367
Baş Assambleya aşağıdakı Bəyannaməni qəbul edir:
Birləşmiş Millətlərin Minillik Bəyannaməsi
I. Dəyər və Prinsiplər
1.
Biz, Dövlət və Hökumət başçıları 6-8 sentyabr
2000-ci il tarixində, yeni minilliyin astanasında
Birləşmiş
Millətlərin Nyu Yorkda yerləşən Baş Qərargahında
tolaşmışıq ki, daha sülhsevər, çiçəkli və ədalətli bir
dünyanın vacib prinsipləri kimi bu Təşkilata və onun
Nizamnaməsinə qarşı sədaqətimizi bir daha təsdiq edək.
2.
Biz bilirik ki, hər birimizin öz cəmiyyətlərimiz
üzrə daşıdığımız ayrı-ayrı öhdəliklərdən əlavə,
biz qlobal
səviyyədə insan şəxsiyyəti, bərabərlik və obyektivlik kimi
məsələlər üzrə ümumi cavabdehlik daşıyırıq. Rəhbər
olmaqla biz eyni zamanda bütün dünya xalqları, xüsusilə də
daha aztəminatlı təbəqə və daha dəqiq desək, gələcəyin
sahibi olmalı olan dünya uşaqları qarşısında
daha böyük
cavabdehlik daşıyırıq.
3.
Biz daimi və bəşəri olaraq yaratdığımız Birləşmiş
Millətlərin Nizamnaməsində irəli sürülən prinsip və məqsə-
dlərə sadiq qaldığımızı təsdiq edirik. Əslində, dünya
millətləri və xalqları bir birindən daha çox asılı və bir birləri
ilə daha çox əlaqəli hala gəldikləri üçün yuxarıda göstərilən
amillərin müvafiqliyi və ilham yaratma gücü daha da artıb.
4.
Nizamnamədə göstərilən
məqsədlər və vəzifələrə
əsasən biz bütün dünyada uzun-müddətli və ədalətli bir sülh
şəraiti bərqərar etməliyik. Biz Dövlətlərin suveren
bərabərliyini müdafiə etmək, onların ərazi bütövlüyünə və
siyasi müstəqilliyinə hörmət etmək,
münaqişələri sülh yolu
ilə ədalət prinsipləri və beynəlxalq hüquqa müvafiq olaraq,
həll etmək koloniya və xarici işğal əsarətində qalan
xalqların öz müqəddəratını təyin etmə hüquqlarını,
368
dövlətlərin daxili işlərinə qarışmamaq insan hüquqları və
fundamental azadlığa hörmət, irqindən, cinsindən, dilindən
və dinindən asılı olmayaraq hər kəsin bərabər hüquqlarına
hörmət,
iqtisadi, sosial, mədəni və humanitar xarakterli
beynəlxalq məsələlərin həllində beynəlxalq əməkdaşlıq
kimi amilləri dəstəkləməkdə
əlimizdən gələni
əsirgəməməliyik.
5.
Biz inanırıq ki, bu gün qarşımızda duran əsas
vəzifə qloballaşmanın bütün dünya insanlarının həyatında
müsbət bir qüvvəyə çevrilməsini təmin etməkdən ibarətdir.
Çünki qloballaşma insanlara böyük imkanlar təklif etdiyi
halda, hal-hazırda onun mənfəəti
və dəyərləri insanlar
arasında bərabər şəkildə bölüşdürülmür. Biz başa düşürük
ki, inkişaf etməkdə olan və ya keçid dövrü iqtisadiyyatına
malik olan ölkələr bu ümumi problemə sinə gərməkdə
böyük çətinliklərlə üzləşirlər. Ona görə də, yalnız geniş və
davamlı cəhdlər hesabına bizim ümumi bəşəriyyət və onun
bütün müxtəliflikləri əsasında hamı arasında bərabər
bölüşdürülmüş bir gələcək yaratmaqla qloballaşmanı hamı
üçün tam ədalətli və obyektiv şəklə gətirmək olar. Bu
cəhdlərə qlobal
səviyyədə qəbul olunmuş, inkişaf etməkdə
olan ölkələr və ya keçid dövrü yaşayan iqtisadiyyatların
ehtiyaclarına cavab verən qayda-qanunlar və ölçülər daxil
olmalı və həmin ölkələrin səmərəli iştirakı sayəsində
formalaşdırılaraq icra olunmalıdır.
6.
Biz müəyyən fundamental dəyərlərin iyirmi birinci
əsrdə beynəlxalq münasibətlər sahəsində əsas xarakter
daşıyacağını nəzərə alırıq. Bunlar aşağıdakılardır:
o
Dostları ilə paylaş: