Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirliyi Elm və


funksiyalarını ayırmaq olar



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə134/205
tarix02.01.2022
ölçüsü1,18 Mb.
#42082
növüDərs
1   ...   130   131   132   133   134   135   136   137   ...   205
torpaq hüququ

funksiyalarını ayırmaq olar:  
1) torpaq ehtiyatlarından istifadənin planlaşdırılması;  
2) yerquruluşu işlərinin təşkili;  
3) dövlət torpaq kadastrının aparılması;  
4) torpaq fondunun istifadəsi və mühafizəsi sahəsində dövlətin vəzifələri. 


105 
 
İslahatdan sonrakı dövrdə torpaq fondunun dövlət idarəetməsi funksiyasını  həyata keçirməyin hüquqi 
əsası hazırda qüvvədə olan torpaq qanunvericiliyində qoyulmuşdur. Lakin qanunvericilikdə bir sıra boşluqlar 
hələ də qalmaqdadır. Bəzi hüquqi aktlar isə təkmilləşdirilməlidir. 
Qanunvericiliyə görə, istifadə olunan və ya oluna bilən torpaqlar torpaq ehtiyatları adlanır. Onların 
istifadəsi və  mənimsənilməsi müvafiq icra hakimiyyəti və  bələdiyyələrin  ərazinin inkişafının planlaşdırılması 
haqqında qərarları əsasında həyata keçirilir. 
Torpaq ehtiyatlarından stifadənin planlaşdırılması sosial-iqtisadi proqramlar, yerquruluşu,  şəhərsalma, 
təbiətqoruyucu və digər sənədlər  əsasında  ərazinin uzunmüddətli inkişaf perspektivlərini müəyyən etmək 
məqsədilə aparılır. 
Dövlət torpaq kadastrının aparılması sabit təminat şəraitini, o cümlədən torpaqların səmərəli istifadəsi və 
mühafizəsi, hüquqi, həmçinin torpaq bazarının fəaliyyətini təşkil edir. Ölkənin torpaq ehtiyatlarının onların 
keyfiyyət, kəmiyyət və hüquqi xarakterinə görə  hərtərəfli uçotu həm də onların istifadəsinin  ərazi 
planlaşdırılmasının  əsası, meliorativ tədbirlərin həyata keçirilməsinin zəmini, həmçinin sivil torpaq 
dövriyyəsinin formalaşdırılmasıdır. 
«Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında» Azərbaycan Respublikasının 
Qanununa (22 dekabr 1998-ci il) görə, dövlət torpaq kadastrı – torpaq istifadəçiliyinin dövlət qeydiyyatı, 

Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin