Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirinin


proseslərə cəlb edilməsi və problemlərin həllində iştirakı



Yüklə 2,55 Mb.
Pdf görüntüsü
səhifə89/284
tarix02.01.2022
ölçüsü2,55 Mb.
#2728
növüDərs
1   ...   85   86   87   88   89   90   91   92   ...   284
proseslərə cəlb edilməsi və problemlərin həllində iştirakı 
məsələlərinin incələnməsi istiqamətində baza materialı kimi 
istifadə oluna bilər.  
Bunun üçün ilk addım kimi iqtisadi islahatlar 
prosesində  mətbuatın iştirakının tarixi təcrübəsinə  və  əldə 
olunan nəticələrə müraciət etmək daha məqsədəmüvafiqdir. 
Məlum olduğu kimi, jurnalistika insanların informasi-
yaya olan tələbatının ödənilməsi vasitəsi kimi nəzərdən ke-
çirilir.  İnsanlar arasında informasiya mübadiləsinə olan 
tələbat hələ lap qədim dövrlərdə yaranmış  və insan 
şəxsiyyətinin mahiyyəti onun başqaları ilə müxtəlif 
üsullarla ünsiyyətdə olan sosial varlıq kimi başa 
düşülmüşdür.  
İctimai-istehsal münasibətləri möhkəmləndikcə, bu 
münasibətlərin hüquqi aktlar və qanunlar şəklində 
108 
 
tənzimləyiciləri meydana gəldikcə, 
əmtəə-mübadilə 
fəaliyyəti haqqında qanunvericiliyə aid informasiyanın 
yayılmasına da ciddi ehtiyac yaranır. Bəzi jurnalistika 
tədqiqatçıları hesab edirlər ki, dövlətçiliyin meydana 
gəldiyi, vergi, əmtəə, mübadilə  və  şifahi  əməliyyatların 
təsbit edildiyi dövrdə ünsiyyətin yeni tipinə - yazıya 
müraciət edilmişdir.
56
 Bir qrup tədqiqatçılar isə onların bu 
fikirlərini inkişaf etdirərək belə  qənaətə  gəlirlər ki, dövri 
mətbu nəşrlərin yaranmasının ilkin səbəblərindən biri məhz 
iqtisadi informasiyaya olan tələbatdır.  Əvvəllər bu infor-
masiyanın çatdırılması ilə çaparlar məşğul olurdular. Lakin, 
onların xidməti çox baha başa gəlir, vacib informasiyanın 
operativ və müntəzəm çatdırılması mümkün olmurdu. Ona 
görə də bu cür informasiyanın kifayət qədər tez və sistemli 
şəkildə alınmasını təmin edən yeni bir vasitə növünə ehtiyac 
var idi və beləliklə  də yeni vasitə növü - dövri mətbuat 
yaranır.
57
  
Jurnalistika nəzəriyyəçiləri eyni zamanda, 
kommunikasiyanın və informasiya fəaliyyətinin 
özünəməxsus forması olan jurnalistikanın yaranmasında və 
sonrakı inkişafında iqtisadi amilin misilsiz rol oynadığını 
qeyd edirlər. Onlar bunu əmtəə-pul dövriyyəsinin 
yaranmasının ilkin dövrlərində natural əmtəə  və xidmət 
mübadiləsinin tədricən qanunauyğun  şəkildə bazardakı 
imkanlar, malların qiyməti, həcmi və keyfiyyəti haqqında 
informasiya mübadiləsinə çevrilməsi ilə izah edirlər.
58
  
Tədqiqatçılar kütləvi kommunikasiyanı bu və ya digər 
fəaliyyət sahəsində cəmiyyətin üzvləri arasında ünsiyyət və 
informasiya mübadiləsi kimi xarakterizə edir və göstərirlər 
ki, ünsiyyət və informasiya mübadiləsi mühiti genişlənərək 
                     
56
 
http://www.unesco.kz/massmedia/pages/6_1.htm
 
57
 
Гуревич  С.М.  Газета  и  рынок:  как  добиться  успеха. – М. 1994; 
Экономика средств массовой информации. – М., 1999. 
58
 
Ворошилов В.В. Журналистика. Учебник. – СПб. 2002., с.456-458.  


109 
 
və müəyyən keyfiyyət səciyyələri əldə edərək əmək bölgüsü 
prosesi ilə birlikdə strukturlaşır. Onlar təsdiq edirlər ki, 
sosial mühitdə  cəmləşmiş böyük qrupların özlərinin 
daxilində  və ya bu qruplar arasında, həmçinin bütövlükdə 
bu qruplarla cəmiyyət arasında olan qarşılıqlı informasiya 
təsiri KİV-in struktur dəyişikliklərinin əsasını təşkil edir.
59
  
Keçən əsrin iyirminci illərində biznesin formalaşması 
prosesində kommunikasiyanı  təmin edən işgüzar jurnalisti-
kanın sürətlə inkişaf etməsini buna nümunə göstərmək olar. 
Maliyyə kapitalının, maliyyə münasibətlərində yeni 
əlaqələrin inkişafı 
KİV-in müvafiq strukturlarını 
formalaşdırır və onları yeniləşdirir.  İqtisadi publisistikanın 
yaranması və inkişafı cəmiyyətin iqtisadi əsasını təşkil edən 
sosial-istehsal münasibətlərinin müəyyən təbəqəsinin 
sərbəst struktura çevrilməsi prosesi ilə birbaşa bağlıdır. Bu 
proseslər bir-birinə bağlılıqla yanaşı, həm də qarşılıqlı təsir 
imkanlarına malikdir.  
Jurnalistikanın cəmiyyətin iqtisadi həyatına, onun 
xarakterinə, inkişaf səviyyəsinə və istiqamətlərinə təsiri isə 
mətbuatın iqtisadi informasiya mənbəyi və kanalı olması ilə 
müəyyən edilir.
60
 Müasir iqtisadiyyatı bu cür informasiyasız 
təsəvvür etmək mümkün deyildir. Digər mənbələrlə yanaşı 
mətbuat və digər dövri nəşrlər iqtisadiyyatın bütün 
sahələrinin normal fəaliyyət göstərməsi və inkişafı üçün 
vacib olan informasiya və  məlumatları iqtisadi strukturlara 
çatdırırlar. Bu xüsusiyyət həm kütləvi ictimai-siyasi qəzet 
və jurnallara, həm də  sənaye və ticarət müəssisələrinin, 
şirkət və firmaların rəhbərləri, birja və bank işçiləri üçün 
buraxılan işgüzar mətbuata aiddir. Lakin, ictimai-siyasi 
nəşrlərdən fərqli olaraq (yer çatışmazlığı və redaksiyalarda 
                     
59

Yüklə 2,55 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   284




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin