Cinayət məsuliyyəti cinayət törətməkdə təqsirli olan şəxsin etdiyi cinayətə görə dövlət qarşısında yaranan
öhdəçiliyi olub, dövlət tərəfindən onun əməlinin və şəxsiyyətinin pislənilməsində, belə şəxsə cəza və digər
dövlət məcburiyyət tədbirlərinin tətbiqində və şəxs barəsində məhkumluğun yaranmasında ifadə olunur.
Beləliklə, cinayət məsuliyyətinin anlayışı aşağıdakı elementləri əhatə edir: 1) şəxsin törətdiyi cinayətə görə dövlət qarşısında onun cavabdeh olmaq öhdəliyi yaranır; 2) cinayət törədən şəxsə və onun əməlinə dövlətin mənfi münasibətini (pislənilməsini) ifadə edən