Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirinin


baycan Dövlət Teleqraf Agentliyinin



Yüklə 2,55 Mb.
Pdf görüntüsü
səhifə71/284
tarix02.01.2022
ölçüsü2,55 Mb.
#2728
növüDərs
1   ...   67   68   69   70   71   72   73   74   ...   284
baycan Dövlət Teleqraf Agentliyinin yaranmasının  və 
fəaliyyətinin tarixi aspektən öyrənilməsi transnasional 
problemlərin işıqlandırılması sahəsində yeni agentliklərin 
işlərinin səmərəliliyinin artırılması baxımından müəyyən 
nəzəri və praktik əhəmiyyət kəsb edir. AzərTAc 1920-ci il 
martın 1-də Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən 
yaradılmışdır. Həmin il mart ayının 2-də AzərTAc imzası 
ilə ilk məlumatlar «Azərbaycan» qəzetində işıq üzü görür və 
agentliyin xəbər bülletenləri hər gün iki dildə: Azərbaycan 
və rus dillərində çap edilirdi. Sovet hakimiyyəti 
illərində AzQafROSTA,  AzərTA, ZaqTA kimi müxtəlif 
adlarla və ümumən dövlət informasiya agentliyinin bir qolu 
kimi fəaliyyət göstərən AzərTAc sovet informasiya 
agentlikləri arasında əsas yerlərdən birini tuturdu. 
İkinci Dünya müharibəsi dövründə (1941-1945-ci 
illər) təbliğat funksiyasına görə AzərTA ölkənin qabaqcıl 
informasiya kanallarından birinə çevrilmişdi. Agentlik çapa 
ön cəbhədən reportajlar hazırlayırdı. Müharibədən sonrakı 
illərdə respublikanın iqtisadi, ictmai-siyasi, mədəni 
həyatında baş verən hadisələr yenidən AzərTA-nın 
materiallarının  əsas mövzusunu təşkil edir. İctimai-siyasi 
həyatdan bəhs edən informasiyalar SİTA vasitəsilə  İttifaq 
və xarici ölkə mətbuatına çatdırılır. 1972-ci ildə respublika 
Nazirlər Sovetinin qərarı ilə AzərTA-nın adı növbəti dəfə 
dəyişdirilərək Azərbaycan  İnformasiya Agentliyi – 
Azərinform adlandırılır. Azərbaycan yenidən özünün dövlət 
müstəqilliyini elan etdikdən sonra, 1992-ci il dekabrın 18-də 
Azərinformun tarixi adı  bərpa olunur və o, Azərbaycan 
86 
 
Teleqraf Agentliyi – AzərTAc, 1995-ci il martın 3-də 
Nazirlər Kabineti yanında Dövlət Teleqraf Agentliyi, 2000-
ci il yanvarın 17-də isə Azərbaycan Dövlət Teleqraf 
Agentliyi adlandırılır. AzərTAc-a dövlət informasiya orqanı 
statusu verilməsi ilə agentlik yeni bir dönəmə qədəm qoyur. 
Bir sıra xarici dövlətlərdə ilk müxbir məntəqələrinin 
yaradılması AzərTAc-ın fəaliyyətinin səviyyəsini xeyli 
yüksəldir. Son illərdə agentliyin hazırladığı informasiyanın 
həcmi 10 dəfəyədək artmışdır. Hər gün təxminən 400 min 
işarə  həcmində  xəbər, 30-40 fotoinformasiya hazırlanır və 
xaricdə geniş yayılır.
54
 AzərTAc rəsmi dövlət xəbərləri ilə 
yanaşı, ictimai-siyasi, iqtisadi mövzularda, elm, təhsil, 
mədəniyyət, səhiyyə, idman, ətraf mühit və s. haqqında 
fasiləsiz olaraq bütün sutka ərzində Azərbaycan, rus və 
ingilis dillərində  dəqiq və operativ informasiya buraxır. 
AzərTAc dünyanın 20-dən çox aparıcı informasiya 
agentlikləri ilə  əməkdaşlıq haqqında sazişlər imzalamışdır 
və bir çox milli informasiya agentlikləri assosiasiyalarının 
üzvüdür. 
Müstəqilliyin yenidən  əldə edilməsi geosiyasət, bey-
nəlxalq münasibətlər, xarici ölkələrlə və beynəlxalq təşkilat-
larla  əlaqələr mövzusunun KİV tərəfindən öyrənilməsinin 
və işıqlandırılmasının coğrafiyasını xeyli genişləndirmiş, bu 
da öz növbəsində sözügedən istiqamətdə KİV-in qarşısında 
duran vəzifə  və düşüncələrin həyata keçirilməsi üçün 
praktik Azərbaycan jurnalistikasına əlavə stimul vermişdir. 
Beləliklə, öyrənilən mövzu ilə  əlaqədar aparılan 
araşdırmalar bizə aşağıdakı nəticələrə gəlməyə əsas verir: 
                     
54
http://journalism.bsu.edu.az/az/news/auditoriyadan_reportaj_azrtacda
n_azrtaca 
  


87 
 
 
-
 
Çar Rusiyası dövründə  mətbuat müstəmləkə 
sisteminin qorunub saxlanılması ideyasına xidmət edir. 
Milli mətbuata, o cümlədən Azərbaycan mətbuatına daxili 
və xarici siyasət, beynəlxalq mövzuda materiallar çap etmək 
qadağan olunur. 
-
 
Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 
milli qəzet və jurnallar azadlıq ideyalarının inkişaf 
etdirilməsi, müstəqilliyin möhkəmləndirilməsi prosesində 
fəal iştirak edirlər. Gənc Azərbaycan dövlətinin 
müstəqilliyinin möhkəmləndirilməsi, ölkənin 
ərazi 
bütövlüyünün qorunub saxlanılması, dünya dövlətləri ilə 
qarşılıqlı sivil əlaqələrin yaradılması, demokratiya və 
hürriyyətin bərqərar olması ideyalarının təbliği mətbuatın 
aparıcı mövzusuna çevrilir;  
-
 
AXC Rusiya tərəfindən yenidən işğal edilərək Sovet 
İttifaqının tərkibinə daxil edildikdən sonrakı dövrdə mətbuat 
yeni siyasi quruluşun “üstünlüklərini”, cəmiyyətin 
həyatında kommunist partiyasının “əvəzedilməz rolunu”, bu 
ölkənin xarici siyasətinin “humanistliyini” ciddi-cəhdlə 
təbliğ edir. Beynəlxalq həyat və beynəlxalq münasibətlər 
probleminin işıqlandırılmasının əsasını “ideya düşməni”nin 
mövcud olması və ona qarşı mübarizə təşkil edir; 
-
 
İkinci Dünya müharibəsindən sonrakı ilk onillikdə 
KİV  əsasən sosialist düşərgəsi ölkələrindəki vəziyyəti 
işıqlandırır. “Soyuq müharibə”, kapitalizm quruluşunun və 
düşmən hərbi blokun (NATO) tənqidi sovet mətbuatının 
fəaliyyətinin başlıca istiqaməti olur; 
-
 
 1950-1985-ci  illərdə sülh uğrunda mübarizə 
məsələləri KİV-in  əsas mövzusuna çevrilir. Avropada 
təhlükəsizlik və  əməkdaşlıq üzrə Helsinki müşavirəsi, 
dünya ölkələri arasında sülhün möhkəmləndirilməsi ilə 
əlaqədar keçirilmiş digər tədbirlər ətraflı işıqlandırılır; 
88 
 
-
 
Aşkarlıq və yenidənqurma dövründə  KİV-in 
fəaliyyəti Qərb üçün “açıq” xarakter alır. Materialların 
təqdim olunmasının yeni formaları yaranır, janrların yeni 
strukturlaşması prosesi gedir. Xarici ölkələrin auditoriyaları 
ilə yaradılan telekörpülər daha geniş tamaşaçı kütləsini 
toplaya bilir. Beynəlxalq mövzu dünya ölkələri ilə 
inteqrasiya prosesi çərçivəsində (amma, sovet 
ideologiyasına uyğun) işıqlandırılır.  
Ümumilikdə belə bir nəticəyə gəlmək mümkündür ki, 
sovet jurnalistikası, o cümlədən onun tərkib hissəsi olan 
Azərbaycan jurnalistikası (Azərbaycan Xalq Cümhuriyyəti 
dövrünü çıxmaq  şərtilə) beynəlxalq hadisələrə neqativ və 
mürtəce münasibətdən tutmuş, tam aşkarlığa, dünyanın və 
cəmiyyətdə gedən proseslərin ümumfəlsəfi mövqedən 
dərkinə qədər mürəkkəb bir inkişaf yolu keçmişdir.  

Yüklə 2,55 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   284




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin