MÖVZU İO.EKOLOJİ PASPORTLAŞDIRILMA
VƏ EKSPERTİZA
Müəssisələr tərəfindən ekoloji normativlərə əməl edil
məsinə (o cümlədən, texnoloji), istifadə edilən təbii və ikinci
resursların kompleks uçotu və istehsalın ətraf mühitə təsirinin
müəyyən edilməsinə nəzarət məqsədilə təsərrüfat subyekt
lərinin ekoloji pasportlaşdırılması həyata keçirilir.
Ekoloji pasportda müəssisə tərəfindən təbii və ikinci re
surslardan istifadə edilməsi, onun təsərrüfat və digər fəaliyyəti
nin ətraf mühitə təsiri barədə məlumatlar olur və istehsal səviy
yəsinin ən yaxşı mümkün texniki üsulla təyin edilməsi üçün
nəzərdə tutulmuşdur ki, bunlara da aiddir: texnoloji proseslər,
istehsalın təşkil eilməsi qaydası; məhsulun və enerjinin istehsalı
üsulları, çirkləndirici maddələrin ətraf mühitə tullanması həc
minin azalmasını, yaxud qarşısının alınmasım təmin edən işlə
rin görülməsi və xidmətlərin göstərilməsi, tullantıların əmələ
gəlməsinin azaldılması, təbii ehtiyatlardan və enerjidən sə
mərəli istifadə. Həmin üsullar ətraf mühitin keyfiyyət normativ
lərinin, onların iqtisadi məqsədəmüvafiqliyi və istifadəsinin
texniki mümkün olması halında təmin edilməsində daha çox
effektivlidir.
Müəssisənin ekoloji pasportu iki hissədən ibarətdir: layihə
və istismar. Fəaliyyətdə olan müəssisələr üçün pasportun hər iki
hissəsi mövcud sənədlər əsasında eyni vaxtda doldurulur.
Layihə göstəriciləri inşaata layihə sənədlərinin işlənməsi
və uzlaşdırılması mərhələsində aşağıdakı bölmələrə daxil edilir:
• Ümumi hissə - layihə təşkilatının adı, layihənin smeta
dəyəri, inşaatın başlanması, qurtarması vaxtı, buraxılan məh
sulun illik həcmi, adı, dövlət ekspertizasının və dövlət ekoloji
ekspertizasının nömrəsi və tarixi göstərilir;
• Obyektin yerləşmə meydanı barədə məlumatlar - tor
paq ərazisinin sahəsi, xüsusilə mühafizə olunan təbii ərazilərin
olması, süni örtüklü sahə, ümumi yaşıllaşdırma sahəsi, ağac-
277
larm sayı (ümumi və kəsikdə gövdələrin növü və diametrləri
qrupları üzrə), minik və yük maşınlarının saxlanma yerlərinin
sayı, torpaqda çirkləndirici maddələrin fon konsentrasiyası,
sanitar-qoruyucu zonanın normativ ölçüsü;
• Su ehtiyatlarının mühafizə edilməsi və ondan səmərəli
istifadə barədə məlumatlar - su təchizatı mənbəyi, su yığma
qurğuları, su istehlakınm ümumi həcmi, suyun uçotu cihazları
(sayğac) barədə məlumatlar, çirkab sularının ümumi həcmi,
onların fıziki-kimyəvi tərkibi və xassələri, onların təmizlənməsi
üzrə qurğular;
• Heyvandarlıq axurlarının zərərsizləşdirilməsi, ləğv
edilməsi (kənd təsərrüfatı müəssisələri üçün);
• Atmosfer havasının mühafizəsi - tullantıların atmosfer
havasına təsir dərəcəsnə görə obyektlərin təhlükəlilik kate
qoriyası, layihələşdirilən tullantı mənbələrindən tullanan, tu
tulub saxlanılan və zərərsizləşdirilən maddələrin miqdarı, ra
yonda çirkləndirici maddələrin fon konsentrasiyası, ümumi
tullantının və yol verilən tullantının kəmiyyəti;
• Tullantıların əmələ gəlməsi, istifadəsi, zərərsizləşdiril
məsi, saxlanması və basdırılması - növləri, əmələ gələn tullan
tıların həcmi və onlarla necə davranma;
• Heyvanat aləmi obyektlərinin mühafizəsi - vəhşi hey
vanların məskunlaşma yerlərinin və miqrasiya yollarının sax
lanmasını təmin edən tədbirlərin siyahısı;
• Ozon təbəqəsinin mühafizəsi və iqlimə təsir - istifa
dəyə icazə verilmiş ozonudağıdan maddələrin həcmi və növləri,
istixana qazlarının tullanması həcmi və onların azaldılması.
Müəssisənin pasportuna daxil edilən
istismar göstə
ricilə ri
:
• istehsalat obyektləri barədə məlumatlar - sexin, sahə
nin, istehsalın müəyyən edilmiş istehsal gücü, avadanlığın aşın
ması faizi, buraxılan məhsulun planlı və faktiki həcmi;
• Torpaq resurslarından istifadə edilməsi;
278
• Məhsul növləri üzrə xammalın və köməkçi maddi
resursların məsrəfi;
• Məhsul növləri üzrə enerji ehtiyatlarının sərfi;
• Pozulmuş torpaqların və münbit torpaq qatının götürül
məsinin rekultivasiyası;
• Hüquqi şəxsin nəqliyyatı;
• Bitki aləminin obyektləri;
• Bitki aləminin obyektlərinin səmərəli istifadəsi üzrə
təbiəti mühafizə tədbirləri;
• Müəssisədə icarəyə götürülən sahələr barədə məlu
matlar (icarədarlar).
Müəssisənin ekoloji pasportuna əlavələr - hesabat və digər
sənədlərin surətləri əlavə edilir. Ekoloji pasportun doldurulması
kifayət qədər mürəkkəb prosedura olduğundan, onu, adətən
müəssisənin özü deyil, bu xidmətin göstərilməsi üçün akkre-
ditasiya edilmiş və istehlakçı ilə qanunvericiliyin tələblərinə
müvafiq olaraq bağlanmış müqavilə əsasında fəaliyyət göstə
rən ixtisaslaşmış təşkilat tərtib edir. Pasport hesablamaların
yoxlanması və uyğunlaşdırma üçün Ekologiya və Təbii Sər
vətlər Nazirliyinin ərazi üzrə orqanına göndərilir. Ekoloji pas
portun məlumatları müəssisənin təsərrüfat fəaliyyətinin ekoloji
aspektlərinin təhlil olunmasına və onun istehsalının ətraf mü
hitə yükünün azaldılması üzrə tövsiyyələr proqramının işlənib
hazırlanmasına imkan verir.
Dövlət ekoloji ekspertiza - planlaşdırılan təsərrüfat və
digər fəaliyyətin ətraf mühitə mümkün neqativ təsirləri barədə
mühüm xəbərdarlıq vasitəsidir.
Planlaşdırılan və digər təsərrüfat fəaliyyəti dedikdə,
təbii resurslardan istifadə ilə bağlı təsərrüfat, tikinti, obyektlərin
rekonstruksiyası və digər fəaliyyət başa düşülür. Layihə sənəd
ləşmənin əsaslandırılması mərhələsində olan ekoloji ekspertiza
potensial ekoloji təhılükə və riski azaltmağa imkan yaradır.
Onun mahiyyəti - təsərrüfat və digər fəaliyyətlə bağlı layihə
279
qərarlarının ətraf mühitin qorunması haqqında qanunvericilik
və ekoloji normativlərin tələblərinə uyğunluğunun yoxlanıl
ması, layihənin ekoloji təhlükəsizlik nöqteyi-nəzərindən
məqsədəuy-ğunluğunun əsaslandırılmasıdır.
Ekoloji ekspertiza proseduru praktiki olaraq bütün
ölkələrdə tətbiq edilir. Belə ki, ABŞ-a o 1969-cu ildə Ətraf Mü
hitin Mühafizəsi Sahəsində Milli Siyasət Haqqında Qanun qə
bul edilən kimi qəbul edilmişdir. Elə həmin ildə ekoloji eks
pertiza barədə qanun İsveçdə, 1973-cü ildə Yaponiyada, 1975-
ci ildə AFR-də, 1976-cı ildə isə Fransada qəbul edilmişdir.
Ekoloji ekspertizanın əsas məqsədi planlaşdırılan təsər
rüfat fəaliyyətinin ətraf mühitə, insanların sağlamlığına neqativ
təsirinin minimuma endirilməsi və xülasənin tərtib edilməsi,
harada ki,əsasında ekoloji təhlükəsizlik layihələrinin həyata
keçirilməsi imkanları barədə rəy verilməsidir.
Ekoloji rəy layihənin əsaslandırılmasının mühüm və
ayrılmaz texniki-iqtisadi hissəsidir.
Beynəlxalq və yerli təcrübə də ekoloji ekspertizanın
yüksək iqtisadi effektivliyini təsdiq edir. Təbiəti mühafizə
tələblərinin layihələndirilmə mərhələsində nəzərə alınması
vurulmuş ekoloji zərərin ödənilməsi xərclərini əhəmiyyətli
dərəcə aşağı salır.
Dövlət ekoloji ekspertiza aşağıdakı prinsiplərə söykənir:
- layihə və digər sənədləşmənin təsdiqinə qədər onun
mütləq şəkildə həyata keçirilməsi;
- planlaşdirilan və digər fəaliyyətin ətraf mühitə mənfi
təsirinin uçotu və qarşısının alınması;
- layihə və digər sənədləşmələrdəki məlumatların həqiqə
tə uyğunluğu və dolğunluğu;
- dövlət ekoloji ekspertizanın qanuniliyi və obyektivliyi;
- ictimai fikrin əsaslılığı və nəzərə alınması (uçotu).
Dövlət ekoloji ekspertizanın obyektlərinə aşağıdakı layihə
sənədləşmələri daxildir:
280
- şəhərsalmanın ümumi, sosial və detallı planlaşdırması
layihələri, ərazinin qurulmasının arxitektur layihələri;
- tikinti, arxitektur və tikinti layihələrinin investisiyalaş-
dınlmasının əsaslandırılması;
- təbii resurslardan rasional istifadə və ətraf mühitin mü
hafizəsinin kompleks ərazi layihələri sxemi;
- suyun mühafizəsi zonalarının və su obyektlərinin sahil
yanı xətlərinin layihələri;
- ovçuluq təsərrüfatının, balıqyetişdirmənin, balıq ovunun
bioloji əsaslandırılması;
- ətraf mühitin mühafizəsinə, həmçinin (və ya) məhsul
(onun emalı, istehsalı, istismar edilməsi (istifadə), saxlanılması,
daşınması, satışı və işlədilməsi prosesinə) və xidmətlərin gös
tərilməsində təbii resurslardan rasional istifadəyə dair tələblərin
müəyyən edilməsi sahəsində texniki normativ hüquqi aktlar.
Özündə daha mürəkkəb layihə qərarlarını birləşdirən la
yihə və digər sənədləşmənin dövlət ekoloji ekspertizam həyata
keçirmək məqsədilə Belarus Respublikasının Təbii Resurslar və
Ətraf Mühitin Mühafizəsi Nazirliyi, Minsk şəhərinin təbii
resurslar, ətraf mühitin mühafizəsi ərazi komitəsi tərəfindən
müqavilə əsasında dövlət və digər təşkilatların, beynəlxalq təş
kilatlar, yaxud digər dövlətlərin müvafiq elm, texnika və digər
faəliyyət sahəsində xüsusi biliyə malik mütəxəssislərinin cəlb
edilməsi yolu ilə ekspert komissiyaları yaradıla bilər. Qeyd olu
nan ştatdankənar mütəxəssislər layihə və digər sənədləşmənin
nəticələrinin nəzərdən keçirilməsi yolu ilə dövlət ekoloji eks
pertiza barədə rəy hazırlanması zamanı nəzərə alma biləcək
təkliflər hazırlayırlar.
Dövlət ekspertizasının aparılması üçün təqdim edilmiş
sənədləşmənin ekoloji tələblərə və təbiəti mühafizə qanunveri
ciliyə uyğun aparılması üçün özündə aşağıdakıları birləş
dirməlidir:
- “Ətraf mühitin mühafizəsi” bölməsi;
281
- Doldurulmuş “Layihələndirmənin ekoloji
şərtləri"
forması;
- Torpaq sahəsinin razılaşdırılmış və təsdiqlənmiş
seçilməsi barədə akt;
- Layihənin texnoloji hissəsi;
- Layihənin ekoloji pasportu.
İctimai ekoloji ekspertiza sifarişçidən (təsərrüfat və di
gər fəaliyyətə təşəbbüsçüdən) sənədləşməni, həmçinin planlaş
dırılan təsərrüfat və digər fəaliyyətin ətraf mühitə təsirinin qiy
mətləndirilməsinə dair materialları, həmçinin digər ictimai
ekoloji ekspertizanın aparılması üçün zəruri materialları tələb
etmək hüququna malik olan ictimai birliklərin, vətəndaşların və
müstəqil mütəxəssislərin təşəbbüsü ilə Azərbaycan Respub
likasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada təşkil
edilir və həyata keçirilir.
İctimai ekoloji ekspertiza onun təşəbbüsçüsünün - icti
mai birliklər və ya vətəndaşların vəsaiti hesabına maliyyə
ləşdirilir.
İctimai ekoloji ekspertizanın xülasəsi məsləhət xarakteri
daşıyır və dövlət ekoloji ekspertizanı həyata keçirən orqanlara,
yerli icra və sərəncamverici orqanlara və digər maraqlı şəxslərə
istiqamətlənə bilər.
Şəhərsalma obyektlərinin layihə qərarlarının (maraqlı
şəxslərin protokollar, qeydlər və təkliflər, kütləvi informasiya
vasitələrində və s. nəşrlər) həyata keçirilməsi zamanı hüquq və
maraqlarına toxunula biləcək ictimaiyyətlə müzakirələrinin
nəticələri əlavə olunmalıdır.
Bəzi obyektlər, o cümlədən ətraf mühit üçün potensial
təhlükəli obyektlər üçün layihə sənədləşdirməsinin işlənib ha
zırlanması zamanı ilk dəfə olaraq “Dövlət ekoloji ekspertiza
haqqında” qanunda reqlamentləşdirilən ətraf mühitə təsirin
qiymətləndirilməsi (ƏMTQ) proseduru həyata keçirilir. ƏMTQ
anlayışı beynəlxalq ekoloji hüquqdan mənimsənilmişdir. Trans-
sərhəd konteksdə (1991) ətraf mühitə təsirin qiymətləndiril
282
məsi haqqında konvensiyada ətraf mühitə təsirin qiymətlən
dirilməsi planlaşdırılan fəaliyyətin transsərhəd konteksdə ətraf
mühitə təsiri kimi nəzərdən keçirilir. Konvensiyada olduqca
böyük təsirə malik və qiymətləndirilməli fəaliyyətin siyahısı
açıqlanmışdır. ƏMTQ planlaşdırılan fəaliyyətin potansial
ekoloji təhlükəli növlərinin təhlili üçün nəzərdə tutulmuşdur və
beynəlxalq tələblər nəzərə alınmaqla milli səviyyədə qanun
vericilikdə siyahısı müəyyən edilmiş layihələrin ekoloji cəhət
dən əsaslandırılması üçün bir vasitədir.
Qeyd olunan faəliyyəti ekoloji nöqteyi-nəzərdən əsas
landıran layihələrin kompleks qiymətləndirilməsi nəticələri
dövlət ekoloji ekspertizanın nəzarət predmetidir. Ətraf mühitə
təsirin qiymətləndirilməsinin mütəmadi olaraq aparılması, he
sabatın tərtib edilməsi və dövlət ekoloji ekspertizanın sənəd-
ləşdirilməsinin həyata keçirilməsi ƏMTQ proseduru adlanır.
ƏMTQ proseduru dəlillərə, elmi proqnozlara, ekosistemin eko
loji cəhətdən yüklənilmsi həddinin hesablanmasına, həmçinin
layihənin reallaşdırılması nəzərdə tutulan rayonun sakinlərinin
ictimai rəyinə əsaslanır.
ƏMTQ hesabatını özündə əks etdirən dövlət ekoloji
ekspertiza aparılması müddəti bir ayı keçməməlidir, lakin plan
laşdırılan təsərrüfat və digər fəaliyyət üçün transsərhəd təsiri
göstərə biləcək layihə sənədləşdirilməsi üçün bu müddət 2
ayadək davam edə bilər.
Dövlət ekoloji ekspertizanın nəticələri üzrə yekun müs
bət və ya mənfi ola bilər. Birinci halda layihə qərarının maliy
yələşdirilməsi və realizasiyası imkanı yaranır, ikinci halda isə
sifarişçi layihə sənədləşməsini ekspertlərin rəylərinə uyğun
yenidən işləyib hazırlamalı və təkrar baxışa təqdim etməlidir.
Hazırki dövrdə işlənib hazırlanma prosesində təbii
resursların istifadəsi ilə bağlı sahəvi inkişaf üçün perspektivdə
ətraf mühitə təsir göstərən layihə proqramları, konsepsiyalar,
proqnoz və sxemlərə uyğun beynəlxaq məsləhətlərə (Trans
sərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi
283
Konvensiyasına SEQ Protokolu) müvafiq strateji ekoloji
qiymətləndirmə (SEQ) proseduru barədə sual yaranmışdır. Elmi
dairələri, ictimaiyyəti ümummilli və sahəvi planlar, proqramlar,
strategiyaların işlənib hazırlanması və həyata keçirilməsi plan
laşdırılması imkanları barədə az məlumatlandırılmasını da qeyd
etmək lazımdır.
Leksikonumuza daxil olan “menecment” anlayışı, ümu
miyyətlə, “idarəetmə” anlayışının eynidir, lakin onun təyin edil
məsində müəssisə, korporasiya, yaxud bazarda fəaliyyət göstə
rən digər təsərrüfat subyektinin idarə olunması funksiyaları
daha çox vurğulanır.
Ekoloji menecment (EM) - cəmiyyətin dayanaqlı
inkişafı və təbiətin qorunub saxlanması şəraitində insanın öz
ekoloji, iqtisadi, mədəni və digər tələbatlarının ödənməsi üçün
onun şüurlu olaraq təbii proseslərə və ətraf mühit obyektlərinə
təsirinin tənzimlənməsi ilə izah olunan xüsusi idarəetmə
sahəsidir.
Ekoloji menecment sistemi - idaretmə ierarxiyasının bütün
səviyyələrində (fərdi sahibkardan və müəssisədən tutmuş
dövlətə və beynəlxalq cəmiyyətə qədər) təbiətdən istifadənin,
ətraf mühitin mühafizəsinin, insan fəaliyyətinin ekoloji təhlü
kəsizliyinin rasional idarəetməsinin və təşkilinin prinsip-lərinin,
metodlarının, formalarının və alətlərinin məcmusudur.
Müəssisələrdə ekoloji menecmentə zərurət çox halda
təkcə istehsalçılara deyil, həm də yer üzündə yaşayan hər bir
kəsə toxunan ekoloji problemlərin meydana gəlməsi, insanın
müasir aləmdə mövcud olması şəraitinin daha da mürəkkəbləş
məsi ilə izah olunur.
Müəssisənin ekoloji menecmenti ətraf mühitin mühafi
zəsi ilə: planlaşdırma, təşkiletmə, əsaslandırma, nəzarət ilə
bağlı onun idarəolunmasının bütün aspektlərini əhatə edir. 0
müstəsna olaraq yalnız müəssisənin ixtisaslaşdırılmış təbiəti
mühafizə xidmətinin fəaliyyəti ilə məhdudlaşdırılmır, eyni za
manda bütün işçi personala da aiddir. Praktiki olaraq elmi-
284
tədqiqat və təcrübə-konstruksiya işləri, istehsalat, paylaşdırma,
marketinq və s. də şamil edilir.
XX əsrdə ekomenecment, müəssisə rəhbərliyi tərəfindən
dövlət tələblərinin təmin edilməsi üzrə onun üzərinə düşən yük
kimi nəzərdən keçirilirdi. O iqtisadi maraq kəsb etmirdi, buna
görə də müəssisələrdə, bir qayda olaraq, dəqiq ekoloji siyasət
yox idi. Ətraf mühitin mühafizəsi məsələlərində məsul mütə
xəssislər (təbiəti mühafizə xidməti) öz vəzifə təlimatları çər
çivəsində məlumatlı idilər. Təbiətimühafizə fəaliyyətində əsas
üstünlük təmizləyici texnologiyalara, yəni dövlət ekoloji nəza
rət normalarına müvafiq olaraq “borunun sonunda” edilən iş
lərə verilirdi. Təbiəti mühafizə tədbirlərinin planları və nəticə
ləri kənar maraqlı şəxslər üçün az əlçatan idi, neqativ nəticələr
gizlədilirdi, müəssisə fəaliyyətinin üçüncü tərəf (audut)
tərəfindən müstəqil ekoloji dəyərləndirilməsi yox idi. Bütün
bunlar effektiv ekoloji idarəetmənin görüntüsünün yaradılma
sına gətirirdi və onun real olaraq aşağı nəticə göstərməsini giz
lədirdi.
Birbaşa və dolayı iqtisadi effektlərin alınmasına yönəl
dən yeni EM-in səciyyəvi xüsusiyyətləri, müəssisənin müsbət
imicini yaradaraq, yalniz 1990-cı ildə özünü aydın büruzə
verdi. EM-ə münasibətin dəyişməsinə əsasən aşağıdakı amillər
və meyillər səbəb oldu:
• İstehlakçıların malların ekoloji xüsusiyyətlərinə olan
tələbləri yüksəldi;
• əksər ölkələrdə ekoloji məsuliyyətin sferası daha da ge
nişlənmişdir,
yeni şəraitdə məsuliyyət zonasına müəssisə
tərəfindən mümkün ola bilən ziyanın əvəzini verməmək üçün
müştəriləri, onları ekoloji etibarlılıq mövqeyindən qiymətləndi
rərək daha diqqətlə seçən sığorta şirkətləri və banklar daxil
oldu. Bu, sənaye şirkətlərinin EM vəzifələrinə böyük diqqət ye
tirmələrinə maraqlı olmalarını stimullaşdırır;
285
• Çox firmalar yalnız ekoloji etibarlı tərəfdaşlarla əmək
daşlıq edir ki, bu da tədarükçülərin, korporativ müştərilərin və
hətta rəqiblərin EM təkmilləşdirmələrinə sövq edir.
Bütün bunlaın məqsədi müəssisənin təkcə təbiətimühafizə
qanunvericilik normalarına, sadəcə olaraq, uyğun olması deyil,
həm də özünün istehsal proseslərinin və buraxılan məhsulun
maksumum ekoloji təhlükəsizliyinin əldə edilməsinə, həmçinin
onun rəqabətədavamlılığmın təmin olunmasına yönələn məq
sədyönlü ekoloji siyasətinin işlənib hazırlanması olan EM-də
yeni yanaşmalara gətirib çıxartdı.
EM-in tətbiqi zamanı əsas həlledici rol menecment siste
minə və müəssisə siyasətinin işlənib hazırlanmasına ekoloji as
pektlərin daxil edilməsinə görə əsas məsuliyyəti daşıyan müəs
sisə rəhbərliyinə ayrılır. Rəhbərlik maliyyə vəsaitlərinin ay
rılması, xüsusi personalın seçilib götürülməsi, EM sisteminin
uğurlu işləməsi üçün lazımi tədbirlərin müəyyən edilməsi qay
ğısına qalmalıdır.
EM sisteminin mühüm elementi müəssisənin, məhsul
(yaxud xidmətlərin) istehsalı prosesində ətraf mühitin müha
fizəsinin prioritetliyinin qəbul edilməsin əks etdirən, ekoloji
siyasətidir. Ekoloji siyasətin formalaşdırılması zamanı bunlar
nəzərə alınmalıdır:
• İstehsal fəaliyyətinin bütün növlərinin ətraf mühitə
təsirinin məcmusu;
• Enerjidən, xammaldan, sudan istifadə;
• Səs-küy səviyyəsi;
• İstehsal texnologiyaları;
• Məhsulun planlaşdırılması;
• Müştərilərlə və tədarükçülərlə münasibətlər;
• Fövqəladə vəziyyət yarandığı halda davranış qaydaları
və onun qarşısının alınması;
• Personalın öyrədilməsi və ekoloji informasiyası, həmçi
nin xarici ekoloji informasiyam.
286
Müəssisənin ekoloji siyasəti onun bölmələri tərəfindən ope
rativ ekoloji məqsədlərin hazırlanmasına xidmət edir və
aşağıdakılar nəzərdən keçirilir.
• Xammalın, materialların, reagentlərin, enerjinin itki
sinin azaldılması və qənaət;
• Maddi resursların yenidən emalı;
• Çox təhlükəli və yüksək təhlükəli maddə və material
ların istehlak edilməsinin ixtisara salınması və əvəz edilməsi;
• İstehsal tullantılarının təkrar emalı və istifadəsi;
• Texnoloji proseslərin ətraf mühitə təsirini azaltmaq
üçün təkmilləşdirilməsi;
• Çıxdaş malların (nöqsanların) azaldılması;
• İstehsal olunan məhsulun və xidmətlərin keyfiyyətinin
artırılması;
• Texnoloji və istehsal nizam-intizammın yüksəl
dilməsi, ətraf mühitə qəza və “gecə” təsirlərinin azaldılması.
Ekoloji məqsədləri əsas götürərək, konkret tədbirləri
özündə ehtiva edən, onların yerinə yetirilməsi müddətlərini və
məsuliyyətini, zəruri maliyyə vəsaitlərinin həcmini göstərən
ekoloji proqram tərtib olunur. Ekoloji proqrama daxil edilmiş
tədbirlərin gerçəkləşdirilməsi ilə müəssisənin ekoloji siyasəti
həyata keçirilir və EM sistemi fəaliyyət göstərir.
ISO 14001 beynəlxalq standartın tələblərinə uyğun ola
raq EM sistemi, bu sistemin tələblərinə əməl olunmasına nə
zarəti həyata keçirməyə imkan verən xüsusi sənədləşmənin ya
radılmasını nəzərdə tutur (EM sistemi üzrə rəhbərlik, işçi və
texnoloji təlimatlar, yaxud təşkilati planlar). İctimaiyyətin və
bütün maraqlı tərəflərin müəssisənin fəaliyyətinin ekoloji as
pektləri barədə məlumatlandırılması üçün təsərrüfat subyekt
lərinin ekologiyalaşması prosesini əks etdirən illik ekoloji
hesabat aparılmalıdır. EM sisteminin işləməsinin yoxlanılması
və dəyərləndirilməsi ekoloji audit vasitəsilə aparılır.
287
Planlaşdırmanın əsas fundamental elementlərindən biri
müəssisənin biznes planıdır. Onun strukturunda təbiətimühafızə
və ehtiyatların qorunub saxlanması fəaliyyətinə həsr edilmiş
bölmələr olmalıdır:
• “ekoloji-iqtisadi sistemlərin imkanları”;
• “ehtiyat növləri (birincili və ikincili) və ekoloji məh
dudiyyətlər;
• “istehsal tullantılarından alman məhsulun satış bazan”;
• “marketinq planı”;
• “ekoloji-iqtisadi effektin artırılması üçün infrastruktur
obyektləri və istehsal kooperasiyası üzrə təşkilati plan”;
• “təbiətimühafızə və ehtiyatların qorunub saxlanması
fəaliyyətinin hüquqi təminatı”;
• “maliyyə planı”;
• “təbiətimühafızə obyektlərinin kapital inşaası və re
konstruksiyası planı.
Müəssisənin fəaliyyətinin ekoloji normaların və qaydalann
tələblərinə müvafıqliyinə nəzarətin mühüm forması ekoloji
Dostları ilə paylaş: |