277
Və yaxud başqa bir
məqalədə jurnalist Londonda
marixuan çəkməyə icazə verildiyi barədə yazır və oxucuları
Brikstonda (Londonun məhəlləsi) aparılmış eksperimentin
nəticələri ilə tanış edir. Burada 1 il ərzində marixuan
çəkənləri ölkənin hər yerində olduğu kimi həbs etməmiş,
onlara yalnız xəbərdarlıq etmişlər. Təbliğat məsələləri üzrə
mütəxəssislər bu cür yazıları dolayısı yolla marixuanın
reklamı kimi qiymətləndirirlər.
Misal gətirdiyimiz başlıqların və tekstlərin məzmunu
göstərir ki, bu publikasiyalar KİV-də narkogen informasiya
xarakteri daşıyır və jurnalistlər özləri belə “reklam” və
“təbliğat” anlayışlarının izahı məsələlərində peşəkar
deyillər.
1999-cu il iyunun 18-də qəbul olunmuş “Narkotik va-
sitələrin, psixotrop vasitələrin və prekursorların qanunsuz
dövriyyəsinə qarşı mübarizə haqqında”
Azərbaycan
Respublikasının qanunu 2006-cı il iyunun 18-də yenidən
işlənilərək, "Narkotik vasitələrin, psixotrop maddələrin və
onların prekursorlarının dövriyyəsi haqqında" qəbul
olunmuş və qüvvəyə minmişdir.
Yuxarıda deyilənlərdən aşağıdakı nəticələrə gəlmək
olar:
1.
KİV narkomaniya problemini və narkomaniyaya
qarşı mübarizə mövzusunu lazımi səviyyədə və birmənalı
şəkildə işıqlandıra bilmir. Bu zaman sistemsizlik, problemin
qoyuluşunda və şərhində səthilik
mühahidə olunur,
problemə yanaşma isə kompleks xarakter daşımır. Bir qayda
olaraq, KİV materialları hansısa bir rəsmi tədbirdə
narkomanların sayı barədə açıqlanmış statistik rəqəmlərdən
ibarət olur.
2.
Narkomaniya probleminin həllinə peşəkarlıq baxı-
mından aidiyyəti olan mütəxəssislərin: həkimlərin, psixo-
loqların, pedaqoqların, hüquq-mühafizə orqanları əməkdaş-
278
larının yazıları demək olar ki, çap olunmur.
Narkomaniyaya
qarşı mübarizə haqqında materialların əksəriyyətinin
müəllifləri jurnalistlər özləridir. Onlar isə əksər hallarda bu
sahədə xüsusi tibbi biliyə malik deyillər, narkomaniya ilə
mübarizə məsələlərini tənzimləyən qanunvericiliyi və s.
bilmirlər
3.
KİV konkret təcrübənin , nəzəriyyə və təlimlərin
təbliğinə yer ayırmır, bu cür yazıların sayı olduqca azdır.
Həmin yazılarda isə müsbət təcrübə haqqında yayılan in-
formasiya yalnız yerli və ya regional xarakter daşıyır.
4.
Jurnalistlər əksər hallarda narkomaniya ilə bağlı
vəziyyət haqqında etibarlı məlumatlara malik deyillər. Bu
isə həm jurnalistlərin özləri arasında,
həm də jurnalistlərlə
narkomaniyaya qarşı mübarizə aparan hüquq-mühafizə və
dövlət orqanları arasında təcrübə və informasiya
mübadiləsinin lazımi səviyyədə olmaması ilə əlaqədardır.
5.
KİV-də bəzi materiallar çap olnunr ki, onları
narkotik vasitələri, psixotrop maddələri və prekursorları,
müvafiq həyat tərzini gizli şəkildə təbliğ və qanunsuz
reklam edən yazılar kimi qiymətləndirmək olar. Bu cür
təbliğat materiallarının hüquqi təsnifatını müəyyən edən
kompleks yanaşma isə hələlik tam işlənib hazırlanmamışdır.
KİV-in çıxışlarını hüquqi cəhətdən
dəqiq qiymətləndirmək
üçün isə lazımi peşəkarlıq keyfiyyətlərinə malik
mütəxəssislər yoxdur.
Bütün bu amillər ictimai antinarkotik fikrin
formalaşdırılması sahəsində KİV-in səmərəli fəaliyyəti üçün
vahid informasiya məkanı yaradılmasını çətinləşdirir.
Eyni zamanda, təhlillər göstərir ki, narkomaniya
haqqında yazan jurnalistlər jurnalist sənətkarlığı
baxımından yaxşı səviyyədədirlər. Onlar yaxşı məqaləlr
yaza
bilərlər, lakin bu problemin nə üçün baş verdiyini tam
dərk və təhlil edə bilmirlər. Ona görə də bu problemlə bağlı
yaza bilən peşəkarların hazırlanması olduqca vacibdir.
279
Sağlam həyat tərzinin və zərərli adətlərlə mübarizənin
dövlət səviyyəsində təbliği şox zəifdir.
Bu istiqamətdə hansı addımları atmaq olar?
1.
Antinarkotik mövzuda yazan şəxslərin (fiziki və
hüquqi) lisenziyalaşdırılması və onlara lazımi kömək
göstərilməsi vacibdir. Çünki, bunsuz antinarkotik və
narkogen informasiyanı bir-birindən seçmək üçün stimul
yoxdur.
2.
Jurnalistika fakültələrində (məsələn) “Narkoepide-
miya jurnalist nəzarətinin obyekti kimi” seçmə fənninin
tədrisi məqsədəmüvafiq olardı.
3.
Hər bir inzibati subyektdə ictimai antinarkotik
fikrin formalaşdırılması və bu
işlə müntəzəm məşğud olan
peşəkar məmurlar olmalıdır.
Dostları ilə paylaş: