93
siyasəti daxili siyasətdən təcrid olunmuş şəkildə
formalaşdırmaq mümkün deyildir. Ona görə də KİV
Azərbaycanın inkişafında daxili və xarici geosiyasi amillər
arasındakı əlaqələri müntəzəm izləməlidir.
6.
Azərbaycanın qeosiyası məkanının parametrləri ol-
duqca spesifik və dərindir. Həmçinin yadda saxlamaq la-
zımdır ki, hər bir ölkənin geosiyasi əlaqələri onun daxili
problemləri ilə də sıx bağlıdır və beynəlxalq təcrübəyə görə,
daxili problemlərin həlli transmilli strateji problemlərin
həllində hissolunacaq paritetlər qazanmağa kömək edir. Bu
paritetlərin əldə edilməsi cəmiyyətdə hansı sosial-siyasi
instituta mənsub olmasından asılı olmayaraq, bütün kütləvi
informasiya vasitələrinin fəaliyyətində əsas istiqamət
olmalıdır.
Fikrimizcə, beynəlxalq problematika üzrə
materialların
forma və məzmuna görə təhlillərinin aparılmsı
da KİV-in bu istiqamətdə fəaliyyətinin təkmilləşdirilməsi
sahəsində mühüm rol oynaya bilər. Təhlillərin aşağıdakı
istiqamətlərdə aparılması təklif olunur:
•
KİV-in materiallarının cəmiyyətin və dövlətin,
ictimai fikrin və xalqın özünüdərkinin inkişaf dövrləri ilə
(yuxarıda verilən) canlı əlaqədə təhlil edilməsi;
•
Jurnalist yaradıcılığının sosial-psixoloji eksperti-
zası: informasiyanın toplanılması, təhlili, yeni texnolo-
giyaların tətbiqi ilə bağlı olaraq yayılması imkanları;
•
KİV-in materiallarının ideya əsasları, formaları,
dil xüsusiyyətləri, yeni tendensiyalarla bağlı olaraq tətbiq
edilən yeni jurnalist metod və üsullarrının xüsusiyyətlərinin
araşdırılması:
•
KİV-in materiallarının ideya və məzmun yönüm-
lülüyünün müəyyən edilməsi;
•
Əldə olunmuş beynəlxalq təcrübəyə, mətbuatın,
televiziya və radionun təcrübəsinə əsaslanaraq beynəlxalq
94
münasibətlər mövzusunun işıqlandırılması sahəsində milli
jurnalistikanın inkişaf yolunun izlənilməsi;
•
Janrların adlarının dil normaları ilə qaşılıqlı
əlaqədə təhlili. Bəzi janrların məzmun və formalarının
yeniləşməsinə aid konkret misalların təhlili;
•
Beynəlxalq mövzuda xəbərlərin oxucuların, tama-
şaçıların və dinləyicilərin, internet istifadəcilərinin psixolo-
giyasına uyğunlaşdırılma-sına aid nümunələrin müqayisəli
təhlili;
•
Milli özünüdərk sayəsində janrların transformasi-
yası, qeyri-formal yeniləşməsi. Xüsusi terminoloji lek-
sikanın, elmi cəhətdən əsaslandırılmış anlayış və kateqori-
yaların əxz edilməsi.
Dostları ilə paylaş: