108
«Şəhərsalmanın əsasları haqqında» Azərbaycan Respublikasının Qanununa (11 iyun 1999-cu il) görə,
Azərbaycan Respublikasında şəhərsalma fəaliyyətinin əsas obyektləri aşağıdakılardır:
- Azərbaycan Respublikasının ərazisi;
-
coğrafi regionlar, inzibati bölgülərin əraziləri;
- şəhər və digər yaşayış məskənləri; məskənlərarası ərazilər;
- ərazi-istehsalat (sənaye, aqrosənaye, hidrotexniki) kompleksləri;
- mühəndis (su, kanalizasiya, istilik, qaz, elektrik təchizatı, rabitə və s.)
nəqliyyat şəbəkələri, şəhərsalma,
memarlıq, təbii-mədəni landşaft kompleksləri, parklar, ansambllar, bina
və qurğular;
- yaşayış və digər zonalar, ictimai mərkəzlər, idman kompleksləri,
rayonlar, mikrorayonlar, məhəllələr,
tikinti sahələri;
-
sanatoriya-kurort, turizm kompleksləri və obyektləri;
- rekreasiya əraziləri;
-
xüsusi qorunan ərazilər;
- yaşayış məskənlərində və məskənlərarası ərazilərdə yerləşən daşınmaz əmlak və onların
komplekslərində yenidən planlaşdırma, yenidənqurma, genişləndirmə işləri aparılan obyektlər.
Qanunun ən müsbət tərəflərindən biri şəhərsalma sənədlərinin müzakirəsində, həmçinin şəhərsalma
fəaliyyəti haqqında onların informasiya almaq hüquqları barədə məsələlərin müzakirəsində vətəndaşların,
onların birliklərinin və hüquqi şəxslərin iştirakı haqqında məsələnin həllidir.
Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi şəhərsalmanın planlaşdırılması,
layihələndirilməsi və arxitektura sahələrində dövlət siyasətini və tənzimlənməsini
həyata keçirən mərkəzi icra
hakimiyyəti orqanı olub, öz vəzifələrini və hüquqlarını həyata keçirərkən digər icra hakimiyyəti və yerli
özünüidarəetmə orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
Torpaq ehtiyatlarının dövlət idarəedilməsinin funksiyalarından biri də torpaq qanunvericiliyində riayət
olunmasına nəzarət, torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətidir.
Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin vəzifələri torpaqlardan səmərəli
istifadə edilməsi və onların mühafizəsi məqsədilə torpaq qanunvericiliyinin tələblərinə bütün dövlət
orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin əməl etməsini təmin etməkdən ibarətdir.
Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanları
həyata keçirirlər. Onların göstərişləri
bütün torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri üçün məcburidir.
Azərbaycan Respublikası Prezidentinin 29 noyabr 2000-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş
Dostları ilə paylaş: