Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirinin 03. 05. 2012-ci il tarixli 746



Yüklə 9,32 Mb.
Pdf görüntüsü
səhifə15/23
tarix04.12.2019
ölçüsü9,32 Mb.
#29800
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   23

deyilir.  Mineral xammalın keyfiyyəti onun tərkibində olan fay­
dalı  komponentlərin  miqdarı  ilə  müəyyən  edilir.  Bəzi  faydalı 
komponentlərlə  yanaşı  mineral  xammalda  iştirak  edən  zərərli 
komponentlərin  də  miqdarını  müəyyən  etmək  lazım  gəlir. 
Zərərli  komponentlər  filizlərin  zənginləşdirilməsinə  və  istifa­
dəsinə  sözsüz  ki,  mənfi  təsir  göstərir  və  ətraf  mühitə  ziyan 
vurur.
Faydalı  qazıntı yatağını  istismar etmək məqsədilə mineral 
xammalın  minimum  ehtiyatını,  faydalı  komponentlərin  və  nə­
hayət,  zərərli  komponentlərin  istismara  xələl  gətirməyən  miq­
darını  müəyyən  etmək  lazımdır.  Bu,  sənaye  kondisiyası  ad­
lanır.  Kondisiya  müvəqqəti  kateqoriyadır.  O,  sənayenin  mine­
ral xammala olan tələbatından, xammal bazasının ölkə  üzrə eh­
tiyatından  və  bu  kimi  səbəblərdən  asılı  olaraq  dəyişə  bilər. 
Kondisiya sənaye üçün əlverişli olan ən kiçik göstəricidir.  Kon­
disiya  göstəricilərinə  əsasən  kəşfiyyat  zamanı  faydalı  qazıntı
218
yataqlarını  sənaye  əhəmiyyətli  və hazırda sənaye  əhəmiyyətli 
olmayan qruplara bölürlər.
Faydalı  qazıntı  yataqlarının  kəşfi,  onların  çıxarılması  və 
zınginləşdirilməsi  ilə  məşğul  olan  sənaye  sahələrinə  mədən 
sənayesi deyilir.
Faydalı qazıntılar sırasında ən başlca yer mineral yanacaq 
ehtiyatlarına  məxsusdur.  Mineral  resurslar  filiz  (metallar)  və 
qeyri-filiz  növlərinə  bölünür.  Qeyri-filizlər  yanacaq,  kimyəvi 
və  tikinti  xammalından  ibarətdir.  Hər  il  mineral  resursların 
istehlakı 5% artır.
Faydalı  qazıntıların  yerləşməsi  geoloji  qanunauyğunluğa 
tabedir.  Yanacaq  faydalı  qazıntılar (neft, təbii  qaz,  kömür,  torf, 
şist),  əsasən  qədim  platformaların  kənar  və  daxili  əyilmələri 
(çökmələri)  sahələrində  cəmlənmişdir  (İran  və  Mesika  kör­
fəzləri, Xəzər hövzəsi, Qərbi  Sibir, Şimali Afrika,  Şimal  dənizi 
və  s.).  Filiz  faydalı  qazıntılar  platformaların  qədim  kristallik 
qalxanlarında  və  geosinklinal  -   orogen  qurşaqlarda,  kimyəvi 
xammallar  (kükürd,  fosforit,  kalium  duzları)  və  tikinti  mate­
rialları müxtəlif tektonik zonalarda geniş yayılmışdır.
Hazırda  faydalı  qazıntı  yataqlarının  axtarışı,  istisman 
dərininə  (ehtiyatları  tükənən  Avropa  ölkələri  və  ABŞ  üçün 
səciyyəvidir) və eninə (RF-nın Asiya hissəsi, Kanadanın şimalı, 
Avstraliya,  Braziliyanın  Amazon  hövzəsi,  əksər  İOÖ)  isti­
qamətində aparılır.
Mineral  yanacaq  ehtiyatları  içərisində  isə  başlıca  yeri 
kömür tutur.  Dünyada kömür ehtiyatı və  istifadəsi  1924-cü  ildə 
yaradılmış  və  hazırda  80-dən  çox  ölkəni  birləşdirən  və  dünya­
nın  enerji  problemi  ilə  məşğul  olan  “Dünya  Energetika  Şurası” 
sessiyalarında müzakirə edilir.
Dünyada  14,8  trln  t  o  cümlədən,  9,4 trln t daş kömür,  5,4 
trln  t  qonur  kömür  ehtiyatı  vardır.  Dünya  kömür  ehtiyatının 
60%-ni  daş  kömür,  40%-ni  qonur kömür təşkil  edir.  Kəşf edil­
miş  ehtiyatlar  ümumi  ehtiyatın  cəmi  8%-nə  qədərdir.  Kömür 
ehtiyatının 90%-dən çoxu Şimal yarımkürəsində cəmlənmişdir.
219

Kömür ehtiyatlarının 54%-i Asiyanın, 28%-i Şimali Ame­
rikanın,  9%-i  Avropanın payına düşür.  Dünya ölkələri  arasında 
daha  çox  kömür  ehtiyatına  malik  MDB,  ABŞ  və  ÇXR-dır. 
Ümumi  ehtiyatın  80%-i  bu  dövlətlərin  ərazisindədir.  İnkişafda 
olan  ölkələrdən  Hindistan,  Latın  Amerikasının  bir  çox  ölkələri 
də  kömür  ehtiyatına  malikdir.  Dünyanın  83  ölkəsində  kömür 
ehtiyatı  kəşf  edilmişdir.  Dünyanın  10  iri  kömür  hövzələrinə 
Tunqus,  Lena,  Kansk-Açinski,  Kuzbas,  Rur,  Appalaç,  Peçora, 
Taymır, Qərb, Donbas aid edilir.
Mineral resurslardan neft və qaz yanacaq  istehsalında xü­
susi  yer  tutur.  Neft  (102  ölkədə)  və  qaz  (85  ölkədə)  ehtiyat­
larının  coğrafi  yerləşməsi  dünya  dövlətlərinin  həmişə  maraq 
dairəsində  olmuşdur.  Kömürdən  fərqli  olaraq  maye  və qaz  ya­
nacağının qiymətində hər il  dəyişikliklər baş verir.  Bu isə bəzi 
ölkələrdə  yanacaq  ehtiyatlarının azalması, bəzilərində isə isteh­
salın  mürəkkəbliyi  ilə  izah  olunur.  Məsələn,  80-ci  illərin 
əvvəllərində  neft  ehtiyatı  95  mlrd t  idisə,  son  illərdə  bu rəqəm 
800 mlrd t-dan çox hesablanmışdır.
Dünyada qaz ehtiyatlarının  kəşfi  1980-1990-cı  illərdə  35 
trln  m3,  son  illərdə  isə  600  trln  m3-ə  çatmışdır.  Yanacaq  ehti­
yatları kəşfinin belə göstəriciləri birinci növbədə yeni yataqlam 
mənimsənilməsi,  ikincisi  isə  ümumi  geoloji  ehtiyatların  kəşf 
olunub artıq istehsal astanasında dayanması ilə izah edilir. Nəti­
cədə məlum olur ki, müasir dünya iqtisadiyyatında neft və qaza 
olan tələbat daha üstündür. Geoloq-alimlər belə hesab edirlər ki
neft  və  qaz  yataqları  77  mln  km2  sahəni,  o  cümlədən  48  mln 
km2 qurunu, 29 mln km2 şelf zonasını əhatə edir.
Çoxsaylı  neft  (50  min)  və  qaz  yataqları  içərisində  daha 
əhəmiyyət kəsb edən nəhəng hövzələrdir. Həmin hövzələrin hər 
birində  neft  ehtiyatı  500  mln  t-a,  hətta  1  mlrd  t-a,  qaz  isə  1 
trln.m3-ə bərabərdir.  Dünyada 50-yə qədər belə iri hövzə vardır. 
Onların  yarıdan  çoxu  Yaxın  Şərq  ölkələrdində  yerləşir.  Dün­
yada nəhəng qaz hövzələri 20-dən çoxdur ki, onlarda da ümumi
ehtiyatın  70%-i  cəmlənmişdir.  Bu  növ  hözələr  əsasən  MDB 
ölkələri üçün də xarakterikdir.
Artıq  isbat  edilmişdir  ki,  dəniz  dibində  olan  neft  ehtiyat­
lan  Yer kürəsindəki  neft  ehtiyatlarının  təxminən  50%-ni  təşkil 
edir.  Dəniz və okeanların dibindən hər il 700 mln t neft çıxarılır, 
bu isə dünyada istehsal edilən neftin təxminən 30%- i qədərdir. 
Dənizin dibindən hər il 300 mlrd m3-dən artıq qaz çıxanlır və s.
Məlumdur ki,  neft yataqlarının kəşfi  və  işlənməsi zamanı 
kimyəvi birləşmələrin  tətbiqi ilə aparılan müxtəlif əməliyyatlar 
dənizi  çirkləndirən  mənbələr  rolunu  oynayır.  Bu  hal  xüsusilə 
quyuların  qazılması  prosesinə  aid  edilir.  Quruda  qazılan  və 
istismar olunan neft quyuları  da torpağı çirkləndirən əsas mən- 
bələrdəndir.  Quyuların  qazılması  zamanı  hər  bir  buruq  sutka 
ərzində  100-120  m3  su  işlədir.  Adətən  quyu  ətrafında  kifayət 
həcmdə  gil,  yağlayıcı  maddələr,  kimyəvi  reagentlər,  qazılmış 
süxurlar və s.  ilə çirklənmiş  su yığnağına rast gəlmək  olur.  Bu 
sular  tullantı  sulan  adlandırılır.  Neft  və  qaz  quyularının  istis­
marı, təmiri, neft və qazın  yığılması və nəqli zamanı ətraf mü­
hitin  çirklənməsi baş verir.  Quyularm  istismarı zamanı hasila­
tın sabit sazlanması  və ya artırılması üçün ardıcıl  olaraq quyu­
larda müxtəlif geoloji texniki tədbirlər həyata keçirilir. Bu əmə- 
liyyatlann  yerinə  yetirilməsi  zamanı  da  ətraf  mühitin  çirk­
lənməsi  baş  verə  bilər.  Qeyd  etmək  lazımdır  ki,  ətraf mühitin 
çirklənməsi  yer üzərinə neftin təbii olaraq öz-özunə axması nə­
ticəsində  də  baş  verir.  Bu  hala  Cənubi  Kaliforniyada,  Karib 
dənizində,  Meksika  və  İran  körfəzlərində,  Azərbaycan  və 
Komidə rast gəlmək olar.
Neft və qazın çıxarılması, hazırlanması, nəqli  və saxlanıl­
ması  zamanı  boru  birləşmələrindən,  siyirtmə  və  kipgəclərdən 
sızma  ətraf mühiti  çirkləndirən  potensial  mənbə  sayılır.  Eləcə 
də neft  və qaz boru  kəmərləri  də ətraf mühitin çirkləndirilməsi 
üçün  təhlükəli  sayılır.  Müəyyən edilib  ki,  kəmərdən  axan  2  t 
neft  1000 m2 torpaq sahəsini əkinə yararsız edir.
220
221

Müşahidələr  nəticəsində  məlum  olmuşdur  ki,  ümumiy­
yətlə,  faydalı  qazıntıların  istismarı  və emalı  zamanı  hər  il  ətraf 
mühitə  milyardlarla  ton  bərk  tullantı  atılmasına  baxmayaraq, 
onlardan yalnız  10-12%-i istifadə olunur.
Yer kürəsində  uran  da geniş  yayılmışdır.  Onun potensial 
ehtiyatı  10 mln t hesablanmışdır. Tərkibində 0,1% uran olan ya­
taqların  mənimsənilməsi  iqtisadi  cəhətdən  səmərəli  hesab  olu­
nur.  1  kq uran xammalının istehsalı  80 ABŞ dollarına başa gəlir. 
Atom  enerjisi  üzrə  beynəlxalq  agentliyin  məlumatına  görə  yu­
xarıda  göstərilən  qiymətlə  uzlaşan  uran  ehtiyatı  1,6  ml.t-a  qə- 
dərdir.  Bu baxımdan, zəngin ehtiyata malik birinci  yeddi dövlət 
bunlardır:  Avstraliya,  CAR,  Niger,  Braziliya,  Kanada,  ABŞ  və 
Namibiya. Hesablamalara əsasən ümumi ehtiyatın 2/3-si Qərbin 
inkişaf  etmiş  dövlətlərinin,  1/3-i  isə  inkişafda  olan  ölkələrin 
payına  düşür.  MDB  dövlətləri  içərisində  uran  istehsalı  və 
ixracına  görə  Rusiya  Federasiyası  fərqlənir.  Ümumiyyətlə, 
dünyanın urana olan tələbatı tam ödənilir.
Litosfer  nəinki  mineral  yanacaqlarla,  eləcə  də  alternativ 
enerji  mənbəyi  ilə,  yəni  geotermal  enerji  ilə  zəngindir.  Geo­
termal enerji mənbələri  iki tipə bölünür.  Birinci tip yeraltı təbii 
istilik  mənbələrini  -  qaynar  suları,  buxar  və  ya  buxar-su 
qarışığını  özündə  birləşdirir.  İsti  sular və  ya  buxar  birbaşa  isti­
fadə  oluna  bilən  enerji  mənbələridir.  Əlverişli  təbii  şəraitdə 
geotermal  sistemlər, ənənəvi yolla alınan enerjidən  2,0-2.5  dəfə 
ucuz başa gələn enerji istehsal etməyə imkan verər.  Yaponiyada 
XXI  əsrin  əvvəllərində  geotermal  elektrik  stansiyasının 
gücünün  50 mln  kvt saat,  ABŞ-da 400 mln kvt saata çatdırmaq 
nəzərdə tutulmuşdur.
İkinci  tip  -   dağ  süxurlarının  daxili  istiliyidir.  Həmin  sü­
xurlara  böyük  təzyiq  altında  su  vurularsa  onlardan  alınan  bu­
xardan istilik enerjisi kimi də istifadə etmək olur.
Hər iki variantın istifadəsinin ümumi çatışmazlığı  geoter- 
mik  enerjinin  zəif konsentrasiyasından  irəli  gəlir.  O  ərazilərdə 
ki, belə isti  mənbələr yer  səthinə yaxın yerləşir və temperaturu
222
30-40°C-ə  bərabər olur,  onlardan  təsərrüfatda istifadə  edilməsi 
üçün şərait yaranır.
İsti su mənbələrindən istifadə olunması onların temperatu­
rundan  əsaslı  surətdə  asılıdır.  Qeyd  etmək  lazımdır  ki,  geo­
termal enerji dörd fərqləndirici xüsusiyyətə malikdir. Birinci, o, 
tükənməyən  sərvətlər  qrupuna  daxildir.  Ötən  əsrin  70-ci  illə­
rinin  hesablamalarına  əsasən  10  m  dərinliyə  qədər  onların  eh­
tiyatı ənənəvi yanacaq ehtiyatlarından 3,5 min dəfə artqdır.  Ona 
görə  də bəzi  tədqiqatçılar hətta 5  km  dərinlikdə belə  geotermal 
enerji ehtiyatlarının həddən artıq çox olduğunu göstərirlər,  ikin­
cisi,  geotermal  enerji  mənbələri  çox  geniş  yayılmışdır.  Onun 
yerləşməsi əsasən Yer kürəsi  sahəsinin  1/10-ni əhatə edən aktiv 
seysmik  və  vulkanik  zona  ilə  əlaqədardır.  Bu  zona  içərisində 
daha  perspektivli  “geotermal  rayonlar”,  ayırmaq  mümkündür. 
Belə  mənbələrə  İslandiya,  Rusiya  (Kamçatka),  ABŞ,  İtaliya, 
Meksika,  Yeni  Zelandiya  qeyzerləri,  Qafqaz  və  Krımın  isti 
suları  misal ola  bilər.  İslandiyada geotermal  resurslardan  geniş 
miqyasda  istifadə  edilir.  Kamçatka,  İslandiya,  Yeni  Zelandiya, 
Yaponiyada  geotermal  elektrik  stansiyaları  (GeoES)  fəaliyyət 
göstərir.  Təkcə  keçmiş  SSRİ-də  50-yə  qədər  yeraltı  isti  su 
mənbələri  aşkar  edilmişdir.  Üçüncüsü,  geotermal  enerji  böyük 
vəsait qoyuluşu tələb  etmir.  Çünki yer təkindən çıxan  və ya çı­
xarılan bu mənbələr artıq təbiət tərəfindən istifadəyə yararlı  və­
ziyyətə  gətirilmişdir.  Dördüncüsü,  geotermal  enerji  ekoloji  cə­
hətdən tam zərərsiz olmaqla bərabər ətraf mühiti çirkləndirmir.
Torpaq  resursları  (fondu)  təqribən  Yer  kürəsinin  quru 
hissəsinin sahəsinə bərabərdir.  Torpaq  fondunun yalnız  1/3  his­
səsi  kənd  təsərrüfatına  yararlıdır.  Becərilən  torpaq  sahələri  isə 
ümumi  torpaq  fondunun  11%-ni  təşkil  edir  və  əsasən,  meşə, 
meşə-çöl,  çöl  zonalarında yerləşir.  Otlaq  və  çəmənliklər  ümu­
mi  torpaq  fondunun  24%-ni,  meşə  və  kolluqlar,  az  yararlı  və 
yararsız  sahələr  isə  yerdə  qalanını  təşkil  edir.  Əkin  üçün  ya­
rarsız sahələrə Antraktida, Qrenlandiya, ABŞ (Alyaska), Rusiya
223

və  Kanadanın  şimal,  Böyük  Səhra,  Avstraliyanın  daxili  səh­
raları, Amazon ovalığı və s. aiddir.
Dünya torpaq fondunun ümumi sahəsi  149 mln km2 və ya 
14,9  mlrd  ha-dır.  Antraktida  və  Qrenlandiya  sahələrini  nəzərə 
almasaq bu  135 mln kv km və ya  13,5  mlrd ha-a çatır. Ayrı-ayn 
regionlar  içərisində  torpaq  fondunun  böyüklüyünə  görə  fərq­
lənən  ərazilər  Afrika,  MDB,  Xarici  Asiya,  Şimali  və  Cənubi 
Amerikadır.
Torpaq fondunun strukturu  bir o  qədər də əlverişli  deyil­
dir.  Torpaq  resurslarını  mənimsəyən  və  ondan  istifadə  edən 
insanlar  planetimizin  torpaq  fondunun  strukturuna  təsir  etmiş, 
onu  tədricən  dəyişmişlər.  Bu,  ilk  növbədə,  əkilən  torpaqların 
genişlənməsi,  otlaq  və  meşə  sahələrinin  sıxışdırılması  ilə  izah 
olunur.  Dünya torpaq  fondunun  11%-i  becərilir.  MDB,  Afrika 
və  Şimali  Amerikada  bu  göstərici  orta  dünya  səviyyəsində, 
xarici  Avropa  və  Okeaniyada  qusmən  yüksək  səviyyə  ilə  xa­
rakterizə olunur. Onu da qeyd etmək lazımdır ki, ABŞ (190 min 
ha.), Hindistan (166 min ha), Rusiya Federasiyası (130 min ha), 
ÇXR (93 min ha),  Kanada (46 min ha), Qazaxıstan (35 min ha), 
Ukrayna (34  min ha) daha çox  becərilən torpaq  sahələrinə ma­
likdir.
Təbii  çəmənlik  və  otlaq  sahələri  Xarici  Avropa  müstəsna 
olmaqla  bütün  dünya  regionlarında  becərilən  torpaqlardan 
üstünlük  təşkil  edir  və  hətta  Avstraliyada  bu  10  dəfə  artıqdır. 
Həmçinin,  MDB-də,  Xarici  Avropada,  Şimali  Amerikada meşə 
otlaqları  böyük  sahələri,  Cənubi  Amerikada  isə  ərazinin  təx­
minən yarısını  tutur.  Yaşayış məntəqləri,  sənaye  və nəqliyyatın 
altında olan torpaqlar həm dünya üzrə və həm də regionlar üzrə 
1-2%  arasında  tərəddüd  edir.  Təkcə  Xarici  Avropa  və  Şimali 
Amerikada bu göstərici bir qədər yüksəkdir.
Dünya torpaq  fondunun  başlıca  problemi  kənd  təsərrüfa­
tına yararlı  torpaqların deqradasiyasıdır.  Torpaqların deqradasi­
yasına  onların eroziyası,  çirklənməsi, məhsuldarlığın azalması, 
şoranlaşma,  bataqlaşma,  yaşayış  məntəqələri  və  s.  aid  edilir.
224
Bəzi  hesablamalara görə  bəşəriyyət  artıq  buna  görə  2  mlrd  ha 
məhsuldar torpaq  sahəsini  itirmişdir.  Təkcə eroziya səbəbindən 
nəinki  geridə  qalmış,  hətta  geniş  torpaqlara  malik  iqtisadi 
cəhətdən  inkişaf etmiş  ölkələrdə  607  mln  ha  kənd  təsərrüfatı 
torpaqları  dövriyyədən  çıxmışdır.  Şoranlaşma  və  bataqlaşma 
səbəbindən  isə  hər  il  15  mln  ha  torpaqlar  yararsız  vəziyyətə 
düşür.
Göstərilən neqativ hallar adambaşına düşən becərilən tor­
paq sahələrinin kəskin azalmasına səbəb olur.
Ümumiyyətlə, dünya üzrə bu göstərici yüksək olaraq indi 
də qalmaqdadır.  ÇXR  və  Misirdə bu göstərici (müvafiq  olaraq 
0,09 və  0,05 ha) daha kəskin şəkil almışdır.
Bir çox  ölkələrdə  torpaq  fondunun  saxlanılması  və  onun 
strukturunun yaxşılaşdırılması üçün müəyyən tədbirlər görülür. 
Regional  və  qlobal  aspektdə  bu tədbirlərin  həlli  BMT  ixtisas­
laşmış  orqanlarında -   YUNESKO-nun təhsil,  elm və mədəniy­
yət  bölmələrində,  eləcə  də  ərzaq  və  kənd  təsərrüfatı  təşkilatla­
rında araşdırılır.
Dünyanın  quru  hissəsinin  55%-nin  mənimsənilməsinə 
baxmayaraq  torpaq  resurslarının  çatışmazlığı  hər  yerdə  nəzərə 
çarpır.  Torpaq  çatışmazlığının  aradan  qaldırılmasının  ən  mü­
nasib  yolu  yeni  ərazilərin  mənimsənilməsidir.  Lakin  bu  çox 
böyük  vəsait tələb  edir.  Ərazisi  böyük  olan  ölkələrdə yeni  tor­
paqlardan  istifadə  etmək  münasibdir.  Məsələn,  Kanada,  Av- 
starliya, Braziliya və s. ölkələrdə olduğu kimi.
Mənimsənilməsi  çox  da  xərc  tələb  etməyən  torpaq  eh­
tiyatları  dünyanın  quru  hissəsinin  təxminən  6%-ni,  mənimsə­
nilməsi  olduqca  böyük  vəsait  tələb  edən  sahələr  isə 25%  təşkil 
edir.
Şumluq  torpaqların  azalmasının  qarşısını  almaq  üçün 
əkinçilik  mədəniyyətini  yüksəltmək,  rekultivasiya  işlərini  ge­
nişləndirmək, çoxmərtəbəli  binalar tikmək,  sahil  ölkələrdə süni 
ada-şəhərlər  salmaq  və  s.  tədbirləri  həyata  keçirmək  lazımdır. 
Məsələn,  Niderlandın  sahəsi  Şimal  dənizinin  şelf  zonasının
225

hesabına  1927-ci  ildən  bəri  40%  artmışdır.  Buna  bənzər  işlər 
Yaponiya,  Belçika,  Fransa,  Sinqapur,  Bəhreyn,  Qatar  və  s. 
ölkələrdə aparılır.
Səhralaşma  ekoloji  problem  kimi  Yer kürəsində  hələ  in­
san  cəmiyyətinin  formalaşdığı  dövrdən  əvvəl  də  mövcud  ol­
muşdur. Hal-hazırda dünyanın  1/3-ni tutan arid qurşaqda  8 mln 
km2  sahəni  səhralar tutur.  Şimali  Afrika  və  Asiyanın  səhraları 
11  min  km  məsafədə  uzanan  vahid  enli  zonanı  təşkil  edir.  Bu 
sahənin yarıya qədəri dünyanın böyük səhrası sayılan Saxaranm 
payına düşür.  Həmin  zonaya 300  mln  ha sahəni  tutan  (ərazinin 
15%) MDB-nin arid sahəsi də daxildir.
Hazırda  da  məhsuldar  torpaqların  səhralara  çevrilməsi 
prosesi  davam  edir.  Səhralaşmanın  davam  etməsinin  başlıca 
amillərindən biri  insan fəaliyyətidir.  Antropogen təsirə  ilk növ­
bədə, meşələrin qırılması, torpaqlardan düzgün  istifadə edilmə­
məsi,  heyvandarlıqda torpaqlardan  səmərəsiz istifadə olunması 
və  s.  daxildir.  Demək  olar  ki,  Mərkəzi  Avropada  1  ha  məh­
suldar  otlaq  3-5  ev  heyvanının  yemlənməsinə  xidmət  etdiyi 
halda,  Səudiyyə  Ərəbistanında  50-60  ha  səhra  otlaqları  1  hey­
vanın yemlənməsinə xidmət edir.
Alimlər  hesablamışlar  ki,  antropogen  təsirdən  yaranmış 
səhralar  9  mln  km2-ə  (900  mln  ha)  çatmış  və  planetin  torpaq 
fondunun  6,7%-ni  təşkil  edir.  Bundan  başqa,  60  ölkənin  ərazi­
sini  tutan  30-40  mln  km2  sahə  səhralaşma  təhlükəsi  qarşı­
sındadır.  Ona görə də səhralaşma prosesi dünyanın qlobal prob­
lemlərindən  biri  hesab  olunur.  Dünyanın  arid  və  yarim  arid 
rayonlarında 850 mln nəfərdən çox əhali məskunlaşmışdır.
Yer  kürəsinin  su  balansının  qiymətləndirilməsi,  su  təmi­
natı,  suya  təlabat,  su  problemlərinin  həlli  bir  çox  coğrafi 
tədqiqatlarda xüsusi yer tutmuşdur.
Su  resursları.  Su  coğrafi  təbəqədə  ən  geniş  yayılmış 
komponent olsa da, onun cəmi 3%-i (daha dəqiq  2,53%)  içmək 
üçün  yararlı  şirin  sudur.  Şirin  su  ehtiyatının  əksər  hissəsi  is­
tifadə  üçün əlçatmaz  buzlaqlardadır (Antarktida,  Qrenlandiya).
226
Çaylarda  toplanan  içməli  su  qeyri-bərabət  paylanmışdır.  Əha­
linin  daha  çox  məskunlaşdığı  kənd  təsərrüfatı  və  sənaye  böl­
gələrində  şirin  su  ehtiyatının  40%-dən  azı  yerləşir.  Qurunun 
1/3-ni tutan arid zonalar içməli  sudan daha çox korluq çəkirlər. 
Soyuq  şimal  və  rütubətli  ekvatorial  ərazilərdə  isə  su  istifadə 
olunmadan okeana axır.
Hesablamalara  görə  Yer  kürəsinin  ümumi  su  ehtiyatı 
1386  mln  km3-dir.  Şirin  səth  sularının  həcmi  35  mln km3  həc­
mində  qiymətləndirilir.  Hər nəfərə dünyada 230 mln m3  su  dü­
şür.  Lakin,  ümumi  ehtiyatın  96,4%-i  Dünya  okeanının  duzlu 
sularının  payına  düşdüyü  üçün  su  problemi  həmişə  mövcud 
olub və  yenə də mövcuddur.  Hazırda dünyanın  bir çox  ölkələ­
rində,  xüsusilə  iqtisadi  cəhətdən  inkişaf etmiş  ölkələrdə  su  ilə 
təmin  olunmada  kəskin  və  mühüm  sosial-iqtisadi  problemlər 
vardır.  İndi  əsrin  əvvəlinə  nisbətən  sənaye  və  kənd  təsərrüfa­
tında  daha  çox  su  işlədilir.  Suyun  tükənməyən  sərvətlərə  aid 
edilməsinə baxmayaraq o, dünyada qeyri-bərabər paylanmışdır.
Çay  axınları  ayrı-ayrı  regionlar  üzrə  -   Avropa  -3110, 
Asiya -13190,  Afrika- 4225,  Şimali  Amerika -   5960, Cənubi 
Amerika-10380, Avstraliya -1965  km3/il təşkil edir.  Ölkə üzrə 
axım  göstəricilərinə  görə  birinci  yeri  ərazisində  dünyanın  ən 
böyük çayı olan Braziliya tutur (10 min km3).
İkinci  yeri  (4,7  min  km3)  MDB  dövlətləri  tutur.  Bunların 
içərisində  Rusiya  Federasiyası,  Qazaxıstan,  Gürcüstan  və  Ta­
cikistan adambaşına düşən su ehtiyatına görə fərqlənir.
İstehlakçının  suya təlabatınm  göstəricilərini  də  müəyyən­
ləşdirmək çox vacib məsələdir.  Dünyada suyun əsas istehlakçısı 
kənd  təsərrüfatı  olmuş  və  yenə  də  qalmaqdadır  (70%).  İkinci 
yeri  sənaye (20%), üçüncü yeri məişət təsərrüfatı (10%) tutur.
Əsrimizin  sonunda  sürətlə  inkişaf  edən  şəhərlərin,  sə­
nayenin  və  kənd  təsərrüfatının  su təminatı  müəyyən texniki-iq­
tisadi və ekoloji çətinliklərlə rastlaşır.  Təbii resursların çirklən­
məsinin  əsas  mənbələri  qara  və  əlvan  metallurgiya  müəssi­
sələri,  kimya,  neft,  qaz,  daş  kömür,  sellüloz-kağız  sənayeləri,
227

kənd  təsərrüfatı  (əkinçilik  və  intensiv heyvandarlıq)  və  kom­
munal təsərrüfatı hesab olunur.
Dünyada  xəstəliklərin  80%-i  içməli  suyun  kifayət  qədər 
keyfiyyətli  olmaması  ilə  bağlıdır.  Su  mühitinin  deqredasiyası 
geniş  vüsət  almışdır.  Hazırda  dünya  əhalisinin  1,4  mlrd  nəfəri 
məişətdə  çirklənmiş  sudan  istifadə  etdiyindən  epidemik  xəs­
təliklərlə xəstələnir.
Təbii  suların  əsas  çirkləndirici  göstəriciləri  aşağıda­
kılardır:
-  Oksigenin  biokimyəvi  sərfi  göstəricisi.  Göstərici  çox 
olduqda  çirkləndirici maddələr də daha çox olur və suyun  key­
fiyyəti bir o qədər pisləşir.
-  Suda  mikroorqanizmlərin  olması.  Onun  göstəricisi  ba­
ğırsaq bakteriyaları (kalititr) miqdarıdır.
-  Suda  ammonyakın,  nitratların  ,  nitritlərin,  neft  və  neft 
məhsullarının,  fenolun,  sintetik  səthi-aktiv  maddələrin,  ağır 
metalların miqdarı və s.
Rio-de-Janeyroda  (iyun,  1991)  BMT-nin  konfransında 
əhalinin  keyfiyyətli  içməli  su  ilə  təmin  olunması  problemi 
bəşəriyyətin  dayanıqlı  inkişaf  strategiyasında  hakim  mövqe 
təyin olundu.  Təbiətin mühafizəsi strategiyasında qeyd edilir ki, 
planetar miqyasda  bəşəriyyətin  sağlamlığı  istifadə  olunan  şirin 
suyun keyfiyyətindən asılıdır.
Bir çox ölkələrin iri şəhərləri üçün “su aclığı” artıq  xarak­
terikdir.  Məsələn,  Mexico,  Paris, Tokio, Nyu-York,  Qahirə və s. 
şəhərlərdə  “su  qıtlığı”  mühüm  problemə  çevrilmişdir.  Səna­
yenin kənd  təsərrüfatının  inkişafı,  əhalinin  sayının  artımı  su  is- 
tehlakım  artırır,  başqa bir tərəfdən,  hidrosferin  çirklənməsi  “su 
aclığı” problemi yaradır. Bu problemin həlli yollar:
-  sudan qənaətlə istifadə, çirkab (işlənmiş) suların  su höv­
zələrinə axıdılmasının qarşısının alınması;
- dəniz suyunun şirinləşdirilməsi (Səudiyyə Ərəbistanı. 
BƏƏ,  Küveyt,  Bəhreyn,  Türkmənistan, Qazaxıstan,  Yaponiya, 
Avstraliya İttifaqı və s.);
- çay sularının bir bölgədən digərinə yönəldilməsi;
- aysberqlərdən istifadə edilməsi;
- su anbarlarının tikilməsi;
- sənaye  və  energetikada  qapalı  su  dövriyyəsinin 
yaradılması və s.
İnsanın  gündəlik  su  tələbatı  minimum  2  1-dır.  Sənaye  və 
məişət tələbatı  daxil  olmaqla İEÖ-də  sutkalıq  su  istehlakı  200- 
300 1-dir (iri şəhərlərdə 400-500).
Dünyada  mövcud  olan  su  anbarlarının  sayı  16  min, 
onların ümumi sahəsi 400000 km2-dir.
Regionların  su  təminatının  yaxşılaşdırılması  üçün  su 
anbarlarının  tikintisi  böyük  əhəmiyyət  kəsb  edir.  Su  anbar­
larının  tikilməsi,  əsasən  İkinci  Dünya  müharibəsindən  sonra 
daha  da  artmışdır.  Dünyada  təkcə  son  30  ildə  su  anbarlarının 
sayı 4 dəfə, ümumi  həcmi  isə  10 dəfədən çox artmışdır (o cüm­
lədən, Latın Amerikası ölkələri, Asiya və Afrikada 35-90 dəfə). 
Hal-hazırda planetimizdə 60 mindən çox su anbarları istifadəyə 
verilmişdir.
Üç  kateqoriyadan  ibarət  müəyyən  olunmuş  hidroenerji 
potensialı mövcuddur (nəzəri, texniki və iqtisadi).
Nəzəri  potensialı  müəyyən  etmək  üçün  bütün  yerüstü 
axım  hesablanır -  46 min km3/il. Nəzərə alsaq ki,  qurunun orta 
hündürlüyü 800 m-dir, onda ümumi hidropotensial  1,0 mlrd.kvt 
gücündə və elektrik enerjisinin illik hasilatı  50 trln  kVt/saatdan 
çox təşkil edər.  Son qiymətləndirməyə görə texniki potensial 20 
trln kVt/saatdan artıqdır.
İqtisadi  potensial  texniki  potensialın  iqtisadi  cəhətdən 
səmərəli  hesab olunub  istifadə  edilən hissəsidir.  Onun  göstəri­
cisi  ilə  texniki  potensialdan  təqribən 5  dəfə  az olmaqla  10  trln 
kVt/saatdan az deyildir.
İqtisadi potensialın miqyasına görə dünyanın iri regionları 
- Xarici  Asiya, Latın Amerikası,  Şimali Amerika, MDB, Xarici 
Avropa,  Avstraliya  və  Okeaniya  göstərilən  qaydada  sıralan­
mışdır.
228
229

Ayrı-ayrı  dövlətlər üzrə  iqtisadi  hidropotensiala görə  XXI 
əsrin  əvvəllərində  6  ölkə  fərqlənmişdir.  Bunlar  ÇXR,  MDB. 
ABŞ,  Zair,  Kanada  və  Braziliyadır.  Daha  sonra  buraya  Hin­
distan,  Peru,  Kolumbiya,  İsveç, Norveç,  Fransa,  İtaliya,  İsveçrə 
və  s.  dövlətləri  əlavə  etmək  olar.  Dövlətlərdə  iqtisadi  hidropo- 
tensialdan  müxtəlif səviyyədə  istifadə  olunur.  Məsələn,  İsveç. 
Norveç,  Fransada  artıq  80%-dən  çox,  İtaliya  və  Yaponiyada  -  
70%,  Kanadada  -   60%,  ABŞ-da -   50%  olduğu  halda  Hindis­
tanda  12%,  ÇXR  -  8%,  Zair,  Kolumbiya  və  Peruda  1%-dən 
azdır.
Bioloji ehtiyatdan hazırda dünyada 500  mindən  çox  bitki 
növü,  o  cümlədən  30  mindən  artıq  ağac  və  kol  növləri  mə­
lumdur.  Bitki  resurslarının  arasında  meşələrin  böyük  əhəmiy­
yəti  var.  Meşələr bərpa olunan  resurslardır.  385  mlrd  oduncaq 
ehtiyatından  minlərlə  müxtəlif adda  məmulatlar  istehsal  edilir. 
Meşə  oksigeni  bərpa edir,  yeraltı  suları  və torpağın məhsuldar­
lığını  qoruyur.  Meşə  xammalından  müxtəlif məhsullar  (kağız, 
mebel,  faner,  tikinti  materialları  və  s.)  əldə  olunur.  Meşə  re­
surslarının  qiymətləndirilməsində  oduncaq  ehtiyatı  mühüm  rol 
oynayır.  Oduncaq  ehtiyatına  görə  Asiya,  Şimali  və  Cənubi 
Amerika  fərqlənir.  Ayrı-ayrı  ölkələr  arasında  Rusiya,  Kanada. 
Braziliya, ABŞ əsas yer tutur.
Dünyanın  meşə  sahəsi  iki  qurşaqda:  şimal  və  cənub  qur­
şaqlarında  yerləşir.  Şimal  meşə  qurşağının  sahəsi  təxminən  2 
mlrd  ha-dır.  Bu  qurşaqda  ən  böyük  meşə  sahələri  RF,  Kanada. 
ABŞ  ərazilərindədir.  Bunlardan  67%-i  iynəyarpaqlı,  33%-i  en- 
liyarpaqlı  meşələrdir.  Şimal  qurşağında  yerləşən  meşələrdə 
ağac  növləri  nisbətən  azlıq  təşkil  edir.  Xarici  Avropa  meşə­
lərində 250 ağac və kol növü qeydə alınmışdır.
Şimal  qurşağı  meşələri  keçmişdə  intensiv  istifadəyə  mə­
ruz qalmışdır.  Qərbi Avropadada XVIII-XIX, ABŞ-da XX əsrin 
əvvəllərində  gedən  bu  proses  sonralar  qismən,  hazırda  isə  tanı 
stabilləşmişdir.
Cənub meşə qurşağının da  sahəsi 2 mlrd ha təşkil edir və 
onun  97%-i  enliyarpaqlı meşələrdir.  Sahənin təxminən yarısını 
yüksək  sıxlığa  malik  meşələr  tutur.  Cənubda  yerləşən  tropik 
meşələr  Afrikada,  Latın  Amerikasında,  Asiya  dövlətində  yer­
ləşmişdir.  Tropik  meşələrin  %-ü  10  dövlətin  -   Braziliya,  İn­
doneziya,  Zair,  Peru,  Kolumbiya,  Hindistan,  Boliviya,  Papua- 
Yeni  Qvineya,  Venesuela  ərazisindədir.  Bu  meşələrdə  5000 
növə  qədər  ağac  və  20000-ə  qədər  bitki  növü  müəyyənləş­
dirilmişdir.
Bununla bərabər son  20  ildə tropik meşələrə böyük ziyan 
vurulmuşdur.  BMT-nin ərzaq  və  kənd təsərrüfatı  təşkilatlarının 
məlumatına görə  1980-cı  ildə  11  mln ha,  90-cı  illərin  sonunda 
17  mln  ha  tropik  meşə  sahəsi  məhv  edilib.  Cənub  meşə  qur­
şağında bu proses üç əsas səbəblə səciyyələnir.
Birincisi,  şəhər  və  nəqliyyat  ehtiyatları  üçün  həmin  tor­
paqların  təmizlənib,  yararlı  vəziyyətə  gətirilməsi,  ikinci  odun­
caqların  yanacaq  kimi  işlədilməsidir.  BMT-nin  məlumatına 
görə inkişafda olan  ölkələrin 70%-i  onlardan binaların qızdırıl- 
masında  istifadə  edirlər.  Hətta,  Afrikada,  habelə  Nepal,  Haiti 
kimi  tropik ölkələrdə  bu 90%-ə çatır.  70-ci illərdə dünya  baza­
rında  neftin  qiymətinin  bahalaşmasi  ilə  əlaqədar  Afrika  və 
Cənubi  Asiyanın  nəinki  meşə  əhatəsində  olaıı  şəhərlərində, 
hətta  kənar  şəhərlərdə  odundan  istifadə  artmışdır.  1980-cı  ildə 
inkişafda  olan  ölkələrin  oduncaq  çatışmayan  regionlarında  1,2 
mlrd  əhali  yaşayırdısa,  2011-ci  ilin  sonuna  bunun  2,4  mlrd-a 
çatması ehtimal olunur.
Üçüncü səbəb -  Asiya, Afrika və Latın Amerikasının tro­
pik  ölkələrində  xammalın  kağz-sellüloz  sənayesinin  inkişafı 
üçün  Yaponiya, Qərbi Avropa və ABŞ-a ixrac edilməsidir.
Hazırda  yer  səthinin  1/3  hissəsini  meşəliklər  tutmuşdur. 
Əvvəllər bu  75  mlrd ha-dan az  olmamışdır.  Hələlik  antropogen 
təsirə  az  məruz  qalan  meşə  sahəsinə  Rusiyada,  Kanadada, 
Amazonkada  təsadüf edilir və  bu  cəmi  15  mlrd  ha  hesablanır. 
Yalnız  1850-1980-ci  illər ərazində  dünyanın  meşə  örtüyü  15%
231
230

azalmışdır.  Xarici  Avropada  VII  əsrdə  meşə  örtüyü  ərazinin 
80%-ni tutduğu halda hazırda 32%,  Rusiya düzənliyində  XVIII 
əsrdə  55%  olduğu  halda,  indi  30%  təşkil  edir.  Bu  hal  ABŞ, 
Kanada,  Hindistan,  Çin,  Braziliya  və  Afrika  dövlətlərində  də 
intensiv  getmişdir,  indi  də  bu  vəziyyət  yüksək  templə  get­
diyindən hər il  dünyada 20 mln  ha-dan artıq meşə örtüyü  məhv 
edilir.  Bunun  əsas  səbəbi  əkinçilik,  otlaq,  ağac  emalından  iba­
rətdir.  Tropik  meşələrin  kəsilmə  intensivliyi  onların  bərpa in­
tensivliyindən  15  dəfə  sürətlə  gedir.  Əgər  bu  situasiya  belə 
davam  edərsə,  50-60  ildən  sonra  tropik  meşələr  tamam  məhv 
olar.  Xatırlatmaq  lazımdır  ki.  Yer  kürəsinin  malik  olduğu 
floranın (500000) və faunanın (1500000) yarıdan çoxu əsas ok­
sigen  mənbəyi  olan  bu  meşələrin payına  düşdüyündən,  tropik 
meşələrin  belə  istifadəsi  Qlobal  Ekoloji  sistemin  deqredasiya- 
sından  fikir  söyləməyə  imkan  verir.  Ətraf mühitin  mühafizəsi 
ilə  bağlı  beynəlxalq  təşkilatlar  (YUNEP,  “Qrinpis”)  tropik  öl­
kələrin  borclarının  bir  hissəsini  ödəməklə  meşələrin  qırılma­
sının qarşısını  almağa  çalışır.  Avropada “turşulu yağlarla”  me­
şələrin  quruması  (AFR,  İsveçrə,  İngiltərə,Avstriya)  baş  verir. 
Meşə bərpa olunan resurs olduğuna görə onun sahəsini artırmaq 
və  yeni  meşələr  salmaq  mümkündür.  Səudiyyə  Ərəbistanı, 
BƏƏ və s. ölkələrdə süni meşələr yaradılır.
Dünya  okeanının  resursları.  Dünya  əhalisinin  sürətli  ar­
tımı  və onun  tələbatının yüksəldilməsi  Dünya  okeanını  iqtisadi 
fəaliyyətə cəlb edir.  Okeanın əsas sərvəti  onun suyudur.  Dünya 
əhalisinin  1/3-i  “su  qıtlığı”  çəkir,  odur ki,  dəniz  suyunun  şirin- 
ləşdirilib  istifadə  edilməsi  vacibdir.  Okeanın  bioloji  resursları 
əhalinin  qidasında  getdikcə  daha  mühüm  rol  oynayır  və  bəşə­
riyyətin  heyvan  zülalına  olan  tələbatının  20%-ni  ödəyir.  Son 
dövrlərdə  bir  çox ölkələrdə dəniz  süni  vətəgələr -  marikultur - 
yaradılır.  Həm  dəniz,  həm  də  şirin  su  hövzələrində  canlıların 
yerləşdirilməsi  (artırılması)  akvakultur  adlanır  (Yaponiya. 
ABŞ,  Hindistan,  Filippin,  Fransa  fərqlənir).  Dünya  okeanının 
bioloji  məhsuldar  sahələri  okeanın  15-20%-ni  tutan  şelf  zo-
232
nalarıdır.  Məhsuldarlığına görə  Berinq,  Oxot,  Yapon  dənizləri, 
qiymətli balıq növlərinə görə Xəzər dənizi fərqlənir.
Dünya  okeanının  mineral  ehtiyatları  iki  hissədə  -   onun 
suyunda və  dibində olan resurslara ayrılır. Dəniz  suyunun  baş­
lıca resurslarından biri xörək duzudur ki, 0,1  km3  suda 20 mln t 
miqdanndadır.  Əgər  dəniz  sularırm  duzunu  tamam  ayırıb,  yer 
səthinə yaymaq mümkün olsaydı, onda  150 m qalınlığında duz 
təbəqəsi əmələ gələrdi.
Dəniz suyunun buxarlanması yolu ilə  duz alınmasını çin­
lilər hələ 4 min il əvvəl öyrənmişlər. Hazırda Çində duzun  1/3-i 
bu üsulla istehsal olunur.  Yaponiya da bu sahədə daha çox fərq­
lənir.  1  t  duz  almaq  üçün  təqribən  120  mln  t  suyu  buxarlan­
dırmaq lazımdır.
Mühüm  resurslardan  biri  də  maqneziumdur.  1  km3  suda 
9,5  mln  t  maqnezium  vardır.  Bu  xammalın  dəniz  suyundan 
alınması  qurudakı  istehsalından  ucuz  başa  gəlir.  Onun  alınma 
texnologiyası  XX  əsrin  40-cı  illərində  öyrənilmiş  və  hazırda 
dünyada maqnezium istehsalının 40%-i bu üsulla əldə olunur.
Bundan  başqa, hər km3  dəniz suyunun tərkibində kükürd, 
brom,  alüminium,  uran,  gümüş  və  qızıl  vardır.  Hazırda  brom 
xammalının  əsas  istehsal  mənbəyi  dəniz  suyu  sayılır.  Dünya 
okeanında qızılın ehtiyatı  10 mln t hesablanmışdır ki, bu quruda 
olan ehtiyatdan dəfələrlə artıqdır.
Həmçinin,  Dünya  okeanının  resurslarını,  onun  şelf  zo­
nasında və dərinliklərində yerləşən resurslara ayırmaq olur. Şelf 
zonasının  ən  başlıca  resursu  neft  və  qaz  ehtiyatlarıdır.  Dəniz 
faydalı  qazıntı  hasilatından  gələn  gəlirin  90%-i  neft  və  qazın 
payına  düşür.  Şelf zonasında  neft  ehtiyatları  120-150  mlrd  t 
hesablanmışdır.
Şelf  zonasının  faydalı  qazıntılarını  üç  tipə  bölmək  olar: 
birinci  -   dəmir  filizi,  mis,  nikel,  qalay,  civə  və  s.  Bu  yataqlar 
sahildən  uzanan  təbii  və  yaxud  süni  adaların  köməyi  əsasında 
milli  istehsal  üsulu ilə mənimsənilir.  Bəzən belə yataqlar  10-20 
km  sahildən aralı 2 km  dəniz dibi  süxurları  altına qədər davam
233

edir.  Böyük Britaniya, Kanada,  Yaponiyada belə  sualtı  şaxtalar 
vardır.
İkinci  -  dəniz  sahillərində səpələnmiş  sərvətlər.  Məsələn, 
İndoneziya,  Tailand  və  Malayziyanın  şelf  zonasında  qalay, 
Avstraliya  sahillərində  sirkonu,  Namibiya  sahillərində  almazı, 
ABŞ  sahillərində  sirkonu,  qızılı,  Baltik  dənizi  sahillərində 
kəhrəba və s.-ni göstərə bilərik.
Üçüncü  -   şelf zonasının  daha  dərin  yerlərində,  materik 
ətəklərində  cəmlənmiş  fosforit  yataqlarıdır.  Bu.  ən  çox  Sakit 
Okeanda  aşkar edilmişdir.  Məlum  olmuşdur  ki,  şelf sahəsinin 
fosforit  ehtiyatının  1/100  hissəsi  bir  neçə  on  illər  fosfor  güb­
rəsində  olan  tələbatı  ödəyə  bilər.  Lakin  hələlik  heç  bir  ölkədə 
onun sənaye istehsalı təşkil olunmamışdır.
Dünya  okeanının  sərvətlərinə,  eləcə  də  batmış  gəmiləri 
aid edirlər.  Okeanoloqlar tərəfindən  Dünya okeanında  1  mln-a 
qədər gəminin batdığı  hesablanmışdır.  Belə tapıntılar daha  çox 
Atlantik  okeanı  hövzəsində  aşkar  edilmişdir.  Bu,  əsasən  uzun 
tarixi dövr ərzində Avropaya böyük miqdarda qızıl, gümüş və s. 
sərvətlər  aparan  gəmilərin  tufan  və  qasırğalar  zamanı  məhv 
olması,  batması  ilə  əlaqədardır.  Son  zamanlar  müasir  texni­
kanın  köməyi  ilə  okeanın  dibində  onlarla  gəmilər  tapılmış  və 
külli miqdarda xəzinə əldə edilmişdir.
1985-ci  ildə  amerikalılar  1912-ci  ildə  batmış  “Titanik" 
gəmisini tapmış və onun seyflərində milyard dollarlıq xəzinənin, 
o cümlənin 26 min gümüş podnos və boşqabın olduğunu müəy­
yən  etmişlər.  Bu  yaxınlarda  4  km  dərinlikdəki  əşyaların  sudan 
çıxarılmasına nail olmuşlar.
Digər  tərəfdən  II  Dünya  müharibəsi  illərində  Murmansk­
dan  İngiltərəyə  gedən  “Edinburq”  kravserində  tərəfdaşların 
hərbi  sursatlarının  ödənilməsi  məqsədilə 465  qızıl  külçə aparıl­
mışdır.  Krayser  Barents  dənizinin  almaz  sualtı  gəmilərinin 
hücumuna məruz  qalmış  və  zədələnmişdir.  Qızılın  başqa  əllər? 
keçməməsi  üçün  gəminin  batırılması  əmri verilmişdir.  40  ildən 
sonra 260 m dərinlikdəki gəmi tapılmış və qızıllar çıxarılmışdır.
234
Dünya  okeanının  enerji  resursları  tükənməzdir.  Fran­
sada  XII  əsrdə  qabarma-çəkilmədən  istifadə  edərək  dəyirman 
tikilmişdir.  İndi  QES  (Qabarma  eletkrik  stansiyaları)  tikmək 
üçün  əlverişli  ərazilər  Rusiyanın  Ağ  dəniz,  Barens  və  Oxot 
dənizi  sahilləri,  Hindistanın  Ərəbistan  dənizi  sahilləri,  Fran­
sanın  La-Manş,  İngiltərənin  Bristol,  Kanadanın  Fandi  körfəzi 
sahilləridir.  Fransa, Rusiya,  Kanada, ABŞ,  İngiltərədə ilk QES- 
lər tikilmişdir.
Dünya okeanı istehsal və istehlak tullantılarından çirklənir.
Dəniz  və  okeanların  ekoloji  vəziyyətinə  təsir  göstərən 
amillər bunlardır:
1) 
Dənizlərin  hidroloji  rejiminin  dəyişməsinə  ora  tökülən 
çayların  hövzəsində  insan  fəaliyyəti  böyük  təsir  göstərir.  Çay 
hövzlərində  insan  fəaliyyəti  (əkin  sahələrinin artması,  suvarma 
sisteminin  qurulması,  meşələrin  məhv  edilməsi,  gübrələrdən 
istifadə  və  s.)  çayların  hidroloji  rejiminə  və  oradan  da  dəniz­
lərin, xüsusilə qapalı dənizlərin rejiminə təsir göstərir.
2) 
Sahil  zolaqlarda  torpaqların  istifadəsi  -   burada  əsas 
çirkləndirici  sahələr  limanlardır.  Bura  çirkli  sular  gəmilərdən 
düşür, şəhər ərazisindən axır, çay gətirmələri ilə daxil olur.
3) 
Sahil zonadan dənizə çirkab suların axıdılması -  burada 
əsas  çirkləndiricilər  mikroorqanizmlər,  üzvi  maddələr,  sintetik 
üzvi maddələr, ağır metallar, neft məhsulları və s. hesab olunur.
Sənaye  tullantıları  və  təmizləyici  qurğuların  çöküntü­
lərinin  dənizə  atılması  isə  xüsusi  problem  sayılır.  Bu  maddələr 
olduqca zəhərlidir,  onların  dənizə  atılması  olduqca  təhlükəlidir 
(Məsələn,  Böyük  Britaniya  tərəfindən  İrlandiya  dənizində, 
Fransa tərəfindən isə  Şimal  dənizində radioaktiv tullantılar bas­
dırılmışdır və s.).
Dünya  Okeanı  da  fiziki  çirklənməyə  məruz  qalır.  Ra­
dioaktiv  məhsullar Okeana nüvə  silahlarını  sınaqdan keçirdiyi, 
həmçinin,  xüsusi kanteynerlərdə radioaktiv tullantıların atılması 
və onların zədələnməsi zamanı baş verərək suda olduqca böyük 
əraziləri əhatə edir.
235

Okeanın  istilik çirklənməsi  də  təhlükəlidir.  Elektrik  stan­
siyaları  və  digər  mənbələrdən  atılan  isti  sular  sahilyanı  eko­
sistemlərin  ekoloji  tarazlığını  ciddi  surətdə  pozur.  Alimlərin 
hesablamalarına  görə,  hər  8-10  il  müddətində  okena  atılan  isti 
suların  həcmi 2 dəfə artır.
Okeanların  ən  zəhərli  kimyəvi  çirkləndiriciləri  neft  və 
neft  məhsullan  hesab  olunur.  Hər  il  dəniz  və  okeanlara  6-10 
mln  t  neft daxil  olur.  Sular  ən  çox  tankerlər  və  sualtı  qazma 
işləri  zamanı  neft  sızması  nəticəsində  çirklənir.  Dünya  okea­
nının  antropogen  çirklənməsinin  təxminən  yarısı  gəmiçiliyin 
payına  düşür.  Təkcə  1970-1985-ci  illər  ərzində  dünyada  169 
böyük  tanker qəzası və  17000 t  II dərəcəli neftin  axması  qeydə 
alınmışdır  (Məsələn,  “Amoko-Kadis”  tankerinin  Fransanın  sa­
hillərində  batması  nəticəsində  220  min  t  neft  okeana  bura­
xılmışdır və s.).
İqlim  və  kosmik  resurslara  oksigen,  hidrogen,  külək  və 
günəş enerjisi resursları  aiddir.  Kənd təsərrüfatında istifadəsinə 
görə  aqroiqlim  -   istilik,  işıq-iqlim  resuslarının  xüsusi  növünü 
əmələ gətirir, iqlim resursları  həm də rekreasiya (istirahət, müa- 
licə-balneoloji, turizm) resurslarının əsas elementlərindəndir.
Eyni  ədəbiyyatlarda  günəş  enerjisi  müxtəlif  kəmiyyət 
göstəricilərinə  görə  qiymətləndirilir.  Daha doğrusu,  o  müxtəlif 
göstəricilərlə  ölçülür  -   (coulla 
1 , 5
x
1 0 2 2 -
c

kilokalori  ilə  - 
134x1019  kkal  və  kilovatla  -   178,6x1012  kVt).  Qeyd  etmək  la­
zımdır  ki,  il  ərzində  Yer  səthinə  l,56xl018  kVt  saat  günəş 
enerjinin  daxil  olur.  Lakin  həmin  enerjisinin  atmosferdə  əks 
olunuduğu üçün yandan çoxu yer səthinə çatmır. Nəticədə quru 
və okean səthinə  1014 kVt və ya  105 mlrd kVt saat radiasiya gə­
lib  çatır  (quru  və  okean  səthinin  1  km2-nə  0,16  kVt).  Əlbəttə, 
bu  enerjinin  çox  cuzi  hissəsi  praktik  cəhətdən  istifadə  oluna 
bilər.  Bunun  əsas  səbəblərindən  biri  günəş eneıjisinin  zəif sıx­
lığla  malik  olmasıdır.  Sübut  olunmuşdur ki,  yüksək  enliklərdə 
günəş enerjisinin sıxlığı  80-130 Vt/m2, mülayim qurşaqda  130- 
210,  tropik  səhralarda  210-250  Vt/m2-dir.  Bu,  o  deməkdir  ki.
236
inkişafda ola  Ölkələrdə  günəş  enerjisindən  istifadə  üçün  əsaslı 
şərait vardır.  MDB  ölkələrində  belə  şəraitdə  təqribən  130  mln 
nəfər, o cümlədən 60 mln kənd əhalisi yaşayır.
Küləyin enerji potensialı da müxtəlif cür qiymətləndirilir. 
1989-cu  ildə  MİRƏK-in  14-cü  sessiyasında  bu  potensial  300 
mlrd  kVt/saat hesablanmışdır.  Lakin bu  ehtiyatdan  texniki  isti­
fadəyə  cəm  1,5%  yararlıdır.  Başlıca  maneə  külək  enerjisinin 
dağmıqlı  və  mütəmadi  olmamasıdır.  Lakin  Yer  kürəsində  elə 
ərazilər  vardır  ki,  orada  küləklər  güclü  və  uzunmüddətli  əsir. 
Belə  rayonlardan  Şimal  Baltik  və  Adriatik  dənizlərinin  sahil­
lərini misal göstərmək olar.
Atmosferin  əsas  resurslanndan  biri  də  tükənməyən  sər­
vətlər qrupuna aid  edilən havadır.  Məlumdur ki,  XIX əsrin  or­
talarına qədər atmosferdə olan oksigen nisbətən stabil  idi.  Son- 
ralar  müxtəlif  üzvi  yanacaqların  yanması  və  texnoloji  pro­
seslərin  genişlənməsi  ilə  əlaqədar  olaraq  o  tədricən  azalmağa 
başlamışdır.  Hal-hazırda təkcə  yanacağın  yandınlması  10 mlrd 
t  sərbəst  oksigenin  işlədilməsinə  səbəb  olur.  Minik  avtomo­
billərinin hərəkəti üçün hər  100 km-ə bir adamın ildə mənimsə­
yəcəyi  qədər  oksigen  sərf  olunur.  BMT  ekspetlərinin  hesab­
lamalarına  görə  dövrümüzdə  Yer  kürəsində  40-50  mlrd  nəfər 
əhaliyə çata biləcək qədər oksigen işlədilir.
istirahət,  müalicə-balneoloji,  turizm  məqsədləri  üçün 
istifadə  olunan  rekreasiya  resursları  nəinki  mənşələrinə  görə, 
eləcə  də  istifadə  olunma  xüsusiyyətlərinə  görə  tanınır.  Rek­
reasiya resursları  estetik və müalicə-sağlamlıq  xüsusiyyətlərinə 
də  malikdir.  Təbii-rekreasiya  resurslarına  okean,  dəniz,  göl, 
habelə  çay  sahilləri,  çimərliklər,  dağlar,  meşə  örtüyü,  mineral 
bulaqlar,  palçıq  vulkanları  və müalicəvi palçıq mənbələri aiddir. 
Belə  ərazilərdə  istirahət  edənlər  və  turistlər  əfsanəvi  təbii  for­
malarla,  təbii  landşaftla,  yaxşı  istirahətlə,  idmanla  məşğul  ol­
maqla,  zəngin bitki örtüyü  ilə,  ov etməklə, balıq tutmaqla və s. 
ilə  rastlaşırlar.  Məsələn,  Aralıq  dənizi,  Mərkəzi  Amerika,
237

Havay  adaları,  Krım  və  Qafqazın  çimərlikləri,  And,  Himalay, 
Pamir, Tyan-Şan, Alp və Qafqazın qarlı zirvələri və s.
Təbii  rekreasiya ərazilərinə iri  şəhərlər ətrafında  salınmış 
yaşıllıq zonaları, qoruqlar, milli parklar da aid edilir.
Antropogen-rekreasiya  resurslarına  Misir  ehramları,  Qə­
dim  Çin  Səddi,  Yunanıstanın,  Romanın  qədim  abidələri, 
Moskva  Kremli,  Sank-Peterburqdakı  Peterqof,  Afina  Ankro- 
polu,  Hindistanın  Aqre  şəhərində  yerləşən  Tac-Mahal  məq­
bərəsi və s. misal ola bilər.
Hazırda  Qərbi  Avropada  rekreasiyanın  ərazi  təşkili  4 
səviyyədə  həyata  keçirilir:  Ümumavropa  (İspaniya),  milli, 
regional, lokal. Dünyanın ən ucuz iri turizm mərkəzi sayılan İs­
paniya  (Avropa  Kaliforniyası)  avropalıların  istirahət bölgəsinə 
çevrilir.  “Çimərlik” turist təsərrüfatı  Latm Amerikası ölkələrinə 
(Karib hövzəsi)  köçürülür.  Beynəlxalq  turizm İtaliya,  İspaniya, 
Fransa,  İsveçrə,  Türkiyə,  Meksika  və  s.  ölkələrə  böyük  gəlir 
gətirir.  Respublikamızda  Şuşa,  Şəki-Zaqatala,  Quba-Xaçmaz, 
Gəncə-Qazax,  Xəzər  sahillərinin  bu  sahədə  geniş  imkanları 
vardır.
Məlumdur  ki,  elmi-texniki  inqilab  XX  əsrin  ikinci  yarı­
sında öz inkişafında görünməmiş dərəcədə vüsət almışdır.  Dün­
ya  təsərrüfatı  sürətlə  inkişaf edərək,  demək  olar  ki,  yenidən 
qurulmuş,  məhsuldar  qüvvələrin  inkişafında  tərəqqi  hakim 
kəsilmişdir.  Bu,  hər  şeydən  əvvəl,  insanın  təbii  ehtiyatlardan 
daha  çox  istifadə  etməsi  əsasında  baş  vermişdir.  Əgər  ətraf 
mühit,  təbiət  antropogen  təsirlərdən  pozulursa,  bu  təbiətin 
yaratdığı təbii  varlıq  halının  -  ekoloji  tarazlığının  pozulmasına 
gətirib  çıxarır.  Haqlı  olaraq  neosfera  nəzəriyyəsinin  banisi  sa­
yılan  akademik  V.İ.Vernadski  hələ  əsrin  40-cı  illərində  yaz­
mışdır ki,  insanların təsərrüfat  fəaliyyəti  coğrafi  mühitə  heç  də 
yerin litosfer təbəqəsində baş verən geoloji proseslərdən az təsir 
etmir.
Səmərəsiz  təbii  ehtiyatlardan  istifadə,  onun  qazabəıızər. 
bərk,  maye  tullantılarla  çirkləndirilməsi,  radioaktiv  və  digər
238
yüksək  zəhərli  maddələrlə  “zəhərləndirilməsi”  qlobal  ekoloji 
sistemin  əhəmiyyətli  dərəcədə  deqradasiyasına-pozulmasına 
səbəb olmuşdur. Atmosferə hər il  10 mln tonlarla tullantı atılır. 
Ətraf  təbii  mühitin  deqradasiyası  ondan  istifadə,  meşələrin 
qınlması və torpaqların həddən artıq  zəiflədilməsi ilə baş verir. 
Meşələrin  azalması  səhrəlaşma  prosesinin  qüvvətli  getməsinə 
səbəb olur.  Son 50  ildə Böyük Səhra Cənuba doğru irəliləyərək 
öz  sahəsini  650  min  km2  artırmışdır.  BMT-nin  veridiyi  mə­
lumatlara  görə  son  50  ildə  insanların təsərrüfat fəaliyyəti  nəti­
cəsində Yer kürəsində təxminən Braziliyanın ərazisi qədər sahə 
səhralığa çevrilmişdir.
Meşələşsizləşmə  qiymətli  ağac  növlərinin  qırılması  ilə 
meşə  sahələrinin  azaldılmasında  da  baş  verir.  Məlumatlardan 
aydın olur ki, neolit inqilabı dövründə Yer kürəsində meşələrin 
ümumi sahəsi 75 mlrd ha və ya 75 mln km2-dən artıq olmuşdur. 
Meşələrin  qırılması  erroziyanm  qüvvətlənməsinə,  yeraltı  su 
ehtiyatının  azalmasına,  səhralaşmanın  artmasına  səbəb  olursa, 
zəhərli  qazların,  metallı  birləşmələrin,  kimyəvi  tullantıların 
ətraf mühitə atlması  müxtəlif xəstəliklərin -  xüsusilə dəri xəstə­
liklərinin,  zəhərlənmələrin,  insan  ömrünün  qısalmasının  möv- 
cudlaşmasma gətirib çıxarır. Axırıncı onilliklərdə freon qazının, 
azot  oksidinin  ətraf  mühitə  həddən  artıq  atılması  insanları 
ultrabənövşəyi  günəş  şüalanmasından  qoruyan  ozon  müdafiə 
qatının  təxminən  5%  nazikləşməsinə  -   azalmasına  səbəb 
olmuşdur.  İlk baxışda bu az görünsə də nəticədə, hətta ozon qa­
tının  1 % azalması  hesabına ultrabənövşəyi şüalanmanın 2% art­
ması  halı  baş  verir.  Bu  da  insan  dərisində  xərçəng  xəstəliyinin 
çoxalmasına səbəb olur.
Təbii  ehtiyatların  istismarı  zamanı  sənaye  böyük  xüsusi 
çəkiyə  malikdir.  Elə  bir  sənaye  sahəsi  tapılmaz  ki,  o  təbii 
sərvətlərin təbii halının dəyişməsinə təsir etməsin.  Bunlar az və 
çox  dərəcədə  coğrafi  təbəqənin  bütün  sferalarına  təsir  edir. 
Sənaye  təbii  sərvətlərin  hasilatını,  onun  emalını,  onlardan  son 
məhsulların  əldə edilməsini, istehsal tullantılarının ətraf mühitə
239

qaytarılmasını,  müasir  texnologiyanın  tətbiqi  nəticəsində  çox­
saylı  komponentlərin  utilizasiyasının  azaldılması  proseslərini 
əhatə edir.
Deyilənlərdən  coğrafi  təbəqənin  müxtəlif sferalarına  çox 
təsir edən  “çirkli”  istehsal  sahələri də  seçilir.  “Çirkli”  istehsal 
sahələri (energetika, metallurgiya, əsas və üzvi kimya, sellüloz- 
kağız, yeyinti sənayesi və s.), öz növbəsində, bütün təbii komp­
leksə  ziyan  vurmaqla  bərabər  insanların  sağlamlığının  pozul­
ması ilə də nəticələnir.
Sənaye  tullantılarından,  çirklənmədən  ətraf mühiti  qoru­
maq  üçün  aşağıdakı  tədbirlərin  görülməsi  məqsədyönlüdür. 
Belə  ki,  monitorinqlər  keçirilməli,  mühafizə  qurğuları  təkmil­
ləşdirilməli,  istehsalda  texnoloji  proseslərin  təkmilləşdirilmə- 
sini  təmin  etməli,  təşkilati-struktur tədbirlərini  keçirməli,  çirk- 
ləndirici müəssisələri daha səmərəli yerləşdirməli, ekoloji infra­
struktur  sistemləri  yaratmalı,  ekoloji  nəzarəti  artırmalı,  ətraf 
mühitin  qorunmasına  dair  yeni  qanun  layihələrini  həyata  ke­
çirməli və s.
Bəşəriyyətin qarşısında duran  əsas məsələ təbiətin  cəmiy­
yətə  bəxş  etdiyi  təbii  ehtiyatları  olduğu  kimi  qoruyub  sax­
lamaqdır.  Onun üçün  münasib  yollar,  üsullar axtarılır.  Müasir 
dövrdə  ekoloji  təhlükəsizlik  dövlət  təhlükəsizlik  məsələsinin 
tərkib  hissəsi  kimi  qiymətləndirilir.  Bununla  da  hər  bir  şəxsin, 
cəmiyyətin, dövlətin, eləcə də ətraf mühitin fövqəlada vəziyyət­
dən nə dərəcədə mühafizə olunması nəzərdə tutulur.  Məlumdur 
ki,  ekoloji  təhlükəyə  müxtəlif  səviyyələrdə  -   daha  doğrusu, 
lokal  və  regional  səviyyələrdə  baxılır.  Bu  zaman  həyata  keçi­
rilən ekoloji  siyasətdən  çox  şey asılı  olur.  Ekoloji  siyasətdə  ic­
timai  istehsal  prosesində  təbii  sərvətlərdən optimal  istifadə,  tə­
biətin  yararsız antropogen təsirlərdən  qorunması,  əhalinin  eko­
loji  təhlükəsizliyinin  qorunması  və  s.  prioritet  məsələlər  sa­
yılmalıdır.
240
Yüklə 9,32 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin