107
baxılması, silinməsi və s.) haqlı hesab eləmək olar. Lakin,
burada hər şey birmənalı şəkildə problemsiz də deyil.
İnkişaf etmiş ölkələrdən bəziləri (ABŞ, Böyük Britaniya və
s.) borcların bir hissəsinin silinməsi yolu ilə kasıb ölkələrə
kömək etməyə hazır olduqlarını bildirir, bunun əvəzində isə
həmin məbləğin hərbi və bürokratik məqsədlərə deyil,
sosial-iqtisadi inkişafa xərclənilməsi şərtini qoyurlar.
Analitiklərin fikrincə, bəzi kasıb ölkələr öz borclarını
müstəqil surətdə ödəmək iqtidarında deyillər. Ona görə də
bu ölkələr üzərində BMT çərçivəsində beynəlxalq
qəyyumluğun tətbiq olunması və onlara “inkişaf etmiş
dövlətlər klubu” tərəfindən müasir sosial-iqtisadi inkişaf
səviyyəsinə qalxmaqda köməklik göstərilməsi təklif edilir.
Beləliklə, qlobal sosial-iqtisadi vəziyyətlə bağlı
yuxarıda göstərilən məqamlar müasir dövrün qlobal iqtisadi
problemlərinin tam mənzərəsini yaratmasa da, onları
doğuran səbəblərin araşdırılması, həlli yollarının müəyyən
edilməsi, dövlətlərin, beynəlxalq təşkilatların, ictimaiyyətin
və ən əsası isə,
kütləvi informasiya vasitələrinin bu
Dostları ilə paylaş: