– dövlət sərhəd zolaqları və müdafiə təyinatlı torpaqlar.
Qanunvericilikdə torpaq vergisinin hesablanması və ödənilməsi qaydaları da göstərilmişdir. Belə ki,
torpaq vergisi torpaq barəsində mülkiyyət və ya istifadə hüququnu təsdiq edən sənədlər əsasına müəyyən edilir.
Tikililərin və qurğuların altında olan torpaqlara, həmçinin obyektlərin sanitariya mühafizəsi üçün zəruri olan
torpaq sahələrinə görə torpaq vergisi tutulur. Ayrılıqda bir neçə hüquqi və ya fiziki şəxsin mülkiyyətində və ya
istifadəsində olan tikililərin altında qalan və ya onlara xidmət üçün ayrılmış torpaq sahələrinə görə onlara
məxsus tikili sahələrinə mütənasib surətdə vergi hesablanır.
99
Müəssisələr torpaq vergisini torpaq sahələrinin ölçüsünə və torpaq vergisinin dərəcələrinə əsasən illik
olaraq hesablayır və may ayının 15-dən gec olmayaraq bu hesablamaları vergi orqanına təqdim edirlər. Fiziki
şəxslərə torpaq vergisi müvafiq orqanlar tərəfindən hər il iyulun 1-dək hesablanılır və tədiyyə bildirişləri
avqustun 1-dən gec olmayaraq onlara çatdırılır.
Torpaq vergisi 15 avqust və 15 noyabr tarixlərindən gec olmayaraq bərabər məbləğlərdə ödənilir. Bu
zaman müəssisələrin torpaq vergisi dövlət büdcəsinə, fiziki şəxslərin torpaq vergisi isə yerli büdcəyə (bələdiyyə
büdcəsinə) ödənilir.
|