2 toz düşür;
-
eyni regionda kənd yerlərində bu göstərici 5-15
kq/km2-i keçmir;
- şəhərlər üçün havanın normadan artıq quruması
səciyyəvidir. Orta enliklərdə illik temperatur ətraf ərazilərə
nisbətən l-2°C-dən çox olur. Küləksiz havada bəzən gecə
temperaturu ətraf ərazilərə nisbətən
6 -8 °C çox ola bilər;
176
- havanın tozlu olması su buxarının tez kondensasiya
olmasına şərait yaradır. Bunun nəticəsində bəzən şəhərdə
ətraf ərazilərə nisbətən
1 0 % yağıntı çox ola bilər.
- atmosferdə daha çox mikroorqanizmlər olur,atmosferin
özünütəmizləmə qabiliyyəti daha aşağı olur;
-
şəhərlərdə su dövranı tamamilə pozulur. Böyük ərazilər
də yağıntılar torpağa hopmur, qurunt sularının atmosfer yağın
tıları vasitəsilə qidalanması azalır;
- şəhərlərin sahilində yerləşən çay, göl və dənizlər daha
çox çirklənir və bu suların özünü təmizləmə qabiliyyəti küt
ləşir;
- şəhərlər çoxlu təmiz su istehlak edir və ətraf su
hövzələrinə çoxlu çirkab suları axıdır.
İri şəhərlərdə ekoloji vəziyyətin gərginliyi orada olan
antropogen təsirin yüksək olması və əhalinin sıxlığı ilə əlaqə
dardır. İstehsal sahələri ilə yaşayış zonaları arasında yerləşdi
rilməsi vacib olan sanitar qoruyucu zonaların olmaması, şəhər
mühitinin çirklənmə səviyyəsinin artmasına səbəb olur.Sanitar
qoruyucu zolaqlar istehsalatın məhsuldarlığından və emal
edilən məhsulun xüsusiyyətindən asılı olaraq 5 sinifə bölünür:
birinci sinifdə istehsalatla yaşayış məntəqəsi arasında olan
zolağın eni 1000 m götürülür. İkinci sinifdə 500, üçüncü sinifdə
300,dördüncü sinifdə 100 va beşinci sinifdə 50 m nəzərdə tutu
lur. Bu məsafələr yaşayış məntəqələrini istehsal tullantılarından
qoruya bilmədiyi halda, onlar 3 dəfədən artıq olmamaq şərtilə
müəyyən qədər artırıla bilər. Qoruyucu sanitar zolaqlarında
abadlıq və yaşıllaşdırma işləri aparılmadıqda onlarin şəhərlərin
çirklənmədən mühafizə səmərəsi aşağı olur.
Şəhərlərin sənaye tullantılan ilə çirklənməsinin əsas səbəb
lərindən biri də çirkləndirici müəssisələrin şəhər ətrafında yer
ləşdirilməsi zamanı hakim küləyin istiqamətinin və gücünün nəzərə
aJınmamasıdır.Küləyin istiqaməti tullantıların yayılmasında, gücü
isə bina və tikililərin aşınmasında öz təsirini göstərir.
177
Küləyin gücü və istiqaməti meteoroloji tədqiqatlar nəti
cəsində toplanan çoxillik materiallar əsasında qurulan qrafik və
cədvəllərdən götürülür. Çoxillik materiallar əsasında əldə olu
nan məlumatlar həmin rayon üçün sabit hesab olunur. Küləyin
istiqaməti üzrə qurulmuş qrafik onun formasına görə “külək
gülü” adlandırılır.
Şəhərlərin böyüməsi, şəhər əhalisinin xüsusi çəkisinin art
ması, şəhər həyat tərzinin və şəhərlərin rolunun artması urbani
zasiya adlanır. Ölkənin urbanizasiya səviyyəsi şəhər əhalisinin
xüsusi çəkisi ilə ölçülür. Urbanizasiya prosesində şəhərlərin
əhalisi daha sürətlə artır, əhali və təsərrüfat iri şəhərlərdə top
lanır, şəhərlərin ərazisi genişlənir. İri şəhərlərdə yüksək ixtisaslı
kadrlar kifayət qədərdir, əhalinin yaşayışı üçün daha əlverişli
şərait vardır. Ona görə də təsərrüfat obyektlərinin əsas hissəsi
bu məntəqələrdə cəmlənmişdir. 1950-ci ildə dünyada şəhər əha
lisi 28,9%, 1970-ci ildə 37% olmuşdur. 1990-ci ildə bu gös
tərici 45%-ə, 2011-ci ildə 47,2%-ə çatmışdır. Yer üzərində hər
il şəhər əhalisi 50 mln nəfər və ya 2,6% artır. 80-ci illərin axı
rında əhalisinin sayı
1 0 0 min nəfərdən çox olan şəhərdə dünya
əhalisinin 30%-i yaşamışdır. Həmin dövrdə bu qrupa daxil olan
şəhərlərin sayı 2,5 mindən çox olmuşdur, 30 şəhərin əhalisi isə
5 mln nəfəri ötmüşdür.
Şəhərlər və ona yaxın ərazilər böyük antropogen təz
yiqlərə məruz qalır. Şəhərlərdə olan çoxsaylı yüksək konsen
trasiyalı toksik maddələrin mövcudluğu qarşıya cəmiyyət və
mühit arasında qarşılıqlı təsirin optimallaşdırılması prob
lemini qoyur. Ətraf mühitdə yüksək miqdarda olan kimyəvi
maddələrin insan orqanizmində toplanması müəyyən
edilmişdir. Bu maddələr bədənin bütün orqanizmlərinə təsir
edir. Burada xüsusilə artım prosesinin pozulmasına gətirib
çıxaran embriotoksik, mutagen effektlərini göstərmək olar.
Havada olan kimyəvi elementlərin tədqiqi vasitəsilə
şəhərin geokimyəvi strukturu öz təsdiqini tapır.
178
Şəhər əhatəsinin geokimyəvi strukturu ilə orada ya
şayan əhalinin sağlamlığının vəziyyəti arasında mühüm bir
əlaqə mövcuddur.
Geokimyəvi anomaliya epimərkəzi olan sənaye
şəhərlərində işləyən işçilərdə biokonsentrasiyanın miqdarı
bilavasitə kimyəvi maddə ilə kontaktda olan işçilərdəkindən
2-3 dəfə az olduğu halda, şəhər gulluqçularmdakından 2-3
dəfə yüksək olur.
Geokimyəvi çirkləndirmə zonasında, həmçinin uşaq
xəstəliklərinin yüksək olduğu aşkar edilmişdir. Çirkli şəhər
lərdə xəstələnmə halları «təmiz rayonlara nisbətən 40-60%
artıq olur.
Şəhərlər indiki dövrdə qruplar halında yerləşərək aqlo
merasiya və ya konurbasiya əmələ gətirir. Aqlomerasiya bir və
ya yaxın bir neçə məzkəzi şəhərin ətrafında kiçik şəhərlərin və
qəsəbələrin yerləşməsidir. Dünyanın bəzi ölkələrində sənayenin
yüksək inkişafı və əhalinin kiçik ərazidə həddən artıq toplan
ması nəticəsində bir-birinə yaxın yerləşən aqlomerasiyalar bir
ləşir, nəticədə meqapolislər əmələ gəlir. Yer üzərində artıq aşa
ğıdakı meqapolislər formalaşmışdır (cədvəl 14).
Cədvəl 14
Dünyanin iri meqalopolisləri
M e q a l o p o l is l a r
A q l o m e r a -
s i y a la r i n
s a y i
Ə h a lis i
m ln
n ə f ə r
S a h ə s i
m ln
k v .k m
Ə h a lin in
s ıx lığ ı,
n ə f /k v .k m
Ə s a s o x
ü z r ə
u z - ğ u ,
k m
B o s - V a ş ( B o s to n -
V a ş i n q t o n )
4 0
4 5
1 0 0
4 5 0
8 0 0
Ç i - P i t s ( Ç i k a q o -
P its b u r q )
3 5
35
1 6 0
2 2 0
9 0 0
S a n -s a n (S a n -[-’ra n -
s i s k o - S a n - D i y e q o )
15
18
1 0 0
1 8 0
8 0 0
T o k a y d o ( T o k i o -
O s a k a )
2 0
5 5
7 0
8 0 0
7 0 0
179
İ n g iltə r ə ( lo n d o r)
L iv e r - p u l)
3 0
3 0
6 0
5 0 0
4 0 0
R e y n ( R a n d s t a n d -
R e y n - R u r - R e y n -
M a y n )
3 0
3 0
6 0
5 0 0
5 0 0
ABŞ-m şərqində yerləşən Atlantiksahili meqalopolisə (və
ya Bos-Vaş) Boston, Vaşinqton, Filadelfıya, Baltimor və Nyu-
York şəhərləri daxildir. Ölkə əhalisinin 1/5-i Bos-Vaş meqa-
lopolisində yaşayır.
ABŞ-da böyük göllərin sahillərində Göllərətrafı (və ya Çi-
Pits) meqalopolisi formalaşmışdır. Burada Çikaqo. Pitsburq,
Klivlend və Detroyt kimi iri şəhərlər yerləşir.
Ölkənin qərbində sahil boyu Sakit okean sahili meqalopolis
(San-San) ayrılır. San-Fransisko, San-Dieqo, San-Xose və Los-
Anceles burada yerləşən əsas şəhərlərdir.
Avrasiyada üç meqalopolis əmələ gəlmişdir. Onlar Yapo
niyada olan Tokaydo meqalopolisi, Böyük Britaniyada yerləşən
London və AFR-dəki Reynsahili meqalopolislərdir. Son iki
meqalopolisin hər birində 30 mln nəfər əhali yaşayır.
Yrbanizasiyanin səviyyəsinə görə dünya ölkələri üç qrupa
bölünür. Urbanizasiya səviyyəsi yüksək olan ölkələrdə şəhər
əhalisi ümumi əhalinin 50%-dən çoxdur. İEÖ-də urbani-
zasiyanin səviyyəsi orta hesabla 73%-dir. Orta urbanizasiya sə
viyyəsinə malik olan ölkələrdə şəhər əhalisi ümumi əhalinin
20-50% arasında dəyişir.
İEOÖ-də onun sayı orta hesabla 34%-dir. Urbanizasiya
səviyyəsinin aşağı olduğu ölkələrdə şəhər əhalisi ümumi əha
linin 20%-dən az olur. Bu qrupa daxil olan dünyanın nisbətən
zəif inkişaf etmiş ölkələrdir. Bunlar əsasən Afrikada yerləşir.
İEOÖ-də şəhərlər ərazi cəhətdən sürətlə böyüyür. Bu za
man şəhər əhalisinin sayı onun sosial-iqtisadi inkişafına nis
bətən daha yüksək templə artır, şəhərlərin ətrafında yoxsulların
məhəllələri yaranır. Buna yalançı urbanizasiya deyilir. Yalançı
urbanizasiyanın əsas əlamətlərindən biri də şəhər əhalisinin
xüsusi çəkisinin istehsal və qeyri-istehsal sahələrində çalışan
180
iqtisadi cəhətdən fəal əhalinin xüsusi çəkisindən həddən artıq
çox olmasıdır.
Son 50 ildə şəhər əhalisinin belə intensiv sürətdə artması
müasir dövrdə ən ciddi proses olub, təbii ekosistemdə (mə
sələn, iqlim dəyişməsi, ərzaq, su, enerji) və s. problemlərin
kəskin artmasına səbəb olmuşdur. Bu problemlər Azər
baycandan da yan keçməmişdir.
Son 100 ildə Azərbaycanın əhalisi İmin 850 nəfərdən
2012-ci ildə 9 mln 239 minə, qədər artmışdır. Əhalinin
54,1% şəhərlərdə yaşayır.
Cədvəl 15
Azərbaycan Respublikasında şəhər və kənd
əhalisinin sayı (min nəfər)
illər
əhalinin
sayı
Şəhər
əhalisi
Kənd
əhalisi
Əhalinin ümumi sayından
%-lə
şəhər
kənd
2000
8 032,8
4 116,4
3 916,4
51,2
48,8
2005
8 447,8
4 477,6
3 969,7
52,6
47,2
2010
8 997,4
4 739123
4 183324
53,4
45,9
2012
9 239
4 8666
4 1308
54,1
46,0
Azərbaycan Respublikasında yürüdülən ekoloji siya
sətin əsas məqsədi indiki və gələcək nəsillərin ehtiyaclarının
təmin edilməsi naminə mövcud ekoloji sistemlərin, iqdisadi,
əmək potensialının qorunması və təbii ehtiyatlardan sə
mərəli istifadə edilməsi ilə davamlı inkişafın təmin edil
məsindən ibarətdir.
Ekoloji siyasətin prioritet istiqamətlərindən biri də
zəngin təbii və əmək ehtiyatlan olan Azərbaycanda insan
potensialından düzgün istifadə edərək əhalinin sağlamlığını
təmin edən ekoloji mühit yaratmaqdır.
Lakin sənaye və kənd təsərrüfatının inkişafı təmin edi
lərkən, ekoloji amillərin nəzərə alınması ilə əlaqədar, öl
kənin ciddi problemlərlə üzləşməsi, respublika ərazisinin bir
181
hissəsinin işğal altında qalması və insanların yaşayış yer
lərindən didərgin düşməsi, həm ətraf mühitin mühafizəsini,
həm də əhalinin yerləşməsi problemini daha da çətinləşdir
mişdir.
2010-cu il fevralın 18-də Azərbaycan Respublikasının
prezidenti İlham Əliyevin yanında keçirilən ekoloji prob
lemlərə həsr olunmuş müşavirədə hazırda
6 əsas istiqamətdə
- içməli su probleminin köklü surətdə həlli, şəhər və
rayonların kanalizasiya sistemlərinin ən müasir səviyyədə
qurulması, ekosistemin tarazlığının qorunması məqsədilə
yaşıllaşdırmanın genişləndirilməsi və meşə zolağlarının sa
lınması, atmosferin çirklənməsinin qarşısının alınması, Ab
şeron yarmadasmda torpaqların neft tullantılarından təmiz
lənməsi və məişət tullantılarının utilizasiyası kimi ekoloji
problemlərin həlli istiqamətində konkret proqramların
həyata keçirildiyini bildirmişdir. Urbanizasiya respublika
şəhərlərinin inkişaf etalonu olmaqla iqtisadi-sosial, elmi-
texniki tərəqqinin mühüm mənbəyi və ekoloji tarazlığı
pozan bir proses kimidə qiymətləndirilir.
Azərbaycan Respublikasında ətraf mühitin mühafizəsi
və əhalinin sağlamlığı məsələlərinə dövlət qayğısı ildən-ilə
artırılmaqla bərabər, bu işlərə içtimaiyyətin daha geniş cəlb
olunması məqsədilə müxtəlif tədbirlər görülür. Azərbaycan
Respublikasının prezidentin təşəbbüsü ilə 2010-cu ilin
«Ekologiya ili» elan edilməsi də bu istiqamətdə atılan ən
mühüm addımlardan biridir.
2009-cu il ölkənin bütün bölgələrində ekoloji tarazlığı
bərpa etmək, əhalinin təmiz suya və təmiz havaya olan ehti
yacını ödəmək, neftlə çirklənmiş ərazidə ətraf mühitin təh
lükəsizliyini təmin etmək məqsədilə çoxsaylı tədbirlər həyata
keçirilmişdir.
Hovsan aerasiya stansiyası yenidən qurularaq geniş
ləndirilmiş, 12 rayonun 122 kəndində 224 min nəfər əhalini
təmiz içməli su ilə təmin edən modul tipli təmizləyici qur
182
ğular qurulaşdırılaraq istifadəyə verilmişdir. Bakıda məişət
tullantıları zavodunun tikintisinə başlanılmış, yaşıllaşdırma
işləri geniş vüsət almışdır.
Ölkəmizdə və bütün dünyada şəhərlərin spesifikasının
öyrənilməsi ən vacib şərtlərdən biridir. Çətinliklərdən asılı
olmayaraq müxtəlif şəraitlərdə praktiki problemlərin həlli
üçün şəhərin modelləşdirilməsi əsas yer tutur. Tibbdə,
anatomiya və fiziologiyada, real şəraitlərdə, xəstə və sağlam
insanlar üzərində, urboekuologiyada bütün informasiyalar
«Ümumi şəhər» etalonunda işlənir.
Şəhərlərə müxtəlif formalı xammal məhsullarının daxil
olması yeyinti, sənaye müəsissələrinin işləməsində və əhali
nin həyat tərzinin yaxşılaşdırılmasında ən mühüm məsə
lələrdən biridir. Digər xüsusiyyətlərdən ən vacibi isə əhalinin
suya, ərzağa olan tələbatıdır.
1 mln əhalisi olan şəhərin
gündəlik suya olan tələbatı 470 mln tondur.
Şəhərsalma fəaliyyəti əsasən respublikada bu sahə üzrə
mövcud olan qanunvericilik əsasında təşkil olunur. Şəhərsalma
fəaliyyəti üçün sahələr zonalara ayrıldıqda əhalinin səmərəli hə
yat fəaliyyətinin təminatı, sahələrin təbii və texnogen təsir
lərdən mühafizəsi, ətraf mühitin çirklənmədən mühafizəsi, əhali
və istehsal sahələrinin vahid sahədə sıx yerləşməməsi, təbii və
mədəni-tarixi sahələrin qorunması və s. əsas götürülməlidir.
Şəhər tikintilərinin aparılması zamanı aşağıdakı sahələrdə
istifadə məhdudlaşdırılır:
- mədəni abidələrin, tarixi-mədəni komplekslərin və
obyektlərin, şəhərətrafı qoruq zonalarının;
- xüsusi təbii qoruq sahələrinin;
- su mühafizə sahələrinin və sahil mühafizə zolağının;
- ekoloji təhlükəli zonaların;
- mürəkkəb təbii iqlim şəraiti sahələrinin.
Şəhərdə aparılan tikintilər şəhərin “Baş planf’na uyğun
aparılır. Tikinti zonalarının aşağıdakı növləri mövcuddur:
- yaşayış zonası;
183
- ictimai fəaliyyət zonası;
- istehsalat zonası;
- mühəndis və nəqliyyat infrastrukturu;
- istirahət zonaları;
- xüsusi təyinat zonaları;
- xüsusi rejim zonaları və hərbi obyektlər.
Hər bir zona altzonalara bölünə bilər. Lakin bu zaman
Respublika qanunvericiliyində ətraf mühitin mühafizəsi, tarixi
abidələr və digər sahələrə qoyulmuş məhdudiyyətlər nəzərə
alınmalıdır.
Yaşayış zonalarında müxtəlif mərtəbəli evlərlə yanaşı
sanitar qoruyucu zona tələb olunmayan sosial, mədəni-məişət,
kommunal təsərrüfat obyektlərinin yerləşdirilməsinə icazə
verilir. Adətən bu obyektlər ətraf mühitə zərərli təsir (səs-küy,
titrəyiş, maqnit sahəsi, radiasiya təsiri və s.) göstərməyən
obyektlər hesab edilir.
İctimai fəaliyyət zonası tibbi, ticarət, mədəni, ictimai-
iaşə, təhsil, elmi-tədqiqat, avtomobil dayanacaqları, maliyyə iş
mərkəzləri və s. sahələrinə məxsus zonalardır.
İstehsalat zonaları sənaye, kommunal, mühəndis və nəq
liyyat infrastrukturlarından və sanitar qoruyucu zonalardan iba
rətdir.
İstirahət zonaları əhalinin istirahətini təmin edən parklar,
bağlar, şəhər meşələri, çimərliklər və digər obyektlərdən iba
rətdir. Təii qoruq sahələrindən istirahət zonasi kimi istifadə
etmək olar.
Xüsusi təyinat zonalarına qəbristanlıqlar, məişət tullantı
ları obyektləri aid edilir. Bu zonaların sahəsi şəhərsalma norma
tivləri əsasında müəyyən edilir.
Şəhər əhatəsində göstərilən zonaların yerləşdirilməsi, şə-
hərtikintİ və şəhərsalma normativləri əsasında respublika icra
orqanı və yerli idarəetmə orqanları tərəfindən müəyyən edilir.
İri şəhərlərdə nəqliyyat vasitələrinin hədsiz çox olması
çirklənmə dərəcəsinin artmasına səbəb olur. Avtomobil nəqliy
184
yatı tərəfindən atmosferə atilan çirkləndiricilərin miqdari
ümumi çirkləndiricilərin 40-50%-ni, şəhərlərdə 60-80% təşkil
edir. Şəhərlərdə avtomobillərin sayının kəskin artmasi ətraf mü
hitin daha çox çirklənməsinə səbəb olacaqdır. Avtomobillərin
hərəkətinin sıx olduğu sahələrdə, xüsusilə mərkəzi küçələrdə
tullantıların əsas tərkib hissəsi olan azot oksidi, bezn(a) piren,
karbon oksidi və s. ətraf mühitə daha çox atılır.
Şəhərlərin atmosferində smoq hadisəsinin müxtəlif tull
antıların fəaliyyəti nəticəsində yarandığı məlumdur. İlk vaxtlar
smoq-toz hissələri ilə duman damcılarının qarışığı kimi başa
düşülürdü. Sonralar bu anlayış daha geniş məna kəsb etdi.
Hazırda smoqun üç tipini ayırırlar: 1) London və ya rütubətli
smoq; 2) buzlu və ya alyaska smoqu; 3) Los-Anceles və ya fo-
tokimyəvi smoq.
1. London smoqu - toz hissəcikləri ilə (əsasən his, tüstü)
toz və kimyəvi inqredientlərin (ilk növbədə kükürd anhidridi və
karbon oksidi) qarışığı nəticəsində yaranır. Bu proses, adətən
havanın temperaturu 0°C olduqda və küləksiz havada baş verir.
Havanın aşağı hissəsində (qatında) zərərli maddələrin konsen-
trasiyası insanların sağlamlığı üçün təhlükəli həddə çata bilir.
2. Alyaska və ya buz smoqu - havanın mənfi və sabit
temperaturu ilə günəş radiasiyasinin zəif təsiri nəticəsində əmə
lə gəlir. Bu smoq qazabənzər (əsasən SO
2) və bərk maddələrlə
buz kristallarının qarşılıqlı təsiri nəticəsində yaranır. Bu smo
qun təsiri london smoqunun təsirinə oxşardır.
3. Los-Anceles və ya fotokimyəvi smoq - fotokimyəvi
reaksiyanın təsiri ilə havanın təkrar çirklənməsi nəticəsində ya
ranır. Belə proseslər, adətən subtropiklərdə, az-az hallarda mü
layim qurşaqda yaranır. Prosesin getməsi üçün əsas kimyəvi
komponent azot 2-oksididir (NO
2). Ultrabənövşəyi günəş şüa
larının təsiri nəticəsində azot 2-oksidi azot oksidə (N0) çevrilir
və s. ayrılan oksigen atomu havanin oksigeni ilə birləşərək
ozona (O
3) çevrilir.
185
Bütün smoqlar günəş radiasiyasinin, xüsusilə də ultrabə
növşəyi şüalarin yer səthinə düşməsinə mane olur. Onlar da öz
növbəsində, bəzi zərərli maddələrin (benzopiren, karbohidrogen
birləşmələri və s.) zərərsizləşməsi prosesini zəiflədir.
Qeyd etmək lazımdır ki, əksər hallarda istehsalın azal
dılması mütənasib olaraq ətrafa texnogen təsirin azalmasına sə
bəb olmur. Bu onunla izah edilir ki, istehsalçılar çox hallarda
təbiətin mühafizəsi tədbirlərinin və təmizləyici qurğuların isti
fadəsini məhdudlaşdırırlar.
Zərərli maddələrin atmosferə atılmasının başlıca səbəb
lərindən biri də köhnəlmiş və ekoloji cəhətdən təhlükəli olan
texnologiya və avadanlıqlardan istifadədir. Qaztəmizləyici qur
ğuların tətbiq edilməməsi və yaxud effektiv olmaması şəhər
havasını çirkləndirən əsas səbəblərdən biridir.
Sənaye tullantı suları vasitəsilə şəhərətrafı təbii su mən
bələrinin çirkləndirilməsi baş verir. Tullantı suları küçə və mey
danlara çökmüş sənaye və nəqliyyat vasitələrinin tullantılarını
yığaraq su hövzələrinə aparır. Şəhərlərdə mövcud olan kanali
zasiya vasitələri əksər hallarda bu növ tullantıların təmizlənmə
sini təmin edə bilmir. Şəhərlərdə yaranmış belə ekoloji vəziyyət
əhalinin sağlamlığının pisləşməsinə səbəb olur. Ekoloji vəziy
yətin pisləşməsi yaşli adamlarda qan-damar, nəfəs yolları, böy
rək xəstəliklərinin artmasına səbəb olur, onkoloji xəstəlik nəti
cəsində ölüm hallarının artması baş verir. Ətraf mühitə zərərli
fiziki təsir göstərən amillərdən biri də səs-küydür. Son dövrlər
şəhər zonalarında on milyonlarla insan səs-küydən əziyyət
çəkir.
Normal insan 16 hs-dən 20000 hs-ə qədər tezliyə malik
olan səs dalğalarını qavrayır. 16 hs-ə qədər olan səs dalğaları
infrasəslər,
2 0 0 0 0 hs-dən çox tezliyə malik olan dalğaları ultra
səslər adlandırılır. İnfra və ultra səs dalğaları adi səs kimi
eşidilmir. Bu dalğalar insan orqanizminə ehtisaz və titrəyiş kimi
təsir edir. Səs-küyün insan orqanizminə təsiri onun xarakte
rindən, səviyyəsindən, təsiretmə müddətindən və insanin fərdi
186
xüsusiyyətindən asılıdır. Bu təsir mürəkkəb fizioloji proses
olub, insan orqanizmində müxtəlif xroniki xəstəliklərin əmələ
gəlməsinə səbəb ola bilər. Mərkəzi əsəb sisteminin, karlığın,
ürək-damar, mədə-bağırsaq xəstəliklərinin əmələ gəlməsində və
qanda şəkərin artmasinda səs-küyün rolu aktiv qeyd olunur.
Səs-küy nisbətən çox olduqda insanin əsəb sistemini gərginləş
dirir, ona psixoloji təsir göstərir.
Qeyd etmək lazımdır ki, səs səviyyəsi 70 db yüksək ol
duqda səs-küy insana müəyyən fizioloji təsir göstərərək orqa
nizmdə müəyyən mənfi dəyişikliklərə səbəb olur. 85-90 db sə
viyyəsində olan səs-küy, ilk növbədə, insanın eşitmə orqanının
həssaslığının azalmasına səbəb olur.
1 1 0 - 1 2 0 db səs səviyyəsi
onun ağrı astanası adlandırılır və eşitmə orqanlarına dağıdıcı
təsir edir. Müəyyən edilmişdir ki, 180-190 db səs pərçim və
qaymaq birləşməsini dağıtmaq qabiliyyətinə malikdir.
Səs-küyün əsas yaranma mənbəyi nəqliyyat (avtomobil,
dəmiryol və hava nəqliyyatı) və sənaye müəssisələridir. Ətraf
mühitə ən çox səs-küy avtomobil nəqliyatı vasitəsilə edilir
(ümumi səs-küyün 80 %-i).
Aveasiya nəqliyyatı tərəfindən yaradılan səs-küydən mil
yonlarla insan əziyyət çəkir. Müəyyən edilmişdir ki,“il-76” və
“il-
8 6 ” təyyarələrinin havaya qalxması zamanı aeroportdan 10
km məsafədə səs-küyün səviyyəsi 75 db-ə çatir. İri sənaye şə
hərlərində səs-küy kəskin ekoloji problemlərdən biri hesab olu
nur. Tədqiqatlar göstərir ki, Qərbi avropa əhalisinin yandan çox
hissəsi səviyyəsi 55-70 db olan səs-küy rayonunda yaşayırlar.
Uzunmüddətli səs-küyün təsiri insan ömrünün qısalmasına
səbəb olur.
Məlumdur ki, elektromaqnit şüalari insan orqanizminə
mənfi təsir göstərir. Yapon alimləri müəyyən etmişlər ki, radio
və televiziya verici antenalar əhatəsində yaşayan əhalidə gözün
mirvari suyu xəstəliyi geniş yayılmışdır. Odur ki, göstərilən sa
hələrdə şəhər əhalisinin yerləşdirilməsi sanitar norması hüdu
dunda olmalıdır.
187
Şəhərlərdə ekoloji təhlükəsizliyin təminatı və ətraf aləmin
mühafizəsinin təşkili üçün respublikanin regional siyasəti aşa
ğıdakı istiqamətlərdən ibarət olmalıdır:
- istehsalatın hər hansi bir sahədə yerləşdirilməsinin eko
loji baxımdan əsaslandırılması;
- sənaye, kənd təsərrüfati, energetika, nəqliyyat, kommu
nal təsərrüfat sahələrinin inkişaf etdirilməsi və genişləndirilmə
sində ekoloji təhlükəsizliyin gözlənilməsi;
- təbii ehtiyatlardan səmərəli istifadə;
- fövqəladə halların yaranmasının xəbərdarlığı və onların
ləğvi ilə əlaqədar tədbirlərin hazırlanması;
- ərazi problemlərinin həlli zamanı ekosistemin təbii inki
şafının təmini və nadir təbii komplekslərin bərpası;
- ətraf mühitin mühafizəsi və təbiətdən istifadə sahələrinin
idarə edilməsinin təkmilləşdirilməsi.
Dünya əhalisinin sürətli artımı şəraitində maddi ne
mətlərin istehsalı cəhətdən dünya əhalisinin xeyli hissəsi kor
luq çəkir. Mütəxəssislərin fikrincə dünya ərzaq çatışmaz
lığını və aclıq probleminin aradan qaldırılması üçün ərzaq
məhsullarının istehsalını əvvəlki illərə nisbətən 4-5 dəfə ar
tırmaq lazımdır. Bu tədbirlərin həyata keçirilməsi üçün tor
paqların becərilməsində aqrotexnikanın son naliyyətlərin-
dən geniş istifadə, ziyanvericilərə qarşı mübarizəni genişlən
dirmək, təbii və süni məhsuldarlığı artırmaq və son illərdə
dünya ölkələri iqtisadi məhsuldarlığın artırılmasını qarşıya
qoyurlar.
Ərzaq probleminin həllində aqrar sektorun
davamlı
inkişafı və kənd təsərrüfatının bütün tədbirlərinin ekologiya-
laşması prinsipi həyata keçirilməlidir. Buraya torpaqların
eroziyaya qarşı mübarizəsi, üzvü kübrələrin istifadəsi, aqro-
meşə meliorasiya, mədəni-texniki meliorasiya, futomeliora-
siya turş torpaqların əhənglənməsi, torpağa texniki təsirlərin
azaldılması, torpaqqoruyucu texnologiyalara dair və bioloji
metodlardan geniş istifadə olunması nəzərdə tutulmuşdur.
188
Hal-hazırda üzvü kənd təsərrüfatı dünyanın 100
ölkəsindən çoxunda inkişaf edir. 24 mln ha-dan çox torpaq
larda ekoloji cəhətdən təmiz kənd təsərrüfatı məhsulları
istehsal edilir. Məsələn, qitələr üzrə bu istehsal: Avstraliyada
42%, Avropada 23%, Latın Amerikasında 24%, Şimali
Amerikada 6%, Asiyada 4% və Afrikada 1% təşkil edir.
Müasir dövr dünyanın iri regionlarının əhalisinin artımı ilə
əlaqəli, onların antropogen fəaliyyətlərinin güclənməsi və
nəticədə torpaq təminatının dinamikasının dəyişməsinə gə
tirib çıxartmışdır.
Son 20-il ərzində adambaşına becərilən torpaq sahə
ləri 0,40 ha-dan 0,24 ha, Asiyada isə 2009-cu ilin göstəricilə
rində 0,10-ha qədər azalmışdır.
Genetik modifikasiya olunmuş - transgen bitki növ
lərinin təbiətdəki analoqlarından fərqli olaraq insanların is
təyinə uyğun olaraq yaradılmış bir sıra üstünlükləri, bu
növlərin təsərrüfatda sürətlə və geniş tətbiq edilməsi üçün
şərait yaratmışdır.
Genetik modifikasiya olunmuş bitki növləri təbii yol
la əldə edilmiş növlə olaraq aşağıdakı xüsusiyyətlərə malik
dir:
1. Yüksək və stabil məhsuldarlıq.
2. İl ərzində bir neçə dəfə məhsul vermək.
3. Ziyanvericilərə qarşı yüksək davamlılığa malik
olmaq.
4. Daha yüksək və aşağı temperaturlu hava şəraitinə
davamlı olmaq və s.
Bundan başqa bu növlərin istehsalında qeyri-üzvi
gübrələrin, pestisidlərin və digər zəhərli maddələrin tətbiqinə
ehtiyacın azalması ətraf mühitin bu maddələrlə çirklənmə
sinin qarşısının alınmasında mühüm rol oynayır. Onların
tərkibində kimyəvi maddələr toplanır. Tərkiblərində top
lanmış bəzi herbisitləri parçalamaq qabiliyyətinə (xüsusi
fermentlərə malik olmaları ilə əlaqədar) malikdir.
189
Bu xüsusiyyətləri nəzərə alaraq genetik modifikasiya
olunmuş bitki növlərindən geniş istifadə olunur.
Dünyanın bütün əkin sahələrinin təqribən 20-30%-də
transgen toxumlar əkilir. Onlardan alman məhsullar müx
təlif qida məhsullarının tərkibinə daxil edilir. Dünyada
yetişdirilən soyanın 80%-i transgen yolla becərilir.
Bu qidalar insan orqanizmində bəzi fəsadlar törədir.
Məsələn, sonsuzluq, xərçənglər, immunitet zəifliyi və s. xəs
təliklər yaradır. Belə məhsullara bir sıra dövlətlər çox eh
tiyatla yanaşırılar və bütün inkişaf etmiş ölkələrdə qida
məhsullarının kefiyyəti, ekoloji təmizliyi və bioloji təhlükə
sizliyi diqqət mərkəzindədir.
Ümumdünya ticarət-təşkilatının tələblərinə görə tər
kibində (QMO-tərkibli) faizlə olması göstərilməlidir.
Ərzaq problemi dünya əhalisinin qida məhsulları ilə
təminatının lazımı səviyyədə olmaması ilə əlaqədardır. Bu
problem daha kəskin şəkildə İEOÖ-də durur. Afrika, cənubi
və cənub-şərqi Asiyada 1 mlrd, nəfər əhali lazımı qədər
qidalanmır, 500 mln nəfər aclıq çəkir.
Ərzaq probleminin yaranmasına səbəb İEOÖ-də kənd
təsərrüfatının zəif inkişafı, onun birtərəfli istiqamətdə aparıl
ması və məhsullarının əsas hissəsinin ixrac edilməsidir. Müs
təmləkə dövründən qalmış miras kimi onların çoxunun kənd
təsərrüfatında yalnız bir və ya bir neçə növ bitki yetişdirilir
(buna monokultur təsərrüfat deyilir). Quraqlıq olan illərdə
isə İEOÖ hətta bu məhsulları da toplaya bilmir. Ərzaq
probleminin kəskin olduğu ölkələr zəif inkişaf etdiyinə görə,
onların əhaliyə lazim olan bütün məhsulları almağa onların
maliyyə imkanları yoxdur. Bu ölkələrdə kənd təsərrüfatını in
tensiv yolla inkişaf etdirmək üçün maliyyə vəsaiti və texniki
vasitələr də azdır.
Ərzaq probleminin həlli üçün onun kəskin olduğu ölkə
lərdə kənd təsərrüfatının ekstensiv və intensiv yollarla aparıl
ması lazımdır. Kənd təsərrüfatının ekstensiv inkişaf yolu çoxlu
190
maliyyə vəsaiti tələb edir. Ona görə beynəlxalq maliyyə təş
kilatlarının və İEÖ-in geri qalmış ölkələrə köməyi lazımdır.
Dünyada kənd təsrrüfatına yararlı olan 3,2-3,4 mlrd ha torpaq
lardan hələlik yalnız yarısı istifadə edilir. Lakin dünyanın əksər
ölkələrində intensiv yol kənd təsərrüfatının əsas inkişaf isti
qaməti kimi qəbul edilir. Əkinçilik məhsullarının artımının 9/10
hissəsi bunun hesabına olur. Bir çox Asiya ölkələrində (Vyet
nam, Çin, Hindistan, İndoneziya, Tailand), Meksikada və Bra
ziliyada həyata keçirilən yaşıl inqilab ərzaq probleminin həl
lində artıq öz müsbət nəticələrini vermişdir.
İEOÖ-in geriliyinin aradan qaldırılması dünya miqyaslı
problemlərdən biridir. Onlar siyasi cəhətdən müstəqil olsa da,
təsərrüfatın əsas hissəsi yenə də İEÖ-in transmilli korporasiya
larından asılıdır. Bu ölkələrdə əhalinin əsas hissəsi işləyə bil
mir, savadsızdır, elm və təhsil zəif inkişaf edir. Səhiyyənin zəif
inkişafı ilə əlaqədar İEOÖ-də əhali arasında ölüm halları yük
səkdir, orta ömür müddəti isə çox aşağıdır, sosial həyat şəraiti
pisdir. Bu qrup ölkələrdə hər il 30-40 mln nəfər əhali, o
cümlədən 15-17 mln nəfər uşaq ölür.
Dünya okeanından istifadə edilməsi problemləri onun sər
vətlərinin geniş şəkildə mənimsənilməsi ilə əlaqədar başlamış
dır. Quruda mineral-xammal ehtiyatları azaldığına, xammal və
eneıji problemi kəskinləşdiyinə görə insanlar dəniz və okean
ların nemətlərindən getdikcə daha çox istifadə edir. Dənizdə
dağ-mədən, kimya və energetika sənayesi obyektləri qurulur,
neft-qaz hasilatı aparılır, dəmir və digər metallar çıxarılır. Eyni
vaxtda okeanlarda 2-3 mln nəfər adam işləyir. Qabarma elektrik
stansiyaları tikilməsi, dəniz suyunun şirinləşdirilməsi, dəniz cə
rəyanlarından istifadə edilməsi, okean suyundan ağır hidrogen
(deyteriya) alınması və s. son vaxtlarda dünya okeanının mə
nimsənilməsinin əsas istiqamətləridir. Bunlar okeanların, xüsu
silə onun sahil rayonlarinin çirklənməsinə səbəb olur.
Ərzaq probleminin kəskinləşməsi nəticəsində dünya okea
nının bioloji ehtiyatlarından istifadə edilməsi genişlənir. Okean
191
və dənizlər əhaliyə lazım olan ərzağin 2%-ni verir. Lakin on
ların ümumi balans ehtiyatı 150 mln tona qədərdir. Dənizlərin
sahillərində süni şəkildə bitki və heyvanlar saxlanılan fermalar
yaradılır. Akvakultura və marikultura təsərrüfatları insanın əldə
etdiyi dəniz məhsullarının 1/10-i verir. Bu isə hər il lOmln.t
dəniz məhsulu deməkdir. Akvakultura - sahillərdə süni şəkildə
dəniz məhsullarının yetişdirilməsidir. Marikultura-dəniz məh
sullarının sahillərdə süni şəkildə yaradılmış mühitdə saxlanıl
masıdır. Bu məhsulların 80%-i Asiya ölkələrinin payına düşür.
Akvakultura və marikultura təsərrüfatları Çində, Yaponiyada,
Rusiyada, ABŞ-da daha çoxdur. Çində, Yaponiyada istridiyə
(dəniz ilbizi), AB-da istridiyə və dəniz molyusku (midi), Fransa
və Avstraliyada istridiyə, Aralıq dənizi ölkələrində dəniz mol
yusku, Rusiyanın Sakit okean sahillərində dəniz kələmi məh
sulu artırılır.
BCƏB-in inkişafı ilə eyni zamanda dəniz daşımalarının
miqdarı da artır. İEÖ-də istehsal edilən məhsullar gətirmə xam
mallara daha çox əsaslandığına görə onun müəssisələri də
nizlərin sahillərinə doğru irəliləyir. Su hövzələrinin sahil zona
larında rekreasiya zonalari yaradılır. İnsanın dəniz və okean
larda bu istiqamətlərdə təsərrüfat fəaliyyəti ilə dəniz təsərrüfati
yaradılır. Hasilat və emal sənayesi, balıqçılıq, nəqliyyat, ticarət,
rekreasiya və turizm sahələrində 100 mln nəfər çalişir. Nəticədə
okeanların suyu çirklənir, onların bioloji məhsuldarlığı azalır,
ehtiyatlar qeyri-bərabər bölünür. Hazırda onlar dünya səviyyə
sində qlobal problem kimi özünü göstərir.
Dünya okeanından geniş istifadə edilməsi nəticəsində ya
ranmış problemlərin həll edilməsi üçün bütün dünya ölkələri tə
rəfindən onun sərvətlərindən səmərəli istifadə edilməsi zəru
ridir. Okeana atilan tullantilarin azaldılması, okeanların sərvət
lərindən kompleks istifadə edilməsi və onların qorunması va
cibdir.
192
Dünya okeanından istifadə zamanı onun özünütəmizləmə
səviyyəsi saxlanmalıdır. Çünki okeanda fəaliyyət göstərən ən
böyük təmizləyici sistem dalğalardır, yəni onun özüdür.
Şəhərlərdə yaşıllıq sahələrinə ağaclar, güllər və otlar əki
lən (qazon) sahələr aid edilir. Yaşıllıq sahələri şəhəri ekoloji cə
hətdən mühafizə etməklə yanaşı komfortluğu artırır və şəhərə
estetik gözəllik verir.
Yaşıllıq sahələri müntəzəm və ardıcıl olmalıdır. Ümumi
istifadə yaşıllıqlarına meşətipli parklar, təbiət parkları, bulvar
lar, küçə əkinləri aid edilir.
Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 2001-ci il
4 yanvar tarixli 2 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan
Respublikasının təbiət parklarının ümumi əsasnaməsf’ndə de
yilir ki, “təbiət parklari xüsusi ekoloji və estetik dəyərə malik
olan, təbiəti mühafizə və istirahət məqsədləri üçün ayrilmiş tə
biət komplekslərinin yerləşdiyi təbiəti mühafizə statuslu əra
zilərdir”.
Təbiət parklan respublika, bölgə və yerli əhəmiyyətli xü
susi mühafizə olunan təbiət ərazilərinə aid edilə bilər. Yerli
əhəmiyyətli təbiət parkları bütövlükdə və ya qismən, məqsədli
təyinatı üzrə, qanunvericilikdə nəzərdə tutulmuş qaydada fiziki
və hüquqi şəxslərin idarəçiliyinə, istifadəsinə və icazəsinə ve
rilə bilər. Təbiət parklarının hər biri üçün hər 10 ildən bir
pasport hazırlanır və bu ərazilərin pasportu Azərbaycan Res
publikasının Dövlət Ekologiya və Təbii Sərvətlər Nazirliyində
dövlət qeydiyyatına alınır. Hər bir təbiət parkının əsasnaməsi
Azərbaycan Respublikası Dövlət Ekologiya və Təbii Sərvətlər
Nazirliyi tərəfindən təsdiq edilir. Parklar təbii mühiti, təbii
landşaftları və rekreasiya resurslarını mühafizə edir, istirahət
(rekreasiya) üçün şərait yaradır, təbiəti mühafizənin səmərəli
liyini artırır, rekreasiya şəraitində ekoloji tarazlığı qoruyur.
Təbiət parklarının ərazilərində rejim xüsusiyyətlərini nə
zərə alaraq aşağıdakı fəaliyyət zonalan müəyyən edilir:
- istirahət (rekreasiya) zonalan;
193
- tarixi mədəniyyət komplekslərinin və obyektlərinin mü
hafizə zonaları;
- təbiət parkının fəaliyyətini təmin edən zonalar.
Təbiət parkının ərazisində onun ekoloji, istirahət və este
tik keyfiyyətinə mənfi təsir edən, tarixi-mədəniyyət abidə
lərinin, nadir ağac və kolların abidə kimi qorunub saxlanması
rejimini və həmin abidələrin varlığına təhlükə yaradan hər bir
fəaliyyət qadağan edilir. Ümumi balansda şəhər yaşıllıqlarının
sahəsi 70%-dən az olmamalıdır.
Şəhər yaşıllıqları şəhər havasının təmizliyinin təminatı ilə
yanaşı sakinləri səs-küydən mühafizə edir. Botanika alimləri
avtomobil yolları boyunca 3 cərgədən ibarət ağac əkilməsini və
bu zaman səsi udan ağac növlərindən istifadə olunmasını təklif
edirlər. Onların fikrincə yaşayış massivində hündürlüyü 10 m-i
keçə biləcək ağaclar əkilməlidir. Bu ağaclar evləri tozdan
qorumaq qabiliyyətinə də malik olur.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) sağlamlığa və
təndaşların milli və dünyavi varlığı kimi qiymət verir. Bu
təşkilatın məlumatına görə əhalinin sağlamlığı 50% həyat tər
zindən, 20% genetik amildən, 10% səhiyyə təşkilatlarının işin
dən və 20% ətraf mühitin vəziyyətindən asılıdır. Bəşəriyyət ya
randığı gündən indiyədək onu əhatə edən mühitdən öz məna
feyi üçün istifadə edərək ona hər cür təsir edir. Bu vəziyyət son
50 ildə daha kəskin xarakter almışdır.
Təbii ekosistemin dəyişməsi elə sürətlə gedir ki, insan or
qanizmi onu çatdırıb adaptasiya edə bilmir və bu “orqanizm-
mühit” balansının pozulmasına səbəb olur. Sağlamlıq problemi
nin qlobal xarakter daşıması digər problemlərdən əvvəl yaran
mışdır.
ETİ sürətlə inkişaf etdiyi dövrdə dünyada bir çox epide
miyalar yayılmış və bu zaman bütün bəşəriyyətin sağlamlığını
qorumaq üçün səy tələb olunurdu. XIX əsrin ikinci yarısında I
Paster vaksinin köməyi ilə yoluxucu xəstəliklərə tutulmamaq
qabiliyyətini yaratmaq prinsipini əsaslandırdı və İ.İ.Meçniko-
194
vun ilk immunitet nəzəriyyəsi meydana gəldi. Bu elmi kəşflər
qara çiçək, vəba, taun, tetanus, qızdırma kimi bir çox qorxulu
yoluxucu xəstəliklərin qarşısını almağa imkan yaratdı. Lakin
hələ indiyə qədər bəzi xəstəliklərə (qrip, malyariya, zöhrəvi)
xəstəliklərə qarşı effektiv vaksinlər yaratmağa müvəffəq olun
mamışdır.
Aşağıdakı cədvəldə insan potensialının inkişaf indeksi
(İPİİ) adambaşına düşən ümumi daxili məhsul (ÜDM) ilə əha
linin artım göstəricilərinin mütənasib olduğu göstərilir.
Cədvəl 16
Dostları ilə paylaş: |