Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirliyi Elm və



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə142/205
tarix02.01.2022
ölçüsü1,18 Mb.
#42082
növüDərs
1   ...   138   139   140   141   142   143   144   145   ...   205
torpaq hüququ

Əsasnamə» ilə müəyyən edilir. 


112 
 
§ 16. Torpaq ehtiyatlarının idarə edilməsi üzrə dövlət orqanları sistemi 
 
Torpaqların istifadəsinin və mühafizəsinin idarə edilməsi sahəsində dövlət orqanlarının sistemi haqqında 
məsələ  həmişə torpaq-hüquq elminin diqqət mərkəzində olmuşdur. Dövlət idarəetməsinin təşkili strukturunun 
yaxşılaşdırılması probleminin qoyuluşu, fəaliyyəti ümumdövlət maraqlarında əks oluna bilən orqanların optimal 
sisteminin axtarışı idi. 
Əgər torpaq fondunun dövlət idarəetməsi orqanlarının sisteminin təşəkkül tapması tarixinə qısaca nəzər 
salsaq, o zaman aşağıdakı  əsas nüansları qeyd etmək olar. Öncə SSRİ-də üzərinə bütün torpaqların ümumi 
idarəetməsinin bir sıra funksiyaları qoyulmuş  əkinçilik üzrə Xalq Komissarlığı  təsis olundu. Bu funksiyalara 
bütün torpaq istifadəçiləri tərəfindən torpaqların düzgün istifadəsinin təmin olunması, torpaqların mühafizəsi, 
yerquruluşu, bütün torpaqların uçotu və torpaq istifadəçilərinin qeydiyyatı, torpaq sahəsinin ayrılması  və geri 
alınması və s. aid idi. Ayrı-ayrı müttəfiq respublikalarda bu səlahiyyətlər torpaq və yerquruluşu xidmətinə malik 
olan torpaq üzrə Xalq Komissarlarının və yerli orqanların üzərinə qoyulmuşdur. 
Ötən  əsrin 40-cı illərinin ortalarında,  əkinçilik üzrə Xalq Komissarlığının SSRİ  Kənd Təsərrüfatı 
Nazirliyinə çevrilməsindən sonra, torpaq fondunun dövlət idarəetməsi funksional orqanlarının xüsusi vahid 
sistemi öz mövcudluğunu dayandırdı. Torpaq fondunun dövlət idarəetməsini həm SSRİ Nazirlər Soveti və 
müttəfiq və muxtar respublikaların ümumi səlahiyyətli icraedici-sərəncamverici orqanları, həm də vilayət, diyar, 
rayon,  şəhər, qəsəbə  və  kənd Sovetlərinin deputatları  həyata keçirirdi. Bir sıra xüsusi dövlət icraedici-
sərəncamverici orqanlar, bütün torpaq fondu və ya torpaq kateqoriyalarından birinə münasibətdə torpaq 
fondunun idarə edilməsinin bir və ya bir neçə funksiyasını həyata keçirirdi. Belə orqanlaraaşağıdakılar aid idi: 
bütün torpaqların istifadəsinə görə dövlət nəzarətini, bütün torpaqların uçotunun təşkili və onun aparılmasını, 
torpaq istifadəçilərinin dövlət qeydiyyatını, yerquruluşunu, dövlət torpaq kadastrının aparılmasını, torpaqların 
eroziyası ilə mübarizə üzrə tədbirlərini həyata keçirmiş Kənd Təsərrüfatı Nazirliyi, onun yerlərdəki orqanları; 
gördüyü işlər şəhərlərin və digər yaşayış məntəqələrinin torpaqlarının planlaşdırılmasına aid olan Tikinti işləri 
üzrə SSRİ Dövlət Komitəsi və onun yerlərdəki orqanları; ixtiyarında  şəhərlərin və  şəhər tipli qəsəbələrin 
torpaqlarının istifadəsinin olduğu müttəfiq respublikasının mənzil-kommunal təsərrüfatı nazirliyi; meşə altında 
olan meşə fondu torpaqları və digər torpaqların idarə edilməsinin bir sıra funksiyalarını həyata keçirmiş, meşə 
təsərrüfatı üzrə SSRİ Dövlət Komitəsi. 
Keçən  əsrin 70-80-ci illərinin torpaq-hüquq ədəbiyyatında torpaq fondunun dövlət idarəedilməsi 
sahəsində yerlərdə SSRİ Kənd Təsərrüfatı Nazirliyi və onun orqanlarının xüsusi vəziyyəti qeyd olunurdu. Bu 
ondan ibarət idi ki, kənd təsərrüfatı orqanlarının üzərinə idarəetmə xarakterli çoxsaylı funksiyalar qoyulmuşdur. 
Bu funksiyaların həyata keçirilmə praktikası onların səmərəliliyinin kifayət qədər olmadığını göstərirdi. 
Bununla  əlaqədar olaraq torpaq-hüquq ədəbiyyatında dəfələrlə, yuxarıda göstərilən funksiyaların SSRİ  Kənd 
Təsərrüfatı Nazirliyinin ixtiyarından alınıb, torpaq fondunun dövlət idarəedilməsi üzrə müstəqil ixtisaslaşmış 
orqanı yaradılaraq və ona torpaq fondunun dövlət idarəedilməsi funksiyalarından olan torpaqların istifadəsinin 
və mühafizəsinin planlaşdırılması, torpaqların layihələndirilməsi, torpaq sahələrinin verilməsi və geri alınması 
haqqında torpaq fondunun ümumi dövlət idarəedilməsi orqanlarının qərarlarının hazırlanması, dövlət torpaq 
kadastrının aparılması, eroziya ilə mübarizənin təşkili və torpağın münbitliyinin artırılması üzrə  tədbirlər, 


113 
 
torpaqların rekultivasiyası, torpaqların meliorasiyası üzrə dövlət nəzarəti, onların istifadəsi və mühafizəsi işinin 
verilməsi təklifi irəli sürülmüş və əsaslandırılmışdır. 
Torpaq fondunun dövlət idarəedilməsi üzrə ixtisaslaşdırılmış  orqanları sisteminin yaradılması haqqında 
elmi ideya respublikamız öz müstəqilliyini yenidən bərpa etdikdən – 1992-ci ildə Azərbaycan Dövlət Torpaq 
Komitəsi öz fəaliyyətinə başladıqdan sonra həyata keçməyə başladı. 
Azərbaycan Respublikası Prezidenti, Azərbaycan Xalqının Ümummilli Lideri Heydər  Əliyevin 18 
aprel 2001-ci il tarixli 460 SaylıFərmanı ilə  Azərbaycan Respublikasının Dövlət Torpaq və  Xəritəçəkmə 

Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   138   139   140   141   142   143   144   145   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin