəqli zamanı
itməsidir. Ölkə miqyasında təsərrüfatın müxtəlif sahələrində
istifadə edilən suyun miqdarı artdıqca onun daşınması
prosesində itkiyə verilən suyun miqdarı da artır. Respub
likada 2000-ci ildə 3053,0 mln m3, 2010-cu ildə 3852 mln m3
su itkiyə getmişdir. 2010-cu ildə bu, ölkədə istifadə edilən
suyun 49,9%-nə bərabərdir. Nəql prosesində itirilən suyun
əsas hissəsi kənd təsərrüfatının payına düşür.
Kənd təsərrüfatında suyun itməsi suvarma kanalları
boyu yeraltı suların səviyyəsinin qalxmasına, torpaqların
şoranlaşmasına, onların sahəsinin daim artmasına səbəb
olur. Nəticədə nisbətən məhsuldar olan, suvarılması asan
olan ərazilər istifadə üçün yararsız hala düşür. Onların
rekultivasiyası uzun vaxt və xeyli miqdarda maliyyə vəsaiti
tələb edir.
Kənd təsərrüfatında suvarma işlərinin düzgün təşkil
edilməməsi eyni zamanda kanallar və kollektorlar boyu
bataqlıqların əmələ gəlməsinə səbəb olur.
Nəqliyyat vasitələrinin ətraf mühiti normadan artıq
çirkləndirməsinin qarşısını almaq üçün onların işlətdiyi
yanacağın keyfiyyətini yaxşılaşdırmaq, köhnəlmiş, texniki
normativlərə cavab verməyən avtomobillərin istismarının,
köhnəlmiş avtomobillərin ölkəyə gətirilməsinin qarşısını
almaq, avtomobillərin texniki vəziyyətinə ciddi nəzarəti
təşkil etmək zəruridir.
Avtomobillərin törətdiyi zəhərli qazları azaltmaq və
bunun qarşısını almaq üçün dünya səviyyəsində təxirəsa
lınmaz tədbirlərin həyata keçirilməsi vacib sayılır. Bu təd
birlər sırasına, əsasən aşağıdakıları aid edirlər.
Avtomobil nəqliyyatı tərəfindən ətraf mühitə atılan
tullantıların zəhərlilik dərəcəsi mütləq qiymətləndirilməlidir;
bundan ötrü avtomobillərin vəziyyətinə gündəlik texniki
nəzarət keçirilməlidir; xəttə buraxılan maşınların sazlığını
271
yoxlamaq bütün avtomobil təsərrüfatlarının vəzifəsi və
borcudur. Texniki xidmətin aşağı səviyyədə olması, nəza
rətin olmaması atmosfer havasının zərərli maddələrlə çirk
lənməsini artırır.
Zəhərlilik dərəcəsini azaltmaq məqsədilə avtomobil
lərin konstruksiyasını təkmilləşdirməklə yanaşı onlara
texniki xidmətin səviyyəsini artırmaq və avtomobillərin
vəziyyətinə nəzarəti təkmilləşdirmək günün aktual məsələsi
hesab olunur.
Hazırda dünyada avtomobillərin havaya buraxdığı
tullantıların normaya uyğun miqdarı 3 əsas standartla
tənzimlənir:
1. 1993-cü ildə təsdiq olunmuş Avropa beynəlxalq
standartı, bütün Avropa dövlətlərində fəaliyyət göstərir,
həm də bütün dünyada etibarlıdır.
2. Daha sərt Amerika standartı, son vaxtlar nəzarət
üsulunu sadələşdirmək üçün onu Avropa standartı ilə
birləşdirməyi planlaşdırır.
3. Yaponiyada işləyən ən ciddi standart, həmçinin
bütün dünyada etibarlıdır.
Ətraf mühitin avtonəqliyyat tərəfindən çirkləndiril-
məsinin qarşısını almaq üçün daxili yanma mühərriklərinin
təkmilləşdirilməsinin ön plana çəkilməsi vacib hesab edilir.
Son illər dünyanın iri avtomobil kompaniyaları
ekoloji təhlükəsiz avtomobil mühərriklərinin istehsalı üzrə
çalışırlar. İşçi mühərriklərini daim təkmilləşdirərək yeni, ya
nacağın tam yanmasını təmin etmək istiqamətində işlər apa
rılır. Avropa və ABŞ-in qabaqcıl firmalarının avtomobilləri
80-ci illərə nisbətən atmosferə 10-16 dəfə az zərərli qaz
buraxır. Bu mühərriklərin zəiflədilmiş qarışıqla işləməsi çox-
komponentli sistem, elektron işəsalma nəticəsində əldə
edilir.
Beləliklə, dünya avtomobil parkında avtomobil yana
cağının keyfiyyətinin artırılması, etil benzinindən imtina
272
edilməsi, neytrallaşdırıcılardan istifadə olunması, qazla,
elektriklə işləyən avtomobillərdən istifadə edilməsi və s.
ətraf mühitin avtonəqliyyat vasitələri tərəfindən mühafizəsi
sahəsində əhəmiyyətli nailiyyətlərdən sayılmalıdır.
Avtomobillərin qaz yanacağına keçməsi atmosferə
kanseroqen maddələrin 100 dəfəyə qədər azalmasına şərait
yaradır. Neft məhsullarına çəkilən xərc də azalır: hər min
ədəd qaz balonlu avtomobillər, yükdaşıyan ildə 12 min t;
taksimotor avtomobilləri - 6 min t; sərnişindaşıyan
avtobuslar - 30 min t neftə qənaət edir.
Hidrogen - XXI əsrin yanacağıdır. Hidrogendən əsas
yanacaq kimi istifadə olunması, işlədilməsi gələcək texniki
sivilizasiyanı kökündən dəyişə bilər, bununla da müasir
dövrün mühüm problemi sayılan ətraf mühitin çirklən-
diricilərdən mühafizəsi praktiki olaraq həll oluna bilər.
Dünyada ildə 50 mln t-a qədər hidrogen istehsal olu
nur: XXI əsrin ilk 25 ilində hidrogenin istehsalı və ondan
istifadənin bu günə nisbətən bir neçə dəfə çox olması proq
nozlaşdırılır.
1973-cü ildə, xüsusilə kəskin enerji böhranından
sonra elektromobillərin kütləvi istehsalına maraq artdı. Bu
yalnız elektrik problemi ilə deyil, həmçinin ciddi ekoloji
problemlərlə əlaqədardır. Belə ki, elektromobil havanı çirk-
ləndirmir, qızdırmır, həm də o qədər də səs-küylü deyil.
1993-cü ildə ABŞ-da Kaliforniyada verilən qanunda
milli istehsalçıların buraxdığı avtomobillərin mütləq 2%-dən
az olmayaraq «sıfır qazlarla» işləyən, xüsusən elektromo
billərin olması göstərilir.
İsveçdə buraxılan 15 tonluq yük maşını gələcəyin
maşım adlandırıldı. Onun mühərrikinə elektromühərrik və
qaz turbini birləşdirilir. Elektromotordan şəhərin küçə
lərində istifadə olunur ki, atmosfer çirklənməsin, turbin isə
şəhərdən kənar şosselərdə birləşdirilir.
273
Bütün ölkələri növbəti dəfə geridə qoyan Yaponiya
elektromobil erasına daxil olur. Osaka şəhərində planetdə
ilk dəfə sürət yarımstansiyası şəbəkəsi fəaliyyət göstərir.
Burada 30 dəqiqə ərzində ekoloji təmiz avtomobilə enerji
doldurmaq olar. İndiyə qədər batareyanı doldurmağa 10
saatdan artıq vaxt sərf olunurdu, bu isə dünyada elektro
mobilin geniş yayılmasına mane olan əsas səbəblərdən biri
sayılırdı. Elektrmobillərin son modellərinin sürəti 75
km/saat təşkil edir. Ətraf mühitin mühafizəsi marağını nə
zərə alaraq avtonəqliyyatın elektriklə işləməsinə keçmək
məqsədə uyğundur.
Elektromobillərin inkişafının sonrakı mərhələsində
onların kütləvi serial istehsalı, buraxılması və avtomobil
nəqliyyatında onların payının artırılması qarşıda durur.
Bu istiqamətdə aparılan işlərə verilən diqqət 2025-ci
ilə qədər dünyadakı avtomobillərin 15%-nin elektromobil
olacağını proqnozlaşdırır. Belə maşınlar artıq yaradılmış və
dünyanın bir sıra ölkələrində kütləvi qaydada istehsal
olunur. Belə maşınlarda yanacaq əvəzinə elektrik enerjisin
dən istifadə edildiyi üçün ekoloji fəlakətlə qarşılaşdığımız
bir zamanda irəliyə doğru atılan bir addım hesab edilir.
İstənilən müasir maşınlarda 90 % benzin, 10 % metil
spirtinin qarışığından, yəni qazoxoddan istifadə etmək olar.
Bu zaman etilləşdirilmiş benzindəki kimi effekt alınır, lakin
çirkləndirici maddələr az olur.
İri şəhərlərdə avtomobil «tıxacları» ciddi problem
yaradır. Atmosferə ayrılan toksik maddələrin miqdarı
yanacaq sərfindən, bu isə avtomobilin sürətindən asılıdır.
Çox yüklənmiş küçələrdə nəqliyyat «çox ləng» hərəkət edər
kən yanacaq 3-4 dəfə çox işlənir, bunun da nəticəsində
atmosferə buraxılan zərərli maddələr çoxalır.
Avtomobil nəqliyyatında ekoloji təhlükəsizliyin
proqramında yol tikintilərinin həçminin artırılması və möv
cud avtomaqistralların rekonstruksiyası nəzərdə tutulur.
274
Əsas məqsəd - avtomobillərin hərəkət sürətini 50 - 60
km/saata çatdırmaqdır.
Avtomobil nəqliyyatının əhaliyə zərərli təsirini azalt
maq üçün effektiv tədbirlərdən biri də şəhərlərdə piyada
zonaları təşkil etmək və ora nəqliyyat vasiitələrinin get
məsini qadağan etməkdir. Nəqliyyat tunelləri intensiv
nəqliyyat axını istiqamətində tikilməli, nəqliyyat və piyada
hərəkətlərini müxtəlif səviyyədə bölüşdürməlidir.
Xüsusi avtomobillər yaşayış evlərinin, xiyabanların,
uşaq meydançalarının yanında yerləşdirilir, bu isə şəhər
əhalisinin şəraitini pisləşdirir. Xüsusi avtonəqliyyatın
saxlanması problemini həll etmək məqsədilə çoxmərtəbəli
qarajlar, mehmanxanalar tikilir. Çoxmərtəbəli qarajlar
fəaliyyət göstərən rayonlarda yer haqqı alınması da həyata
keçirilir. Moskvanın bir neçə mikrorayonunda çoxmərtəbəli
qarajların tikilməsi üçün yerlər ayrılmışdır. Hal-hazırda
Bakı şəhərində də yeraltı və çoxmərtəbəli qarajların tikintisi
aparılır.
Respublika Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
avtomobil nəqliyyatı sahəsində ekoloji baxımdan dayanıqlı,
ekoloji inkişaf proqramında aşağıdakı tədbirlər irəli sürülür:
- avtomobil nəqliyyatının ətraf mühitə zərərli
təsirinin səviyyəsini tənzimləyən normativ-hüquqi aktların
qəbul edilməsi;
- nəqliyyat sahəsində harmonik siyasətin həyata keçi
rilməsi üçün nəqliyyat sektorunda qanunvericilik sisteminin
təkmilləşdirilməsi;
- avtomobil nəqliyyatında istifadə edilməsi üçün eko
loji baxımdan təmiz yanacaq növlərinə keçiriləməsi (sıxılmış
maye qaz, bioqaz və s.);
- tələblərə cavab verməyən köhnə nəqliyyat vasitə
lərinin utilizə edilməsinin təşkili;
- ekoloji təmiz sərnişin nəqliyyat növlərinin tətbiqi,
şəhər daxilində «piyada» zonalarının genişləndirilməsi;
275
- avtomobil və dəmiryollarının müasir dünya stan
dartlarına uyğun rekonstruksiya olunması;
- ölkəyə daxil olan avtomobillərin mühərriklərinin
qaz nçytrallaşdırıcıları ilə təmin olunmasına və Avropa
ölkələri üçün müəyyənləşdirilmiş toksiklik normalarının
uyğunluğuna nail olmaq;
- avtomobil yanacaqlarının keyfiyyətinin yaxşılaşdı
rılması. Bu məqsədlə benzinin oktan ədədini qaldırmaq
üçün istifadə olunan etil mayesindən imtina edilməsi;
- nəzarət orqanlarının avtomobillərin zəhərlilik və
tüstüləşmək səviyyəsini ölçən cihazlarla təmin olunması;
- benzinlə işləməyən maşınlardan - elektromobil
lərdən istifadə edilməsi;
- respublikada ekoloji avtomüfəttişliyin yaradılması.
Belə dövlət strukturunun təşkil edilməsinin bu və ya
digər mühüm ekoloji əhəmiyyəti ola bilər.
276
Dostları ilə paylaş: |