Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirliyi Elm və



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə117/205
tarix02.01.2022
ölçüsü1,18 Mb.
#42082
növüDərs
1   ...   113   114   115   116   117   118   119   120   ...   205
torpaq hüququ

qiymət verilir;  
3) cinayət məsuliyyəti özündə  təqsirkar  şəxsə  cəza və digər cinayət-hüquqi xarakterli tədbirlərin 
tətbiqini nəzərdə tutur;  
4) törədilən cinayətə görə mühakimənin hüquqi nəticəsi kimi məhkumluq yaranır (F.Səməndərov, 
2007, s. 105). 
Cinayət məsuliyyətinin yaranmasının zəruri  şərtlərindən biri onun hüquqi faktla – ictimai təhlükəli, 
təqsirli əməlin törədilməsi ilə bağlılığı olub, o, qanunda cəza hədəsi ilə qadağan edilən ictimai təhlükəli əməlin 
törədildiyi andan başlayır. 
Cinayət məsuliyyətini insanın cinayət tərkibi yaradan davranışı doğurur. İnsanın konkret cinayət tərkibi 
yaradan ictimai təhlükəli hərəkət və ya hərəkətsizliyi cinayət məsuliyyətinin əsası kimi çıxış edir. 
Cinayət tərkibi isə ictimai təhlükəli əməli cinayət kimi xarakterizə edən, qanunda göstərilən obyektiv və 
subyektiv əlamətlərin cəminə deyilir (F.Səməndərov, 2007, s. 113). 
Azərbaycan Respublikasının Cinayət Məcəlləsi də cinayətlərin siyahısına torpaqları korlama kimi torpaq 
qanunvericiliyinin pozulması da daxil edilmişdir. 
Torpaqları korlama dedikdə, qəsdən və ya ehtiyatsızlıqdan törədilən hərəkətlər nəticəsində torpaqların 
məhsuldar qatının tam və ya qismən məhv edilməsi, onun fiziki və ya bioloji xassələrinin pisləşməsi, habelə 
torpaqların təbii-təsərrüfat dəyərinin aşağı düşməsi, məhsuldarlığının itirilməsi və s. başa düşülür. 
 Torpaqları korlama təkcə gübrələrlə, təhlükəli kimyəvi və ya bioloji maddələrlə davranış qaydalarının 
pozulması  nəticəsində deyil, həm də bir sıra digər hərəkətlərlə (hərəkətsizliklə), məsələn, müxtəlif təyinatlı 
obyektlərin tikilməsi, yolların salınması, kanalların qazılması, ağır nəqliyyat vasitələrinin gediş-gəlişi, 
torpaqların rekultivasiyası (yararlı hala salınması) üzrə  tədbirlərin görülməməsi, torpaqların meliorasiyası 
qaydalarının pozulması və s. nəticəsində törədilə bilər. 
Torpaqları çirkləndirilmək - torpağa onun üçün səciyyəvi olmayan fiziki, kimyəvi və bioloji maddələrin, 
birləşmələrin, bakterial-parazitli və zərərli karantin orqanizmlərinin daxil edilməsi, torpaqların zəhərlənməsi isə 
qeyd olunan maddələrin və birləşmələrin torpağa ondan hər hansı bir şəkildə istifadə olunmasını qeyri-mümkün 
edən miqdarda daxil edilməsi, yəni belə maddələrlə torpağın çirklənməsidir. 
Torpaqların başqa cür korlanması dedikdə, torpaqların zibilləndirilməsi, bataqlaşdırılması, 
quraqlaşdırılması, eroziyası və s. başa düşülür. 
Cinayət Məcəlləsinin 254-cü maddəsinin birinci bəndinə müvafiq olaraq, torpaqların, ətraf mühitə və ya 
insanların sağlamlığına zərər vurulmasına səbəb olan - saxlanması, istifadəsi və daşınması zamanı gübrələr, 


90 
 

Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin