§ 14. Torpaq ehtiyatlarının dövlət idarəedilməsi anlayışı
Müvafiq ərazidə yaşayan insanların və bütövlükdə cəmiyyətin həyat və fəaliyyətinin əsası kimi, torpağın
istifadə olunmasının və mühafizəsinin konstitusiya prinsiplərinin həyata keçirilməsi həm vətəndaş cəmiyyəti və
onun subyektlərinin – vətəndaşların və hüquqi şəxslərin, həm də məhz belə işlərin yerinə yetirilməsi üçün
yaradılmış, bunun üçün müəyyən hüquqi və dövlət mexanizmləri, həmçinin vasitələrinə malik olan və vətəndaş
cəmiyyətinin həmin funksiyalarını yerinə yetirməyə alət kimi dövlətin üzərinə qoyulmuşdur.
Yuxarıda biz torpağa bütün hüquq və subyektlərinin torpaqdan səmərəli istifadəsi və mühafizəsi üzrə
öhdəliklərinə toxunduq. Bu bölmədə isə adını çəkdiyimiz konstitusiya prinsiplərinin həyata keçirilməsinin təmin
olunması üzrə siyasi hakimiyyətin və onun müvafiq orqanlarının subyekti kimi dövlətin fəaliyyətinin əsas
göstəricilərində dayanacağıq.
Bu problem həmişə torpaq fonduna dövlət idarəetməsinin tətbiqi kimi araşdırılmış torpaq hüququ
sahəsində aparılan elmi tədqiqatların diqqət mərkəzində olmuşdur.