Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirliyi Elm və



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə120/205
tarix02.01.2022
ölçüsü1,18 Mb.
#42082
növüDərs
1   ...   116   117   118   119   120   121   122   123   ...   205
torpaq hüququ

Səviyyəsindən» yüksək radioaktiv maddələrlə çirklənmiş və digərləri aiddir. Beləliklə, torpaqların çirklənməsi, 
zəhərlənməsi və digər korlanması onların deqradasiyasında ifadə olunur. 
İnsanın sağlamlığına vurulmuş zərər – yüngüldən ağıra qədər istənilən ağırlıq dərəcəsində ola bilər. 
Ətraf mühitə dəymiş zərər heyvanların və qeyri-kənd təsərrüfatı bitkilərinin, meşə əkinlərinin məhvində
su obyektlərinin çirklənməsində və su bioloji ehtiyatlarının məhv olasında, atmosfer havasının çirklənməsində 
və s. ifadə oluna bilər. 
Ekoloji fəlakət zonasında və ya fövqaləda ekoloji vəziyət zonasında göstərilən cinayətlərin törədilməsi 
yüksək məsuliyyətin müəyyən olunması üçün əsasdır. 
Cinayət Məcəlləsinin 254-cü maddəsində  nəzərdə tutulmuş cinayətin subyekti, 16 yaşına çatmış, 
gübrələrlə, bitkilərin boy maddələri ilə, zəhərli kimyəvi maddələrlə  və digər təhlükəli kimyəvi və bioloji 
maddələrlə davranmaqla əlaqədar olan təsərrüfat və ya digər fəaiyyəti həyata keçirən şəxslərdir. 
Bu cinayətin subyektiv tərəfi dolayı  qəsd formasında təqsirlə xarakterizə olunur. Şəxs göstərilən 
maddələrlə davranmaq qaydalarının onun tərəfindən pozulduğunu anlayır, bu qaydaların pozulması nəticəsində 
torpağın zəhərlənməsi, çirklənməsi və digər korlanması imkanlarını əvvəlcədən görür, həmçinin ətraf mühitə və 
ya insanın sağlamlığına zərər vurulmasının mümkünlüyünü dərk edir, lakin şüurlu olaraq onların törədilməsinə 
yol verir, yaxud göstərilən nəticələrin baş verməsinə etinasız yanaşır. 
Cinayət əlaməti kimi götürülən torpaq hüquq münasibətlərinin ikinci növü Azərbaycan Rsepublikasının 
Cinayət Məcəlləsinin188-ci maddəsində nəzərdə tutulmuş torpaq üzərində mülkiyyət hüququnu pozmadır. 
Bu maddə «Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Komentariyası»  əsərində (2005) prof. 
F.Y.Səməndərov tərəfindən kifayət qədər ətraflı təhlil edilmişdir. Maddəyə görə: 

Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin