- meyilliyin
qiymətləndirilməsi, yəni ətraf mühitə və insana risk amilinin
real təsiridir.
Riskin qiymətləndirilməsinin üçüncü elementi
ətraf
mühitə və insana risk amillərinin təsirinin təhlili ilə bağlıdır və
müəyyən
destabilizasiya
amilinin
ekosistemin,
insanın
davamlılığına təsirinin müəyyənləşdirilməsidir.
Son dördüncü element
- kəmiyyət və keyfiyyət para
metrlərinin istifadə edilməsi ilə bağlı riskin dolğun xarakte
ristikasıdır.
Riskin qiymətləndirilməsi modelinin son fazası riskin
xarakteristikası, onların idarə edilməsi prosedurasının ilk hissə
sidir. Riskin idarə edilməsinin əsas məqsədi vaxta və resurslara
qoyulan məhdudiyyətlər zamanı riskin azaldılması yollarının
müəyyənləşdirilməsidir.
Riskin idarə edilməsi modeli dörd hissədən və mər
hələlərdən ibarətdir:
Birinci mərhələ
riskin xarakteristikası ilə bağlıdır. Prio
ritetlərin müəyyənləşdirilməsi məqsədilə ilkin mərhələdə risk
lərin xarakteristikasının müqayisəsi aparılır. Riskin qiymətlən
dirilməsinin həlledici fazasında təhlükənin (zərərin) dərəcəsi
aşkarlandınlır.
ikinci mərhələdə
riskin məqbulluq dərəcəsinin müəy
yənləşdirilməsidir. Risk bir sıra sosial-iqtisadi amillərlə müqa
yisə olunur:
- bu və ya digər təsərrüfat fəaliyyətinin növlərindən asılı
olan sərfələr;
- fəaliyyətin növü ilə şərtlənən itkilər;
- ətraf mühitə və insana neqativ təsirin azaldılması məq
sədilə nizamlayıcı ölçülərin mövcudluğu və imkanları.
Müqayisə prosesi «xərclər və sərfələr» metoduna ar
xalanır.
316
«Riskli» və «qeyri-riskli» amillərin müqayisəsində
riskin idarə edilməsi prosesinin mahiyyəti özünü büruzə verir.
Qəbul edilən qərarların üç variantı mümkündür;
- risk tam məqbuldur;
- risk qismən məqbuldur;
- risk tamamilə qeyri-məqbuldur.
İndiki zamanda riskin saydığımız səviyyəsi hədləri adə
tən, maksimal ehtimalın 1%-i kimi müəyyənləşdirilir.
İki son axırıncı hallarda nəzarət mütənasibliyi təyin
edilməlidir ki, bu da riskin idarə edilməsi prosedurasının üçün
cü mərhələsinə daxildir.
Üçüncü mərhələ
nizamlayıcı qərarların qəbul edilməsi
ilə bağlıdır, yəni hansısa «növlərin» seçilməsindən ibarətdir.
Belə tədbirlər riski ya azaldır (birinci və ikinci hal) və ya istisna
edir (üçüncü hal).
Dördüncü mərhələ
nizamlayıcı qərarlarla bağlıdır, yəni
əvvəlki mərhələdə təyin olunmuş və ölçü «növünün» reallaş
masına müvafiq olaraq normativ aktların (qanunlar, qərarlar,
təlimatlar) və onların müddəalarının müəyyənləşdirilməsindən
ibarətdir.
Riskin idarəçiliyi prosesini tamamlayan element, eyni
zamanda bütün mərhələlərin və riskin qiymətləndirilməsi mər
hələlərinin yekdil qərarlarının qəbul edilməsi ilə, riskin vahid
konsepsiyasını əlaqələndirir.
Riskin qiymətləndirilməsinin ardıcıl nümunələri:
- təhlükənin ilkin eyniləşdirilməsi;
- təhlükə mənbəyinin və onunla bağlı ziyanın təsviri;
- normal iş şəraitində riskin qiymətləndirilməsi;
- istehsalatda qəzalar, təhlükəli maddələrin saxlanılması
və nəqli zamanı hiptetik (fərziyyəyə əsaslanan) mümkünlüyünə
görə (ehtimal məqamı) riskin qiymətləndirilməsi;
- qəzaların inkişafı senarisinin mümkün spektorlan;
- riskin təhlilinin ehtimalı və statistik qiymətləndirmə.
317
Riskin azaldılmasının və fövqəladə halların nəticə
lərinin yumşaldılmasının tənzim edilməsi.
Qeyri-müəyyənliklə, kəskin surətdə ixtilafla (toqquşma
ilə), əhalinin stress vəziyyəti ilə, külli miqdarda sosial-iqtisadi
və ekoloji ziyanla xarakterizə olunan və gözlənilmədən, aniliklə
baş verən hadisələrə fövqəladə hallar (FH) deyilir.
Sual oluna bilər, fövqəladə hallar nədən baş verir? FH-in
yaranması və ya baş verməsi səbəbləri müxtəlif ola bilər. Müşa
hidələr göstərir ki, FH, əsasən təbii fəlakət, ətraf mühitə zərərli
maddələrin atılması, torpaq sürüşməsi, yanğın, partlayış, zəl
zələ və s. nəticəsində baş verir və bunları qabaqcadan proqnoz
laşdırmaq hələlik mümkün deyildir.
Statistika göstərir ki, FH-m süni sürətdə yaranması,
əksər hallarda kömür, neft-qaz və kimya müəssisələrinin kəskin
surətdə cəmləşdiyi regionlarda baş verir. Onu demək kifayətdir
ki, təkcə energetika sahəsində 10 mlrd t şərti yanacaq hasil
edilir, saxlanılır və emal olunur. Belə yanacaqlar isə yanma,
partlama qabiliyyətinə malikdir və onlar bir sıra ölkələrdə möv
cud olan nüvə silahları arsenalı ilə müqayisə oluna bilər.
Problemin dövlət tərəfindən tənzimlənməsi Riskin
azaldılmasının və fövqəladə halların (situasiyaların) nəticələri
nin yumşaldılması sahələrində onların dövlət tərəfindən tənzim
edilməsinin əsas istiqamətləri aşağıdakıları hesab edirlər: hü
quqi, iqtisadi və normativ-metodiki istiqamətlər. Qeyd olunan
istiqamətlərin dövlət tərəfindən tənzimlənməsi yerli icra or
qanları tərəfindən fövqəladə halların nəticələrinin ləğv edilməsi
ilə məşğul olan xüsusi qurumlar tərəfindən icra olunur.
Riskin azaldılmasının və fövqəladə halların nəticələrinin
yumuşaldılmasının hüquqi, iqtisadi və normativ-metodiki isti
qamətlərinin həyata keçirilməsi Respublika Konstitusiyasının
«Əhalinin və ərazinin texnogen və təbii xarakterli fövqəladə
hallardan müdafiəsi haqqında» qanununa uyğun olaraq müəy
yənləşdirilir.
318
Riskin azaldılmasının və fövqəladə halların nəticələrinin
yumşaldılmasının hüquqi tənzimlənməsi lazımi hüquqi bazanın
qanunvericiliyinin təmin edilməsindən ibarətdir.
İqtisadi tənzimləmə fövqəladə halların nəticələrinin ləğv
edilməsinin maliyyə tədbirlərini həyata keçirən təkmilləşdiril
miş iqtisadi mexanizmin mövcudluğudur. Bunlara vergiyığma,
cərimə sanksiyaları və güzəştlər, ixtisaslaşdırılmış fondlar və
sığortalar hesabına formalaşan büdcə və qeyri-büdcə mənbələri
aid edilir.
Normativ-metodiki tənzimləmə kifayət qədər lazımı
normativ-texniki və normativ-metodiki bazanın yaradılmasım
təmin edir.
Tənzimləmənin məqsədi Riskin azaldılmasının və föv
qəladə halların nəticələrinin yumşaldılmasının əsas məqsədləri
aşağıdakılardan ibarətdir:
- fövqəladə halların proqnozlaşdırıİmasının tənzimlən
məsi;
- qəzaların, faciələrin, təbii fəlakətlərin tənzimlənməsi
üçün profilaktik tədbirlərin görülməsi;
- qəzadan sonrakı hadisələrin tənzimlənməsi;
- məsuliyyətin və dəyən ziyanın ödənilməsinin tənzimlən
məsi;
- fövqəladə hallarda informasiya təminatının tənzim
lənməsi və s.
Məlumdur ki, son illərdə Azərbaycanda Fövqəladə Hal
lar Nazirliyi yaradılmış və böyük səlahiyyətlərə malikdir. Bu və
ya digər səbəbdən hər hansı bir ərazidə fövqəladə hal baş verər
sə və hadisə əhaliyə ziyan vurarsa qeyd olunan nazirlik həmin
ziyanın həcmini hesablayır, müxtəlif sahələrə, o cümlədən əha
liyə dəyən ziyanın dövlət hesabına ödənilməsini təmin edir. Bu
zaman nazirlik fəaliyyətdə olan normativ sənədləri və qanunları
əsas götürməlidir.
Ətraf mühitin mühafizəsi tədbirlərinə yönəldilən və
saitin əsas mənbəyi dövlət büdcəsidir, doğrudur başqa maliyyə
319
mənbələri də maliyyələşmədə iştirak edir, məsələn, yerli büd
cələr, nazirlik və komitələrin vəsaitləri, müəssisələrin öz və
saitləri və s. Ancaq bu yaxınlara qədər göstərilənlərin hamısına
büdcədənkənar maliyyə mənbələri kimi baxmaq olmazdı. Bu
sistem yaxşı səmərə vermirdi, çünki büdcədən ayrılan vəsait
kifayət qədər deyildi. Onun əsas üstünlüyü bu maliyyələşmənin
davamlı olması idi.
Əgər inzibati-amirlik təsərrüfat sistemində, ətraf mühiti
mühafizə fəaliyyətində maddi-texniki təminat əsas rol oynayır
dısa, bazar iqtisadiyyatı şəraitində təbiəti mühafizə tədbirlə
rinin əsas amili onun malliyyə təminatıdır.
1989-1990-cı illərdə ətraf mühitin mühafizəsinin tən
zimlənməsində iqtisadi mexanizmlərin tətbiqi təbiəti mühafizə
fəaliyyətinin maliyyələşmə sisteminə yeni baza yaratmaq imka
nı verdi (təbiətdən istifadəyə görə ödənişlər, çirklənməyə görə
ödənişlər, və s.). Ətraf mühiti mühafizə tədbirlərinin və ekoloji
proqramların maliyyələşməsi aşağıdakı vəsait mənbələrinin
hesabına aparılır:
1) müxtəlif səviyyəli büdcələr;
2) müəssisə, təşkilat, şirkətlərin vəsaiti;
3) büdcədənkənar ərazi ekoloji fondlar;
4) ekoloji sığorta fondu;
5) bank kreditləri;
6) əhalinin vəsaiti (xarici hüquqi və fiziki şəxslərin
könüllü vəsaitləri də daxil olmaqla).
Müxtəlif maliyyələşmə mənbələrinin bəzi formalaşma
xüsusiyyətlərini nəzərdən keçirək.
M üxtəlif səviyyəli büdcələrin
gəlir hissələrinə müvafiq
vergilər, təbii resurslardan istifadəyə görə, ətraf mühiti çirklən-
dirməyə görə ödəniş və köçürmələr daxil olur. Bunlardan başqa
yerli büdcələrdə Respublika büdcəsindən dotasiyalar, subsi
diyalar da daxil ola bilər ki, bunlar da çox vaxt təbiəti mühafizə
tədbirləri üçün nəzərdə tutulur.
320
Bəzən Respublika büdcəsindən ekoloj i-investisiya
proqramlarına subvensiya da ayrıla bilər.
Müəssisələrin öz vəsaiti
təsərrüfat subyektlərinin gəlir
ləri hesabına formalaşır. Təbiəti mühafizə əsas fondlarının istis
marı və təbiəti mühafizə tədbirlərinin keçirilmə xərcləri müəs
sisənin istehsal etdiyi məhsulların maya dəyərinə daxil edilir.
Büdcədən kənar ərazi ekoloji fondları
təbiəti mühafizə
və bəzi resursların bərpasına yönəlmiş vəsaitlərin qalıq prin
sipini kənarlaşdırmaq üçün yaradılır. 1990-cı ildə aşağıdakı
büdcədənkənar fondlar yarandı: mineral-xammal bazasının bər
pası, meşələrin mühafizəsi və bərpası, subyektlərinin bərpası
və mühafizəsi fondu və s.
Büdcədənkənar ekoloji fondlar
təbiəti mühafizəyə
investisiyalar yardım sisteminin bir element kimi, təxirəsa
lınmaz mühafizə məsələlərinin təbii mühitdə itkilərin bərpası,
iqtisadi zərərin kompensasiyası və s. kimi tədbirlərin maliyyə
ləşdirilməsi üçün yaradılmışdır.
Ə traf mühitin mühafizəsi ictimai fondu
əhalinin vəsaiti
ictimai təşkilatların könüllü yardım və s. hesabına formalaşır.
Bu fondlar ictimai ekoloji birliklər, həmkarlar birlikləri tərə
findən yaradılır və ancaq təbii mühitin mühafizəsinə xərclənir.
Adı çəkilən fondların formalaşması və istifadəsi bu
fondları yaradan ictimai birliklər tərəfindən müəyyən olunur.
Praktikada cəlb olunan vəsaitin toplanması müxtəlifdir. Təbiəti
mühafizə fəaliyyətinin maliyyələşməsi ayrı-ayn mənbələrdən
müxtəlif miqdarda cəlb oluna bilər. Yəni, büdcə vəsaiti ilə bir
likdə, müəssisənin öz vəsaiti, büdcədənkənar ekoloji fondlar,
kreditlər, xarici ölkə firma və vətəndaşların yardımı, əhalinin
vəsaitləri də maliyyələşmədə iştirak edə bilər.
İnkişaf etmiş ölkələrin təcrübəsinə əsaslanaraq, təbiəti
mühafizə işlərinə cəlb olunmuş vəsaitlərin mənbələrinin çox
fərqli olduğu diqqəti çəkir. Məsələn, ABŞ regionlarında bu fəa
liyyətin maliyyələşməsi həm federal hökumətin subsidiyaları,
həm də ümumi dövlət gəlirləri hesabına formalaşmış fondlar
321
hesabına, həm yerli mədaxillər hesabına, həm xüsusi vergisiz
istiqrazların vəsaitindən həyata keçirilir.
Rayon, yerli və respublika büdcələrində ekoloji proq
ramlar və ətraf mühiti mühafizə tədbirlərinin maliyyələşməsi
ayrı sətirdə verilir və maddi-texniki ehtiyatlarla təmin olunur.
Respublika büdcəsinin vəsaiti hesabına ancaq dövlət proqram
ların tərkibinə daxil olmuş təbiəti mühafizə tədbirləri maliy
yələşdirilir.
Mərkəzləşmiş qaydada dövlət büdcəsi hesabına Ekolo
giya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyəti maliyyələşdirilir.
Ətraf mühiti mühafizə tədbirlərinin maliyyələşdirilməsi
vəsaitinin ümumi həcmində xüsusi diqqət kapital qoyuluşunun
payına yönəldilməlidir.
Son zamanlar təbiəti mühafizə tədbirlərinin maliyyə
ləşdirilməsində yerli büdcələrin və müəssisələrin hesabına
maliyyələşmənin rolu artmaqdadır.
Təbiəti mühafizə fəaliyyətinin maliyyələşmə mənbə
lərinin tərkibində baş verən dəyişikliyə fikir verdikdə belə bir
qənaətə gəlmək olar ki, təbiəti mühafizə tədbirlərinin maliyyə
ləşməsi, əsasən müəssisələrin öz hesabına aparılmalıdır. Ondan
sonra ekoloji fondların və digər investorların vəsaitindən söz
gedə bilər.
Sənaye cəhətdən inkişaf etmiş ölkələrdə təbii mühitin
çirklənməsi ilə mübarizəyə ümumi milli məhsulun (ÜMM) 3%-ə
qədəri yönəldilir. Bu göstərici qonşumuz Rusiyada da yük
səkdir. Orada Ümumi Daxili Məhsulun (ÜDM) təxminən 2%-i,
inkişaf etmiş ölkələrdə isə analoji xərclər ÜDM-in 1,5-4%-ni
təşkil edir.
Qeyd etmək lazımdır ki, inkişaf etmiş ölkələrdə ətraf
mühitin keyfiyyəti kifayət qədər yüksək səviyyədədir və məs
rəflər əsasən bu səviyyənin saxlanmasına yönəldilir. Azərbay
can Respublikasında isə indiki vəziyyətdə ətraf mühitin
keyfiyyətini yüksək qiymətləndirmək hələ tezdir və bu işlər
üçün bizim məsrəflər daha çox olmalıdır.
322
MÖVZU 13.YENİ SİVİLİZASİYA DÖVRÜNÜN
EKOLOJİ PROBLEMLƏRİ. KOSMOSUN
MƏNİMSƏNİLMƏSİNİN EKOLOJİ ASPEKTLƏRİ
Məhsuldar qüvvələrin inkişafının müasir şəraitində
təbii ekoosistemə və bütövlükdə biosferə antropogen təsir
güclənmişdir. Bu təsir bir çox hallarda təbiətin davam gə
tirmə həddindən kənara çıxır və ekosistemin qapanması baş
verir. Məhz buna görə də Yer Kürəsinin bir çox region
larında təbii ekosistemlər səhralara çevrilmişdir.
Ümumiyyətlə, insan yarandığı gündən biosferə bu və
ya digər dərəcədə təsir göstərərək təbii ekosistemləri dağıt
masına pozulmasına səbəb olmuşdur. Elə bunan nəticəsindir
ki, hazırda Yer kürəsinin quru hissəsinin 70% ekosistemləri
insanlar tərəfindən pozulmuşdur. Bu proses XX əsrdə daha
sürətlə baş vermişdir. İndi dağıdılmış torpaq sahələrinin
xüsusi çəkisi Avropada - 15%, Asiyada - 44%, Afrikada
49%, Şimali Amerikada - 56%, Cənubi Amerikada - 63%,
Avstraliyada isə 62%-ə çatır. Ən çox dağıdılmış sahələr
şimal yarımkürəsinin payına düşür. Burada Avropa (Rusiya
düzənliyinin şimal hissəsini çıxmaqla), Cənubi və Cənubi-
Şərqi Asiya (Çin də daxil olmaqla), Şimali Amerikanın -
ABŞ-ı, Kanadanın Cənub hissələri, Meksikanın bəzi əra
ziləri daha çox antropogen təsirə məruz qalmışdır.
Antropogen təsirin biosferin funksiyalarına uyğün
olmaması nəticəsində canlı mühitin davamlı inkişaf prosesi
pozulmuş və ekoloji böhran yaranmışdır.
Müasir istehsal vasitələrilə silahlanan insanlar təbii
resurslardan getdikcə daha çox istifadə etməyə başlamışdır.
Təbii resursların istifadəsinin ildən-ilə genişlənməsi, cəmiy
yəti gələcək nəsillərin yaşaması və inkişafı üçün məsulliyyət
daşımağa məcbur edir.
Cəmiyyətin inkişafının bütün mərhələlərində ekoloji
problemlər olmuşdur. Yer üzərində insan yarandığı vaxtdan
323
onun biosfera təsiri də müntəzəm surətdə artmaqdadır.
Yalnız onun təbiətə intensiv təsiri sənayenin güclü inkişafı
nəticəsində güclənmiş və qlobal xarakter almışdır.
İnsanın təbiətə təsiri birbaşa və dolayı yolla ola bilər.
Birbaşa təsirdə insan biosferin resurslarından təlabatmı ödə
mək üçün bilavasitə istifadə edir. Yəni, insanlar bitkilərdən,
heyvanlardan, torpaqdan, sudan, atmosfer havasından,
faydalı qazıntılardan və digər resurslardan istifadə edirlər.
Lakin bu resurslardan həddindən artıq intensiv surətdə is
tifadə edilməsi onların tükənməsinə və təbii keyfiyyətinin
pozulmasına səbəb olur.
İnsanın təbiətə dolayı yolla təsiri isə onun fəaliyyəti ilə
əlaqədardır. İnsanlar tərəfindən kanalların çəkilməsi, çay
ların məcrasının dəyişdirilməsi, təsərrüfat fəaliyyəti də bu və
ya digər dərəcədə təbiətə mənfi təsir göstərir. Məsələn, Orta
Asiya regionunda pambıqçılığın intensiv inkişafı ilə əla
qədar olaraq Amudərya və Sırdərya çaylarından həddən
artıq suyun götürülməsi nəticəsində Aral dənizinin suyu
həddindən çox azalmış, bu da regionun iqliminə əsaslı
surətdə təsir göstərir. Bu da, öz növbəsində Aral dənizində
bioloji resursların, xüsusilə balıqların azalmasına, tozlu kü
ləklərin yaranmasına, torpaqların şoranlaşmasına, qurulu
şunun pozulmasına, yeraltı suların keyfiyyətinin dəyişmə
sinə, əhali arasında xəstəliklərin və ölüm hallarının çoxal
masına səbəb olmuşdur. Belə misalların sayını çoxaltmaq da
olardı.
Məhz, buna görə də bəşəriyyətin hazırki dövrdə in
kişafı elə həyata keçirilməlidir ki, bir tərəfdən daima artan
insanların maddi nemətlərə olan tələbatı ödənilsin, digər
tərəfdən isə təbiətə dəyən ziyanın miqdarı azaldılsın, təbiətlə
cəmiyyət arasında olan bərabərlik pozulmasın.
Bu baxımdan, cəmiyyət özünün sosial-iqtisadi inkişa
fını elə istiqamətdə həyata keçirməlidir ki, digər problem
324
lərlə yanaşı ekoloji problemləri də müsbət həll etmək
iqtidarında olsun.
Ekoloji problemlərin kəskinləşməsi cəmiyyəti inkişafın
alternativ yollarını axtarmağa təhrik etmişdir. Bu ideyalar
istehsalı, istehlakı, texnologiyanı, insanların sosial-iqtisadi,
həyat səviyyələrinin və digər məsələlərin dəyişdirilməsini
tələb edir.
İnsanların inkişafının alternativ yollarının axtarması
alimlər arasında da kəskin elmi mübahisələrə səbəb ol
muşdur. Bir qrup alimlər belə hesab edirlər ki, ətraf mühitin
getdikcə daha çox çirklənməsi, ekoloji problemlər iqtisadi
inkişafa mənfi təsir göstərən əsas amillərdən biridir. Onlar
bunu ayrı-ayrı dövlətlərin və ümumiyyətlə, dünya miqya
sında ekoloji tədbirlərə getdikcə daha çox maliyyə resurs
larının ayrılması ilə əsaslandırırlar. Buna görə də onlar
məhdud inkişaf nəzəriyyəsini irəli sürürlər.
Dünya əhalisinin artımında olan meyillər, istehsalın
intensiv və ekstensiv inkişafı, ətraf mühitin çirklənməsini,
təbii sərvətlərdən istifadənin intensivləşməsini və ekoloji
böhrandan xilas olmağa imkan verən ictimai həyatın (siya
sətdə, iqtisadiyyatda, mədəniyyətdə və s.) müxtəlif sahə
lərində dəyişiklik aparmaq zəruridir.
Neqativ ekoloji problemləri həll etmək üçün bəşəriyyət
kortəbii inkişaf konsepsiyasından imtina etməli, iqtisadi-
ekoloji səmərəliliyi təmin edən, tənzimlənmə mexanizminə
malik olan, təbiətin və cəmiyyətin təkamül qanunlarına
əsaslanan yeni inkişaf yolunu tutmaqdır. Yalnız bu halda
cəmiyyətin inkişafı fasiləsiz və uzunmüddətli sosial-iqtisadi
sarsıntılarsız həyata keçə bilər. Belə inkişaf davamlıdır və
uzunmüddətlidir. Bundan başqa, insanların təbiətə olan mü
nasibəti, psixologiyası, ondan istifadə edilməsi üsulları ta
mamilə dəyişməlidir.
Əgər əvvəllər bəşəriyyətin yaşaması üçün əsas problem
müharibə və sülh idisə, müasir dövrdə ətraf təbii mühitin
325
çirklənməsi ilə əlaqədar olaraq bura qlobal ekoloji prob
lemlər də əlavə olunmuşdur. Hələ XX əsrin 30-cu illərində
akademik V.l.Vernadski bu barədə bəşəriyyəti xəbərdar
etmişdir. Bu proses XX əsrin ikinci yarısından sonra ETT-
nin əvvəllər görünməmiş sürətlə inkişaf etməsi, dünya
iqtisadiyyatının yenidən qurulması və məhsuldar qüvvələrin
mütərəqqi dəyişiklikləri əsasında daha da aktuallaşmışdır.
Çünki belə bir inkişaf ətraf təbii mühitlə qarşılıqlı əlaqə
formasında aparılmamışdır. Buna görə də biosfer həddin
dən artıq təsərrüfat tullantıları ilə çirklənmişdir.
Buna görə də bəşəriyyətin müasir sivilizasiyası qlobal
ekoloji bönran şəraitində yaşayır. Bu, o deməkdir ki, bir tə
rəfdən məhsuldar qüvvələrin inkişafı istehsal münasibət
lərinə, digər tərəfdən isə biosferdə baş verən proseslərə uy
ğun gəlmir. Təbiətlə cəmiyyətin arasında olan münasibət
lərdə yaranan bu bərabərsizlik bir çox hallarda ekoloji
fəlakətlərə gətirib çıxarmışdır.
Alimlər qeyd edirlər ki, tarixi dövrlərdə də bir neçə
dəfə ekoloji böhran olmuşdur. Lakin bu böhranlar regional
və lokal xarakteri daşımışdır.
Müasir ekoloji böhran isə XX əsrin əvvəlində baş
lanmış və hazırki dövrü əhatə etməklə getdikcə daha da güc
lənməkdədir. Pozulmuş qlobal ekoloji sistemin əsas prob
lemini şərti olaraq iki yerə ayırmaq olar:
1) Təbii resurslardan qeyri-səmərəli istifadə nəticəsində
ətraf mühitin pozulması.
2) Antropogen təsir ilə əlaqədar olaraq ətraf mühitin
çirklənməsi və bunun nəticəsində baş verən pozulmalar.
Buna əyani misal olaraq bərpa olunan və bərpa olun
mayan resursların qlobal balansının dəyişməsini, torpaq
örtüyünün eroziyaya uğramasını, şoran torpaq sahələrinin
və səhraların genişlənməsini, meşə sahələrinin azalmasını və
Yer kürəsində bioloji müxtəlifliyin azalmasım göstərmək
olar.
Antropogen
fəaliyyət
nəticəsində çirklənmənin
326
sürətlənməsi və tullantıların yığılıb qalması insanların
sağlamlığını və ətraf mühitin vəziyyətini qorxu altına alır.
Bütün bunlar bəşəriyyətin gələcək inkişafını məhdudlaş
dıran amillər hesab olunur.
Onu da qeyd etmək lazımdır ki, ətraf mühitin çirk
lənməsinin kəmiyyət və keyfiyyət tərəfləri də vardır. Çirk
lənmənin kəmiyyəti dedikdə antropogen tullantılar və birləş
mələr formasında ətraf təbii mühitə daxil olan çirklən-
diricilərin miqdarı nəzərdə tutulur. Məsələn, dəmir birləş
mələrinin və digər metalların hasilatı, emalı qlobal xarakter
daşıyır ki, bu da ətraf mühitin metallaşmasını artırır. Digər
tərəfdən ətraf mühitə karbon qazının buraxılması qlobal
istiləşməyə səbəb olmuşdur ki, bu da bəşəriyyət üçün çox
qorxuludur. Atmosferə həddindən artıq karbon qazının da
xil olması nəticəsində XIX əsrin sonu ilə müqayisədə hava
nın orta illik temperaturu 0,6°C artmışdır.
Ətraf mühitə daxil olan tullantıların keyfiyyət gös
təriciləri daha çox qorxuludur. Bəzən bu tullantıların tər
kibində olan maddələrə və birləşmələrə təbiətdə rast gəlinir.
Burada əsas rolu üzvi sintez kimyasının məhsulları oynayır.
Onların ümumi növlərinin sayı 100 mindən çoxdur. Bun
lardan hazırda 5000-nə qədəri kütləvi surətdə istehsal
olunur.
Son zamanlar xlorftorkarbon birləşmələri alimlərin
diqqətini daha çox cəlb edir. Onun birləşmələri soyuducu
larda, kondisionerlərdə, yuyucu vasitələrdə və digər sa
hələrdə geniş istifadə edilir. Onların illik istehsalı 1,5 mln
tona çatır. Freon qazının Ozon qatının dağıdılmasındakı
rolu müəyyənləşməsəydi onların istehsalı daha da artacıqdı.
Günəşdən qələn ultrabənövşəyi şüaların qarşısında
olan Ozon təbəqəsinin dağıdılmasında xlorftorkarbon bir
ləşmələri və freon qazı aktiv rol oynayır. Son 20-25 ildə
freon qazının atmosferə atılmasının çoxalması nəticəsində
Ozon təbəqəsi təqribən 2% azalmışdır. Digər mənbələrdə isə
327
onun azalması 2-5% göstərilir. Alimlər müəyyən etmişlər;
birinci, Ozon qatının 1% azalması ultrabənövşəyi şüaların
2% artmasına səbəb olur; ikinci, Şimal yarım kürəsində
Ozon qatı 3% azalmışdır. Qış dövründə freon qazı Ozon
təbəqəsini daha intensiv surətdə dağıtdığı üçün Ozon
təbəqəsi 5%-ə qədər azalır. Ozon təbəqəsinin Şimal yarım
kürəsində daha çox seyrəkləşməsinin səbəbi dünyada istehsal
olunan freon qazının 31%-nin ABŞ-nm, 30%-nin Qərbi
Avropanın, 12% Yaponiyanın, 10%-nin MDB-nin payına
düşməlidir. Bu istehsalçıların hamısı Şimal Yarımkürəsində
yerləşir.
Üçüncüsü, planetimizin bir çox rayonlarında Ozon
qatının dağılması nəticəsində Ozon dəlikləri yaranmışdır.
İlk Ozon dəliyi 1978-ci ildə Antraktidada müəyyən
edilmişdir. Əvvəlcə, o, Yerin süni peyki; sonra isə yerüstü
stansiyalar vasitəsilə tədqiq edilmişdir. 1985-ci ildə ingilis
alimləri xəbər verdilər ki, hər il oktyabr ayında Antrak-
tidanın üzərində Ozon təbəqəsi 40-50% azalır, bəzi hallarda
isə sıfra enir. Həmin Ozon dəliklərinin ölçüləri 5 mln km2-
dən 20 mln km2-ə çatır. Buna oxşar Ozon dəlikləri A ntrakti
dada, Ozon anamaliyaları isə Qərbi Sibirdə və Şərqi Si-
birdədə müşahidə edilmişdir.
Yeni sivilizasiya dövrünün ekoloji problemlərindən
biri də ətraf mühitin radioaktiv maddələrlə çirklənməsidir.
Radioaktiv çirklənmənin əsas mənbəyi Nüvə silahlarının sı
naqdan keçirilməsi və AES-da baş verən qəzalardır. 2000-ci
ilə qədər dünyada 1850-ə qədər nüvə silahlarının sınaqları
keçirilmişdir. Atmosferdə keçirilən nüvə sınaqları qlobal xa
rakter daşıyır. İnsan üçün ən zərərli sayılan izotoplar Sezium
və Stronsium ətraf mühitin çirklənməsinin intensivləşməsi
ilə yeni proqnozların yaranmasına səbəb olmuşdur. Bu
proqnozların əksəriyyəti gələcəyə pessimist baxır, yəni dün
yada ekoloji sistemin getdikcə daha çox pozulmasından xəbər
verir.
328
İctimai istehsalın intensiv surətdə inkişaf etməsi təbii
resurslardan istifadəni artırmaqla yanaşı ətraf mühitin
çirklənməsini də sürətləndirmişdir. Bir tərəfdən bir çox təbii
resursların bərpa olunmaması, digər tərəfdən isə biosferin
assinmiylasiya qabiliyyətinin məhdud olması qlobal ekoloji
problemlərin yaranmasına səbəb olmuşdur. ETT-nin müasir
inkişafı iqtisadiyyatın texnogen tipinin formalaşmasına
imkan yaratmaqla yanaşı ekoloji tarazlığın pozulmasına da
səbəb olmuşdur. İctimai istehsalın ilkin təbii əsasım təşkil
edən resursların məhdudluğu və ekoloji problemlərin
yaranması ictimai istehsalın inkişaf variantlarının işləyib
hazırlanmasına səbəb olmuşdur. Cəmiyyətin inkişafının
müasir dövründə iqtisadi inkişaf bir neçə mərhələyə bölünür;
1. İlkin iqtisadi inkişaf. Belə inkişaf tipində, inkişafın
əsas elementi əmək və kapital götürülür. Təbii resurslar tü
kənməz hesab edilir, ətraf mühitin çirklənməsi isə inkişafa
təsir etmir.
2. İqtisadi inkişaf ətraf mühitin çirklənməsi və mü
hafizəsi nəzərə alınaraq aparılır.
3. Davamlı (dayanıqlı) inkişaf konsepsiyası.
Yuxarıda göstərilən inkişaf konsepsiyaları arasında
davamlı inikşaf konsepsiyası daha mütərəqqidir. Davamlı
inikşaf konsepsiyası dedikdə, indiki nəsillərin tələbatını
ödəyən və gələcək nəsillərin tələbatının ödənilməsini təhlükə
altına almayan inkişaf başa düşülür.
«Davamlı» inkişaf konsepsiyası ilk dəfə 1987-ci ildə
BMT Beynəlxalq Komissiyasının məruzəsində təklif edilmiş
dir. Bu sənədin hazırlanmasında 200-dən çox dövlət iştirak
etmişdir. 1992-ci ildə ətraf mühit və inikşaf üzrə BMT-nin
Rio-de Janeyroda keçirilmiş konfransı bu konsepsiyanı
planetin bütün ölkələri üçün XXI əsrdə fəaliyyət planı kimi
təsdiq etdi.
«Cəmiyyət-təbiət» qlobal sistemində davamlı inkişaf
müxtəlif səviyyəli sosioekosistemlərdə dinamik müvazinətin
329
gözlənilməsini tələb edir. Sosioekosistemin komponentlərinə
cəmiyyətin (sosial sistemin) və təbii mühitin elementlərinin
məcmusu daxildir. Sosioekosistemin fasiləsiz inikşafi üçün
sistemin mühit ilə təkcə maddə, enerji və informasiya mü
badiləsi deyil, həmin mühitin fəaliyyətini təmin edən xarici
mühit də qorunub saxlanılmalıdır. Davamlı inikşaf kon
sepsiyasının əsas ideyası sosial-iqtisadi inkişafda təbii mü
hitin qarışılıqlı əlaqəsinin səmərəli şəraitinin, mexanizml
ərinin yaradılması və onların inkişafına vahid inikşaf prosesi
kimi baxılmasıdır. Yalnız bu halda cəmiyyətin və təbii
mühitin inkişafı üçün səmərəli zəmin yarana bilər.
Sosioekosistemlərin davamlı inkişafı cəmiyyətin, yəni
insanların bir neçə nəsil dövründə mövcud ola bilən cəmiy
yətin imkanlarını müəyyən edir. Sosial baxımdan davamlı
inkişaf cəmiyyətdə əhalinin sayı, kapital və texnologiyanın
ehtiyatı hamının yüksək həyat səviyyəsini təmin etməlidir.
İqtisadi baxımdan davamlı inkişafın təmin olunduğu cə
miyyətdə təbii resurslardan və enerji mənbələrindən istifadə
aşağıdakı şərtlərə uyğun şəkildə həyata keçirilməlidir.
- bərpa olunan təbii resurlardan istifadə tempi onların
bərpa tempini üstələməməli;
- bərpa olunmayan təbii resursların istifadə tempi
onların bərpa olunan əvəzinin işlənib hazırlanması tempini
üstələməməli;
- ətraf mühitə atılan tullantıların miqdarı, ətraf
mühitin onları udması imkanını aşmamalıdır.
«Davamlı inikşaf» konsepsiyasının əsas prinsiplərin
dən biri də ədalətli bölgü prinsipidir. İstehsal olunan maddi
nemətlərin, eləcə də istehsala və istehlaka cəlb olunan təbii
resursların istehsal sahələri, ölkənin regionları və əhali
arasında ədalətli bölgü aparılmalıdır. Dünyanın yoxsul və
kasıb ölkələrində sosial-iqtisadi araşdırmalar göstərir ki, bu
ölkələrin zəif inikşaf etməsinin əsas səbəblərindən biri də
ədalətli bölgü sisteminin həyala keçirilməməsidir. Davamlı
330
inkişafa əsaslanan cəmiyyətdə hamı sosial vəziyyətindən
asılı olmayaraq maddi cəhətdən təmin olunmalıdır.
Ümumiyyətlə, davamlı inkişafın əsas göstəricilərindən
biri də cəmiyyətin hər bir üzvinin maddi-rifah səviyyəsinin
aşağı düşməməsidir.
«Davamlı inkişaf» konsepsiyasının iki modeli təklif
edilir. «Zəif» və «ciddi». «Zəif» davamlılıq inkişaf modellə
rində adambaşına istehlakın azaldılmaması əsas götürülür .
«Ciddi» davamlılıq inikşaf konsepsiyası «Zəif» da
vamlılıq modellərinin çatışmazlıqlarına cavab olaraq
yaradılmışdır.
Davamlı inkişaf konsepsiyasında həyata keçirilən təd
birləri sosial-iqtisadi və təbii qruplara ayırmaq olar. Sosial-
iqtisadi tədbirlərə iqtisadiyyatın struktur dəyişikliyi, milli
pulun kursunun dəyişməsi, dövlət büdcəsinin kəsirinin
azaldılması, maliyyə kredit siyasəti, özəlləşdirmə siyasəti,
qiymət islahatı, vergi və subsidiya proqramları və s. daxildir.
Təbii
tədbirlərə
ekoloji
vergilər,
təbiəti
mühafizə
məsələlərinin maliyyələşdirilməsi, təbiəti mühafizə standartı,
normativlərinin qəbul edilməsi və s. daxildir.
Bundan başqa davamlı inkişaf konsepsiyası aşağıdakı
məsələləri özündə birləşdirir;
-insanlar diqqət mərkəzində olmalıdır, onlar sağlam və
hərtərəfli həyat sürmək hüququna malikdirlər;
- təbii resurslardan səmərəli istifadə və ətraf mühitin
mühafizəsi inkişaf prosesinin ayrılmaz ünsürü olmalıdır;
- inkişaf və ətraf mühitin qorunması tələbatının ödən
məsi həm indiki, həm də gələcək nəsillər üçün nəzərdə tu
tulmalıdır;
- müxtəlif ölkələrdə yaşayan insanların həyat səviyyə
ləri arasındakı fərqlərin, kasıbçılıq və yoxsulluğun azaldıl
ması;
- istehsal və istehlak modellərinin davamlı inkişaf kon
sepsiyasına uyğun gəlməyənlərin ləğvi və ya azaldılması çox
331
vaxt «davamlı inkişaf» konsepsiyası - öz təbii əsaslarım
dağıtmadan sabit sosial-iqtisadi inkişafa nail olmaq kimi
başa düşülür.
Davamlı inkişaf konsepsiyası ekoloji, iqtisadi, digər
sosial problemlərin qarşılıqlı inkişaf ədaqəsini və birliyini
nəzərdə tutur. Bu konsepisya əhali artımının tənzimlən
məsinə, insanların səmərəli istehlakının formalaşmasına,
ekoloji mədəniyyət və etikanın inkişafına əsaslanır.
Davamlı inkişaf konsepsiyasının əsas sahələrində, biri
olan ekoloji siyasət ətraf təbii mühitə olan siyasi münasibəti
əks edirir. Ekoloji siyasət anlayışı 80-ci illərin sonu və 90-cı
illərin əvvəlində işlədilməyə başlanmışdır. Cəmiyyətdə
ekoloji siyasət termininin yaranması dövlətin qarşıya qoy
duğu məqsəd və məsələlərin, yəni iqtisadi, sosial və ekoloji
problemlərin vahid sistem halında həll olunmasına yönəl
dilməlidir.
Ümumiyyətlə, siyasət (yun. politike - dövlətin ida
rəetmə bacarığı) - təşəkkül tapmış ictimai qaydaları cəmiy
yətdə qorumaq məqsədilə müxtəlif sosial qruplar, siniflər və
dövlətlər arasındakı münasibətləri tənzimləyən xüsusi
fəaliyyət formasıdır. Siyasət tarixən özünün əsas məqsədini
müəyyən hakimiyyətin reallaşdırılmasından ötrü əlverişli
şəraitin yaradılmasında görmüşdür.
Cəmiyyətin iqtisadi, sosial və ekoloji maraqlan son
nəticədə siyasi hərəkətlərin əsas səbəbi kimi çıxış edir. Lakin
siyasət də, öz növbəsində, iqtisadiyyatın, sosial və ekoloji
problemlərin inkişafına əks təsir göstərə bilir.
Yeni sivilizasiya dövründə, siyasət yalnız insanların so
sial, mədəni, iqtisadi tələblərini deyil, həm də ekoloji tə
ləblərini də nəzərə almalıdır. Əgər çirkli hava ilə nəfəs al
maq, suyu içmək, qidam yemək mümkün deyilsə, onda
bütün siyasi problemlər öz gücünü itirir.
332
Dünyanın artıq bir çox dövlətləri iqtisadi, sosial,
texniki layihələrin hazırlanmasında və həyata keçirilməsində
ekoloji məsələləri nəzərə alır.
Ekoloji siyasətdə ictimai həyatın demokratikləşdiril
məsi, soz azadlığı, ekoloji informasiyanın aşkarlığı, əhalinin
və sosial qrupların ekoloji problemlərin həllinə yönəldilməsi
xüsusi əhəmiyyət kəsb edir. Demokratikləşmə, cəmiyyətin
idarə edilməsində inzibati metodlardan imtina edilməsi,
təbiətdən istifadə və ətraf təbii mühitin vəziyyətinə dair
informasiya məhdudiyyətlərin qoyulmaması təbiətin mə
nimsənilməsinin, onun ehtiyatlarından səmərəli və kompleks
istifadə üçün real zəmin yaradır.
Geniş əhali kütləsi tərəfindən ekoloji problemlərin
dərk edilməsi, ekoloji biliklərin genişlənməsi və dərinləşməsi
cəmiyyətdə ekoloji hərəkatların, partiyaların və cəmiyyət
lərin yaranmasına səbəb olmuşdur. Bu da, öz növbəsində,
dövlətlərin siyasi fəaliyyətinə bu və ya digər dərəcədə təsir
göstərir.
Müasir dövrdə ekoloji hərəkatlar təşkilatı cəhətdən
formalaşaraq surətlə siyasətləşir. Buna misal olaraq dün
yanın bir çox ölkələrində fəaliyyət göstərən «Yaşıllar» par
tiyasım göstərmək olar. Artıq onlar dövlət idarələrində,
təşkilatlarında və parlamentlərində təmsil olunurlar.
Bir çox ölkələrdə milli təhlükəsizlik konsepsiyasına
ölkənin ekoloji təhlükəsizlik problemləri də daxil edilmişdir.
Beynəlxalq siyasətdə - ekoloji amil güclü rol oyna
mağa başlamışdır. Bu, dünya ictimaiyyətinin ekoloji prob
lemlərinin həm qlobal, həm də regional təzahürlərinin həl
lində əməkdaşlığının ziddiyyətlərindən irəli gəlir.
N.F.Reymersun (1994-ci) fikrincə ekoloji siyasət dörd
mərhələdən ibarətdir:
1.
Beynəlxalq səviyyədə - qlobal ekoloji problemləri
əhatə edir. Bura beynəlxalq hüquq, xarici siyasət, sosial-
iqtisadi inkişafın ekoloji məhdudiyyətləri, dünyanın təbii
333
resurslar potensialı və onlarm qlobal yerləşməsi daxildir.
Məsələn, dünya okeanında ekoloji zonaların müəyyən edil
məsi; bu və ya digər resursun istifadə kvotaları (norma, pay)
ətraf mühitin çirklənməsinə görə ödənişlərin razılaşdırıl
ması; bu və ya digər çirkləndiricilərin ətraf mühitə atılma
sının qadağan olunması (məsələn, neft tankerlərinin yuyul
ması zamanı axıdılan çirkli sular, ozon qatım dağıdan mad
dələr) və s. göstərmək olar.
Bundan başqa, dövlətlərarası ekoloji siyasətdə müxtə
lif dərəcədə ziddiyyətlərlə də mövcuddur. Bunların əsas sə
bəbi aşağıdakılardır:
1. Çirkləndirici maddələrin beynəlxalq daşımaları
(hava, su, dəmiryolu və s. vasitələrlə). Burada əsas yeri ra
dioaktiv nüvə tullantıları tutur.
2. Qonşu ölkələrdə baş verən texnogen qəzalar
(Çernobıl AES - də baş verən qəza, neft tankerlərinin qə
zası, sənaye obyektlərində olan qəzalar, neft kəmərlərində
baş verən qəzalar və s.).
3. Bütün bəşəriyyətə məxsus olan ehtiyatlardan (Yaxın
kosmos, Dünya okeanı, Antarktida və s.) istifadə.
4. Hərbi fəaliyyət (silahların sınaqdan keçirilməsi, hər
bi əməliyyatlar və təlimlər və s.).
Bu ziddiyyətlərin aradan qaldırılması üçün qlobal miq
yasda yeni ekoloji siyasətin işlənib hazırlanmasına ehtiyac
vardır.
Milli və regional səviyyəli siyasət starteji məqsədlər
üçün də istifadə edilir. Bu məqsəd və vəzifələr ərazinin xü
susiyyətlərindən və onun imkanlarından asılıdır. Buna görə
də hər hansı ərazidə təbiətdən istifadənin və ətraf mühitin
mühafizəsi strategiyasının hazırlanması üçün ərazidə
kompleks coğrafi tədqiqatlar aparılmalıdır.
Strateji məqsədin əsas əlamətlərindən aşağıdakıları
göstərmək olar:
334
1. Ölkənin iqtisadi inkişaf probleminin həll edilməsində
ekoloji və təbii coğrafi uçotun aparılması.
2. Əhalinin genetik sağlamlığının qorunub saxlanması.
3. Təbii-resurs potensialından səmərəli istifadə.
4. Bioloji müxtəlifliyin qorunub saxlanılması.
Müəyyən edilmiş məqsədi və istiqaməti həyata ke
çirmək üçün ekoloji siyasətin metodunu seçmək vacibdir.
Ekoloji siyasətin 40-dan çox metodu vardır. Onları fıksal və
qeyri-fiskal qruplara bölmək olar. Qeyri-fıksal siyasi me
todlara təbiəti mühafizə fəaliyyətinin hüququ təminatı,
ekoloji normativlər, təhsil və s. Fiksal siyasi metodlara eko
loji lisenziya, vergi, ekoloji investisiya, ekoloji proqramlar,
dövlət tərəfindən ekoloji tədbirlərin maliyyələşdirilməsi və s.
aiddir.
XX əsrin 2-ci yarısında insanlar tərəfindən kosmosun
mənimsənilməsi və Nüvə enerjisindən istifadənin getdikcə
artması nəticəsində cəmiyyətin fəaliyyət sahəsi də genişlən
mişdir. Kosmosun mənimsənilməsi yerdə olan məhdudiy
yətləri və ekoloji problemləri dərinləşdirən bir çox şəraiti
aradan götürə bilər.
Qlobal müşahidə sisteminin yaradılması, antropogen
fəaliyyətin gcosfera və biosfera təsirinin təhlil edilməsi,
Yerdə təbii resursların geniş miqyasda öyrənilməsi yeni təd
qiqat metodlarının tətbiq olunmasının zəruriliyini qarşıya
qoyur. Bunun üçün distansion müşahidə sisteminin yara
dılması çox əhəmiyyətlidir. Bu sahədə kosmik texnologiyanı
və beynəlxalq əməkdaşlığın inkişafını ekoloji problemlərin
həllində mütərəqqi hal kimi qiymətləndirmək olar. 1961-ci
ildə BMT kosmik fəzanın sülh məqsədilə istifadə edilməsinə
dair qətnamə qəbul etmişdir.
Çoxspektrli radiometrik cihazlarla təzhiz edilmiş avto
matik peyklər yerdə ətraf mühitin fasiləsiz monitorinqinin
aparlımasına imkan verir. Yer orbitində hərəkət edən
«Salyut», «Mir», «Skayleb» peykləri artıq kosmik laborato
335
riyaya çevrilmişdir. Burada müxtəlif eksperimentlər, cihaz
ların sınağı və vizual müşahidələr həyata keçirilir. Kosmos
da uçan aparatlar vasitəsilə Yer kürəsinin iqlimi, atmosferin
sirkulyasiyası, hava və su hövzələrinin çirklənmə dərəcəsinin
qiymətləndirilməsi, meşələrin vəziyyəti, okeanların sahil xət
ləri və dibi və digər məsələlər öyrənilir. Artıq kosmik peyk
lər vasitəsilə xlorofıdlərin təmərküzləşməsi və onların qlobal
yayılması, bioloji fəaliyyətlər, sahil zonaları, dəniz sularında
zəhərli maddələrin olması sübuta yetirilmişdir.
Bəşəriyyətin kosmik perspektivi prinsipcə sonsuzdur.
Bu cəmiyyət və təbiətin təsirinin məkan (o cümlədən, za
man) daxilində sonsuz genişlənə biləcəyinin real olduğunu
göstərir. Cəmiyyətin məkanca sonsuz genişlənməsi imkanı
(kosmosu mənimsəməklə) onun zaman daxilində sonsuz
mövcudluğu üçün də zəmin yaradır. Kosmosun mənimsə
nilməsi, beləliklə, sosial əbədilik deyilən qədim konsepsiyanı
yeni əsasda dirçəltməkdir.
Kosmosun geniş miqyasda mənimsənilməsi üçün kos
mosda ekoloji istehsalı inkişaf etdirməli, yəni insanların
başqa planetlərdə həyatını təmin etmək üçün süni biosfer
yaradılmalıdır. İnsan bu zaman Yer biosferini modelləş
dirməli, canlı maddənin əsas funksiyalarını təkrar istehsal
etməlidir. Kosmosun mənimsənilməsi cəmiyyət və təbiətin
qarşılıqlı münasibətində dönüş yaradır. İnsan fəaliyyəti
üçün yerdə olan məhduddiyətlər, kosmosun mənimsənilməsi
ilə aradan qalxa bilər.
Bu baxımdan, kosmik enerjidən istifadə edilməsi diq
qəti cəlb edir. Kosmosun mənimsənilməsi nəticəsində kos
mik enerjinin maddi istehsal sahəsinə cəlb edilməsi üçün
perspektivlər artır.
Bununla belə, kosmosun mənimsənilməsinin biosfer
üçün törədə biləcək nəticələrinin müəyyən edilməsinin daha
böyük əhəmiyyəti vardır. Kosmosa buraxılan raketlərin
biosferə mənfi təsiri özünü göstərir, belə ki, raketlərdə isti
fadə olunmuş qazlar biosferi zəhərləyir, raketin atmosferdən
keçiməsi onun tərkib və hərəkətinə təsir edir. Bundan başqa,
kosmik raketlərin qəzaya uğraması və ya istifadə olun
duqdan sonra yer atmosferində yandırılmasıda atmosferə
mənfi təsir göstərir. Kosmos getdikcə metal qırıntıları ilə
daha çox çirklənir.
Kosmik aparatların 250-450 km (ionosfer plazmasmm
sıxlığının maksimuma çatdığı yerdə) yüksəklikdə uçması
nəticəsində ionosferdə dəyişikliklər baş verir, «ionosfer
deşikləri» yaranır, nəticədə atmosferin fiziki-kimyəvi proses
lərinin təbii gedişinə və biosferin digər komponentlərinə
güclü təsir göstərir.
Yaranmış vəziyyət kosmosun praktiki mənimsənilməsi
ilə əlaqədar iki kəskin mövqeyin səhv olduğu aydın olur;
1) ekoloji təhlükənin qarşısını yalnız yerdəki vasitələrlə
almaq; 2) ekoloji qəza zamanı bəşəriyyətin Yer kürəsini tərk
edib kosmosdan sığınacaq kimi istifadə etməsi.
Deməli, «Bəşəriyyət - Yer - Kosmos» sistemi for
malaşır, lakin Yer sakinləri XXI əsrdə hələ planetimizi tərk
edib kosmosa keçmək fikrində deyil. Kosmonavtikadan ilk
əvvəl yerdə həyat şəraitini yaxşılaşdırmaqdan Ötrü istifadə
ediləcəkdir.
Cəmiyyət və təbiət qarşısında qarşılıqlı təsir üçün müd
dət Yerin hüdudları daxilində baş verirdi. Kosmonavtikanm
yaranması ilə yerdənkənar təbiətin öyrənilməsi və dəyiş
dirilməsinin başlanğıcı qoyulmuşdur. Ona görə də sosial
ekologiya yalnız Yer problemələrinə istiqamətlənə bilməz, o,
həmçinin kosmosun mənimsənilməsini, onun kosmik təbiətə
və Yerin biosferinə təsirini nəzərə almalıdır.
Müasir dövrdə ekoloji təhlükəsizlik ölkələrin milli təh
lükəsizliyinin mühüm hissəsi hesab edilir. Bu tədbirlər sis
teminin əsasını ekoloji siyasət təşkil edir ki, bu da insanla
təbiət arasında olan ziddiyyətlərin aradan qaldırılmasına
yönəldilmişdir. Belə tədbirlər sistemi dövlətin məqsədyönlü
336
337
fəaliyyət proqramında əks olunmalıdır. Ekoloji siyasətin
əsas istiqamətləri aşağıdakılardır:
1) İctimai istehsal prosesində təbii resurslardan
istifadənin optimallaşdırılmas).
2) İnsan fəaliyyətinin neqativ nəticələrindən ətraf
mühiti qorumaq.
3) Əhalinin ekoloji təhlükəsizliyinin təmin edilməsi.
Onu da əlavə etmək lazımdır ki, bütün bu göstərilən
tədbirlərin həyata keçirilməsi bu və ya digər ölkənin ümumi
inkişaf səviyyəsindən, əsas sosial-iqtisadi problemlərin
həllindən asılıdır. Ərazi nöqteyi-nəzərdən ekoloji siyasət
qlobal və milli səviyyədə olur. Qlobal ekoloji siyasət ardıcıl
olaraq bir neçə mərhələdən keçmişdir. Onun əsas zirvəsi
BMT tərəfindən 1972-ci və 1992-ci illərdə keçirilən iki bey
nəlxalq konfranslar olmuşdur.
Təbiidir ki, qlobal ekoloji böhranın səviyyəsi ayrı-ayrı
ölkələrdə eyni deyildir, ölkələr müxtəlif ekoloji siyasət
həyata keçirir. Sənaye cəhətdən inkişaf etmiş ölkələrdə eko
loji siyasət ardıcıl həyata keçirilir və ekologiyalaşdırma
ETT-nın ayrılmaz hissəsi hesab edilir. Bu ölkələrdə ciddi
təbiəti mühafizə qanunvericiliyi fəaliyyət göstərir, təbiətə
mühafizə texnologiyası aktiv surətdə tətbiq edilir, ekoloji
sənaye surətlə inkişaf edir, ekoloji bazar getdikcə genişlənir
və iqtisadi artımda «ekoloji təlabat» əks olunur. İqtisadi və
sosial həyatın ekologiyalaşdırılması bir neçə yeni sənaye
ölkələri üçün də xarakterikdir. Belə ölkələrə misal olaraq
Sinqapuru, İrlandiyanı, Yeni Zelandiyanı, Portuqaliyanı.
Norveçi, Malaziyanı, İsveçi, Fillandiyanı və Çini göstərmək
olar. Bu sahədə reytinqinə görə bu ölkələrdən sonra Fransa.
Böyük Britaniya, İsveçrə, İspaniya və Yaponiya durur.
İnkişaf etməkdə olan ölkələrdə isə ekoloji vəziyyət
daha çox həyəcan yaradır. Onlardan bəziləri özlərinin təbii
resurslarına və ətraf təbii mühitin qorunması üçün müxtəlif
kompleks layihələr həyata keçirsələr də ekoloji vəziyyətin
338
normallaşmasında gerilik hiss olunur. Ona görə də Cənub
ölkələrində səhralaşma, meşə sahələrinin azalması, torpaq
ların deqradasiyası, su resurslarının çirklənməsi və digər pro
seslər artmaqda davam edir.
Ətraf təbii mühitin mühafizəsi tədbirlərinin səmərəliliyi
dövlətin bu sahəyə ayırdığı vəsaitin həcmindən asılıdır.
Qərbin yüksək inkişaf etmiş ölkələrində ÜDM-ın 1%-dən
1,5%-ə qədəri təbiəti mühafizə tədbirlərinə ayrılır.
Buna baxmayaraq, XXI əsrin birinci yarısında bəşə
riyyət indiyə qədər görünməmiş miqyasda ekoloji böhranla
üzləşmişdir. Bu ekoloji problemlər fonunda nəinki Yerin
geofiziki vəhdəti, bizim sivilizasiyanın dəyərləri sisteminin, o
cümlədən mədəniyyətin vahidliyi real dərk edilməyə baş
lamışdır. Mədəniyyət insanların həyat tərzinin təşkili və
adaptasiyası kimi onların biri-birinə və ətraf təbii mühitə
münasibətinin vacib göstəricisidir. Məzmunundan, istiqa
mətindən asılı olaraq mədəniyyət xalqları bir-birinə yaxın
laşdırır və ya ayırır. Məzmunca bəşəri və formaca milli olan
mədəniyyət xalqları birləşdirir.
Müasir dövrdə bəşəriyyətin iqtisadi, siyasi və ekoloji
fəaliyyəti özünəməxsus milli mədəniyyətləri, ümumbəşəri
dəyərlərlə birləşdirən vahid dünya mədəniyyətinin yaranma
sından asılıdır. Müasir dövrün qlobal problemləri şəxsiy
yətin intellektual və humanist keyfiyyətləri haqqında məsə
ləni kəskin şəkildə qarşıya qoyur. Ayrı-ayrı fərdin forma
laşması milli dəyərlərlə yanaşı, dünya mədəniyyətinin təsiri
altında getməlidir. Bu iki ölçünün uyğunluğu insanın sosial
və ətraf mühitdə münasibətlərindəki birtərəfli yanaşmaqdan
imtina etməyə imkan verir.
Yeni sivilizasiya dövründə dünya mədəniyyətinin for
malaşmasını çox vaxt yalnız mədəniyyətin avropalaşması ilə
eyniləşdirirlər. Lakin dünya mədəniyyətinin formalaşmasına
bütün dünya xalqlarının mədəniyyətinin naliyyətlərini
özündə birləşdirməklə, onların müstəqilliyini qoruyub
339
saxlayır. Dünya mədəniyyəti, ayrı-ayrı xalqların mədə
niyyətini inkar etmir, onları zənginləşdirir, onlara müasir
dövrün problemlərinin həllində köməklik göstərir. Başqa
sözlə, mədəniyyət insanların həyat fəaliyyətinin milli sə
viyyədə sadə təcrübəsi kimi deyil, çoxölçülü, qlobal pro
seslərlə əlaqədar hadisə kimi qarşımızda durur.
Həm milli, həm də dünyəvi inkişafın əsasını insanla
təbiətin hormoniyası təşkil etməlidir. İqtisadiyyatın inkişa
fına istiqamətlənmiş əvvəlki strategiyanın yerinə mərkəzində
insanın durduğu strategiya gəlməlidir. İnsanların müasir
həyat tərzi və onların məqsədi postindusriya dövründə for
malaşdığına görə əsaslı şəkildə dəyişməlidir. Ona görə də
mədəniyyətin müxtəlif formaları ilə yanaşı ekoloji mədə
niyyət də məqsədəuyğun şəkildə inkişaf etməlidir.
Ekoloji mədəniyyət insanla təbiət arasındakı yeni
qarşılıqlı münasibəti əks etdirir. Dünya ekoloji mədəniyyə
tinin ən vacib əlaməti sadəlöv antroposentrizmdən imtina
edilməsi və biosferosentrik baxışların qurulduğu baxışlara
keçilməsidir. Bu, o deməkdir ki, indi istənilən problemlərin,
o cümlədən ekoloji problemlərin həllində üstünlük sosial-
iqtisadi amillə deyil, təbii amillərə verilməlidir. Antropogen
ekoloji problemlərin həllində mərkəzi yeri insan amili tutur.
Dünya ekoloji mədəniyyətin əsas meyyarı ətraf mühitin
yaxşılaşmasıdır. Onun ölçüsü isə ekoloji etikadır. Ekoloji
etikaya əxlaq münasibətləri sferasında «insan-insan»,
«insan-cəmiyyət» ənənəvi münasibətləri ilə yanaşı «insan-
təbiət» münasibətlərinin bir sıra cəhətləri daxil edilmişdir.
Ekoloji etikanın əsas xüsusiyyətini təbiətə olan qayğı təşkil
edir.
Ekoloji etika onun ənənəvi istiqamətlərindən fərqli
olaraq təbii sərvətlərdən səmərəli və kompleks istifadə et
məklə, ətraf mühitin çirklənməsinin azaldılması, tullantılar
dan istifadə olunmasına, biosferin resurslarının bərpasına
340
cəmiyyətin kömək etməsi və digər məsələləri özündə
birləşdirir.
Ekoloji etikanın vəziyyəti artıq indi aşağıdakı tələbləri
təklif etməyə imkan verir: gələcək nəsillərin yaşaması
imkanını pozan istənilən hərəkətdən imtina etmək; təbii
mühitin vəziyyətinə təsir göstərən qərarm qəbulunda gələcək
nəsillər qarşısındakı məsuliyyət ölçüsü aparıcı olmalıdır;
indiki nəsillərin mənafeyinə görə gələcək nəsillərə ziyan
vurulmasına yol verilməməlidir.
İnsanla təbiət arasında qarşılıqlı münasibətlərin hor-
moniyasının təmin edilməsinə xidmət edən ekoloji etikanın
müddəaları o zaman reallaşa bilər ki, o, insan fəaliyyətinin
bütün sahələrini (iqtisadiyyat, siyasət, təhsil, tərbiyə və s)
əhatə etsin.
Milli mədəniyyət dəyərlərini tamamlayan ümumbəşəri
dəyərlərin zəruriliyi aşkar olur. Birləşdirici humanist müd
dəalar ekoloji etika sayəsində inkişaf edir. Bu mədəniy
yətlərin dialoqu, millət və xalqların qarşılıqlı anlaşması üçün
əsas verir. Ekoloji etika əsasında düşüncəli istifadə mədə
niyyəti formalaşır.
Davamlı inkişafa keçid yalnız hərtərəfli əsaslandırılmış
qanunun aliliyi və icra edilməsi təmin edilən, insanın və
ekosistemin hüququ müdafiəsi mövcud olan hüququ dövlət
şəraitində mümkündür.
Hüquqi dövlətin ən vacib fərqləndirici əlamətlərinə qa
nunun aliliyi, fərdlərin hüquq və azadlığının reallığı, suveren
dövlət hakimiyyətinin qanunvericilik, icra və məhkəməyə
bölünməsi əsasında təşkili və fəaliyyəti daxildir.
Hüquq insan üçün əlverişli təbii şəraitin təmin edil
məsində müəyyən rol oynaya bilər. Hüquqi dövlət şəraitində
o, «cəmiyyət-təbiət» münasibətlərinə normativ, vacib və
ziyyət verə bilər.
Ekoloji münasibətlərin (o cümlədən, ictimai) hüquq
vasitəsilə tənzimlənməsi yeni əsaslandırılımış qanunların
341
qəbulu ilə başlamalıdır. Qanunçuluğun əsasını ölkə konsti
tusiyası təşkil edir. Beynəlxalq normalara uyğun olaraq,
konstitusiya ekoloji münasibətlərin tənzimlənməsində döv
lətin ümumi yanaşmasını müəyyənləşdirir. Belə ki, dünyanın
əksər ölkələrinin konstitusiyası BMT tərəfindən 1948-ci ildə
qəbul edilmiş «İnsan hüquqlarının ümumi Bəyannaməsi» və
insan hüquqlarına dair başqa beynəlxalq sənədlərin ideya
larını özündə ifadə edir.
İnsanın vətəndaşlıq və siyasi hüquqlarına dair BMT-nın
1976-cı ildə qəbul etdiyi Paktın mərkəzi yerini hər bir insa
nın inkişafı, ətraf mühitin sağlam və ekoloji cəhətdən
tənzimlənmiş şəraiti, sülh şəraitində yaşamaq və bəşəriyyətin
ümumi irsinə olan hüquqlar tutur. Həmin hüquqlar ayrı-
ayrı ölkələrin konstitusiyasında dəyişikliklər edilməsinə təsir
göstərir. Bu hüquqlar əsasında vətəndaşların ekoloji hüquq
ları, təbii mühitin mühafizəsi, təbii ehtiyatlardan səmərəli
istifadə haqqında konkret qanunçuluq təkmilləşdirilir.
Şəxsiyyətin ekoloji hüququnda ona bir tərəfdən təsər
rüfat fəaliyyətinin subyekti, təbii mühitə təsir göstərən, ona
görə məsuliyyət daşıyan, digər tərəfdən belə təsirin obyekti,
ekoloji ziyanın qarşısım almaq, bərpa etmək hüququna
malik kimi baxılır. Bu zaman vətəndaşların ətraf mühitə
olan hüququ iki əsas vəziyyət ilə müəyyən olunur: ekoloji
tərbiyə və təhsillə, ekoloji hüquqların dövlət təminatı ilə.
Vətəndaşların ekoloji hüquqlarının dövlət təminatına
vətəndaşların sığortası, dövlət və ietimai fondların yaradıl
ması, təbii mühit üzərində nəzarət, müşahidə və s. daxildir.
Vətəndaşların ekoloji hüquqları aşağıdakılardır:
- təbii mühitin vəziyyəti və onun mühafizəsi tədbirləri
haqqında düzgün informasiyanın verilməsi haqqında sorğu
etmək;
- ekoloji cəhətdən ziyanlı obyektlərin yerləşdirilməsi,
tikintisi, istismarı haqqında qərarların ləğv edilməsini tələb
etmək;
342
Dostları ilə paylaş: |