101
səmərəli istifadəsinin və mühafizəsinin təmin olunmasına, həmçinin torpaq mülkiyyətçilərinin hüquqlarının
müdafiəsinə yönəlmiş dövlətin funksiyaları müstəsna dövlət mülkiyyəti hüququna əsaslanmış sosialist dövlətinə
nisbətən daha səmərəli idi. Belə ki, xarici ölkələrdə torpağın istifadəsinin ərazi planlaşdırılması daha
səmərəli
tətbiq olunurdu və indi də olunur, torpağa hüquqların qeydiyyatı və torpağın dövlət uçotunun çox səmərəli
sistemi yaradılmışdır və s.
Odur ki, «torpaq fondunun dövlət idarəedilməsi» anlayışının hazırda islahatlara
qədərki torpaq-hüquq
ədəbiyyatında qeyd olunmuş əlamətlərinin istifadəsi ilə müəyyən düzəlişlərə ehtiyacı vardır.
Torpaq fondunun dövlət idarəedilməsinin mahiyyətini başa düşməyə öz baxışlarımızı təklif etməzdən
əvvəl, islahatlardan sonrakı ədəbiyyatda həmin anlayış haqqında mövcud olan fikirlər üzərində dayanaq.
«Torpaq və hüquq» kitabında torpaqdan istifadə sahəsində idarəetmə - torpaqların səmərəli istifadəsi və
mühafizəsinin təşkili üzrə dövlət orqanlarının və təsərrüfatdaxili orqanların idarə edilməsinin bölüşdürücü
fəaliyyəti kimi başa düşülür. Dövlət öz səlahiyyətli orqanlarının simasında torpaqların
səmərəli istifadəsi və
mühafizəsi sahəsində dövlət idarəetməsi funksiyasını həyata keçirərək, ölkənin və onun ayrı-ayrı hissələrinin
(torpaqların kateqoriyaları, torpaqdan istifadənin növləri, müxtəlif
torpaqdan istifadəçilər, mülkiyyətçilər,
icarəçilər) bütün torpaq ehtiyatlarının istifadəsinin təşkilinə aid olan müəyyən qaydaları və normaları təyin edir.
Bu zaman torpaqların istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsinə konkret əlamətlər xasdır. O, iki
prinsipial müxtəlif keyfiyyətdə ifadə oluna bilər:
1) daşınmaz əmlak kimi torpaq dövlət – mülkiyyətçinin idarəetməsində (təsərrüfat idarəetməsi);
2) mülkiyyət formasından asılı olmayaraq torpağa münasibətdə ərazi hakimliyinə malik olan dövlət –
hakimiyyət orqanı, yəni suveren idarəetməsində.
Birinci halda torpaq,
idarəetmə obyekti olaraq, dövlət orqanları üçün onların təsərrüfat fəaliyyəti
obyektidir, ikinci halda – ərazi, yəni dövlət hakimiyyətinin məkan sərhəddidir.
Bu zaman dövlət idarəetməsinin təyinatında aşağıdakı ziddiyyət və qeyri-dəqiqlik nəzərə çarpır:
Dostları ilə paylaş: