MÖVZU 12. EKOLOJİ RİSK VƏ ONDAN MÜHAFİZƏ
TƏDBİRLƏRİNİN MALİYYƏLƏŞDİRİLMƏSİ
Elmi ədəbiyyatda ekoloji risk haqqında anlayış dedikdə
hər hansı bir obyektə neqativ ziyan vuran təbii hadisələr nə
zərdə tutulur. Neqativ ziyan anlayışına, bir qayda olaraq, ob
yektin normal iş rejiminin pozulması, hətta həmin obyektin da
ğılması, məhv olması və müxtəlif itki ilə nəticələnən bir hadisə
kimi baxmaq lazımdır. Əlavə edək ki, ekoloji riski xarakterizə
edən əsas amillər içərisində qorxulu halların yaranmasının
aniliyini, qeyri-müəyyənliyini və qəflətən təhlükəli vəziyyətin
meydana gəlməsini də nəzərdən qaçırmaq olmaz.
Qeyd etmək lazımdır ki, insanlar hər gün düşünülmüş
və ya düşünülməmiş formada kiçik və böyük həcmli risklərlə
üzləşirlər. Həyatda insan üçün risk ictimai icma quruluşunda
olan fəaliyyətindən (ovçuluq riski, dənizdə üzmək riski və s.)
indiki zamana qədər (iqtisadi risk, istehsal riski, ekoloji risk və s.)
praktiki olaraq obyektiv şəkildə onunla çiyin-çiyinə addım
lamışdır.
İnsan fəaliyyətinin təcrübəsi göstərir ki, onun həyatı
əksər hallarda potensial təhlükədədir. İnsan həyatı üçün belə
təhlükələrin olub-olmaması aksiomadır və heç bir isbata eh
tiyacı yoxdur.
Hələ XIX əsrin sonundan başlayaraq risk haqqında nəzə
riyyə geniş inkişaf etməyə və tətbiq olunmağa başlamışdır. Bu
nun əsas səbəblərindən biri riyaziyyat, statistika, hüquq və
iqtisad elmlərinin durmadan inkişafı, digər tərəfdən ehtimal
nəzəriyyəsi, oyunlar nəzəriyyəsi fəlakət kimi konkret elmlərlə
əlaqədar olmuşdur. Bunların tətbiqi nəticəsində də real ekoloji
şərait üçün nisbətən düzgün qərar qəbul etmək mümkündür.
Son on illərdə baş vermiş faciəli hadisələrin artması onu
göstərir ki, istehsalın və xidmət sahələrinin müasir texnika ilə
təchiz edilməsi mexaniki nasazlığın və ya insan səhvinin
artmasına səbəb olmuşdur.
304
Müşahidələr göstərir ki, bizlərdən hər birimiz fəhlə,
fermer, kommersant, tələbə və s. gündəlik həyatımızda, istehsa
latda, nəqliyyatda, hətta evimizdə də müxtəlif təhlükələrlə
qarşılaşırıq və bunları qabaqcadan görmək, hiss etmək hələlik
qeyri-mümkündür. Haqlı olaraq sual oluna bilər: bəs risk nədir?
Risk - ehtimal olunan qorxu, fəlakət, sosial, maddi zi
yan vuran halların mümkünlüyü, yaxud hər hansı bir işdə zərər
çəkmək və ya uğursuzluğa düçar olmaq kimi başa düşülür.
Yuxarıda qeyd edildiyi kimi, risk üçün ən xarakterik
hallar təhlükəli vəziyyətin qəflətən baş verməsi, onun gözlə
nilməzliyi və aniliyidir.
Aydmdır ki, cəmiyyəti maraqlandıran ətraf mühitin və
insanların təhlükəsizliyi problemidir.
Qəbul edilmiş ümumi qaydaya əsasən həyatda baş verən
təhlükəli hadisələri, kəmiyyət baxımından ölçmək üçün bölgü
şkalasmdan istifadə etməyi məsləhət görürlər. Belə halda “risk”
termini dedikdə bu və ya digər təhlükəli vəziyyətlə əlaqədar
yaranan ziyanı (itkini) xarakterizə edən çoxkomponentli vektor
başa düşülür. Bir qayda olaraq, vektorlar vaxtdan asılı olaraq
fəzada qeyri-bərabər paylanılır.
Ekoloji riskə aşağıda qeyd olunan kəmiyyət göstəriciləri
daxildir: itkinin (ziyanın) miqdarı (kəmiyyəti); təhlükəli amil
lərin (faktorların) yaranması ehtimalı; itkinin miqdarının və
yaranması ehtimalının qeyri-müəyyənliyi.
İtki termini dedikdə faktiki və mümkün ola bilən sosial,
iqtisadi zərər ətraf mühitin vəziyyətinin pisləşməsi başa dü
şülür.
Sosial zərər (ziyan) əhaliyə dəyən itkinin qaytarılmayan
əvəzi, insanların ömrünün qısalması, sağlamlığının pisləşməsi,
rifah halı deməkdir.
Sosial-iqtisadi ziyan müalicəyə və sosial-əmək şəraitinə
sərf olunan xərclər, vaxtından əvvəl ölüm və əmək qabi
liyyətinin itirilməsi ilə əlaqədar milli gəlirin itirilməsidir.
305
İqtisadi ziyan xalq təsərrüfatı obyektlərinin zədələnmə-
sindən (dağılmasından), istehsalat-kooperativ əlaqələrinin
pozulmasından yaranır.
Ekoloji ziyan isə ətraf mühitə və ya onun ayrı-ayrı kom
ponentlərinə dəyən itkidir.
Riskin terminlərində, həmçinin ehtimalı vahidə bərabər
olan etibarlı mənbələrdən məlum olan təhlükələrin təsviri də
verilir. Baxdığımız problemdə buna misal olaraq konkret müəs
sisə tərəfindən ətraf mühitə atılan tullantıları göstərmək olar.
Bu halda «risk» itkiyə ekvivalentdir və uyğun olaraq riskin
miqdan itkinin miqdarına bərabərdir.
Bəzi hallarda insanlar qarşıya qoyduğu arzuya nail
olmaq üçün risk edirlər, bilərək ki, bu təhlükə 100% uğursuz
luqla nəticələnə bilər, ancaq nədənsə bununla razılaşırlar. Hər
bir insan əsası olmadan ümid edir ki, O, riskdə uğur qazana
bilər, lakin ehtimal nəzəriyyəsinə görə bu uğur, əsasən, 100 faiz
ola bilməz. Bunlara baxmayaraq risk etmək amili günü-gündən
artır və bununla insanlar razılaşırlar.
Adətən, «təhlükəsizlik» məfhumu dedikdə müəyyən şə
raitdə ətraf mühitdə yarana bilən halların, arzuolunmayan şə
raitin, proseslərin və s. nəticəsində insana, ətraf mühitə gös
tərdiyi təsirdən ayrıca və bütövlükdə aşağıdakı vəziyyətin mey
dana gəlməsi səbəbləri başa düşülür:
1) insanın sağlamlığının orta statistika qiymətindən
kənarlaşması;
2) ətraf mühitin vəziyyətinin kəmiyyətcə pisləşməsi.
Bir qayda olaraq, təhlükəli amillər müxtəlif formalarda
özünü göstərir. Ona görə də təhlükəli amillərin müxtəlifliyini
nəzərə alaraq onların təsnifatım təhlükə mənbəyinə görə qəbul
etməyi məsləhət görürlər (şəkil 5 ).
306
İstehsalat mühiti
Ə traf mühit
Şəkil 7. Təhlükə mənbəyinə görə təhlükəli
amillərin təsnifatı
Ekoloji təhlükəli obyekt - xalq təsərrüfatı, müdafiə və
ya hər hansı bir təbii obyektdir ki, onların fəaliyyət göstərməsi
insanlara, kənd təsərrüfatına, kənd təsərrüfatı heyvanlarına,
bitkilərə, ətraf mühitə və ya onun ayn-ayrı komponentlərinə
neqativ təsir göstərsin.
Ekoloji amillər - bu amillərə təbiətin xarakteri üzündən
yaranan amilləri (buraya insanların, heyvanların, bitkilərin hə
yatı üçün əlverişsiz şəraiti, iqlim şəraitini, atmosferin, suyun,
torpağın fiziki-kimyəvi xarakteristikasını, ekosistemin funk
sional xarakteristikasını, təbii aclığı, fəlakəti və s. aid edirlər)
və texnogen xarakterli (qəza, fəlakət) amilləri göstərmək olar.
Ekoloji risk - bu, qabaqcadan qarşısı alına bilməyən
ekoloji hadisələrin əmələgəlmə halıdır: buna misal olaraq istilik
effektinin inkişafı, ozon qatının nazilməsi, deşilməsi, radioaktiv
çirklənmələr, turş çöküntülər və s. göstərmək olar.
307
Sosial-iqtisadi amillər - buraya əsasən sosial, iqtisadı,
psixoloji amilləri aid edirlər (bunlara qidalanmanın yüksək
səviyyədə olmaması, sağlamlıq, təhsil, maddi cəhətdən təmin
olunma,
ictimaiyyətlə münasibətlərin pozulması,
sosial
qurumun kifayət qədər inkişaf etməməsi və s. aiddir).
Texnogen (və ya antropogen) amillər insanların təsər
rüfat fəaliyyətləri ilə əlaqədardır (müəssisələrin normal və qəza
şəraitindəki fəaliyyəti zamanı mühitə külli miqdarda tullantılar
atması, torpaq ərazilərinin təsərrüfat fəaliyyəti üçün zəbt edil
məsi, təbii resursların təsərrüfat dövriyyəsinə həddindən artıq
cəlb edilməsi və s.).
Hərbi amillər. Bu amillər hərbi sənaye kompleksinin
fəaliyyəti ilə əlaqədardır (hərbi materialların və avadanlığın da
şınması, hərbi silah nümunələrinin sınaqdan keçirilməsi və on
ların məhv edilməsi, hərbi əməliyyatlar zamanı hərbi ob
yektlərin fəaliyyəti və s.).
Əlavə edək ki, qeyd olunan amillərin bölünməsi şərti
xarakter daşıyır, ona görə ki, insanın, cəmiyyətin və ətraf mü
hitin təhlükəsizliyi problemini öyrənən zaman bu amillərin təsi
rini ümumi halda ayırmaq olmaz. Bu amillərə və onların tə
sirinə kompleks şəkildə baxmaq lazımdır.
Planetimizin hər bir ölkəsində insanların, ümumilikdə
ətraf mühitin və bəşəriyyətin təhlükəsizliyinin təmin edilməsi
ekoloji problemlər içərisində ən vacib problem olaraq qalmaq
dadır. Bu məsələyə aydınlıq gətirmək üçün konkret misallara
müraciət edirlər. Bu ənənəyə sadiq qalaraq respublikamızla
qonşu olan böyük bir dövlətə - Rusiyaya müraciət edək.
Son məlumatlarda göstərilir ki, Rusiya, əhalinin və ətraf
mühitin təhlükəsizliyinin təmin edilməsi sahəsində yaxşı döv
rünü yaşamır. Belə ki, burada analoqu olmayan hallar yaran
mışdır: burada bir tərəfdən əhali və ətraf mühit üçün potensial
təhlükəli olan çox iri müəssisələr fəaliyyət göstərir, digər tərəf
dən texnologiyanın səviyyəsi, nəzarət və nizam-intizam ölçüyə
sığmaz dərəcədə aşağı düşmüşdür. Məsələn, orta hesabla ölkə
308
də hər gün boru xətləri ilə əlaqədar iki ciddi qəza baş verir, həf
tədə bir dəfə - nəqliyyatda, ayda bir dəfə sənayedə qorxulu
qəza hadisələri baş verir. Rusiyada 20% ərazi seysmik cəhətdən
qorxuludur, 50%-dən çox ərazisi isə daimi buzlaq zonaların-
dadır.
Son illərdə Rusiyada müxtəlif qəza və fəlakətlər nəticə
sində 50 mindən çox insan ölmüş, 250 min nəfər isə ağır xəsa
rət almışdır.
Rusiya Elmlər Akademiyasının verdiyi məlumata görə
ildən-ilə ölkədə fəlakətlər nəticəsində ölənlərin sayı 10-30%
artacaqdır. Mütəxəssislərin hesablamalarına görə, Rusiya ərazi
sində 4,5 min potensial təhlükəli obyektlər yerləşdirilmişdir.
Onlardan 800 ədədi radiasiya cəhətdən qorxulu, 1500 ədədi isə
kimyəvi və bioloji baxımdan qorxulu tikintilər və istehsalat
obyektləridir. Bunların hamısı yüksək riskə malik olan müəs
sisələrdir. Təhlükəli hallar arasında hərbi amillərin də olduğunu
xüsusi qeyd etmək lazımdır. Faciə hadisəsi kimi 1989-cu ildə
Norveç dənizində batmış və 42 nəfər ekipaj üzvünün həlak
olduğu «Komsomoles» sualtı atom qayığını (SAQ) göstərmək
olar. Alimlər hesablamışdır ki, nəticənin neqativ inkişafı 5 il
müddətində Rusiyanın balıqçılıq təsərrüfatına 3500 mlrd rubl
məbləğində (1993-cü il qiymətlərilə), Norveçə isə 2 mln dollar
ziyan dəyə bilər. SAQ-nın hermetikliyinin bərpası və konserva
siyası üçün tərtib olunmuş Proqrama əsasən görüləcək işlərin
ümumi dəyəri, uyğun olaraq, 2755 mln rubl və 3,42 mln ABŞ
dolları məbləğində planlaşdırılmışdır. Beləliklə, riskin qiyməti
və onun vurduğu ziyan göz qabağındadır!
Təhlükəsizlik şkalast. Adətən, ekoloji təhlükəsizlik ay
rı-ayrı şəxslərin, cəmiyyətin və ətraf mühitin son dərəcə təh
lükəli vəziyyətdən qorunmasıdır. Təhlükəsizliyin ölçü vahidi
kimi insanın və ətraf mühitin vəziyyətini (keyfiyyətcə) xarak
terizə edən göstəricilərdən istifadə etməyi məsləhət görürlər.
Bu göstərici isə insanın sağlamlığını və ətraf mühitin qorun
masını maksimum təmin edən şəraitin yaradılması deməkdir.
309
İnsanın sağlamlığı dedikdə isə, onun ömrünün uzadıl
masını, fiziki və zehni iş qabiliyyətini, insan orqanizminin hər
tərəfli fəaliyyətini təmin edən şəraitin yaradılması kimi başa
düşülməlidir. İnsan sağlamlığının əsas göstəricilərindən biri
onun orta yaş həddidir. Bir çox alimlər hesab edirlər ki, insanın
bioloji vəziyyəti orta hesabla 89±5 il yaşamasına imkan verir,
lakin bir çox obyektiv səbəblərdən qeyd olunan yaş həddi
kəskin surətdə tərəddüd edir.
Müşahidələr göstərir ki, müxtəlif ölkələrdə insan ömrü
təkcə səhiyyənin nailiyyətlərindən asılı deyildir, o, həmçinin
cəmiyyətin sosial-iqtisadi inkişafından və ətraf mühitin və
ziyyətindən də asılıdır.
Məsələn, keçmiş SSRİ-də 1987-ci ilin məlumatına görə
kişilərdə orta yaş həddi 65 il, qadınlarda isə bu göstərici 74 il
olmuşdur. Rusiyada sosial-iqtisadi vəziyyətin dayamqsız inki
şafı nəticəsində insanların orta yaş həddi aşağı düşmüş və
hazırda kişilərdə bu göstərici 54 il, qadınlarda 70 il təşkil edir.
Başqa, 1994-1996-cı illərdə Rusiyada «uğursuz» rəqəm 13 yox,
60 olmuşdur. Bunu təsdiq etmək üçün statistikaya nəzər salaq:
- keyfiyyətsiz qida məhsullarından və spirtli içkilərdən
60 min nəfər ölmüşdür;
- avtomobil qəzalarından 60 min nəfər dünyasını
dəyişmişdir;
- başqa fəlakətlərdən və qəzalardan 60 min nəfərə yaxın
insan məhv olmuşdur;
- cinayətkarların və quldur dəstələrinin əlindən 60 min
nəfərə yaxın insan həlak olmuşdur;
- özünü öldürmə (intihar) hallan nəticəsində isə 60 minə
yaxın insan ölmüşdür.
Əgər xoşagəlməyən siyahını davam etdirsək hər il
Rusiyada 600-650 min insanın məhv olmasının şahidi olarıq.
Beləliklə, doğum hallarının azalması, gənclərin xarici
ölkələrə getməsi, qoca və uşaqlar arasında ölümün yüksək ol
ması, uşaqsız nigahın artması və külli miqdarda uşaq saldır-
310
manın (abort) çoxalması və s. hadisələri də nəzərə alsaq əha
linin azalmasını təsəvvür etmək o qədər də çətin deyildir.
Ümumiyyətlə, təhlükəsizlik məfhumu əhalinin sağlamlı
ğını qorumaq məqsədilə yanaşı ətraf mühitin yaxşılaşdırılma
sına da xüsusi fikir verilməsini tələb edir. Bunu kəmiyyətcə
düzgün qiymətləndirmək üçün müəyyən göstərici olmalıdır.
Bizə elə gəlir ki, belə kəmiyyət göstəricilərindən biri ekosiste
min vəziyyətini onun sərhədinin dayanıqlığına yaxmlaşdırıl-
masıdır.
Ə traf mühitin vəziyyətinin təsnifatı. Ekosistemin daya
nıqlığım nisbətən düzgün qiymətləndirmək üçün təbii-ekoloji
təsnifatdan istifadə edilir.
Təbii hal (vəziyyət): ancaq antropogen təsirin şəraiti
(fonu) müşahidə olunur; bioloji kütlə maksimum, bioloji məh
suldarlıq minimumdur.
Müvazinət vəziyyəti: bərpaolunma prosesinin sürəti yu
xarıdır və ya pozulma tempinə bərabərdir; bioloji məhsuldarlıq
təbii məhsuldarlıqdan çoxdur, biokütlə azalmağa başlayır.
Böhran vəziyyət: antropogen pozuntular sürətə görə
təbii-bərpaolunma prosesini qabaqlayır, lakin ekosistemin təbii
xarakteri saxlanılır; biokütlə azalır, bioloji məhsuldarlıq kəskin
artır.
Fəlakətli (katostrof) vəziyyət: azməhsuldarlı ekosistemin
möhkəmləndirilməsinin öz əvvəlki vəziyyətinə çətin-qayıtma
prosesi; biokütlə və bioloji məhsuldarlıq minimumdur.
Kollaps vəziyyət (kollaps, ürək fəaliyyətinin birdən da
yanması): bioloji məhsuldarlığın bərpa olunmayan (qayıt
mayan) itkisi, biokütlə sıfra yaxınlaşır (tələsir) və s.'
Qeyd etmək lazımdır ki, təbiətin qiymətləndirilməsində
təbii-ekoloji təsnifatdan başqa təbii-sosial şkala adlanan obyek
tiv göstəricilərdən də (kriteriyalardan) istifadə etməyi məsləhət
görürlər.
S ıfır və məqbul risk haqqında anlayış. Belə bir aktual
sual meydana çıxır: qəza, çirklənmə, biosferin dağılması və tə
311
bii fəlakətlərin yaranması ilə əlaqədar fövqəladə halların nəti
cələrinin aradan qaldırılmasına və ya onların təsirinin minimu
ma endirilməsinə necə nail olmaq olar? Bunun üçün dünya
miqyasında təhlükəsizlik normaları işlənib hazırlanır və bu nor
maların əsasında nəzarət həyata keçirilir. Qəzaların ləğv edil
məsi üçün əlavə olaraq texniki qurğular, yəni təhlükəsiz mü
həndis sistemləri tətbiq edilir, istehsalatda nizam-intizamın
möhkəmləndirilməsinə xüsusi fikir verilir və işin icrası yüksək
səviyyədə həyata keçirilir. Hesab edilir ki, işlərin yerinə yetiril
məsinə mühəndis yanaşması əhali və ətraf mühit üçün ya
ranacaq istənilən təhlükəni aradan qaldırmağa imkan yaradır və
mütləq təhlükəsizliyi, yəni sıfır riski təmin edir.
Axırıncı on illərə qədər belə yanaşma özünü doğruldur
du. Lakin bu gün istehsalatın kəskin sürətdə mürəkkəbləşməsi,
yeni texnologiyaların yaradılması və tətbiqi, mütləq təhlükəsiz
liyin konsepsiyası texnosferin və biosferin daxili qanunlarına
adekvat ola bilməz.
Maddi nemətlər yaradan insan fəaliyyətinin istənilən
fəaliyyəti onun enerjidən istifadəsi, mürəkkəb texnoloji sistem
lərlə əlaqədar olması ilə xarakterizə olunur. Bununla yanaşı,
onun və ətraf mühitin mühafizəsinin vəziyyəti ətraf mühitin
keyfiyyətinin yaxşılaşdırılmasını və sağlamlığını qiymətləndi
rən göstərici ola bilməz. Belə halda mexaniki sistemin etibar
lılığı və səmərəliliyi böyük rol oynayır və nəticədə mühəndis
sahə xarakteri daşıyır. Aydındır ki, istənilən cəmiyyətin resurs
ları məhduddur. Əgər qəzaların qarşısının alınmasının texniki
sistemlərinə hər dəfə maliyyə qoyuluşunu artırsaq, onda məc
bur olarıq ki, sosial proqramların maliyyələşdirilməsini azal
daq, bu isə insan ömrünün qısaldılması və keyfiyyətinin aşağı
düşməsinə gətirib çıxarar. Buna görə də cəmiyyət real həqiqətin
məqbul
təhlükəsizliyinin
yaradılmasının
mümkünlüyünü
anlayıb.
Məqbul risk. Hal-hazırda təhlükə amillərinin risk səviy
yəsi elə həddə gətirilmişdir ki, o «məqbul» kimi baxılsın. Onun
312
məqbulluğu iqtisadi və sosial mülahizələrlə şərtlənməlidir
(uzlaşmalıdır). Bu, o deməkdir ki, təsərrüfat fəaliyyəti ilə şərt
lənən təhlükə amillərinin risk səviyyəsi «məqbul» qəbul edilə
bilər. Yəni «məqbulluğun» kəmiyyəti (realizasiya ehtimalı və
ya mümkün ziyan) o qədər kiçikdir ki, bu halda maddi və sosial
nemətin alınması xatirinə, insan və ya cəmiyyət, bütövlükdə
riskə getməyə hazırdır.
İqtisadi baxımdan inkişaf etmiş bütün dövlətlərdə məq
bul riskin konsepsiyasının istifadəsi mövcuddur. Lakin Rusi
yanın siyasəti digər ölkələrə nisbətən daha çox məqbul təhlü
kəsizlik üzərində qurulur.
Buna görə ilk mərhələdə iqtisadi riskin müxtəlif səviy
yələrinin məqbulluğunu qiymətləndirəndə ancaq ziyan törədən
nəticələrin baxılması ilə kifayətlənmək olar, çünki onlar
sonluqda ölüm hadisələrinə gətirib çıxarır. Bu göstərici üçün
yetərincə etibarlı rəqəmlər məlumdur. Onda «ekoloji risk» an
layışı aşağıdakı kimi formalaşdırılır: bu amilin intensivliyinin
normalaşdırılmış kəmiyyətinə, vaxtın müəyyən edilmiş inter-
valına zərərli ekoloji amilin təsiri nəticəsində ölüm hadisə
lərinin sayı ilə ifadə olunan mümkün ziyanın kəmiyyətinin
nisbətidir.
Beləliklə, ekoloji riskin müəyyənləşdirilməsi ölüm
sonluqları ilə qurtaran ziyanlı ekoloji nəticələrin nisbətinin təh
lilinə, zərərli ekoloji təsirin və onun komponentlərinin kəmiy
yətcə qiymətləndirilməsinə əsas diqqət yetirilməlidir.
Fəaliyyətin müxtəlif növləri ilə bağlanan ekoloji riskin
ictimai məqbulluğu psixoloji, sosial və iqtisadi amillərlə müəy
yənləşdirilir.
Ətraf mühitin və əhalinin təhlükəsizlik konsepsiyası ilə
bağlı riskin idarə edilməsi sahəsindəki praktiki fəaliyyəti elə
qurulmalıdır ki, cəmiyyət bütövlükdə, ən çox imkanlara malik
olan təbii nemətlərin yekununu alsın və həmin nemət cəmiy
yətin üzvləri arasında bərabər bölünsün.
313
Riskin idarə edilməsinin əsasları. Riskin idarəçi-
liyindəki prinsiplərinə taktiki və strateji məqsədlərin bünövrəsi
(əsası) qoyulub. Strateji məqsəd - bütövlükdə, cəmiyyətin rifah
səviyyəsinin maksimal imkanlarının nailiyyətlərinə çatmaq,
taktiki məqsəd isə - həyatın uzadılması və əhalinin təhlükəsiz
liyinin artırılması niyyətidir. Həddindən ziyadə riskdən müdafiə
həm hər bir şəxsin, həm də əhali qrupunun maraqlan üçün
əvvəlcədən şərtlənir.
Cəmiyyətdə təhlükələrin mövcudluğunun bütün spektri
riskin idarə edilməsinə daxil olunması müddəasının mühüm
prinsipidir. Belə təhlükələrdən irəli gələn ümumi risk hər bir
insan və cəmiyyət üçün onun məqbul səviyyəsini üstələyə
bilməz. Nəhayət, riskin idarə edilməsi sahəsindəki siyasət təbii
ekosistemlərə təsirin ciddi məhdudiyyətlər çərçivəsində qurul
malıdır. Bunlar da ekosistemlərə ekoloji yüklənmələrin hədd
ehtimalının təsiri kəmiyyətinin artırılması tələbləridir. Əhə
miyyətli ekoloji və sosial-iqtisadi ziyanı, əhalinin stress və
ziyyəti ilə, kəskin münaqişəli, qeyri-müəyyənliklə xarakterizə
edilən və xarici görünüşdən gözlənilməz, qəflətən amala galan
şəraitifövqalədə hal kim i тйаууап etmək olar.
İnsanlar üçün risk iki kateqoriya ilə ifadə olunur:
1. Fərdi risk, öz fəaliyyəti gedişində insana müəyyən təsir
göstərilir ki, bu da fərdi risk ehtimalı kimi qiymətləndirilir;
2. Sosial risk, bir qəzadan həlak olmuş insanların sayı ilə
bu qəzanın ehtimalı arasındakı nisbətinə sosial risk deyilir.
Riskin qiymətləndirilməsi. İnsanın səhhəti üçün risk
amillərinin bu günə olan yeganə analitik aləti riskin qiymətlən
dirilməsi və bu baza üzərində riskin minimallaşdınlması üçün
fəaliyyətin prioritetlərinin vurğulanmasıdır. Başqa sözlə, riskin
qiymətləndirilməsi - konkret vəziyyətdə riskin miqyası və
mənşəyinin (yaranmasının) təhlili deməkdir.
Riskin idarə edilməsi - riskin minimallaşdırılmasına is
tiqamətləndirilən (bəzən hüquqi akt formasında) qərarın idarə
çiliyinin və işləməsinin riskli vəziyyətinin təhlili deməkdir.
314
Aşağıdakı şəkildə (şəkil) riskin idarə edilməsi və qiymətlən
dirilməsinin qarşılıqlı əlaqələri göstərilmişdir.
Şəkil 8. Riskin idarə edilməsi və qiymətləndirilməsinin
qarşılıqlı əlaqələri
A - riskin qiymətləndirilməsi sahəsi;
В - riskin idarə edilməsi sahəsi;
-----► - idarə edilmənin və qiymətləndirmənin ele
mentləri arasında birbaşa əlaqələri;
!■—> - digər elementlərlə qərarları əsaslandıran tər
sinə əlaqələri.
Birinci element - riskin amillərinin və mənbələrinin
müəyyənləşdirilməsi, təhlükənin aşkarlanması, onların obyekt
lərə potensial təsiri, qarşılıqlı əlaqənin əsas formalarıdır.
315
Riskin qiymətləndirilməsinin ikinci elementi
Dostları ilə paylaş: |