mühafizəsinin dövlət tənzimlənməsi» adlandırılması və bu fəsildə torpaq fondunun istifadəsi və mühafizəsi
sahəsində dövlətin vəzifələrinin, torpaq ehtiyatlarından istifadənin planlaşdırılmasının, torpaqların
zonalaşdırılmasının, dövlət torpaq kadastrının, torpaqların monitorinqinin, yerquruluşunun, ayrı-ayrı maddələrdə
təsbit olunması «torpaq münasibətlərinin dövlət tənzimlənməsi» ilə «torpaq fondunun dövlət idarəetməsi»
anlayışlarının bir-biridən fərqli olduğuna əyani sübutdur.
Beləliklə, torpaq ehtiyatlarının dövlət idarəedilməsi - cəmiyyətin sosial-iqtisadi həyatının müxtəlif
sahələrində torpaq sahələrinə hüquqlara malik olan bütün subyektlərə torpaqların səmərəli istifadəsi və
mühafizəsi üçün şəraitin yaradılmasına yönəlmiş icra hakimiyyəti dövlət orqanlarının təşkiledici
fəaliyyətidir.
Torpaq ehtiyatlarının dövlət idarəedilməsi ərazi hakimliyi hüququna əsaslanmışdır və onlara olan
mülkiyyət hüququnun subyektlərindən asılı olmayaraq bütün torpaqlara şamil olunur. Başqa sözlə, dövlət
idarəetməsinin obyekti həm dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlar, həm də hüquqi və fiziki şəxslərin
mülkiyyətində olan torpaqlardır.
İdarəetmə çərçivəsində dövlət, bir tərəfdən - subyektlərə onları, xüsusən müəyyən informasiya ilə təmin
edərək, dövlət hesabına torpaqların yaxşılaşdırılmasını apararaq və s. torpaq sahələrinə öz hüquqlarını realizə
103
etməklə müəyyən təsir (kömək) göstərir; digər tərəfdən – torpaqların səmərəli istifadəsi və mühafizəsi üzrə
müəyyən olunmuş dövlət tələblərinin pozulmasını ortaya çıxarır və günahkar şəxslərə qanunvericiliklə müəyyən
olunmuş müvafiq tədbirlər tətbiq edir.
|