Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirliyi Elm və


Torpaq üzərində qanunla müəyyən edilmiş mülkiyyət hüququnu pozma, yəni  torpaq sahəsini



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə121/205
tarix02.01.2022
ölçüsü1,18 Mb.
#42082
növüDərs
1   ...   117   118   119   120   121   122   123   124   ...   205
torpaq hüququ

Torpaq üzərində qanunla müəyyən edilmiş mülkiyyət hüququnu pozma, yəni  torpaq sahəsini 
özbaşına tutma, dəyişdirmə  və ya becərmə – şərti maliyyə vahidi məbləğinin yüz mislindən beş yüz 
mislinədək miqdarda cərimə və ya iki yüz saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə 
cəzalandırılır. 
Bu cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, CM-in 188-ci maddəsində  nəzərdə tutulmuş 
əməllərin törədilməsi iqtisadi sistemdə çox mühüm rol oynayan torpaqdan qanuni istifadə, ona sahiblik və onun 
barəsində  sərəncam vermənin qaydalarını pozur, torpaqların təyinatının dəyişməsinə  səbəb olur, torpağın 
möhtəkirlik obyektinə çevrilməsinə gətirib çıxarır. 
Cinayətin obyekti xüsusi iqtisadi kateqoriya olan torpaq üzərində mülkiyyət hüququnun həyata 
keçirilməsi ilə əlaqədar yaranan ictimai münasibətlərdir. 
Mülki Məcəllənin 238.1-ci maddəsinə  əsasən, torpaq daşınmaz  əmlak kimi mülkiyyət hüququnun 
obyektidir. 
Torpaq üzərində mülkiyyət hüququ dedikdə, hüquqi və ya fiziki şəxsin ona mənsub torpağa öz istədiyi 
kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan 
hüququ başa düşülür. 


92 
 
Torpaq hüquqi  fiziki şəxslərin, dövlətin və bələdiyyələrin mülkiyyətində ola bilər. 
Torpaq üzərində bütövlükdə mülkiyyət hüququnun və onun ayrı-ayrı elementlərinin yaranması qaydası və 
əsasları MM-də, Azərbaycan Respublikası Torpaq Məcəlləsində, «Torpaq bazarı haqqında» 7 may 1999-cu il 
tarixli AR Qanununda və başqa qanunvericilik aktlarında müəyyən edilmişdir. 
«Torpaq bazarı haqqında» AR Qanununun 5-ci maddəsi torpaqla əlaqədar aşağıdakı  əqdlərin 
mümkünlüyünü nəzərdə tutmuşdur:  
- torpaq sahələrinin alqı-satqısı; torpaq sahəsinin nizamnamə (pay) fonduna verilməsi;  
- torpaq sahəsinin girovu (ipotekası); 
- torpaq sahəsinin dəyişdirilməsi;  
- torpaq sahəsinin bağışlanması;  
- torpaq sahəsinin vərəsəlik qaydasında başqasına keçməsi;  
- torpaq sahəsi üzərində istifadə və icarə hüquqlarının başqasına keçməsi.  
Bundan başqa, MM-in 241-ci maddəsinə  əsasən, dövlət və  bələdiyyə mülkiyyətində olan torpaq 
sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş 
dövlət orqanının və ya yerli özünüidarə orqanının qərarına əsasən, qanunla müəyyənləşdirilmiş qaydada verilir. 
Yuxarıda sadalanan müxtəlif növ əqdlər bağlandıqdan və qanunvericiliyə müvafiq olaraq 
rəsmiləşdirilərək dövlət qeydiyyatına alındıqdan sonra, habelə dövlət və ya bələdiyyə torpaqlarının fiziki və 
hüquqi  şəxslərin istifadəsinə ayrılması haqqında müvafiq sərəncamın verilməsindən sonra torpaq üzərində 
mülkiyyət hüququnun yaranması və ya dəyişməsi tam qanuni olacaqdır. 
Cinayətin obyektiv cəhəti torpaq üzərində mülkiyyət hüququnu torpaq sahəsini özbaşına tutma, 
dəyişdirmə və ya becərmə yolu ilə pozmada ifadə olunmuşdur. 
Şərh edilən maddənin dispozisiyasında nəzərdə tutulmuş mənada torpaq üzərində mülkiyyət hüququnun 
pozulması dedikdə, təkcə bütövlükdə mülkiyyət hüququnun deyil, həm də onun ayrı-ayrı elementlərinin – 
torpağa sahiblik, ondan istifadə və ya onun barəsində sərəncam vermə hüququnun da ayrılıqda pozulması başa 
düşülməlidir. 
Bu maddədə torpaq üzərində mülkiyyət hüququnu pozmanın konkret üsulları sadalanmışdır. 
Torpaq sahəsini özbaşına tutma dedikdə, torpağın mülkiyyətçisinin və ya digər qanuni sahibinin razılığı, 
yaxud dövlət və ya bələdiyyə torpağının istifadəyə ayrılması haqqında qanunvericilikdə  nəzərdə tutulmuş 
qaydada rəsmiləşdirilmiş sərəncam olmadan torpaq sahəsini ələ keçirmə başa düşülməlidir. Bu zaman təqsirkar 
qanunsuz ələ keçirdiyi torpaq sahəsinə faktiki sahiblik etməyə və ya ondan faktiki istifadə etməyə başlamış olur 
(məsələn, torpaq sahəsinin hüdudlarını müəyyən edən hasar çəkir, orada tikinti, abadlaşdırma və s. təsərrüfat-
məişət fəaliyyəti həyata keçirməyə başlayır). 
Torpaq sahəsini özbaşına dəyişdirmə dedikdə,  şəxsin öz mülkiyətində (sahibliyində, istifadəsində) olan 
torpaq sahəsini başqa  şəxsə  məxsus torpaq sahəsi ilə onun razılığı olmadan əvəz etməsi başa düşülməlidir. 
Qanunvericiliyə müvafiq qaydada şəxsin istifadəsinə ayrılmış torpaq sahəsi  əvəzinə başqa torpaq sahəsini  ələ 
keçirmə də torpaq sahəsini özbaşına dəyişdirmə hesab edilməlidir. 
Torpaq sahəsini özbaşına becərmə dedikdə, hər hansı torpaq sahəsində onun mülkiyyətçisinin və ya başqa 
qanuni sahibinin icazəsi olmadan bitkilərin  əkilməsindən, onlara qulluq edilməsindən və onların 


93 
 
yetişdirilməsindən ibarət fəaliyyət başa düşülməlidir. Torpağın becərilməsi həmin torpaq sahəsinin  əkin üçün 
yararlı vəziyyətə gətirilməsi (kollardan, daşlardan təmizləmə və s.), şumlanması, toxum səpilməsi və s. bu kimi 
hərəkətlərin məcmusudur. 
Torpaq sahəsindən istifadə onun mülkiyyətçisinin və ya başqa qanuni sahibinin razılığı ilə, lakin 
qanunvericilikdə  nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə  və dövlət qeydiyyatına alma olmadan həyata 
keçirildikdə təhlil edilən maddə üzrə məsuliyyət istisna edilir, bir şərtlə ki, razılığın özü qanuni olsun (məsələn, 
MM-in 242.2-ci maddəsinə  əsasən, istifadəsinə torpaq sahəsi verilmiş  şəxs bu sahəni yalnız onun 
mülkiyyətçisinin razılığı ilə icarəyə və ya əvəzsiz istifadəyə verə bilər). 
Cinayət göstərilən maddədə formal tərkib vasitəsi ilə ifadə olunmuşdur və torpaq sahəsinin özbaşına 
tutulduğu, dəyişdirildiyi və ya onun becərilməsinə başlanıldığı andan başa çatmış olacaqdır. 
Cinayətin subyektiv cəhəti birbaşa qəsddən ibarətdir. Təqsirkar torpaq sahəsini özbaşına tutduğunu, 
dəyişdirdiyi və ya becərdiyini dərk edir və bu əməli törətməyi arzu edir. Araşdırdığımız bu cinayətin subyekti 
16 yaşına çatmış hər bir anlaqlı fiziki şəxs ola bilər. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
     
             


94 
 

Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin